Həcər Adil qızı Qasımova Elmi redaktor: h e. d., dos. MƏMMƏdov r. F



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə20/122
tarix14.06.2018
ölçüsü4,58 Kb.
#48683
növüDərslik
1   ...   16   17   18   19   20   21   22   23   ...   122

həm beynəlxalq, həm də daxili faktorlarla şərtlənmişdir. Dövləti ali 
səviyyədə yalnız bir orqan təmsil edə bilər. Parlament kimi, kollektiv 
orqan bunun üçün yararlı ola bilməz.  
vermək daha məqsədəmüvafiq olardı: "… Azərbaycan 
Respublikasının xarici ölkələrdə  və beynəlxalq təşkilatlarda 
diplomatik nümayəndəliklərinin başçısını təyin edir və geri çağırır". 
Bu düzəliş  aşağıdakı  məsələyə aydınlıq gətirmiş olardı: prezident 
Azərbaycan Respublikasının xaricdəki bütün diplomatik 
nümayəndələrini deyil, yalnız xarici ölkələrdə  və beynəlxalq 
təşkilatlarda diplomatik nümayəndəliklərinin başçısını  təyin edir. 
Zənnimcə, konstitusion normaların daha dəqiq ifadə olunması 
zəruridir.  
İ.İ.Lukaşuk xarici siyasət məsələlərində prezident və parlament 
arasındakı hakimiyyət bölgüsü problemini araşdıran elmi 
məqaləsində xarici siyasətin həyata keçirilməsində qanunverici və 
icra orqanının qarşılıqlı əlaqələrinin vacibliyini qeyd etsə də, xüsusi 
olaraq vurğulayır ki, bununla yanaşı, həmin sahədə əsas məsuliyyəti 
məhz icra hakimiyyəti daşıyır 
1
.  
Bu məsələ ilə bağlı prezidentin daha bir səlahiyyəti 109-cu 
maddənin 16-cı  bəndi ilə müəyyən olunmuşdur. Bu xüsusi 
səlahiyyətə  əsasən prezident xarici dövlətlərin diplomatik 
nümayəndələrinin etimadnamə  və övdətnamələrini qəbul edir. Bu 
bənddə  də "diplomatik nümayəndələrinin" yerinə "diplomatik 
nümayəndəliklərinin başçılarının" termininin işlədilməsi daha düzgün 
olardı.  
Dövlət başçısının xarici əlaqələr sahəsində konkret 
səlahiyyətlərinə gəldikdə isə, bu, hər bir dövlətin konstitusion sistemi 
ilə müəyyən olunur. Prezident respublikalarında onların səlahiyyətləri 
adətən daha genişdir.  
Azərbaycan Respublikasında Prezidentin xarici əlaqələr 
sahəsində konstitusion səlahiyyətlərinin araşdırılmasına Azərbaycan 
Respublikası  Əsas Qanununun 8-ci maddəsindən başlayaq. 
Konstitusiyanın 8-ci maddəsi "Azərbaycan dövlətinin başçısı" 
adlanır. Onun I bəndində deyilir ki, "Azərbaycan dövlətinin başçısı 
Azərbaycan Respublikasının Prezidentidir. O, ölkənin daxilində  və 
xarici münasibətlərdə Azərbaycan dövlətini təmsil edir". III bənddə 
deyilir ki, "Azərbaycan Respublikasının Prezidenti Azərbaycan 
dövlətinin müstəqilliyinin,  ərazi bütövlüyünün və Azərbaycan 
Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə riayət 
olunmasının təminatçısıdır" 
2
.  
Yeri gəlmişkən qeyd edək ki, xarici əlaqələr sahəsində digər 
səlahiyyətlərdən fərqli olaraq 15 və 16-cı  bəndlərdə  təsbit olunmuş 
səlahiyyətlər prezidentin xarici əlaqələr sahəsində müstəsna 
səlahiyyətləridir. Bu müstəsna səlahiyyətlərdən başqa prezidentin 
Azərbaycan Respublikasının Milli Məclisi ilə bölüşdüyü bir sıra 
digər səlahiyyətləri də mövcuddur. Bunlara əsasən aşağıdakılar 
aiddir:  
1)
 
Azərbaycan Respublikasının Prezidenti dövlətlərarası 
beynəlxalq müqavilələri təsdiq və  ləğv olunmaq üçün Azərbaycan 
Respublikasının Milli Məclisinə  təqdim edir, təsdiqnamələri 
imzalayır (109-cu maddə, bənd 17); 
Prezidentin xarici əlaqələr sahəsində  əsas səlahiyyətləri 
"Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri" adlanan 109-
cu maddə ilə müəyyən olunmuşdur. Həmin maddənin 15-ci bəndinə 
əsasən prezident Azərbaycan Respublikasının xarici ölkələrdə  və 
beynəlxalq təşkilatlarda diplomatik nümayəndəliklərinin təsis 
edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinə təqdimat 
verir, Azərbaycan Respublikasının xarici ölkələrdə  və beynəlxalq 
təşkilatlarda diplomatik nümayəndələrini təyin edir və geri çağırır.  
2)
 
Azərbaycan Respublikasının Milli Məclisinin razılığı ilə 
müharibə elan edir və sülh bağlayır (109-cu maddə, bənd 30);  
Mövcud praktikanı  nəzərə alaraq konstitusiyanın 109-cu 
maddəsinin 15-ci bəndinin son müddəasını  aşağıdakı redaksiyada 
                                                 
 
77
3)
 
Azərbaycan Respublikasının hərbi doktrinasını Azərbaycan 
Respublikasının Milli Məclisinin təsdiqinə verir (109-cu maddə, bənd 
11). Bunlarla yanaşı, prezident danışıqlar aparır, dövlətlərarası  və 
hökumətlərarası beynəlxalq müqavilələr bağlayır (109-cu maddə, 
bənd 17). Prezidentin bu səlahiyyətləri Azərbaycan Respublikasının 
beynəlxalq müqavilələrinin bağlanması, icrası  və  ləğv edilməsi 
qaydaları haqqında Azərbaycan Respublikası Qanununun 7-ci 
maddəsi ilə  də  təsdiq olunmuşdur. Burada qeyd olunur ki, 
Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının 
1
 Лукашук И.И. Внешняя политика: президент и парламент // Госу-
дарство и право, 1996, №7, с. 144 
2
 Azərbaycan Respublikasının Konstitusiyası. Bakı: Qanun. 1996, s. 6 
 
76


bütün beynəlxalq müqavilələri barəsində danışıqlar aparmaq və onları 
imzalamaq hüququna malikdir.  
Bütün bu deyilənlər təkcə beynəlxalq müqavilələrin bağlan-
ması, icrası  və  ləğv edilməsi ilə  əlaqədar Azərbaycan Respublikası 
Prezidentinin səlahiyyətlərini  əks etdirir. Təbii ki, xarici əlaqələr 
sahəsində prezidentin səlahiyyətləri bunlarla məhdudlaşmır.  
Əksər hallarda prezident beynəlxalq müqavilələri özü 
imzalamır, onların imzalanması üçün səlahiyyətlər verir. Adı çəkilən 
qanunun 6-cı maddəsinə müvafiq olaraq beynəlxalq danışıqların 
aparılması 
və Azərbaycan Respublikasının beynəlxalq 
müqavilələrinin imzalanması üçün səlahiyyətləri yalnız Azərbaycan 
Respublikasının Prezidenti verir.  
Xarici 
əlaqələr sahəsində Azərbaycan Respublikası 
Prezidentinin daha bir müstəsna səlahiyyəti 109-cu maddənin 24-cü 
bəndində və uyğun olaraq Azərbaycan Respublikasının "Diplomatik 
xidmət haqqında" qanununda göstərilmişdir. Adı  çəkilən qanunun 
"Diplomatik rütbələrin verilməsi qaydaları" haqqında 9-cu 
maddəsində deyilir ki, fövqəladə  və  səlahiyyətli səfir, birinci və 
ikinci dərəcəli fövqəladə  və  səlahiyyətli elçi diplomatik rütbələri 
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü 
bəndində müvafiq olaraq verilir (maddə 9. 1). Yəni bu rütbələrin 
verilməsi Azərbaycan Respublikası Prezidentinin müstəsna 
səlahiyyətidir.  
Azərbaycan Respublikasının Beynəlxalq müqavilələrinin 
bağlanması, icrası  və  ləğv edilməsi qaydaları haqqında Azərbaycan 
Respublikasının Qanununa əsasən prezidentə, həmçinin Azərbaycan 
Respublikasının beynəlxalq müqavilələrinin bağlanması  və  ləğv 
edilməsi haqqında təkliflər təqdim olunur (maddə 4 və 21). 
Azərbaycan Respublikasının adından, o cümlədən Azərbaycan 
Respublikasının hökuməti adından bağlanan müqavilələrə dair 
beynəlxalq danışıqların aparılması  və beynəlxalq müqavilələrin 
bağlanması haqqında qərarlarını da Azərbaycan Respublikasının 
Prezidenti qəbul edir (maddə 5). Qanuna əsasən Prezident, artıq qeyd 
etdiyimiz kimi, Azərbaycan Respublikasının beynəlxalq 
müqavilələrinin ratifikasiyası haqqında Milli Məclisin qərarı əsasında 
ratifikasiya fərmanı imzalayır (maddə 11).  
Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin xarici 
əlaqələrlə bu və ya digər dərəcədə əlaqəli olan müxtəlif səlahiyyətləri 
mövcuddur.  
Belə ki, Konstitusiyanın 109-cu maddəsinin 20-ci bəndinə 
müvafiq olaraq Azərbaycan Respublikasının Prezidenti vətəndaşlıq 
məsələlərini həll edir. Azərbaycan Respublikasının vətəndaşlığı 
haqqında Azərbaycan Respublikası Qanununun 14 və 16-cı maddələri 
bu müddəanı bir daha təsdiq edir. Burada qeyd olunur ki, Azərbaycan 
Respublikasının vətəndaşlığına qəbul haqqında və uyğun olaraq, 
Azərbaycan Respublikası  vətəndaşlığına xitam verilməsi haqqında 
qərar Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 
20-ci bəndinə müvafiq surətdə qəbul olunur.  
Prezident, həmçinin ratifikasiya tələb olunmayan Azərbaycan 
Respublikasının beynəlxalq müqavilələrini təsdiq və ya qəbul edir 
(maddə 13). O, eyni zamanda, Azərbaycan Respublikasının adından 
və Azərbaycan Respublikasının hökuməti adından bağlanan və 
ratifikasiyası  tələb olunmayan Azərbaycan Respublikasının 
beynəlxalq müqavilələrini ləğv edir (maddə 24).  
109-cu maddəyə müvafiq olaraq prezident həmçinin siyasi 
sığınacaq verilməsi məsələlərini həll edir (bənd 21), fövqəladə  və 
hərbi vəziyyət elan edir (bənd 29).  
Qanuna müvafiq olaraq Azərbaycan Respublikasının 
Prezidenti ratifikasiya tələb olunmayan müqavilələrə qoşulmaq 
haqqında qərarlar da qəbul edir (maddə 14).  
Azərbaycan Respublikası  ərazisinin müəyyən hissəsi faktik 
işğal olunduqda xarici dövlət və ya dövlətlər Azərbaycan 
Respublikasına müharibə elan etdikdə, Azərbaycan Respublikasına 
qarşı real silahlı hücum təhlükəsi yarandıqda və s. hallarda 
Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının 
bütün  ərazisində  və ya ayrı-ayrı yerlərində  hərbi vəziyyət elan edir 
(Konstitusiyanın 111-ci maddəsi).  
Qanunun 16-cı maddəsi Konstitusiyanın 8-ci maddəsinin III 
bəndindəki müddəanı təsdiq edir. Burada qeyd olunur ki, Azərbaycan 
Respublikasının Prezidenti Azərbaycan Respublikasının beynəlxalq 
müqavilələrinin yerinə yetirilməsini təmin edir.  
Onu da qeyd edək ki, idarələrarası xarakter daşıyan 
Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, 
icrası  və  ləğv edilməsi qaydaları Azərbaycan Respublikasının 
Prezidenti tərəfindən müəyyən edilir (maddə 2).  
Təbii fəlakətlər, epidemiyalar, epizootiyalar, böyük ekoloji və 
 
78
 
79


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə