81
göbələklərdən, yəni Mycotadan izolə edilmiş olurdu.
Son illərdə yeni molekulyar – biokimyəvi metodların
istifadəsi
hesabına bu sərhədlərin yumşalması müşahidə olunmaqla, mənəvi
maya taksonomiyası ilə qalan göbələklər arasında qohumluq aşkar
edilməkdədir.
1904-cü ildə Holland alimi Hanzen tərəfindən mayalara veril-
miş ilk elmi adlanma – Saccharomyces cerevisiae – bir tərəfdən
onların göbələk təbiətini (“myces” – göbələk) digər tərəfdən isə -
onların pivə bişirmə ilə əlaqəsini (“cervisiace – pivə bişirmənin
himayədarı olan Sereri allahını ifadə edir) göstərir. Mayalar
tərəfindən sporlarla kisə (ask) əmələ gətirmə əlaməti onları kisəli
göbələklərə - askomisetlərə aid etməyə imkan verir. XX əsrin 70-
ci illərində “natamam” hesab olunan (Rhodotorula cinsi) bəzi
göbələklərdə məşhur bazidomisetlərə oxşar qaydada mərhələ -
həyat dövrəsi aşkar olundu. Nəticədə mayaların taksonomik sər-
hədi xeyli genişləndi və əvvəllər çoxlarının “asporogen” hesab
etdikləri mayalar bazidomistlərə aid edildi.
Eyni zamanda əvvəllər cinsi strukturu məlum olmayan və
natamam göbələklər sırası adlandırılanlarda tam həyat dövrəsi
aşkar edildi. Bu isə həmin mayaların (məsələn Candida cinsi)
askomisetlər sisteminə daxil edilməsinə imkan verdi.
Hazırda yeni yanaşma və metodlar, xüsusilə də molekulyar –
bioloji, biokomyəvi və genetik üsulların işlənməsi hələlik tam
həyat dövrəsi məlum olmayan mayaların qohumluğunu (affinetet-
liyini) müəyyən etməyə imkan verir. İndiyə qədər mayalar nata-
mamlara – Denteromycetes aid edilirdi. Affinitetliyin müəyyən
olunması şərti “sinif”-i ləğv etməyə və natamam mayaları iki iri
taksona – askomisetlərə yaxud bazidomisetlərə aid etməyə imkan
vermiş oldu.
Beləliklə, mayaların müasir təyin olunması aşağıdakı kimi
olur: mayalar – göbələklər olub, həm asko-, həm də bazodo-
misetlərə aid edilməklə vegetativ mərhlədə tumurcuqlama yaxud
bölünməklə bir hüceyrəli inkişafa gətirir və meyvə bədəni əmələ
gətirmir.
E.Hanzenin 1904-cü ildə mayalara verdiyi ilk təsnifat
82
dəfələrlə yenidən baxılmaya məruz qalmışdır.
Morfoloji və fizioloji əlamətlərin birliyinə əsaslanan maya-
ların daha dolğun təsnifatı S.Kurtsanan və D.Felin redaktəsi
altında beynəlmiləl müəlliflər tərəfindən hazırlanmışdır. Burada
əvvəllər məhdud səviyyədə tətbiq olunan yeni meyarlardan
istifadə olunmuşdur. Məsələn, burada hüceyrə qılafı və kapsulu-
nun polişəkər tərkibi digər xemotaksonomik və molekulyar
metodların birgə istifadəsi ilə mayaları cins taksonları səviy-
yəsində sistemləşdirməyə imkan vermir. Elektroforotik ayırma
metodu və fermentlərin müqayisəsi mayaları yaxın qohum növləri
səviyyəsində aşkar etmək üçün tətbiq edilir.
Mycota sistemində mayaların müasir təsnifatının qısa sxem
şəkli belədir:
Askomiset mayaları
Tip: Ascomycota
Sinif: Archiascomycetes
Sıra: Schizosaccharomycetales
Ailə: Schizosaccharomycetaceae
Cins: Schizosaccharomyces
Sinif: Hemiascomycetes
Sıra: Saccharomycetales
Ailə: Saccharomycetaceae
Cins: Dekkera
Cins: Pichia
Cins: Saccharomyces
Ailə: Saccharomycodaceae
Cins: Hanseniaspora
Cins: Saccharomycodes
Ailə: Candidaceae
Cins: Brettanomyces
Cins: Candida
Cins: Kloeckera
Bazidomiset mayaları
Tip: Basdomcota,
Basidiomycota