Hasil fəTƏLİyev şƏrabin mikrobiologiyasi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə15/95
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#20988
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   95

51 
 
 
Şəkil 1.18. Lövhəli filtrlər və filtrləmənin sxematik görünüşü 
 
Son  vaxtlar  belə  filtrlər  yalnız  doldurmadan  əvvəl  nəzarət 
filtrasiyasında  istifadə  olunur.  Lövhələr  uzunömürlü  plastik 
“Nuril”,  yaxud  isti  buğla  işlənməsi  lazım  gəldikdə  paslanmayan 
poladdan  hazırlanır.  Əlavə  üstünlüyü  mayenin  eyni  vaxtda  iki 
müxtəlif  filtr  kardonlarda  filtrasiyası  üçün  ayırıcı  lövhələrin 
qurulmasının mümkünlüyü, yaxud eyni vaxtda iki müxtəlif şərabın 
bir filtrdə filtrasiyasıdır. 
İnkişaf etmiş ölkələrdə rəngarəng filtrasiya sistemləri – kizel-
qur,  vaakum,  membran,  tangensial  və  s.  geniş  tətbiq  olunmaq-
dadır. Onlardan hər biri şərab istehsalının müəyyən mərhələsində 
istifadə  olunmaq  üçün  nəzərdə  tutulmaqla,  filtrasiyanın  maya 
dəyərini aşağı salmağa,  onu yüksək keyfiyyət və az itki ilə yerinə 
yetirməyə imkan verir.  
Daha  geniş  yayılanlar  kizelqur,  yaxud  üfüqi  lövhələrlə 
diatomit  filtrlərdir.  Belə  filtrlərin  tətbiqi  təcrübi  olaraq  şərabçı-
lıqda  norma  və  standarta  çevrilmişdir.  Bu  filtrlərdə  filrtləyici 
təbəqə  kimi  diatomit,    kizelqur  təbəqəsi  istifadə  olunur  ki,  o  da 
özünü  əhəng  mənşəli  zərif  toz  kimi  göstərir.  Kizelqurun  tətbiq 
olunan  markasından  asılı  olaraq  kobuddan-cilalanmışadək  tələb 
olunan  səviyyədə  filtrasiya  təmin  etmək  mümkündür.  Diatomit 
filtrlərin  tətbiqi  lövhəli  filtrlərlə  müqayisədə  filtrasiya  xərclərini 
xeyli aşağı salmağa və praktik olaraq məhsul itkisindən tamamilə 
qaçmağa  imkan  verir.  Filtrlər  sakit  şərabları,  şirə,  şərbətlər  və 
CO
2
-na  malik  şərabları  filtrasiya  etmək  üçün  istifadə  olunur. 


52 
Sonuncu təzyiqə davamlı formada hazırlanır.  
Filtrin  konstruksiyası  özünü  konusvari  dibli  tutum  kimi 
göstərir ki,  onun da daxilində  üfüqi  yerləşən filtrləyici  elementlər 
olur.  Filtirləyici  elementlər  paslan-mayan  poladdan  dəlinmiş 
dairəvi  disklər  formasında  hazırlanır.  Diskin  yuxarı  hissəsinə  65 
mkm  ölçüdə  məsamələri  olan  paslanmayan  tor  bərkidilmişdir. 
Həmin  tora  kizelqur  qatı  yaxılır  və  ondan  keçməklə  filtrasiya 
gedir. Çərçivənin birində filtrlə kizelqur suspenziyasını durultmaq 
üçün  qarışdırcılı  tutum,  dozalaşdırıcı  nasos,  verici  nasos,  ötürücü 
boru, qalıqları filtrləmək üçün kiçik filtr qurulur.  
“Qrinfiltr”  (Greenfilter)  tipli  filtrin  iş  prinsipi  aşağıdakı 
kimidir (şəkil 1.19, 1.20). Filtr qapalı ötürücü borularda  axan su, 
yaxud  təmiz  məhsulla  doldurulur.  Qarışdırıcılı  xüsusi  tutumda 
kizelqur  tozunun  suspenziyası  hazırlanır.  Bu  suspenziya 
dozalaşdırcı  nasosun  köməyilə  axına  vurulur.  Kizelqur  filtr 
lövhəsinin  toru  səthində  ləngiyərək  bərabər  ölçülü  təbəqə  əmələ 
gətirir.  Tələb  olunan  qat  yaxıldıqdan  sonra  filtrasiyanın  əsas 
prosesi  həyata  keçirilir.  Filtrlənən  mayeyə  dozalaşdırıcı  nasosla 
daimi  kizelqur suspenziyası  əlavə olunur və filtrə verilir. Ayrılan 
bərk  hissəciklər  kizelqur  hissəcikləri  ilə  birlikdə  filtrləyici 
elementlə  saxlanılaraq  bərabər  ölüçülü  məsaməli  çöküntü  əmələ 
gətirir. Çöküntü qatı tədricən artır. Həmin qat müəyyən böyüklüyə 
çatdıqda filtrasiya prosesi dayandırılır.  
İşlənmiş  kizelqur  su  ilə  yuyulur  və  yenisi  yaxılır.  Bundan 
sonra filtr yenidən işə hazır olur. 
Quruluşca  fərqli  daha  bir  kiçik  filtr  vardır  ki,  ondan  itkiləri 
azaltmaq  məqsədi  ilə  qalıqların  filtrasiyası  üçün  istifadə  edirlər. 
Kizelqur filtrasiyasının tətbiqi bu əməliyyata çəkilən xərcləri xeyli 
azaldır.  Məsələn,  1000  dal  filtrlənəsi  şərab  materialına  təqribi 
kizelqur sərfi 7 kq-a yaxın təşkil edir. Kizelqurun qiyməti 1 kq-a 1 
dollara  yaxın  təşkil  edir.  Filtrin  işçi  səthi  6  m
2
  olduğundan 
sərfiyyat 20 kq-a yaxın təşkil edir. Belə filtrin məhsuldarlığı 600-
800  dal/saat  təşkil  edir.  Belə  qurğunun  qiyməti  1700  dollardır 
(ABŞ).  Sadə  hesabat  göstərir  ki,  filtr-kardon  tətbiqindən  imtina 
edilməsi və kizelqur filtrə keçilməsi filtrasiya xərclərini 2 və daha 


53 
çox  dəfə  azaltmağa  və  beləliklə  də  yarım  ildə  filtrin  dəyərini 
ödəməyə  imkan  verir.  Belə  filtrlərin  əlavə  üsütünlüyü  itkinin 
demək  olar  ki,  olmamasıdır.  Yəni  bu  halda  hopma  və  axma  ilə 
şərab materialı itirilmir.  
 
 
Şəkil 1.19. Yaxma diatomit filtri “Qrinfiltr”in ümumi görünüşü 
 
 
Şəkil 1.20. Yaxma “Qrinfiltr”in  sxematik görünüşü 
 
 “Qrinfiltr”  markalarının  ən  xırda  sahəlisindən  (2  m
2
-dən)  ən 
irisinə  (30  m
2
-yə)  qədər  istifadə  olunur.  Onlar  uyğun  olaraq  200-


54 
300 dal/saatdan 3000-5000 dal/saatadək məhsuldarlığa malik olur. 
Ən  çox  yayılan  modelləri  “Greenfiltr  G5,  G6,  G9”  olub  sahələri 
uyğun olaraq 5 m
2
, 6 m
2
 , 9 m
2
; məhsuldarlıqları 500-600 dal/saat, 
600-800, 1000-1200 dal/saatdır.  
Vaakum  diatomit  filtrləri.  Şərabçiliq  proseslərində  xeyli 
miqdarda müxtəlif qatı şirə, maya, yapışqan çöküntülərinin toplan-
ması  baş  verir.  Bir  çox  zavodlarda  onları  əsasən  şəkər  pres-filtr-
lərində sıxırlar. Bu çox uzun və qeyri səmərəli prosesdir. Padovan 
firması  bununla  əlaqədar  olaraq  baraban  tipli  diatomit  vaakum 
filtrləri istehsal  edir. Bu filtrlərdə  filtrləyici  təbəqə kimi  diatomit-
perlitdən  istifadə  olunur.  Belə  filtrlərin  tətbiqi  müxtəlif  çöküntü-
lərin  itkiyə  getmədən  dərhal  emal  edilməsinə  imkan  verir.  Bu 
praktik olaraq axında baş verə bilir.  
“Taylolüks” filtri  paslanmayan polad barabandan ibarət  olub, 
xaricdən  də  paslanmayan  örtüklə  örtülüdür  (şəkil  1.21,  1.22). 
Baraban xaricdən paslanmayan polad vanna ilə əhatə olunur. Ona 
vintli  nasosun  köməyilə  çöküntü  vurulur.  Torun  səthinə  əvvəlcə-
dən qalınlığı 8-10 sm olan perlit qatı yaxılır. Perlit qatının yaxılma 
prosesi  kizelqur  filtrinə  oxşar  qaydada  aparılır.  Vaakim  filtrin 
konstruksiyasına perlit suspenziyasını durulaşdırmaq üçün qarışdı-
rıcılı  və  dozalaşdırıcı  nasoslu  xüsusi  tutum  qondarılıb.  Vaakum 
nasosun  köməyilə  barabanın  daxilində  boşluq  yaradılır  və  maye 
qatı  çöküntüdən  çıxarılır.  Bərk  hissəciklər  barabana  tökülür  və 
xüsusi  bıçaqla  zərif  perlit  qatı  ilə  birgə  doğranır.  Praktik  quru 
çöküntülər  bıçaqdan  lentli  konveyrə  ötürülür.  Bıçaq  yavaş-yavaş 
baraban  istiqamətinə  hərəkət  edir.  Bütün  perlit  qatı  10  saat 
müddətində  tamamilə  doğranır.  Sonra  filtr  yuyulur  və  yeni  iş 
dövriyyəsinə hazırlanır.  
“TayloLüks” filtrlərinin tətbiqi qatı çöküntülərin toplanmasına 
yol vermədən onların tez emal edilməsinə imkan verir. Bu filtr də 
“Qrinfiltr”  kizelqur  filtrində  olduğu  kimi  əhəmiyyətli  dərəcədə 
iqtisadi fayda əldə etməyə imkan verir.  
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə