fəaliyyət istiqamətlərinə müvafiq xarici siyasət
məqsədlərinin həyata
keçirilməsində iştirak edir. Onların fəaliyyəti
Azərbaycan
Respublikasının müxtəlif sferalarda ratifikasiya etdiyi beynəlxalq
konvensiyaların tələblərinin əməl olunmasına və həyata keçirilməsinə
yönəldilmişdir. Labüd olaraq bu orqanların xarici əlaqələr sahəsində
səlahiyyətləri məhdud olub daxil olduqları qurumun fəaliyyət sferası
ilə müəyyənləşir.
Azərbaycan Respublikasının dövlətdaxili ixtisaslaşdırılmış
orqanlarına İqtisadi İnkişaf Nazirliyini, Nəqliyyat Nazirliyini,
Mədəniyyət Nazirliyini, Səhiyyə Nazirliyini və s.
misal göstərmək
olar.
Xarici əlaqə şöbələri ayrı-ayrı idarə və nazirliklərin struktur
hissələrini təşkil etdiyinə görə dövlətdaxili ixtisaslaşdırılmış orqan
kimi təkcə şöbələrin deyil, bütövlükdə idarə və nazirliyin özünün
götürülməsi doğru olardı. Elə nazirliyin struktur hissələri olduğuna
görə də bu şöbələrin fəaliyyətinin hüquqi əsasını həmin idarə və
nazirliyin əsasnamələri təşkil edir. Aşağıdakı konkret misallarla bunu
nəzərdən keçirək.
Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2001-ci il
tarixli fərmanı ilə təsdiq edilən Azərbaycan Respublikasının İqtisadi
İnkişaf Nazirliyi haqqında Əsasnaməyə müvafiq olaraq bu nazirlik
Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı və beynəlxalq
əməkdaşlığı sahəsində dövlət siyasətini formalaşdıran və həyata
keçirən mərkəzi icra hakimiyyəti orqanıdır (3). Nazirlik öz
fəaliyyətini əsasnamənin 4-cü maddəsinə müvafiq olaraq, həmçinin
xaricdəki ticarət-iqtisadi nümayəndəliklər vasitəsilə həyata keçirir.
Əsasnaməyə görə, nazirliyin əsas vəzifələrindən
biri xarici ölkələrlə,
beynəlxalq və regional maliyyə təşkilatları ilə iqtisadi əməkdaşlıq
sahəsində dövlət siyasətini, habelə xarici iqtisadi əlaqələrin
səmərəliliyinin artırılması istiqamətində tədbirlər həyata keçirməkdir
(9. 4). Nazirliyin funksiyalarına xarici iqtisadi fəaliyyət sahəsində
dövlət tənzimlənməsinin həyata keçirilməsi, bu sahədə vəziyyətin
araşdırılması və inkişafın proqnoz göstəricilərinin hazırlanması (10.
26), xarici ticarət daşımalarının hüquqi,
tarif və digər tədbirləri
sahəsində beynəlxalq müqavilələrin hazırlanması, razılaşdırılması və
həyata keçirilməsində iştirak (10. 27); xarici dövlətlərdə, eləcə də,
beynəlxalq iqtisadi və ticarət təşkilatları yanında Azərbaycan
Respublikasının ticarət - iqtisadi nümayəndəliklərini
qanunvericilikdə müəyyən edilmiş qaydada yaratmaq və onların
operativ fəaliyyətinə rəhbərliyi həyata keçirmək (10. 35);
Ümumdünya Ticarət Təşkilatı və digər beynəlxalq iqtisadi
təşkilatlarla əməkdaşlığı təşkil etmək, onların keçirdiyi tədbirlərdə
Azərbaycan Respublikasını təmsil etmək (10. 36); Azərbaycan
Respublikasının üzv olduğu beynəlxalq iqtisadi və maliyyə
təşkilatları ilə mütəmadi əsasda işgüzar əlaqələr yaratmaq (10. 37);
xarici dövlətlərin, beynəlxalq iqtisadi və maliyyə təşkilatlarının
keçirdiyi tədbirlərdə iştirak etmək (10. 38); Azərbaycan
Respublikasının investisiya fəaliyyətinin əhatə etdiyi bütün məsələlər
üzrə ikitərəfli, çoxtərəfli və beynəlxalq müqavilələrin bağlanması
üçün danışıqlar aparmaq və onların həyata keçirilməsini təmin etmək
(10. 51); bu beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin yerinə
yetirilməsinə nəzarəti həyata keçirmək və s. bu kimi xarici iqtisadi
əlaqələr sahəsində geniş funksiyalar daxildir. Əsasnamədə bu
funksiyalara müvafiq olaraq nazirliyin bir sıra geniş hüquqları da
müəyyən olunmuşdur.
Xarici əlaqələrin digər dövlətdaxili ixtisaslaşdırılmış orqanının
– Azərbaycan Respublikası Nəqliyyat Nazirliyiynin Əsasnaməsi
Azərbaycan Respublikası Prezidentinin 10 iyun 2003-cü
il tarixli
fərmanı ilə təsdiq edilmişdir. Bu fərmanda prezident dəniz gəmiçiliyi
sahəsində aparılan siyasətin, habelə BMT-nin Beynəlxalq Dəniz
Təşkilatı və digər beynəlxalq dəniz təşkilatları ilə əməkdaşlğın,
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq dəniz
konvensiyalarının icrasına nəzarətin həyata keçirilməsi
səlahiyyətlərini birbaşa Azərbaycan Respublikası Nəqliyyat
Nazirliyinə tapşırmışdır.
Əsasnamədə nazirliyin uyğun sahənin xarici əlaqələri ilə də
bağlı bir sıra funksiyaları müəyyən olunmuşdur. Bunlara əsasən
nəqliyyat-yol kompleksinin inkişafı məsələləri ilə bağlı xarici
ölkələrin müvafiq orqanları ilə əməkdaşlıq etmək (19. 20); müəyyən
edilmiş qaydada BMT-nin Beynəlxalq Dəniz Təşkilatı və digər dəniz
təşkilatları ilə əməkdaşlıq, Azərbaycan Respublikasını nəqliyyat
sahəsində beynəlxalq təşkilatlarda təmsil etmək (9. 21); beynəlxalq
nəqliyyat konvensiyalarına və sazişlərinə qoşulmaq
barədə təkliflər
vermək (9. 22); nəqliyyat-yol kompleksi sahəsində beynəlxalq
sazişlər üzrə öhdəliklərin yerinə yetirilməsini təmin edən tədbirlər
görmək (9. 23); Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına
104
105
uyğun olaraq beynəlxalq sazişlər üzrə danışıqlar aparmaq, onları
müəyyən olunmuş qaydada imzalamaq və təsdiq olunmuş sazişlərin
icrasına nəzarət etmək (9. 33) və s. aiddir. Əsasnaməyə müvafiq
olaraq nazirliyin xarici dövlətlərdə nümayəndəliklərin açılması və
beynəlxalq təşkilatlarda təmsilçilərin təyin edilməsi məsələlərini
qanunvericiliyə uyğun olaraq həll etmək hüququ vardır (10. 6).
Azərbaycan Respublikasının 6 sentyabr 2001-ci il tarixli
fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Yanacaq və
Energetika Nazirliyi haqqında Əsasnamədə də qeyd
olunur ki,
nazirlik yanacaq - energetika kompleksi sahəsində əməkdaşlığa dair
dövlətlərarası sazişlərin hazırlanmasında iştirak edir, səlahiyyətləri
daxilində onlardan irəli gələn müvafiq öhdəliklərin yerinə
yetirilməsini təşkil edir və əlaqələndirir (17. 33).
Azərbaycan Respublikası idarələrinin beynəlxalq
münasibətlərdə iştirak etmək imkanı idarələrarası xarakter daşıyan
Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması,
icrası və ləğv edilməsi qaydaları ilə təsdiq edilmişdir. Burada qeyd
olunur ki, idarələrarası müqavilələr Azərbaycan Respublikasının
qanunvericiliyinə və Azərbaycan Respublikasının beynəlxalq
müqavilələrinə zidd olmamalı, onu bağlayan idarənin səlahiyyətləri
çərçivəsində həyata keçirilməlidir (1. 2). İdarələrarası müqavilələrin
bağlanması haqqında
təkliflərin verilməsi, imzalanması və icrası
qaydaları bu sənəddə öz əksini tapmışdır.
Dövlətlərin qarşılıqlı əlaqələrinin və asılılığının getdikcə
artdığı bir dövrdə dövlətdaxili ixtisaslaşdırılmış orqanların rolu hər
gün artır. Bu istiqamət müasir dünyada bütün dövlətlərin xarici
əlaqələrində özünü göstərir. Nəticədə hökumət, demək olar ki, xarici
əlaqələrin həyata keçirilməsi sahəsindəki hüquqlarını idarəetmənin
müxtəlif sferalarına
ötürür ki, bununla da beynəlxalq qarşılıqlı
müqavilələrin iştirakçılarının dairəsini genişləndirir. Və bütün
bunların da nəticəsində Azərbaycan Respublikasının beynəlxalq
strukturlara inteqrasiyası daha da fəallaşır.
106
107