Hasil fəTƏLİyev şƏrabin mikrobiologiyasi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə22/95
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#20988
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   95

76 
tədricən  dəqiqləşdirilməsini  təmin  etdi.  Bununla  belə  o,  tam 
bircinsli  olmayıb,  fərqləndirici  əlamətlər  bir  növdə  digərindən 
daha açıq şəkildə ifadə olunurdu və onlar heç də həmişə bu və ya 
digər göstəriciyə malik olmurdu. Digər tərəfdən maya formalarını 
analoji  olaraq  şəkər  qıcqırtmayan  hüceyrə  adlandırmağa    başla-
dılar ki, bu da ziddiyyətli fikir kimi görünürdü. 
Mayaların  ilk  səmərəli  təsnifatı  1904-cü  ildə  Hanzen 
tərəfindən  verildi.  O,  mayaları  sporogen,  yəni  spor  əmələ  gətirə 
bilmək xüssusiyyətli və asporogen spor əmələ gətirməyənlər kimi 
fərqləndirirdi.  Bu  təsnifatda  sporogen  mayalar  Saccharomyce-
taceae  ailəsində  birləşdirilir.  Asporogen  mayalar  isə  üç  cinsdən 
ibarət  olaraq  göstərilir.  Bunlar  -  Torula,  Mycoderma,  Cryptoco-
ccusdur. 
Hanzenin  təsnifatını  qəbul  edərən  Qiyerman  1912  və  1928-ci 
illərdə  Saccharomycetaceae  ailəsinin  cinslərini  beş  qrupa  böldü. 
O,  özünün  istifadə  etdiyi  morfoloji  əlamətlər,  cinsi  fərqlilik, 
şəkərlərin  qıcqırdılmasının  biokimyəvi  reaksiyalarına  əsaslanan 
differensasiya metodlarının təsvirini verdi. 
1931-ci ildə sporogen mayalara dair Ştellinq-Dekkerin, 1934-
cü  ildə  Lodder  və  1942-ci  ildə  Diddens  və  Lodderin  asporogen 
mayalar  haqqında  əsərləri  dərc  olundu.  Mayaların  taksonomiyası 
üzrə  Lodder  və  Kreqer-Van  Rijin  nəşr  olunan  monoqrafiyasında 
bir  çox  mütəxəssislərin  işləri  ümumiləşdirildi.  Onların  verdiyi 
təsnifat  mütəxəssislər tərəfindən qəbul  olunmuşdur. Bu təsnifatda 
sporogen mayalar 16 cinsi  əhatə  etməklə, orada  70 növ cəmlənir. 
Asporogen mayalar isə 9 cins və 90-a yaxın növü əhatə edir. 
3.1.2. Mayaların təsnifatı 
Taksonomiya  anlayışı.  Təsnifat  qanunlarının  izah  edilməsi 
ilə məşğul olan elm sahəsi taksonomiya adlanır. Mikroorqanizmlər 
ardıcıllıqla  sinif,  yarımsinif,  sıra,  ailə,  cins,  növ  üzrə  paylanır. 
İrqlər  -  müxtəlif  ştamlar  olub,  başqa  sözlə  bu  və  ya  digər  növ 
çərçivəsində  təmiz  maya  kulturlarıdır.  Variasiya  hadisəsi, 


77 
mutasiya  ilə  şərtləndirilən  təsnifatı  çətinləşdirir.  Mikrob  böyük 
plastikliyə  malik  olub,  xarici  mühitə  münasibətdə  həssasdır  və 
şəraitdən  asılı  olaraq  özünün  məlum  xüsusiyyətlərini  itirə  bilir. 
Eyni  zamanda  cins  və  növlərə  bölünmə  olduqca  şərti  olub,  əlavə 
dəqiqləşdirmə  tələb  edir.  Onu  da  qeyd  etmək  lazımdır  ki, 
bakteriyalarla  müqayisədə  mayalar  taksonomik  öyrənmə  obyekti 
kimi  daha  etibarlıdır.  Onların  bir  çoxunu  xüsusi  zəhmət 
çəkilmədən aşkar etmək olur.  
Bir  hüceyrəli  orqanizmlər  heç  də  həmişə  dəqiqliklə  heyvan 
yaxud  bitki  aləminə  aid  edilə  bilmir  və  belə  bölgüyə  ehtiyac  da 
yoxdur.  Onlardan  bəziləri  öz  heterotrofluğuna  (digər  orqanizmlər 
tərəfindən  hazırlanan  qida  ilə  qidalanan)  görə  heyvanlara 
yaxınlaşır.  Belə  ki,  onlar  öz  orqanizmləri  üçün  lazım  olan 
maddələri yalnız karbon qazı, su və mineral azotdan sintez etməyə 
qadir  deyillər.  Onlar  protozoilərdir  (sadələr).  Digərləri  çox  vaxt 
hüceyrənin  sellüloza  qılafı  da  daxil  olmaqla  çox  yaxud  az 
dərəcədə  sintez  xüsusiyyətlərinə  görə  (nisbi  avtotroflar)  bitkilərə 
yaxınlaşırlar.  Bunlar  protofitlərdir.  Lakin  belə  bölünmə  heç  də 
həmişə  dəqiq  olmur  və  mikroorqanizmlər  özünü  iki  -  heyvan  və 
bitkilər aləminin sərhəddində süni qrup kimi göstərir. 
Əlverişli  olmaq  üçün  mikroorqanizmləri  birinci  bölməyə 
məxsus  bitkilərə  -  tallofitlərə  (Tallophytes)  aid  etmək  qəbul 
olunmuşdur.  Tallofitlər  daha  sadə  təşkilatlı  bitkilərdir.  Onların 
vegetativ  aparatları  heç  bir  differensasiyalı    orqanlara-damarlara, 
kök, zoğ, yarpağa malik deyildir. Yalnız bir təbəqəcikdən (talldan) 
ibarət olub, bir hüceyrədən əmələ gələ bilir. Tallofitlər arasında üç 
sinif fərqləndirilir. Bunlar yosunlar, bakteriyalar və göbələklərdir. 
Yosunlar  xlorofilə  malik  ola  bilir.  Bakteriyalar  birhüceyrəli, 
yaxud  budaqlanmayan  sapşəkilli,  xlorofilsiz,  differensasiya  olun-
mamış  nüvəsiz,  mitoxondirsiz,  bölünməklə  yaxud  sporla  çoxalan 
mikroorqanizmlərdir. 
Göbələklər  birhüceyrəli,  yaxud  budaqlanan  sapşəkilli,  xloro-
filsiz, nişastasız, qlikogensiz mikroorqanizmlərdir. Onların hücey-
rəsində nüvə və mitoxondri olur və tumurcuqlama ilə çoxalırlar.  
Şərabçılıqda  olduqca  vacib  olan  prosesləri,  yəni  qıcqırmanı 


78 
aparan bakteriya və mayalardır.  
Mayaların  təsnifat  xüsusiyyətləri.  Göbələklər  sinfi  dörd 
yarımsinifə  bölünür.  Onlardan  biri  –  Ascomycetes  (askomisetlər) 
hüceyrənin  daxilində  qalın  qılaflı  (asko  –  kisə)  askospor  adlanan 
və spor əmələ gətirən hissə olur. 
Askomisetlər  iki  sıranı  əhatə  edir.  Onlar  isə  bir  neçə  ailəyə 
bölünür.  Bu  ailəlilər  arasında  Saccharomycetaceae  də  vardır.  Bu 
ailənin  cinslərindən  biri  də  Saccharomycesdir.  Bu  cinsə  spirt 
qıcqırmasını aparan mayalar aiddir.  
Lakin  bütün  mayalar  ask  (kisə)  yarada  bilmədiyindən  onların 
hamısını  askomisetlərə  aid  etmək  olmaz.  Xüsusilə  də  kəskin 
formalı  hüceyrəyə  malik  olan  mayalar,  həmçinin  dairəvi  formalı 
mayalar  askospor  əmələ  gətirmir  və  natamam  göbələklər  (Fungi 
imperfecti) sinfinin Cryptococcaceae ailəsinə aid edilir. 
Mayalar  birhüceyrəli,  xlorofilsiz,  mitsel  yaratmayan  göbə-
ləklər olub, kisəli göbələklər (Ascomycetes-askomisetlər) sinfinin, 
sadə kisəlilər (Protoascales-protoaskov) yarımsinfinə aiddirlər.  
Mayaların  başlıca  təsnifat  göstəricisi,  onların  spor  əmələ 
gətirmə  xassəsidir.  Onlar  bu  əlamətə  görə  iki  qrupa  bölünür:  1) 
Sporogen  mayalar-spor  əmələ  gətirmək  xüsusiyyətinə  malik 
olanlar;  2)  Asporogen  mayalar-spor  əmələ  gətirmək,  başqa  sözlə, 
cinsi  çoxalma  xüsusiyyətinə  malik  olmayanlar.  Sporogen 
mayalar vegetativ çoxalma əlamətlərinə görə üç ailəyə bölünür. 
1.  Saccharomycetaceae  (Saxaromitsetace)  ailəsi  tumurcuq-
lama  ilə  çoxalır.  Digər  cinslər  Pichia  (pixiya),  Hansenila  (hanze-
nula),  Zygosacchoromyces  (Ziqosaxaromitses)  zərərli  mikroflo-
raya aid edilir. 
2.  Schizosaccharomycetaceae  (Şizosaxaromitsease)  ailəsi  bö-
lünməklə  çoxalır.  Bu  ailəyə  iki  cins  daxildir:  Schizosaccharom-
yces (Şizosaxaromitses) və Ortosroromyces (oktosporomitses). 
3.  Saccharomycodaceae  (Saxaromikodatse)  ailəsi  çoxalmağa 
tumurcuqlama  ilə  başlayıb,  bölünmə  ilə  qurtarır.  Bu  ailənin  əsas 
cinsləri  Saccharomycodes  (Saxaromikodes)  və  Hanseniasrora 
(hanzeniaspora) olub, şərabçılıq üçün zərərli hesab olunur. 
Asporogen  mayalar.  Bunlara  mayayabənzər  (natamam)  göbə-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə