Hasil fəTƏLİyev şƏrabin mikrobiologiyasi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə16/95
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#20988
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   95

55 
 
 
Şəkil 1.21. Baraban tipli vakuum filtri “TayloLüks”ün ümumi 
görünüşü 
 
 
Şəkil 1.22. “TayloLüks” baraban tipli vakuum filtrin sxematik 
görünüşü 
 
Membranlı tangensial filtrlər. Filtrasiya texnikasının ən son 
nailiyyətlərindən  biri  membranlı  tangensial  filtrlərdir.  Başqa  adı 
“krossflon”dur. Filtrləmə tangensial axında məsamələrinin diamet-
rli 0,2 mkm olan polipronilen membrandan keçməklə aparılır. Bu 
sistem çox böyük miqdarda asılqanları olan məhsulları steril səvi-
yəyə  qədər  filtrasiya  edir  və  bu  halda  əlavə  filtr  materialı  sərfinə 
yol  verilmir.  Tangensial  filtr  aşağıdakı  kimi  qurulur.  Filtrləyici 
elementlər (membranlar) çoxlu zərif polipropilen diametri 2mm-ə 
yaxın  məsaməli  borucuqlardan  ibarət  olmaqla,  diametri  150  mm 
olan  boruvari  filtr  korpusunda  yerləşir.  Filtrlənən  maye  toplayıcı 


56 
tutumdan  nasosun  köməyilə  filtr  korpusuna  verilir  və  böyük 
sürətlə  membranlar  boyu  hərəkət  etdirilir.  Mayenin  bir  hissəsi 
məsamələrdən  kənara  çıxaraq  membranın  daxilinə  düşür. 
Filtrlənmiş  təmiz  maye  bütün  membranlardan  toplanır  və  nasosla 
vurulur.  Bunun  nəticəsində  membranın  daxili  -  xarici  tərəfləri 
arasında böyük fərq yaranmadan, onların çirklənməsi baş vermir.  
Membranlar öz-özünə təmizlənir. Mayedə asılqanların qatılığı 
qapalı  dövrədə  hərəkət  etdikcə  tədricən  artmış  olur.  Qatılıq 
müəyyən  səviyəyə  çatdıqdan  sonra  onu  adi  üsulla,  məsələn 
vaakum filtrdə filtirasiyaya verirlər.  
Filtrin  konstruksiyasına  adətən  membranlarla  bir  neçə 
korpuslar  daxil  olur.  Onların  miqdarından  asılı  olaraq  filtrin 
məhsuldarlığı dəyişir. Adətən belə filtrlərin xidmət müddəti 6-7 il 
davam edir və sonra onları dəyişmək lazım gəlir. 
Padovan  firması  “Nitor”  markalı  filtrlər  istehsal  edir  (şəkil 
1.23, 1.24). Onların məhsuldarlığı  300 dal/saat  və daha çox olur. 
Bu  filtrlər  mikroprosessorla  idarə  olunan  tam  avtomatlaşmış 
qurğulardır. Digər sistemlərlə (kizelqur, lövhəli, membran filtrləri) 
müqayisədə “Nitor” markalı filtrlər daha geniş yayılmışlar. Çünki, 
filtrasiya prosesinin maya dəyəri bu halda xeyli aşağıdır.  
 
Şəkil 1.23. “Nitor” membran filtrin ümumi görünüşü 
 


57 
 
Şəkil 1.24. “Nitor” membran filtrin sxematik görünüşü 
 
Istilə  işlənmə.  Şərabdan  mikroorqanizmləri  kənarlaşdırmaq 
məqsədilə  şərabın  isti  ilə  işlənməsində  (pasterizə)  bir,  iki  və  üç 
bölməli  “Thermosteril”  tipli  lövhəli  pasterizatorlar  tətbiq  olunur 
(şəkil 1.25). Üç bölməli pasterizatorların bərpa bölməsində əvvəl-
cədən qızdırma, pasterizə və soyutma yerinə  yetirilir. Istilikdəyiş-
diricinin  lövhələri  paslanmayan  poladdan  hazırlanmaqla  paketdə 
toplanmışlar.  Məhsulun  bir  neçə  saniyə  ərzində  pasterizə 
temperaturunda yetişdirilməsi üçün əlavə bufer ötürücü borusunun 
qoyulması mümkündür.  
 
Şəkil 1.25. “Thermosteril” pasterizatorunun ümumi görünüşü 
 
Pasterizatorlar temperatura avtomat nəzarət və tənzimləmə sis-


58 
temi ilə təchiz olunmuşdur. Pasterizator tələb olunan texnologiya-
dan  asılı  olaraq  məhsulun  iki  çıxışına  malikdir.  50-55
0
C  və  20-
25
0
C, üçüncü bölmədə soyutma temperaturu 2
0
C-yə yaxın olan so-
yuq daşıyıcı ilə yerinə yetirilir. Iki bölməli pasterizatorda soyutma 
bölməsi olmur. Bir bölməlilərdə isə yalnız pasterizə bölməsi olur.  
Soyuqla stabilləşdirmə. Butulkaya doldurulmuş şərablar sax-
landıqda  çökmənin  səbəblərindən  biri  kristal  bulanmaların  əmələ 
gəlməsidir. Kristal bulanmalar çox hallarda şərab turşusunun çətin 
həll olan kalium və kalsium duzlarının (şərab daşının) çökməsi ilə 
əlaqədardır.  
Şərab daşının kənar olunması şərabçılıqda vacib vəzifələrdən-
dir.  Bu,  ənənəvi  olaraq  şərabın  mənfi  4-12
0
C  temperaturadək 
soyudulması  və  termoizolə  edilmiş  tutumlarda  uzun  müddət  (10 
günə qədər) həmin temperaturda saxlanması ilə aparılır.  
Bu  halda  soyutmaya  xeyli  miqdarda  enerji  sərf  olunmaqla, 
şərabı  saxlamaq  üçün  çoxlu  tutumlar  tələb  olunur  və  istehsalat 
sahəsi  itirilir.  Eyni  zamanda  belə  işlənmə  100%-li  nəticə  təmin 
etmir. 
Şərabın yüksək məhsuldarlıqlı axında işlənməsində daha yaxşı 
nəticələrə  nail  olmaq  üçün  “Kristalstop”  sistemi  işlənib  hazırlan-
mışdır (şəkil 1.26, 1.27).  
 
Şəkil 1.26. “Kristalstop” qurğusunun ümumi görünüşü 


59 

 
Şəkil 1.27. “Kristalstop” qurğusunun sxemi 
1-istilikdəyişdirici (bərpa mərhələsi); 2-axında şərab soyuducusu 
(soyutma mərhələsi); 3-şərab daşının toplanması üçün tutum və 
injeksiya qrupu (kalium bitartaratın şərab materialı axınına verilmə 
mərhələsi); 4-reaktor (soyuqda yetişdirmə mərhələsi); 5-hidrosiklon 
(şərab daşının ayrılma mərhələsi); 6-yaxma diatomit filtr (emal olunmuş 
şərabın filtrasiya mərhələsi); 7-koduktivitimer (təmizlik dərəcəsini 
avtomat müəyyən etmə mərhələsi) 
 
Onun əsasında duran texnologiya bu prosesin  1,5 saata qədər 
qısalmasını mümkün edir. Bu halda xeyli  az elektrik enerjisi sərf 
olunur.  Belə  ki,  soyuğun  bərpa  olunması  baş  verir.  Istilikizolə 
edilmiş  tutumların  tətbiqi  tələb  olunmur.  Qurğu  kompakt  olub, 
tam avtomatlaşmışdır və az sahə tutur. Xidməti heyət 1 nəfər ope-
ratordan ibarətdir. Şərab daşının  çökmə  prosesi  tam  gedir və  pro-
sesə komputerlə nəzarət edilir. Qurğudan çıxan şərabın stabilliyinə 
daimi monitorinq aparılır. 
“Kristalstop”  siteminin  iş  prinsipinin  əsasında  şərabın  demək 
olar  ki,  donma  nöqtəsinə  qədər  şok  soyudulması  və  onun  kristal-
laşma mərkəzinə kalium bitartarat kristalları əlavə olunması durur. 
Katalizator kimi müəyyən miqdarda kalium bitartarat kristallarının 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə