Hasil fəTƏLİyev şƏrabin mikrobiologiyasi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/95
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#20988
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   95

32 
azalaraq 4,4 min hektara enmişdi. Alman faşizmi üzərində qələbə-
mizdən  sonra  üzümçülük  və  şərabçılığın  bərpa  və  inkişaf  etdiril-
məsinə  başlandı.  Artıq  1961-ci  ildə  respublika  üzümlüklərinin 
ümumi  sahəsi  56,1  min  hektara  çatdırılmışdı.  Lakin  belə  inkişaf 
səviyyəsi qoyulan tələbata cavab vermirdi. Azərbaycan KP MK və 
respublika  Nazirlər  Sovetinin  «Azərbaycan  SSR-də  üzümçülüyün 
daha da inkişaf etdirilməsi tədbirləri» haqqında 16 noyabr 1971-ci 
il  tarixli  qərarının  üzümçülük  və  şərabçılığın  inkişafında  böyük 
rolu oldu.  Qərarda göstərilirdi  ki,  doqquzuncu beşillikdə  100 min 
hektar yeni üzüm bağı salınmaqla 1975-ci ildə üzüm istehsalı 700 
min tona, ilkin şərab emalı müəssisələrinin gücü isə 500 min tona 
çatdırılmalıdır. 
1964-cü ildə üzümçülük və şərabçılıq istehsalının ixtisaslaşdı-
rılması,  təmərküzləşdirilməsi  və  idarə  mexanizminin  təkmilləşdi-
rilməsi məqsədilə Azərbaycan SSR Üzümçülük, Şərabçılıq Komi-
təsi  yaradıldı.  Həmin  Komitə  sistemində  yeni  aqrar-sənaye 
müəssisələri,  sovxoz-zavodların  təşkilinə  başlandı.  Əgər  1964-cü 
ildə Azərbaycanda 10 sovxoz-zavod, 10 şərabçılıq zavodu vardısa, 
20 ildən sonra, yəni 1984-cü ildə bu göstəricilər uyğun olaraq, 166 
və  15  olmuşdur.  Şərab  materialı  istehsalı  2,5-dən  145,5  mln  dala 
çatmışdı.  Təkcə  bir  faktı  qeyd  etmək  yerinə  düşər  ki,  1955-80-ci 
illərdə  Azərbaycan  şərab,  şampan  və  konyakları  Beynəlxalq  və 
Ümumittifaq  səviyyəli  müsabiqə,  yarmarka  və  sərgilərdə  4  Qran-
pri,  46  qızıl,  49  gümüş  və  3  bürünc  medala  layiq  görülmüşdür. 
Belə  yüksək  qiymət  respublikamızın  yüksək  keyfiyyətli  şərab  və 
konyakları hesabına mümkün olmuşdur: markalı süfrə şərabları – 
Mədrəsə,  Qırmızı  Martuni,  Sadıllı;  portveyn  –  Ağstafa,  Alabaşlı; 
desert – Kürdəmir, Qara-Çanax, Azərbaycan, Mil, Qarabağ, Şama-
xı; oynaq-şampan (turş və kəmturş, kəmşirin, bryut, qızıl kəmturş) 
–  Azərbaycan  mirvarisi  (Jemçujina  Azerbaydjana);  konyak  – 
Şirvan, Azərbaycan, Moskva, Yubiley, Bakı, Gəncə, Göy-göl və s. 
Respublikamızda 1973-cü ildən ərazi istehsal – aqrar birlikləri 
yaradılmağa  başlandı.  Görülən  tədbirlər  nəticəsində  şərabçılıq 
yeyinti  sənayesinin,  üzümçülük  isə  kənd  təsərrüfatının  yüksək 
intensiv sahəsinə çevrildi. 


33 
Sov.İKP  MK  və  SSRİ  Nazirlər  soveti  22  fevral  1979-cu  ildə 
«Azərbaycan  SSR-də  kənd  təsərrüfatı  istehsalını  daha  da  ixtisas-
laşdırmaq,  üzümçülüyü  və  şərabçılığı  inkişaf  etdirmək  tədbirləri 
haqqında»  qərar  qəbul  etdi.  Qərara  əsasən  1979-1986-cı  illərdə 
190 min hektar yeni üzüm bağları salınmalı, üzüm istehsalı 1990-
cı ildə 2,5-3 mln tona çatdırılmalı idi. Mövsümdə 2 mln ton üzüm 
emal  edən  müasir  tipli  şərab  zavodları,  ildə  70  mln  dal  üzüm 
şərabları  dolduran  zavodların  tikilməsi  və  s.  kimi  yüksək 
keyfiyyətli  şərab  istehsalına  yönəldilmiş  tədbirlərin  də  həyata 
keçirilməsi nəzərdə tutulurdu. 
1984-cü  ildə  Azərbaycanda  artıq  300  min  ha-dan  çox  üzüm 
plantasiyası  var  idi.  Üzüm  istehsalı  və  tədarükünə  görə 
Azərbaycan  1984-cü  ildə  keçmiş  İttifaqda  birinci  yerə  çıxaraq,  2 
mln  tondan  çox  üzüm  istehsal  etmişdi.  İstehsal  olunan  üzümün 
təqribən  30-40%-ni  verən  Cəlilabad  və  Şamaxı  kimi  nəhəng 
üzümçülük,  şərabçılıq  rayonları  yaranmışdı.  İstehsal  olunan 
üzümün  lazımi  səviyyədə  emalı,  alınan  şərab  və  konyakın 
yetişdirilməsi  üçün  güclü  baza  yaradılmışdı.  Üzümçülük  və 
şərabçılıqdan  gələn  gəlir  respublika  büdcəsinin  formalaşmasında 
əsaslı rol oynayırdı. 
Sov.İKP  MK  və  SSRİ  Nazirlər  sovetinin  7  may  1985-ci  il 
tarixli  «Alkoqolizmə  və  sərxoşluğa  qarşı  mübarizə  tədbirləri 
haqqında» məlum qərarından sonra alkoqolizmlə mübarizə pərdəsi 
altında üzümlüklərin və şərab zavodlarının dağıdılmasına başlandı. 
10  illərlə  qazanılmış  göstəricilər  cəmi  2-3  ildə  demək  olar  ki, 
məhv  edildi.  Azərbaycan  MDB  dövlətləri  arasında  bu  baxımdan 
daha  çox  zərər  çəkən  dövlət  oldu.  Belə  ki,  bu  illər  ərzində 
köklənən  üzümlüklərin  yeni  salınanlara  nisbəti  MDB  üzrə  2,5:1 
olmuşdursa,  Azərbaycanda  10:1  nisbətində  olmuşdur.  Azərbay-
canda hazırlanan şərab materialları, başqa respublikalarda yerləşən 
bioloji  kimya  kombinatlarına,  yem  mayaları  istehsalı  üçün 
göndərilirdi. Əgər 1985-1987-ci illər arasında şərab materialının 1 
dekalitrinin  qiyməti  7-8  manat  (o  vaxtın  pulu  ilə)  idisə,  həmin 
məhsulu  bizdən  orta  hesabla  14  qəpiyə  alırdılar.  Həmin  pul  isə 
hətta  məhsulun  göndərilmə  (daşınma)  xərcini  ödəmirdi.  Nəticədə 


34 
respublikamızın  üzümçülük  və  şərabçılığı  olduqca  ağır  itkilərə 
məruz  qalmış,  müstəqilliyimizi  qazandığımız  illərdən  bəri  bu 
böhranlı  vəziyyəti  hələ  də  tam  aradan  qaldırmaq  mümkün 
olmamışdır.  Güclü  bazaya  malik  şərabçılıq  sənayesi  bəzi 
rayonlarda  (məsələn,  Cəlilabad  rayonunda)  demək  olar  ki,  əsaslı 
şəkildə  dağıdılmışdır.  Sahəyə  diqqətin  azaldılması  üzümlüklərin 
orta  istismar  müddətinin  II  ilə  düşməsinə  səbəb  olmuşdur. 
Müqayisə üçün qeyd edək ki, Qərb ölkələrində bu göstərici 80-85 
il  təşkil  edir.  Bununla  bərabər,  üzümlüklərin  məhsuldarlığı  və 
istehsal olunan məhsulun miqdarı xeyli aşağı düşmüşdür.  
Üzüm  istehsalının  azalması  təbii  ki,  şərab  və  konyak  isteh-
salının da kəskin azalmasına səbəb olmuşdur. 
1.2. Müasir şərabçılıq, tətbiq olunan əsas texnoloji üsul və 
qurğular 
1.2.1. Şərabçılığın hazırkı vəziyyəti 
Azərbaycanda üzümçülük – şərabçılıq üzrə tənəzzül 2005 –ci 
ildə  özünün ən son məqamına çatmış, üzümlüklər 9,6 min hektara 
və  üzüm  istehsalı  79,7  min  tona  düşmüşdür.  Bu  prosesə  Sovetlər 
birliyinin  parçalanması  ilə  planlı  təsərrüfat  formasının  dağılması 
və  mövcud  bazarların  itirilməsi  də  sürətləndirici  təsir  göstərdi. 
Nəticədə şərabçılıq sənayesi də böyük ziyana məruz qaldı və sahə 
ilə  bağlı  76  müəssisə  və  116  ilkin  emal  zavodu  dağıldı.  Bu  pro-
seslər şərab və konyak istehsalının  kəskin azalmasına səbəb oldu. 
2002-ci  ildə  “Üzümçülük  və  şərabçılığın  inkişafı  haqqında” 
qanun  və  2004,  2009-cu  illərdə  “Regionların  sosial  iqtisadi 
inkişafı  haqqında  Dövlət  proqramları”  qəbul  edildi.  Bunlar 
sahənin  inkişafı  üçün  hüquqi  baza  rolu  oynamaqla,  burada  emal 
sahəsinin inkişafı, şərab məhsullarının keyfiyyətinə qoyulan tələb-
lər, nəzarət tədbirləri və dövlət standartı normaları müəyyənləşdi-
rildi. Sahəyə diqqətin artırılması üçün güzəştli şərtlərlə kreditlərin 
ayrılması  planlaşdırıldı.  Qəbul  olunmuş  qanun  və  Dövlət 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə