Həcər Adil qızı Qasımova Elmi redaktor: h e. d., dos. MƏMMƏdov r. F



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə17/122
tarix14.06.2018
ölçüsü4,58 Kb.
#48683
növüDərslik
1   ...   13   14   15   16   17   18   19   20   ...   122

Bütün bunlar diplomatik nümayəndəliklərin, beynəlxalq 
təşkilatlardakı daimi nümayəndəliklərin başçılarının ölkə ilə, burada 
gedən ictimai-siyasi proseslərlə  sıx  əlaqəsini təmin edən, nəticədə 
ölkəmizi xarici dövlətlərdə effektli təmsil olunmasına imkan yaradan 
mühüm amillərdir.  
Artıq qeyd etdiyimiz kimi, “Diplomatik xidmət haqqında” 
Azərbaycan Respublikasının Qanununa əlavələr və  dəyişikliklər 
edilməsi barədə Azərbaycan Respublikasının 21 may 2004-cü il 
qanununda diplomatiya hüququnun müasir praktikasını  əks etdirən 
bir sıra müsbət dəyişikliklər edilmişdir. Belə ki, əlavələr qəbul ol-
unana qədər “Diplomatik xidmət haqqında” qanunda diplomatik 
xidmətkeçmə,  əmək münasibətlərinin tənzimlənməsi və s. məsələlər 
ilə bağlı müddəalar yalnız diplomatik xidmət  əməkdaşlarına  şamil 
olunurdu. Məlum olduğu kimi, nümayəndəliyin heyətinə diplomatik 
heyətlə yanaşı, inzibati-texniki və xidmətçi heyət də daxildir. Və 
müasir beynəlxalq hüquqda inzibati-texniki heyətin statusunun dip-
lomatik heyətə maksimum yaxınlaşdırılması tendensiyası mövcud-
dur. Bu tendensiya Azərbaycan Respublikasının iştirakçısı olduğu 
1961-ci il Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasında da 
qismən öz əksini tapmışdır.  Əlavə  və  dəyişikliklərin qəbul edilməsi 
ilə “Diplomatik xidmət haqqında” qanunun bir çox maddələrində 
“Diplomatik xidmət  əməkdaşlarının” sözlərindən sonra “diplomatik 
xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər” 
sözləri də əlavə olunmuşdur.  
Bundan başqa, qəbul edilmiş  əlavələrdə diplomatik xidmət 
əməkdaşlarının ailə üzvləri anlayışı dəqiqləşdirilmiş  və bu kateqori-
yaya ər, arvad, 18 yaşına qədər uşaqlar və 18 yaşından yuxarı əmək 
qabiliyyəti olmayan uşaqlar aid edilmişdir. Bu boşluğun doldurul-
ması, xüsusilə  zəruri idi. Belə ki, diplomatik personalın ailə üzvləri 
kateqoriyası beynəlxalq hüquqla müəyyən olunmur. Bu məsələni hər 
bir dövlət öz daxili qanunvericiliyi ilə  tənzimləyir və indiyə  qədər 
bizim qanunvercilik ilə bu kateqoriyanın dəqiq müəyyən olunmaması 
praktikada çətinliklər yaradırdı.  
Əlavə  və  dəyişikliklər qanunun 7. 1-ci maddəsinə  də toxun-
muşdur. Belə ki, maddənin ilkin variantına əsasən ali təhsilli və xarici 
dil bilən Azərbaycan Respublikasının vətəndaşları diplomatik 
vəzifələrə  təyin edilə bilərdilər. Yeni redaksiyada xarici dil bilmək 
meyarı qaldırılmış, onun yerinə isə üzərinə qoyulmuş  vəzifələri 
yerinə yetirmək üçün müvafiq işgüzar, mənəvi, peşəkar keyfiyyətlərə 
və sağlamlıq vəziyyətinə malik olmaq şərti irəli sürülmüşdür. 
Zənnimizcə, yeni redaksiyaya, həmçinin xarici dil bilmək meyarının 
da əlavə edilməsi diplomatik praktikamız baxımından daha səmərəli 
olardı.  
Əlavələr və  dəyişikliklər edilməsi barədə qanun bir sıra digər 
mühüm məsələlərə də aydınlıq gətirir.  
Azərbaycan Respublikasının səfirliklərinin vəzifələri, funk-
siyaları, hüquqları, səfirliyin fəaliyyətinin təşkili kimi məsələlər 
2006-cı il mayın 25-də  təsdiq edilmiş  “Azərbaycan Respublikası-
nın Səfirliyi haqqında Əsasnamə” ilə müəyyən olunur.  
Burada qeyd olunur ki, Azərbaycan Respublikasının Səfirliyi 
qəbul edən dövlətdə Azərbaycan Respublikasını  təmsil edən diplo-
matik xidmət orqanıdır, o Azərbaycan Respublikası Xarici İşlər Na-
zirliyinin rəhbərlik etdiyi diplomatik xidmət orqanlarının vahid 
sisteminə daxildir (İ. 1.).  
Səfirlik qəbul edən dövlətdə Azərbaycan Respublikasının va-
hid xarici siyasət xəttinin həyata keçirilməsini öz səlahiyyətləri 
daxilində  təmin edir və bu məqsədlə Azərbaycan Respublikasının 
dövlət və yerli özünüidaretmə orqanlarının, idarə, təşkilat və 
müəssisələrinin nümayəndəliklərinin, nümayəndə heyətlərinin və 
mütəxəssis qruplarının fəaliyyətini  əlaqələndirir və  işi üzərində 
nəzarəti həyata keçirir. Adı  çəkilən nümayəndəliklər, nümayəndə 
heyətləri və mütəxəssis qrupları öz fəaliyyətini Səfirlik ilə razılaş-
dırmalı və öz fəaliyyəti barədə Səfirliyə məlumat verməlidir (I.3.).  
Əsasnamə  Səfirliyin aşağıdakı  əsas vəzifələrini müəyyən et-
mişdir: 
-öz səlahiyyətləri daxilində  qəbul edən dövlətdə Azərbaycan 
Respublikasını təmsil etmək; 
-qəbul edən dövlətdə Azərbaycan Respublikasının vahid xarici 
siyasət xəttini öz səlahiyyətləri daxilində həyata keçirmək
- qəbul edən dövlətdə Azərbaycan Respublikasının milli 
maraqlarını, o cümlədən, suverenliyini, təhlükəsizliyini,  ərazi bü-
tövlüyünü, sərhədlərinin toxunulmazlığını, siyasi, iqtisadi və digər 
maraqlarını diplomatik üsul və vasitələrlə öz səlahiyyətləri daxilində 
təmin etmək və müdafiə etmək; 
-qəbul edən dövlətdə Azərbaycan Respublikasının, onun 
vətəndaşlarının və hüquqi şəxslərinin hüquq və maraqlarını öz 
 
64
 
65


səlahiyyətləri daxilində müdafiə etmək və s.  
Əsasnamənin III fəsli bu vəzifələrə uyğun Səfirliyin geniş 
funksiyalarını müəyyən etmişdir ki, bunlara Azərbaycan Respub-
likasının qəbul edən dövlətlə iqtisadi, sosial, elmi-texniki, mədəni və 
başqa sahələrdə  əməkdaşlığın inkişafına öz səlahiyyətləri daxilində 
kömək göstərmək, Azərbaycan Respublikasının qəbul edən dövlət ilə 
dostluq münasibətlərini inkişaf etdirmək, habelə, Azərbaycan Re-
spublikasının həmin dövlətdə  və bütövlükdə dünyada maraqlarının 
təmin edilməsinə dair Xarici İşlər Nazirliyinə  təkliflər təqdim 
etmək,qəbul edən dövlətdə Azərbaycan Respublikasının xarici və 
daxili siyasəti, ölkənin iqtisadi, sosial və  mədəni həyatı haqqında 
rəsmi məlumatın yayılmasını  təmin etmək, qəbul edən dövlətdə 
Azərbaycan Respublikasının  əmlak hüquqlarının və maraqlarının 
müdafiəsində öz səlahiyyətləri daxilində  iştirak etmək, burada 
yaşayan azərbaycanlılarla  əlaqələrin qurulmasına və  əməkdaşlığın 
inkişafına öz səlahiyyətləri daxilində yardım etmək və s. daxildir.  
Səfirliyin fəaliyyətinin təşkili ilə bağlı V hissədə qeyd olunur 
ki, Səfir və ya Səfirliyin digər əməkdaşları Azərbaycan Respublikası-
nın və ya qəbul edən dövlətin qanunvericiliyinə görə  məsuliyyət 
doğuran  əməllər törətməkdə  təqsirli bilindikdə, habelə Azərbaycan 
Respublikasının qanunvericiliyində  nəzərdə tutulmuş digər hallarda 
vaxtından əvvəl geri çağırıla bilərlər.  
Əsasnamədə, həmçinin səfirin səlahiyyətləri də öz geniş 
təsbitini tapmışdır.  
Azərbaycan Respublikasının xarici dövlətlərdə konsul 
fəaliyyətini tənzimləyən  Azərbaycan  Respublikasının Konsul 
Nizamnaməsi 1994-cü il martın 1-də qüvvəyə minmişdir.  
Nizamnamə on üç fəsildə birləşən 97 maddədən ibarətdir.  
I fəsil “Ümumi müddəalar” adlanır. Burada konsulluqların 
“Azərbaycan Respublikasının başqa dövlətlərlə dostluq 
münasibətlərinin inkişafına, iqtisadi, elmi-texniki, mədəniyyət, 
ticarət, idman, turizm və digər  əlaqələrin genişlənməsinə” yardım 
göstərməsi vəzifəsi haqqında mühüm müddəa yer alır (maddə 1).  
2-ci maddədə deyilir ki, konsulluqlar Azərbaycan Respub-
likasının diplomatik nümayəndəliklərinin konsul şöbələrindən, baş 
konsulluqlardan, konsulluqlardan, vitse-konsulluqlardan və konsul 
agentliklərindən ibarətdir. Baş konsulluqlara, konsulluqlara, vitse-
konsulluqlara və konsul agentliklərinə müvafiq surətdə baş konsullar, 
konsullar, vitse-konsullar və konsul agentləri başçılıq edirlər (maddə 
5).  
Nizamnamədə qeyd olunur ki, konsul nizamnamədə təsbit ol-
unmayan başqa funksiyaları da yerinə yetirə bilər, bu şərtlə ki, həmin 
funksiyalar Azərbaycan Respublikasının qanunvericiliyinə və konsul-
luğun olduğu dövlətin qanunvericiliyinə zidd olmasın (maddə 6). 
Belə yanaşma Azərbaycan Respublikasının müqavilə praktikasına, 
həmçinin Konsul əlaqələri haqqında 1963-cü il Vyana Konvensiyası-
nın 5-ci maddəsinə əsaslanır. Maddə 7 yerləşmə dövlətinin icazəsi ilə 
konsula diplomatik funksiyalarının həyata keçirilməsinin həvalə ol-
unmasının mümkünlüyünü nəzərdə tutur. 19-cu maddədə deyilir ki, 
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin xüsusi göstərişi 
və qəbul edən dövlətin razılığı əsasında konsul digər dövlətin konsul 
funksiyalarını da yerinə yetirə bilər. 12-ci maddə bu nizamnamədə 
işlədilən “konsul”, “konsul vəzifəli şəxsi”, “konsulluğun əməkdaşı”, 
“konsul dairəsi” kimi terminlərin açıqlanmasına həsr olunmuşdur.  
Nizamnamənin 14-cü maddəsinə  əsasən yalnız Azərbaycan 
Respublikasının vətəndaşı konsulluğun vəzifəli şəxsi ola bilər.  
Vəzifəyə  təyin edilərkən konsul, Azərbaycan Respublikasının 
Xarici  İşlər Nazirliyindən vəkalətnamə - konsul patenti alır (maddə 
15). Konsul vəzifəsinin icrasına qəbul edən dövlətdən razılıq (ekzek-
vatura) alandan sonra başlayır (maddə 16).  
Nizamnamənin mühüm əhəmiyyət kəsb edən IV fəslini xüsusi 
qeyd etmək istərdik. Belə ki, burada Azərbaycan Respublikasının 
vətəndaşları və hüquqi şəxsləri barəsində konsulun funksiyaları təsbit 
olunmuşdur. Mühüm funksiyalar kimi pasport-viza məsələləri 
(maddə 38, 39); vətəndaşlıq məsələləri üzrə (maddə 40); təmsil olu-
nan dövlətin vətəndaşlarının uçotu (maddə 25); ayrıca funksiya kimi 
hərbi uçot (maddə 30); vətəndaşlıq vəziyyəti aktlarının qeydi 
məsələləri üzrə funksiyalar (maddə 41); qəyyumluq və himayə üzrə 
tədbirlər və s. təsbit olunmuşdur.  
Konsulun apardığı notariat əməliyyatlarına V fəsil həsr olun-
muşdur. Konsul fəaliyyətinin mühüm sahəsi olan konsul leqallaşdır-
masına və konsul rüsumlarına VI və VII fəsillər həsr olunmuşdur.  
Nizamnamə Azərbaycan Respublikasının hərbi gəmiləri və 
köməkçi gəmiləri barəsində konsul funksiyalarını (VIII fəsil), 
Azərbaycan Respublikasının gəmiləri barəsində konsul funksiyalarını 
(IX fəsil), mülki hava gəmiləri və onların heyəti barəsində konsulun 
 
66
 
67


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə