Hasil fəTƏLİyev şƏrabin mikrobiologiyasi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/95
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#20988
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   95

38 
sərgilərdə ən yüksək mükafatlarla təltif olunmuşdur.  
Azərbaycan  2013-cü  ildə  Beynəlxalq  Üzümçülük  və  Şərab-
çılıq  Təşkilatına  45-ci  üzv  kimi  qəbul  olunmuşdur.  Son  iki  ildə 
Azərbaycanın  Gəncə  şəhərində  üç  Beynəlxalq  Şərab  Festivalı 
keçirilmiş  və  bu  tədbirlər  ölkə  şərabçılığının  və  şərab  məhsul-
larının təbliğində mühüm rol oynamışdır.  
1.2.2. Üzüm emalının yeni üsul və vasitələri 
Şərab istehsalnda uzun illər istifadə olunan avadanlıqların bir 
çoxu  artıq  mənəvi  cəhətdən  aşınmış  və  öz  dövrünü  başa  vur-
muşdur. Odur ki, şərab istehsalı sənayesinin yeni avadanlıqlarlarla 
qurulması  günün  reallığına  çevrilmişdir.  Bu  məsələ  keçmiş  sovet 
birliyi ölkələrində xüsusilə aktual şəkildə durmaqdadır. 
Dünyada  şərabçılıq  üçün    çoxlu  sayda  avadanlıqlar  istehsal 
edən  müəssisələr  vardır.  Bu  baxımdan  İtaliyanın  “padovan”  və 
“diemme” firmaları liderlərdən hesab olunur. 
Padovan  əsasən  şərabın  emalı,  stabilləşdirilməsi,  filtirasiyası 
üçün  ixtisaslaşmışdır  və  avtomat  sistemlidir.  Dimme  firması 
üzümün  qəbulu  və  emalı,  preslənməsi  və  üzüm  şirəsi  alınması 
üçün  avadanlıqlar  buraxır.  Dünya  bazaraında  bu  avadanlıqlar  ən 
yaxşılarından hesab olunur.  
Yeni  avadanlıqlarda  üzümün  emalı  aşağıdakı  ardıcıllıqla 
yerinə yetirilir. 
Üzüm  müəssisəyə  yük  avtomobillərində,  yaxud  arabacıqlara 
quraşdırılmış xüsusi “Lotok”larda  gətirilir.  
Üzüm  qəbul  edildikdə  çəkilir  və  şəkərin  orta  miqdarı  təyin 
olunur. Bu, məhsul istehsalçıları ilə hesablaşmaların həmin göstə-
ricilərə uyğun aparılması ilə əlaqədardır. Nümunə götürülməsi, şə-
kərlik və turşuluğun təyini məqsədilə istifadə olunan avadanlıq nü-
munə  götürəndən  və  avtomat  analizatordan  ibarətdir  (şəkil  1.4, 
1.5). 


39 
 
Nümunə götürən operatorla idarə olunan xüsusi qola malikdir. 
Həmin  qolda  şnekli  nümunə  götürən  qurulmuşdur.  Operator 
nümunələri bir neçə yerdən götürür.  
Üzüm şirəsi boru ilə avtomata daxil olur və analizatorda 20-30 
saniyə  müddətində  şəkərin  və  lazım  gələrsə  turşuluğun  miqdarı 
təyin olunur (şəkil 1.4.). Həmin məlumatlar dərhal sənədlərdə əks 
olunur.  
Sonra  üzüm  paslanmayan  poladdan  hazırlanmış  qəbuledici 
bunkerə  boşaldılır,  oradan  şneklə  əzici-daraqayırana  verilir  (şəkil 
1.6).  
 
Şəkil 1.6. Əzicinin ümumi  və sxematik görünüşü 
 


40 
Hazırda  əsasən  vallı  tipli  əzicilər  tətbiq  olunur.  Belə 
qurğuların məhsuldarlığı 5 t/saatdan 100 t/saatadək olur. 
Yuxarı hissədə daraqayırıcı yerləşir ki, o boşaldıcı bunkerdən, 
daraqayırıcı valdan, deşikli silindrdən və güc ötürücüdən ibarətdir. 
Daraqayırıcı özünü paslanmayan poladdan ibarət olan fırlanan val 
kimi  göstərir  ki,  onun  vintli  xətti  üzrə  bıçaqlar  yerləşir.  Deşikli 
silindr iş prosesində zəif sürətlə daraqayırıcı valın istiqamətinə əks 
fırlanır.  Daraqdan  ayrılan  gilələr  silindr  deşiklərindən  keçərək 
xüsusi plastik vallar arasına düşür. Çox əzilmiş əzinti toplayacıya 
yığılır və vintli nasosla ötürülür. Bu tipli əzicilər  üzüm giləsinin 
əzilmə  prosesinin  daha  yumşaq  rejimdə,  qabıq  və  toxumun  az 
zədələnməsi  ilə  yerinə  yetirməyə  imkan  verir.  Bu,  şirənin 
keyfiyyətini yaxşılaşdırır və asılqanların miqdarını azaldır.  
 “Ağ  üsulla”  şərab  istehsalında  əzinti  əzicidən  sonra  dərhal  
preslənməyə  verilir.  Üzümün  hava  oksigeni  ilə  oksidləşməsinin 
qarşısını  almaq  üçün  axında  müəyyən  miqdarda  sulfit  anhidridi 
(SO
2
)  əlavə  olunur.  “Qırmızı  üsulla”  istehsalda  əzinti  əvvəlcə 
vinifaktora vurulur. Burada əzintidə saxlanma aparılır və preslənir. 
Membranlı  preslər.  Müasir  zavodlarda  zərif,  keyfiyyətli 
şərablar istehsal etmək üçün pnevmatik (yaxud vaakum) membran 
preslər  tətbiq  olunur.  Pres  özünü  paslanmayan  poladdan  ibarət 
olan  fırlanan  baraban  kimi  göstərib,  daxilində  bərk  parça 
materialdan möhkəm  membran olur. Barabanın  divarlarında axım 
üçün deşiklər vardır ki, şirə oradan çıxır (şəkil 1.7, 18.). 
 
 
Şəkil 1.7. Membranlı preslərin ümumi görünüşü 
 


41 
 
Şəkil 1.8. Membranlı presin sxematik görünüşü 
 
Əzinti ox ştuseri, yaxud açıq qapıcıqlardan presə verilir. Eyni 
zamanda  qapıcıqlardan  bütöv  salxımları  da  yükləmək  olar 
(məsələn, şampan şərabları üçün). 
Əvvəllər  tətbiq  edilən  sızdırıcılardan  və  şnek  tipli  preslərdən 
fərqli olaraq bu preslər fasiləli işləyən, başqa sözlə müəyyən dövrə 
üzrə  hərəkət  edən  qurğulardır.  Əvvəlcə  əzintinin  doldurulması 
aparılır. Bu zaman pres fırladılmır və o, sızdırıcı funksiyası yerinə 
yetirir.  
Yükələnmə  vaxtı  deşiklərdən  keçərək  öz  axımı  ilə  ayrılan 
daha qiymətli şirə fraksiyasının ayrılması və markalı şərablar üçün 
verilməsi  baş  verir.  Yüklənmə  prosesi  1,5-2  saat  davam  edir.  Bu 
müddətdə presin təqribən 2-2,5 hissəsi doldurulur və 55%-ə yaxın 
öz axımı ilə alınan şirə ayrılır.  
Pres  tam  doldurulduqdan  sonra  hava  kompressoru  işə  salınır 
və  hava  membranı  altdan  şişirdir.  Şişən  membran  isə  üzümü 
presləyir. Şirə deşiklərdən keçərək ayrılır. Təzyiq fasiləli qaydada 
buraxılır.  Pres  əzintini  çevirmək  (qarışdırmaq)  məqsədilə 
fırladılmaya keçirilir. Sonra yenidən təzyiq verilir.  
Təzyiq  tədricən  yüksəldilir.  Proses  1,5-2  saat  davam  edir. 
Sonra pres açılır və cecə şnek,  yaxud lentli konveyerə boşaldılır. 
Presin  boşaldılması  20-25  dəqiqə  çəkir.  Presin  iş  prosesi  tam 
avtomatlaşdırılmışdır və komputerlə idarə olunur. Presləmə dövrə-
sinin  baş  verməsinə  uyğun  olaraq  çoxlu  proqramlar  mövcuddur. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə