Hasil fəTƏLİyev şƏrabin mikrobiologiyasi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə11/95
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#20988
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   95

35 
proqramları  ölkənin  emal  sənayesində  başlanmış  sabitləşməyə 
doğru  meylin  daha  da  möhkəmləndirilməsi  və  sahənin  elmi 
əsaslarla  qanuni  bazaya  söykənərək  inkişaf  etdirilməsinə  zəmin 
yaratmış  oldu.  2013-cü  ildə  üzüm  bağlarının  sahəsi  15,8  min 
hektara və üzüm istehsalı 154,1 min tona çatmış oldu. Son 40 ildə 
hektardan məhsuldarlıqda 2 dəfədən çox artım nəzərə çarpır.  
Azərbaycanda  Üzümçülük  və  şərabçılıqla  Abşeron,  Gəncə-
Qazax, Şəki-Zaqatala, Lənkəran, Quba-Xaçmaz, Aran, Yuxarı Qa-
rabağ,  Dağlıq  Şirvan,  Naxçıvan  iqtisadi  rayonlarında  və  Bakı  şə-
hərində  məşğul  olurlar.  Bu,  Azərbaycanın  demək  olar  ki,  bütün 
ərazisini  əhatə  edir.  Ölkədə  30-a  yaxın  şərab  zavodu  fəaliyyət 
göstərir.  
Brendi və şərab istehsalının 50%-dən çoxu Gəncə-Qazax iqti-
sadi rayonunun payına düşür. Şərab istehsalı üzrə mövcud durum 
diaqramda  göstərildiyi  kimidir  (şəkil  1.3).  Üzümlüklərin  intensiv 
salınması  Cəlilabad,  Goranboy,  Göygöl,  Kürdəmir,  Lənkəran, 
Şəmkir,  Şamaxı  rayonlarında  həmçinin  Gəncə-Qazax  bölgəsinin 
digər  rayonlarında  müşahidə  olunur.  Burada  əsasən  Fransadan 
gətirilən  üzüm  sortları  salınmaqdadır.  Xüsusilə  də  Salyan  rayo-
nunda  inkişaf  güclü  olmuş,  üzümlüklərin  ümumi  sahəsi  3  min 
hektara  çatdırılmışdır.  Üzümçülüyə  maraq  Şirvanın  dağlıq  hissə-
sində  və  bir  sıra  cənub  rayonlarında  da  müşahidə  olunmaqdadır. 
Saatlı rayonunda ilk dəfə üzüm becərilməsinə başlanılmışdır. Son 
5  ildə  bütünlükdə  5  min  hektar  üzümlük  salınmış  və  yaxın  illərə 
qədər minimum 10 min ha əlavə üzümlüklər salınacağı gözlənilir. 
Bu isə 180-200 min ton məhsul yığımına imkan verəcəkdir.  
Ekspertlər belə hesab edirlər ki, ölkədəki hazırkı şərait üzüm-
çülüyün  inkişafı  ilə  bağlı  bir  sıra  çətinliklər  yaradır.  Belə  ki, 
əhalinin əlindəki pay torpaqlarının həcmi olduqca azdır. Məsələn, 
2009-2013-cü  illər  üzrə  Regionların  inkişafına  dair  dövlət 
proqramında  hökumət  ölkənin  10-dan  artıq  rayonunu  üzümçülük 
üçün  üstün  ərazilər  kimi  fərqləndirirdi.  Şamaxı  istisna  olmaqla 
həmin ərazilərin heç birində adambaşına xüsusi torpaqların sahəsi 
yarım hektardan çox deyildi. Tovuz rayonunda isə həmin göstərici 
hətta 0,2 hektardan da azdır. İcarə əsaslı dövlət torpaqlarında çox 


36 
illik əkmələrin qanunvericiliklə qadağan olunduğunu nəzərə alsaq, 
kiçik  ölçülü  özəl  torpaqların  rəqabətə  davamlı  və  səmərəli 
istehsalın  təşkili  üçün  imkan  yaradacağı  mümkün  deyil.  Bundan 
əlavə,  bir  sıra  zavodlar  ya  uzunmüddətli  icarəyə  götürdükləri 
dövlət  torpaqlarında  üzüm  plantasiyaları  salmaqla  xammalla 
özlərini  təmin  edir,  ya  da  ucuz  idxal  xammalı  hesabına 
ehtiyaclarını qarşılamağa üstünlük verirlər.  
 
 
Şəkil 1.3. İqtisadi zonalar üzrə üzüm şərabları istehsalı (min dal) 
 
2011-ci  ilin  15  dekabrında  ölkə  prezidenti  tərəfindən  «2012-
2020-ci illərdə Azərbaycanda üzümçüdüyün inkişafına dair» Döv-
lət Proqramının qəbul olunması ilə bağlı sərəncam imzalanmışdır. 
Ekspertlər  qeyd  olunan  sənədi  ölkədə  üzümçülük  və  şərabçılığın 
elmi  əsaslarla  inkişafını  nəzərdə  tutan  mühüm  Dövlət  aktı  kimi 
qiymətləndirirlər.  Dövlət  Proqramına  uyğun  olaraq  2020-ci  ildə 
ölkədə  üzümlüklərin  30  min  hektara,  üzüm  istehsalının  500  min 
tona,  şərab  itehsalının  30  milyon  dekalitrə  çatdırılması  nəzərdə 
tutulur. İstehsal olunan üzümün 30%-nin təzə halda, qalanının isə 
şərablar istehsalına verilməsi proqnozlaşdırılır. Qeyd etmək lazım-
dır  ki,  daxili  istehsal  hesabına  təzə  və  qurudulmuş  üzüm  məh-
sulları  ilə  əhalinin  təminatı  hələ  də  həll  olunmamış  qalır  və  bu 
sahədə  boşluq  hiss  olunmaqdadır.  Həmin  boşluq  əsasən  İran, 


37 
Türkiyə,  Özbəkistan  və  digər  ölkələrdən  idxal  olunan  məhsullar 
hesabına  ödənilir.  Azərbaycanda  təzə  və  qurudulmuş  üzüm 
məhsullarına  olan  daxili  tələbatın  ödənilməsi  üçün  ildə  500  min 
ton üzüm tələb olunduğu proqnozlaşdırılır. Bü yöndə perspektivdə 
görüləcək işlər çoxdur. 
Çoxsaylı üzüm sortları və fərqli terruarlar yüksək keyfiyyət və 
çeşiddə şərablar alınmasını təmin edir. Bu baxımdan bazarın tələb-
lərinə  uyğun  yeni  şərab  çeşidləri  yaradılmış  və  artıq  populyarlıq 
qazanmışdır.  Sovet  dönəmində  Azərbaycanda  şərab  istehsalının 
ümumi  kütləsində  tündləşdirilmiş  şərablar  əsas  yeri  (92-95%-lə) 
tuturdusa,  hazırda  bu  vəziyyət  natural  şərabların  xeyrinə  tam 
əksinə dəyişmişdir.  
Ekoloji  təmiz  məhsul  istehsalı,  yəni  bioüzüm  və  bioşərablar 
buraxılışının  təşkili  istehsalçılar  qarşısında  duran  və  perspektivə 
malik  olan  vəzifələrdəndir.  Artıq  MDB  məkanında  Ukrayna, 
Rusiya və Moldovada bu istiqamətli işlərə başlanılmışdır. Araşdır-
malar  göstərir  ki,  çox  iri  təsərrüfatlarda  bu  məsələnin  səmərəli 
təşkili  mümkün  deyildir.  Ölkədə  üzümlük  təsərrüfatlarının  xırda-
lanmış olması  və belə təsərrüfatlarda gübrələrdən, həmçinin  bitki 
mühafizə vasitələrindən çox vaxt istifadə oluna bilməməsi burada 
təbii qaydada ekoloji təmiz məhsil istehsalına imkan verir.  
Son  illərdə ölkənin əsas şərab istehsalçıları tərəfindən klassik 
və  müasir  texnologiyaların  ustalıqla  uzlaşdırılması,  müəssisələrin 
qərb  avadanlıq  və  qabları  əsasında  yenidən  qurulması  aparılmaq-
dadır. “Göygöl Şərab” ASC, “Aqroazərinvest” ASC, “Alko” ASC, 
“Qəbələ  Şərab”,  “Tovuz  Baltiya”,  “Göyçay  konyak  zavodu”, 
“Şərq  Ulduzu”  ASC,  “Cəlilabad  Şərab”  ASC,  “Gəncə  Şərab-2” 
ASC, “Abşeron Şərab” ASC belə müəssisələrdəndir. Bu zavodlar 
yerli və qərbdən gətirilmiş ən yaxşı üzüm sortlarından ibarət üzüm 
bağları  salınmasına  nail  olmuşlar.  İri  üzümlüklər  xırdalanmış 
sahələrə  nəzərən  yeni  brendlər  yaratmağa  imkan  vermişdir. 
Hazırda  Azərbaycanın  şərab  və  konyakları  Rusiya,  Ukrayna, 
Belarus,  Pribaltika  respublikaları,  Polşa,  Almaniya,  Yaponiya, 
Çin,  Hindistan və  b. ölkələrə ixrac olunur.  Ölkənin  şərab və  tünd 
içkiləri  son  illərdə  keçirilən  Beynəlxalq  səviyyəli  müsabiqə  və 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə