Həcər Adil qızı Qasımova Elmi redaktor: h e. d., dos. MƏMMƏdov r. F



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə19/122
tarix14.06.2018
ölçüsü4,58 Kb.
#48683
növüDərslik
1   ...   15   16   17   18   19   20   21   22   ...   122

layihələrini hazırlamaq (8.5), Azərbaycan Respublikasının digər 
dövlətlərlə  və beynəlxalq təşkilatlarla danışıqlar aparmasını  təşkil 
etmək (8.6), beynəlxalq təşkilatların, konfransların, forumların 
fəaliyyətində Azərbaycan Respublikasının iştirakını  təmin etmək 
(8.10) və s. yer alır.  
 Nazirlik  Azərbaycan Respublikasının idarələrarası beynəlxalq 
müqavilələrinin layihələrinin Azərbaycan Respublikasının 
qanunvericiliyinə  və beynəlxalq hüquqi normalara, habelə Azərbaycan 
Respublikasının mənafelərinə uyğunluğuna nəzarəti həyata keçirmək (9. 
2), səlahiyyətləri daxilində müəyyən olunmuş qaydada normativ hüquqi 
aktlar qəbul etmək (9.7) və s. kimi hüquqlara malikdir.  
Əsasnamə ilə bağlı məsələ sonrakı fəsildə də ətraflı araşdırılacaq.  
Diplomatik fəaliyyəti tənzimləyən xüsusi qanunlardan başqa, 
Azərbaycan Respublikasının bir sıra digər daxili qanunvericilik 
aktlarında bu fəaliyyətin bu və ya digər məsələləri ilə bağlı mühüm 
müddəaları yer alır.  
Məsələn, 
Azərbaycan Respublikasının vətəndaşlığı 
haqqında Azərbaycan Respublikasının 1998-ci il Qanununun 9-
cu maddəsi Azərbaycan Respublikasının hüdudlarından kənarda 
yaşayan Azərbaycan Respublikasının vətəndaşlarının Azərbaycan 
dövləti tərəfindən müdafiəsi adlanır. Bu maddədə deyilir ki, 
“Azərbaycan Respublikasının dövlət orqanları, xarici dövlətlərdəki 
və beynəlxalq təşkilatlardakı diplomatik nümayəndəlikləri və 
konsulluqları, habelə onların vəzifəli  şəxsləri Azərbaycan 
Respublikasının ərazisindən kənarda müvəqqəti və ya daimi yaşayan 
Azərbaycan Respublikası  vətəndaşlarının Azərbaycan Respub-
likasının tərəfdar çıxdığı beynəlxalq hüquqi sənədlərinə, xarici 
dövlətin qanunvericiliyinə, Azərbaycan Respublikası ilə Azərbaycan 
Respublikasının vətəndaşlarının yaşadığı dövlət arasında bağlanmış 
müqavilələrə, habelə beynəlxalq adətlərə uyğun olaraq onlara verilmiş 
bütün hüquqlardan tam həcmdə istifadə edə bilmələri üçün tədbirlər 
görməyə, qanunvericilikdə müəyyən edilmiş qaydalara, onların 
qanunla qorunan hüquq və  mənafelərini müdafiə etməyə, zərurət 
olduqda isə Azərbaycan Respublikası  vətəndaşlarının pozulmuş 
hüquqlarının bərpası üçün tədbirlər görməyə borcludurlar”.  
“Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin 
bağlanması, icrası  və  ləğv edilməsi qaydaları haqqında” 
Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsində deyilir: 
”Azərbaycan Respublikasının xarici dövlətdəki diplomatik 
nümayəndəliyinin başçısı və ya beynəlxalq konfranslarda, beynəlxalq 
təşkilatda və ya onun orqanlarının birində Azərbaycan Respublikası 
nümayəndəliyinin başçısı xüsusi səlahiyyət olmadan müvafiq surətdə 
qəbuledici dövlətlə  və ya həmin beynəlxalq konfrans, təşkilat və ya 
onun orqanlarının biri çərçivəsində Azərbaycan Respublikasının 
beynəlxalq müqavilələrinin bağlanması haqqında danışıqlar aparmaq 
hüququna malikdir”.  
Azərbaycan Respublikasının xarici siyasət fəaliyyətinin hüquqi 
əsaslarından danışarkən “Xaricdə yaşayan azərbaycanlılarla bağlı 
dövlət siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununu 
da xüsusi qeyd etmək lazımdır. Bu qanun xaricdə yaşayan 
azərbaycanlılarla bağlı Azərbaycan Respublikasının dövlət 
siyasətinin məqsəd və prinsiplərini və bu siyasətin həyata keçirilməsi 
ilə əlaqədar dövlət orqanlarının fəaliyyətinin əsaslarını müəyyən edir.  
Qanunda qeyd olunur ki, xaricdə yaşayan azərbaycanlılarla 
bağlı dövlət siyasəti Azərbaycan Respublikasının daxili və xarici 
siyasətinin ayrılmaz hissəsidir (maddə  3.  20).  Bu  siyasəti həyata 
keçirərkən Azərbaycan Respublikası beynəlxalq hüququn hamılıqla 
qəbul edilmiş prinsiplərinə, o cümlədən, insan hüquq və azadlıqlarına 
hörmət və digər dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərinə 
əsaslanır (3. 1). Azərbaycan Respublikası onun vətəndaşı olan və 
onun  ərazisindən kənarda müvəqqəti və ya daimi yaşayan 
azərbaycanlıların hüquqi müdafiəsinə təminat verir və onlara hamilik 
edir (maddə 4. 1). Azərbaycan Respublikasının vətəndaşı olan və 
xaricdə yaşayan azərbaycanlılar Azərbaycan Respublikasının 
ərazisində yaşayan Azərbaycan Respublikası vətəndaşları ilə bərabər 
hüquqlara malikdir və  bərabər vəzifələr daşıyırlar (maddə 4. 20). 
Digər dövlətin vətəndaşı olan və ya vətəndaşlığı olmayan xaricdə 
yaşayan azərbaycanlılarla bütün sahələrdə əlaqələrin saxlanmasına və 
inkişaf etdirilməsinə Azərbaycan Respublikası kömək göstərir, 
onların  əsas hüquq və azadlıqlarının müdafiəsi üçün müvafiq 
tədbirlər görür (maddə 4. 3).  
Qanunda, həmçinin, xaricdə yaşayan azərbaycanlılarla bağlı 
dövlət siyasətinin məqsədləri (maddə 2), prinsipləri (maddə 3), dövlət 
siyasətinin  əsasları (maddə 4), xaricdə yaşayan azərbaycanlılarla 
bağlı  vətəndaşlıq məsələləri (maddə 5), xaricdə yaşayan 
azərbaycanlılarla bağlı Azərbaycan Respublikasının iqtisadi və sosial 
 
72
 
73


III FƏSİL 
siyasəti (maddə 6), mədəniyyət, dil və təhsil siyasəti (maddə 7) və s. 
məsələlər öz hüquqi təsbitini tapmışdır.  
 
Deyilənlərdən göründüyü kimi, Azərbaycan Respublikasının 
öz müstəqilliyini bərpa etdiyi illər  ərzində ölkəmizdə diplomatik 
fəaliyyətin təşkili üçün kifayət qədər dolğun hüquqi əsas, baza 
yaradılmışdır. Azərbaycan Respublikasının Konstitusiyası, dip-
lomatiya hüququ sahəsində qanunları  və hökumət qərarları xarici 
siyasi fəaliyyətin hüquqi təminatı üçün münasib şərait yaratmışdır. 
Lakin bu sahədə  qəbul edilməsi zəruri olan bir sıra digər 
qanunvericilik aktlarına da ehtiyac vardır. Məsələn, Azərbaycan 
Respublikasının  ərazisində xarici dövlətlərin diplomatik və konsul 
nümayəndəlikləri haqqında heç bir normativ hüquqi akt mövcud 
deyildir. Belə ki, əksər dövlətlərin praktikasında xarici dövlətlərin 
ərazisindəki diplomatik, konsul və s. nümayəndəlikləri tərəfindən 
onların funksiyalarının həyata keçirilməsi rejimini diplomatiya 
hüququnun əsas prinsip və normalarına uyğun olaraq müəyyən edən 
daxili qanunların qəbul edilməsi geniş yayılmışdır. Diplomatiya 
hüququnun ümumtanınmış prinsip və normalarına  əsaslanan bu 
rejim, məsələn, qarşılıqlılıq prinsipi əsasında daha geniş immunitet 
və imtiyazlar müəyyən edə bilər.  
DÖVLƏTDAXİLİ  
XARİCİ ƏLAQƏ ORQANLARİ 
 
 
3.1. Konstitusion orqanlar 
  
3.1.1.Prezident 
Müasir beynəlxalq münasibətlər onun iştirakçılarından, xü-
susilə  də dövlətlərdən yüksək peşəkarlıq,  əhəmiyyətli dərəcədə 
intellektual təşkilati və maddi resurslar tələb edir. Bu vasitələr isə 
əsasən dövlət başçısının ixtiyarında cəmlənmişdir. Kəşfiyyat 
orqanları, böyük həcmli informasiyanın analizi vasitələri, qəbul olun-
muş  qərarları  həyata keçirmək iqtidarında olan aparat və  nəhayət, 
birbaşa diplomatik və xarici dövlətlərlə digər  əlaqə kanalları  məhz 
dövlət başçısının sərəncamındadır. Yəni beynəlxalq ünsiyyətin 
şərtlərinin müəyyən etdiyi fakta əsasən, xarici əlaqələr ənənəvi olaraq 
icra hakimiyyəti sferasına aiddir.  
Respublikamız üçün, onun xarici əlaqələrinin həyata 
keçirilməsinin səmərəliliyi baxımından bu və bunun kimi digər vacib 
sənədlərin qəbul edilməsi bu gün olduqca zəruridir. Ümid edirik ki
tezliklə bu boşluqlar doldurulacaq, Azərbaycanda diplomatiya 
hüququ sahəsində dövlətdaxili qanunvericilik respublikamızın iştirak 
etdiyi beynəlxalq-hüquqi aktları tamamlayaraq onların Azərbaycan 
Respublikasına münasibətdə tətbiqini daha da effektli edəcəkdir.  
Bu ümumqəbulolunmuş müddəa ilə  əlaqədar fransız mü-
təxəssisi F.Luşer yazır ki, "beynəlxalq münasibətlər  ənənəvi olaraq 
icra hakimiyyətinin imtiyazıdır". Bu baxımdan Braziliyanın 1988-ci 
il Konstitusiyası xüsusi maraq kəsb edir. Bu konstitusiya icra haki-
miyyətinin iştirakı olmadan hazırlanmış  və  qəbul edilmişdir. 
Konstitusiyaya müvafiq olaraq federal hakimiyyət daxili və xarici 
işlərdə prezident vasitəsilə  təmsil olunur. Heç bir digər hakimiyyət 
qolu danışıqlar aparmaq və beynəlxalq müqavilələr imzalamaq 
hüququna malik deyildir. Q.Soares qeyd edir: “Prezident Braziliya 
Federal Respublikasının beynəlxalq münasibətlərdə 
öhdələndirilməsində müstəsna hakimiyyətə malikdir".  
 
Bu müddəa həm dövlətlərin konstitusiya hüququnda, həm də 
beynəlxalq hüquqda öz əksini tapmışdır. Beynəlxalq hüquqa əsasən, öz 
rəsmi mövqeyinə görə dövlət başçısı heç bir xüsusi vəkalət olmadan 
(ex offisio) dövləti təmsil edir (Beynəlxalq müqavilələr hüququ 
haqqında 1969-cu il Vyana Konvensiyası, maddə 7. 2). 
Prezidentin xarici əlaqələr sahəsində bu cür xüsusi vəziyyəti 
 
74
 
75


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə