77
mutasiya ilə şərtləndirilən təsnifatı çətinləşdirir. Mikrob böyük
plastikliyə malik olub, xarici mühitə münasibətdə həssasdır və
şəraitdən asılı olaraq özünün məlum xüsusiyyətlərini itirə bilir.
Eyni zamanda cins və növlərə bölünmə olduqca şərti olub, əlavə
dəqiqləşdirmə tələb edir. Onu da qeyd etmək lazımdır ki,
bakteriyalarla müqayisədə mayalar taksonomik öyrənmə obyekti
kimi daha etibarlıdır. Onların bir çoxunu xüsusi zəhmət
çəkilmədən aşkar etmək olur.
Bir hüceyrəli orqanizmlər heç də həmişə dəqiqliklə heyvan
yaxud bitki aləminə aid edilə bilmir və belə bölgüyə ehtiyac da
yoxdur. Onlardan bəziləri öz heterotrofluğuna (digər orqanizmlər
tərəfindən hazırlanan qida ilə qidalanan) görə heyvanlara
yaxınlaşır. Belə ki, onlar öz orqanizmləri üçün lazım olan
maddələri yalnız karbon qazı, su və mineral azotdan sintez etməyə
qadir deyillər. Onlar protozoilərdir (sadələr). Digərləri çox vaxt
hüceyrənin sellüloza qılafı da daxil olmaqla çox yaxud az
dərəcədə sintez xüsusiyyətlərinə görə (nisbi avtotroflar) bitkilərə
yaxınlaşırlar. Bunlar protofitlərdir. Lakin belə bölünmə heç də
həmişə dəqiq olmur və mikroorqanizmlər özünü iki - heyvan və
bitkilər aləminin sərhəddində süni qrup kimi göstərir.
Əlverişli olmaq üçün mikroorqanizmləri birinci bölməyə
məxsus bitkilərə - tallofitlərə (Tallophytes) aid etmək qəbul
olunmuşdur. Tallofitlər daha sadə təşkilatlı bitkilərdir. Onların
vegetativ aparatları heç bir differensasiyalı orqanlara-damarlara,
kök, zoğ, yarpağa malik deyildir. Yalnız bir təbəqəcikdən (talldan)
ibarət olub, bir hüceyrədən əmələ gələ bilir. Tallofitlər arasında üç
sinif fərqləndirilir.
Bunlar yosunlar, bakteriyalar və göbələklərdir.
Yosunlar xlorofilə malik ola bilir. Bakteriyalar birhüceyrəli,
yaxud budaqlanmayan sapşəkilli, xlorofilsiz, differensasiya olun-
mamış nüvəsiz, mitoxondirsiz, bölünməklə yaxud sporla çoxalan
mikroorqanizmlərdir.
Göbələklər birhüceyrəli, yaxud budaqlanan sapşəkilli, xloro-
filsiz, nişastasız, qlikogensiz mikroorqanizmlərdir. Onların hücey-
rəsində nüvə və mitoxondri olur və tumurcuqlama ilə çoxalırlar.
Şərabçılıqda olduqca vacib olan prosesləri, yəni qıcqırmanı