Həcər Adil qızı Qasımova Elmi redaktor: h e. d., dos. MƏMMƏdov r. F



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə28/122
tarix14.06.2018
ölçüsü4,58 Kb.
#48683
növüDərslik
1   ...   24   25   26   27   28   29   30   31   ...   122

IV FƏSİL 
Tanınma birdəfəlik aktdır və onu geri götürmək qəbul olun-
mamışdır. Lakin tarixdə bu cür hallara da rast gəlinmişdir.  
 
Tanınma institutunun siyasi xarakteri və onun məzmununun 
hər bir dövrə uyğunlaşan dəyişkən xarakteri Beynəlxalq Hüquq 
Komissiyası 
tərəfindən tanınmaya aid olan normaların 
məcəllələşdirilməsi cəhdlərini boşa çıxarmışdır.  
DAİMİ DİPLOMATİK  
NÜMAYƏNDƏLİKLƏRİN TƏŞKİLİ  
VƏ FƏALİYYƏTİNİN  
Tanınma məsələləri müxtəlif sahələrin, o cümlədən, xarici 
əlaqələr hüququnun məcəllələşdirilməsində  dəfələrlə ortaya 
çıxmışdır. Məsələn, xüsusi missiyalar haqqında konvensiya 
layihəsinin 2-ci maddəsinin 7-ci bəndinin müzakirəsində buraya belə 
bir müddəa daxil edilmişdir ki, “Dövlət tanımadığı dövlətə xüsusi 
missiyanı göndərə  və ya bu dövlətin missiyasını  qəbul edə bilər.” 
Lakin sonradan konvensiyanın mətninə bu bənd daxil edilməmişdir. 
Belə ki, həmin maddənin layihəsinin  şərhində Komissiya qeyd 
etmişdir ki, xüsusi missiyaların göndərilməsi və ya qəbul edilməsinin 
tanınma probleminin həllində  nə kimi rol oynaması müəyyən 
olunmamışdır.  
BEYNƏLXALQ HÜQUQİ TƏNZİMLƏNMƏSİ 
 
 
4.1. Tanınma, diplomatik münasibətlərin qurulmasi  
və diplomatik nümayəndəliklərin təsis olunması 
 
Müasir dövrdə dövlətlərin xarici əlaqələri inkişaf etmiş, 
hərtərəfli xarakter almışdır. Xarci əlaqələrin həyata keçirilməsində 
dövlətin diplomatik nümayəndəlikləri – səfirlik və missiyaları  əsas 
yer tutur (hal-hazırda dövlətlər səfirlik səviyyəsində diplomatik 
nümayəndəlik mübadiləsinə üstünlük verirlər, son dövrlərin dip-
lomatik praktikasında missiyalardan demək olar ki,istifadə edilmir).  
Dövlətlərin beynəlxalq təşkilatlarla münasibətlərdə nüma-
yəndəlik məsələləri müzakirə olunan zaman da tanınma 
problemlərinə geniş yer ayrılmışdır. Universal xarakterli beynəlxalq 
təşkilatlara münasibətdə dövlətlərin nümayəndəlikləri haqqında 
1975-ci il Konvensiyasının 82-ci maddəsi “Dövlətlərin və 
hökumətlərin tanınmaması  və ya diplomatik və konsul 
münasibətlərinin olmaması” adlanır və bu maddə nümayəndəlik 
məsələləri ilə tanınma arasında qarşılıqlı münasibətləri tənzimləyir.  
Diplomatik nümayəndəlik gəldiyi dövlətin dövlət başçısı, 
hökuməti ilə birbaşa əlaqələr yaratmaqla öz dövlətinin xarici siyasət 
vəzifələrinin həyata keçirilməsində böyük rol oynayır.  
Lakin bu xarici əlaqə orqanları müəyyən zəmin, hüquqi baza 
əsasında yaradılır. Bunun üçün ilkin addım tanınmadır.  
Tanınma, dövlətin tanımış olduğu subyektlə  rəsmi 
münasibətlərə girmək hazırlığını ifadə edən təktərəfli diplomatik 
aktdır. Bir dövlət tərəfindən digərinin tanınması onun parçalanması 
və ya birləşməsi, milli-azadlıq mübarizəsi, sosial inqilab və s. 
hallarda yer alır. Hökumətin tanınması  məsələsi bir qayda olaraq, 
qeyri-konstitusion yolla hökumət yarandıqda meydana çıxır.  
Hal-hazırda tanınma institutu beynəlxalq hüququn adət nor-
maları, onun ümumtanınmış prinsipləri, bir sıra ikitərəfli və çoxtərəfli 
sazişlər, beynəlxalq orqanların qətnamələri ilə tənzimlənir.  
Tanınma yeni yaranmış dövlət qarşısında geniş imkanlar 
açmaqla onun beynəlxalq sistemdəki mövqeyini möhkəmləndirməklə 
mühüm siyasi əhəmiyyət kəsb edir. O dövləti beynəlxalq cəmiyyətin 
bərabərhüquqlu üzvünə çevirir və suverenlikdən irəli gələn 
hüquqların realizəsi üçün şərait yaradir.  
Ədəbiyyatlarda və praktikada üstünlük təşkil edən fikrə əsasən 
tanıma öhdəliyi mövcud deyil və bu bütövlükdə tanıyan dövlətin 
iradəsindən asılıdır. Baxmayaraq ki, bir sıra hüquqşünasların fikrinə 
əsasən belə bir öhdəlik mövcuddur. BMT Nizamnaməsinə uyğun 
olaraq dövlətlər dostluq münasibətlərini inkişaf etdirməlidirlər və 
beynəlxalq həyatın reallıqlarını  nəzərə almayaraq sırf siyasi 
səbəblərdən hər hansı bir dövləti uzun müddət tanımamaq qeyri-
dostluq aktı kimi qiymətləndirilə bilər.  
Dövlətlər arasında diplomatik münasibətlərin qurulması üçün 
yalnız de-yure tanınma hüquqi əsasdır. De-yure tanınma tam həcmdə 
hüquqi nəticələr yaradan diplomatik aktdır. Bundan fərqli olaraq de-
fakto tanınma yarımrəsmi münasibətlərin qurulması ilə müşayiət ol-
unur və geri götürülə bilər. De-fakto tanınma zamanı konsul 
 
108 
 
109


münasibətləri qurula bilər. Bu tanınmanın həcmi hər bir konkret hal 
üçün dəyişir.  
De-yure tanınma və diplomatik münasibətlərin qurulması bir-
biri ilə  sıx bağlı olan hallardır. Belə ki, ikincisi birincinin mühüm 
hüquqi nəticəsi kimi ortaya çıxır. Təsadüfü deyil ki, de-yure tanı-
manın ədabiyyatlarda digər bir adı “diplomatik tanınma”dır. Lakin bu 
o demək deyildir ki, tanınma özlüyündə  həm də diplomatik 
münasibətləri yaradır. Tanınma diplomatik münasibətlərin qurulması 
üçün  şəraiti yaradır. Tanınmanın diplomatik münasibətlərin qurul-
masına gətirib çıxarmadığı hallara da rast gəlinir. Ümumiyyətlə, tan-
ınma və diplomatik münasibətlərin qurulması arasında müəyyən 
zaman intervalı ola bilər.  
Praktikada elə hallara da rast gəlinir ki,tanınma diplomatik 
münasibətlərin qurulması üçün zəmin deyil, artıq qurulmuş diplo-
matik münasibətlərin nəticəsi kimi çıxış edir. Yeni yaranmış dövlətlə 
diplomatik münasibətlər qurmaq və ya qeyri-konstitusion yolla 
yaranmış yeni hökumətlə diplomatik münasibətləri davam etdirmək 
özlüyündə bu dövlətin və ya hökumətin de-yure tanınmasını ehtiva 
edir. Bu cür tanınma tanınmanın “ səssiz “ formasıdır və hal-hazırda 
onun geniş yayılması tendensiyası özünü büruzə verir.  
Artıq qeyd etdiyimiz kimi de-yure tanınma diplomatik 
münasibətlər qurulması üçün tam hüquqi baza yaradır. Diplomatik 
münasibətlər dedikdə dövlətlərin qarşılıqlı razılığı  əsasında qurulan 
rəsmi münasibətlərin hərtərəfli forması  nəzərdə tutulur. Diplomatik 
münasibətlərin yaradılması dövlətlər arasında fəal  əməkdaşlığa, 
mövcud və ya yarana biləcək problemlərin həllinə, o cümlədən, 
mühüm beynəlxalq problemlərin çözümünə genış imkanlar yaradır. 
Belə münasıbətlərin qurulması üçün dövlətlərin qarşılıqlı razılığı 
mühüm şərtdir. Diplomatik əlaqələr haqqında 1961-ci il Vyana Kon-
vensiyasının 2-ci maddəsində  də qeyd olunur ki, diplomatik 
münasibətlərin qurulması  və diplomatik nümayəndəliklərin təsis ol-
unması qarşılıqlı razılıq  əsasında həyata keçirilir. Belə razılıq 
müxtəlif formalarda-ən yüksək dövlət səviyyəsində nota, teleqramm 
mübadiləsi, razılaşmanın imzalanması, hər iki tərəfin nəşr etdirdiyi 
birgə bəyanatlar və s. formalarda ola bilər.  
Diplomatik münasibətlər dövlətlər arasında müharibə zamanı, 
dövlətlərdən biri beynəlxalq hüququn subyekti kimi öz fəaliyyətini 
dayandırdıqda və s. hallarda kəsilə və ya dayandırıla bılər. Bu və ya 
digər səbəbdən pozulmuş diplomatik münasibətlərin bərpası zamanı 
da dövlətlərin qarşılıqlı razılığı mühüm şərtdir. Lakin diplomatik 
münasibətlərin qurulmasından fərqli olaraq bu zaman qarşılıqlı ra-
zılıq nisbətən az formal xarakter daşıyan aktda ifadə olunur. 
Dövlətlərin tanınması  məsələsi isə, ümumiyyətlə, meydana çıxmır, 
belə ki, tanınma qəti və həmişəlikdir.  
Diplomatik münasibətlərin qurulması haqqında razılıq öz 
növbəsində  dərhal diplomatik nümayəndəliklərin yaradılmasını 
nəzərdə tutmur. Bir çox hallarda diplomatik münasibətlərin qurul-
ması və nümayəndəliyin təsis olunması arasında zaman intervalı olur. 
Bəzən isə diplomatik nümayəndəliyin təsis olunması  məsələsi, 
ümumiyyətlə, açıq qalır, baxmayaraq ki, bunun üçün ümumi hüquqi 
baza mövcuddur. Diplomatik nümayəndəliyin təsis olunması üçün 
1961- ci il Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasının 2-ci 
maddəsinə müvafiq olaraq dövlətlərin əlavə razılığı mühüm şərtdir.  
Bəzən dövlət eyni bir şəxslə,  əgər yerləşmə dövləti etiraz 
etməzsə iki və daha artıq dövlətdə təmsil olunur. Bu zaman bir qayda 
olaraq səfirin daima olduğu ölkədə  səfirlik təsis olunur. Digər 
ölkələrdə isə  bəzən müvəqqəti işlər müvəkkili başda olmaqla kiçik 
ştatlı nümayəndəliklər təsis olunur. Səfir vaxtaşırı akkreditə olunduğu 
ölkələrə  səfərlər edir, rəsmi görüşlər keçirir, diplomatik korpusun 
tədbirlərində iştirak edir 
Bir neçə dövlət də, həmçinin, qarşılıqlı razılıq  əsasında,  əgər 
qəbul edən dövlət etiraz etməzsə, bir səfir ilə təmsil oluna bilər. Hər 
bir halda bu dövlətin maddi-texniki imkanları ilə müəyyən olunur.  
Qeyd olunan məsələlər 1961-ci il Diplomatik Əlaqələr 
haqqında Vyana Konvensiyasının 5 və 6-cı maddələri ilə tənzimlənir. 
Azərbaycan Respublikası da bu praktikadan geniş istifadə edir. 
Məsələn, Azərbaycanın Avstriyadakı  səfiri eyni zamanda Slovakiya 
Respublikasında, Belçikadakı  səfiri Lüksemburqda da akkreditə ol-
unub, Azərbaycanın ABŞ-dakı  səfiri onu, həmçinin, Meksikada da 
təmsil edir, Səudiyyə  Ərəbistanındakı  səfirimiz Azərbaycanı eyni 
zamanda Bəhreyn, Qatar və Omanda da təmsil edir və s.  
1961-ci il konvensiyası diplomatik nümayəndəlik termininə 
açıqlıq gətirməsə  də praktika diplomatik nümayəndəliyin aşağıdakı 
növlərini tanıyır.  
1. Birinci sinif nümayəndəlik olan səfirliklər. Onlara Vati-
kanın nunsiaturaları uyğun gəlir.  
 
110 
 
111


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə