başçıları arasında rütbə böyüklüyü
və etiketdən başqa, bu və ya digər
sinfə mənsub olduğuna görə heç bir fərq qoyulmamalıdır. Bu müddəa
dövlət başçısı ilə unsiyyət hüqüqunu yalnız birinci sinfə aid edən
Vyana Reqlamentinə ciddi dəyişiklik etmişdir.
Nümayəndəliyin başçılarının dərəcələri dövlətlər arasında
razılaşmaya əsasən müəyyən olunur. Səfirlər bir qayda olaraq,
səfirliyə, elçilər isə diplomatik missiyalara rəhbərlik edirlər. İşlər
müvəkkilləri isə prinsipcə, həm səfirliyə, həm də missiyalara başçılıq
edə bilərlər. Amma onlar, adətən missiyaya rəhbərlik edirlər.
Bu nümayəndəlik başçılarının akkreditə olunma üsullarında da
fərq vardır. Səfir və elçilər xarici ölkənin dövlət başçısı yanına
akkreditə olunur və akkreditiv ölkənin dövlət başçısı tərəfindən
imzalanmış etimadnaməni təqdim edirlər. İşlər müvəkkilləri isə xarici
işlər naziri yanına akkreditə olunur və etimadnamənin yerinə öz
xarici işlər nazirinin uyğun məktubunu təqdim edirlər.
Artıq əvvəl də qeyd etdiyimiz kimi hal-hazırda dövlətlər, o
cümlədən, Azərbaycan Respublikası səfirlik səviyyəsində nüma-
yəndəlik mübadiləsinə üstünlük verir və uyğun
olaraq elçi və işlər
müvəkkilləri institutlarına istisna qaydasında rast gəlinir.
Diplomatik nümayəndəliyin müstəqil başçısı kimi işlər mü-
vəkkilini
müvəqqəti işlər müvəkkilindən fərqləndirmək vacibdir.
Müvəqqəti işlər müvəkkili ayrıca bir dərəcə təşkil etmir və nü-
mayəndəlik başçısı faktiki olaraq öz funksiyalarını yerinə yetirə
bilmədiyi hallarda və ya nümayəndəliyin başçısı vəzifəsi vakant ol-
duqda müvəqqəti olaraq onu əvəz edən şəxsdir. Bu cür hallarda
missiya başçısı və ya akkreditiv dövlətin xarici işlər nazirliyi
yerləşmə dövlətini bu barədə məlumatlandırır və həmçinin
missiyanin başçısının geri dönmə zamanını da bildirir. Belə işlər
müvəkkilləri bir qayda olaraq, nümayəndəlik başçısından sonra
gələn, diplomatik heyətin vəzifəcə böyük olan əməkdaşı (müşavir-
elçi və s. ) təyin edilir və bu haqda yerləşmə dövlətinin xarici işlər
nazirliyinə və digər nümayəndəliklərin başçılarına məlumat verilir.
Əgər müvəqqəti işlər müvəkkili onun üzərinə qoyulmuş vəzifələri
yerinə yetirmək iqtidarında deyilsə, o öz yerinə hər hansı şəxsi təyin
edə bilməz. Bu xarici işlər nazirliyinin səlahiyyətlərinə aiddir.
Diplomatik dərəcələrdən diplomatik
rütbələr fərqləndirilir.
Belə ki, diplomatik dərəcələr beynəlxalq
hüquqa əsasən verilir və
yalnız nümayəndəliyin başçılarına aid edilir. Diplomatik rütbələr –
hər bir ölkədə diplomatik xidmətin aparılmasına aid qanun və
qaydalara uyğun olaraq verilən diplomatın şəxsi rütbəsidir. Rütbələr
dövlətdaxili qanunvericiliklə müəyyən olunur və bütün diplomatik
işçilərə - həm xarici işlər nazirliyinin mərkəzi aparatının, həm də
ölkənin xarici əlaqə orqanlarının diplomatik işçiləri üçün nəzərdə
tutulur.
“Diplomatik xidmət haqqında
” Azərbaycan Respublikasının 8
iyun 2001-ci il tarixli qanununun 8-ci maddəsi Azərbaycan
Respublikasının diplomatik xidmət əməkdaşları üçün on bir dip-
lomatik rütbə müəyyən edir. Bunlar aşağıdakılardır:
1) fövqəladə və səlahiyyətli səfir; 2) birinci dərəcəli fövqəladə
və səlahiyyətli elçi; 3) ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi;
4) birinci dərəcəli müşavir; 5)
ikinci dərəcəli müşavir; 6) birinci
dərəcəli birinci katib; 7) ikinci dərəcəli birinci katib; 8) birinci
dərəcəli ikinci katib; 9) ikinci dərəcəli ikinci katib; 10) üçüncü katib;
11) attaşe. Şəxsi diplomatik rütbənin verilməsi diplomatik xidmət
əməkdaşlarının peşəkar keyfiyyətlərinin inkişaf etdirilməsinə xidmət
edir. Bu rütbələr bir qayuda olaraq diplomatların xarici səfirliklərdəki
vəzifələri ilə uyğun olur.
Qanunun 6.3-cü maddəsi Azərbaycan Respublikasının
diplomatik nümayəndəliklərində və konsulluqlarında işləyən
diplomatik xidmət əməkdaşları üçün aşağıdakı
vəzifələri müəyyən
edir: 1) fövqəladə və səlahiyyətli səfir, Azərbaycan Respublikasının
beynəlxalq təşkilatlardakı daimi
nümayəndəsi; 2) baş konsul; 3)
müşavir-elçi, daimi nümayəndənin müavini; 4) müşavir; 5) konsul; 6)
birinci katib; 7) vitse-konsul; 8) ikinci katib; 9) üçüncü katib; 10)
attaşe.
Beynəlxalq münasibətlərin inkişafı və onun rəngarəng xarakter
alması diplomatik nümayəndəliklərin daxilində müxtəlif sahələrin
mütəxəssisləri olan xüsusi
attaşelərin fəaliyyətini şərtləndirmişdir.
Bu demək olar ki, bütün dövlətlərin praktikasında öz əksini
tapmışdır. Dövlətlər arasında münasıbətlərin həcmindən və dövlətin
konkret maraqlarından asılı olaraq
nümayəndəliyin tərkibində
müxtəlif attaşelər (mətbuat üzrə attaşe, maliyyə məsələləri üzrə
attaşe, kənd təsərrüfatı üzrə attaşe, əmək məsələləri üzrə attaşe, bəzi
ölkələrdə dini məsələlər üzrə attaşe və s.) fəaliyyət göstərir. Onlar
yerləşdikləri ölkədə öz ixtisaslarına aid məsələləri öyrənmək, öz
idarəsi ilə yerləşmə ölkəsinin müvafiq idarəsi arasında əlaqə
120
121
yaratmaq və inkişaf etdirməklə öhdələndirilirlər.
Məsələn, ticarət məsələləri üzrə attaşe iqtisadi məcmuələr
hazırlayır, akkreditiv dövlətin müəssisələrinə, iş adamlarına lazımi
informasıya verir, xarici firmalar haqqında hesabatlar hazırlayır və s.
Maliyyə məsələləri üzrə attaşe əhali, işçi qüvvəsinin miqrasiyası,
milli gəlir, sənayenin vəziyyəti, daxili ticarət, qiymətlərin vəziyyəti,
əhalinin əmək haqqı, işə alınma şərtləri,
ölkənin xarici ticarəti
haqqında məlumatın toplanılması ilə məşgul olur, o cümlədən,
akkreditiv dövlətin vətəndaşlarının maliyyə məsələləri ilə bağlı
müdafiəsını həyata keçirir. Mətbuat işləri üzrə attaşe mətbuat və
informasiya işlərinə rəhbərlik edir. Qeyd olunan attaşelər bir çox
hallarda uyğun yarımidarələrə rəhbərlik edirlər.
Hərbi attaşelər attaşelərin xüsusi kateqoriyasını təşkil edir.
Hərbi attaşelər öz dövlətlərinin hərbi idarələrini təmsil edən və
gəldikləri dövlətin uyğun idarələri ilə əlaqələrin həyata keçirilməsi
üçün müəyyən müddətə öz nümayəndəlikləri yanına təyin olunan
akkreditiv dövlətin silahlı qüvvələrinin həqiqi hərbi xidmətdə olan
nümayəndəsidir. Bir çox hallarda belə səhv fikrə rast gəlinir ki, hərbi
attaşeər yerləşmə dövlətinin hərbi idarələri yanına təyin olunurlar.
Hərbi attaşelər dövlətlər arasında razılaşmalara uyğun olaraq hərbi,
hərbi-hava və hərbi-dəniz attaşelərinə ayrılır.
Onlar eyni zamanda
səfirin hərbi məsələlər üzrə müşaviri olur.
Bu və ya digər şəxsin hərbi attaşe təyin olunması haqqında
xarici işlər nazirliyinə göndərilən notada, adətən uyğun idarənin bu
barədə məlumatlandırılması da xahiş olunur.
Hərbi attaşelərin bütün fəaliyyəti beynəlxalq hüquq normaları
və yerləşmə dövlətinin qanunlarına uyğun həyata keçirilməlidir.
4. 4. Diplomatik nümayəndəliyin personalı
Hər bir diplomatik nümayəndəlik nümayəndəliyin başçısından,
diplomatik, inzibati-texniki və xidmətçi personaldan ibarət olur.
Nümayəndəliyin başçısı gəldiyi ölkədə öz dövlətini təmsil et-
məyə səlahiyyətləndirilmiş ali səlahiyyətli şəxsdir. O, diplomatik
nümayəndəlik və onun əməkdaşlarının fəaliyyətinə rəhbərlik etməklə
yanaşı yerləşmə ölkəsində olan öz dövlətinin qurumlarının və
şəxslərinin fəaliyyətinə də rəhbərliyi və nəzarəti həyata keçirir.
Yerləşmə ölkəsində olan akkreditiv dövlətin vətəndaşlarının,
təşkilatlarının fəaliyyəti ilə bağlı səfir hökuməti qarşısında məsuliy-
yət daşıdığına görə onlar bu fəaliyyəti səfirlə razılaşdırmalıdırlar.
Azərbaycan Respublikasının 2006-cı il 25 may tarixli
“Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə”sində də
göstərilmişdir ki, səfir səfirliyin və qəbul edən dövlətdə yerləşən
Azərbaycan Respublikasının digər qurumlarının heyətinə qəbul edən
dövlətdə Azərbaycan Respublikasının maraqlarının layiqli təmsil
etmələri, onun qanunvericiliyinə, adət və ənənələrinə hörmət etmələri
üçün
tövsiyələr verir
Rəhbərliyin həyata keçirilməsində yeganə məsul şəxs kimi
səfir müxtəlif funksiyaların realizəsini öz personalına həvalə edə
bilər. Bununla yanaşı bir sıra məsələlərlə nümayəndəliyin başçısı
şəxsən məşğul olur.
Səfirin əsas vəzifəsi missiyanın diplomatik siyasətinin
formalaşdırılmasıdır ki, bu işdə ona müxtəlif şöbələrə rəhbərlik edən
müşavirlər yaxından yardım edir. Diplomatik siyasətin məzmunu
akkreditiv dövlətlə yerləşmə dövləti arasında bütün məsələlərə
münasibətdə konstruktiv yanaşmanın həyata keçirilməsidir.
Nümayəndəliyin başçısı ümumi maraqlara və ümumi siyasətə
aid olan mühüm məsələlər üzrə öz dövlətinin mövqeyini qəbul edən
dövlətə çatdırır, iqtisadi və siyasi xarakterli hadisələr haqqında öz
nazirliyinə hesabat verir və s.
Nümayəndəliyin
diplomatik personalı da nümayəndəlik
xarakteri daşıyır və onlara aid olan məsələlərdə akkreditiv dövlətin
adından çıxış edir. 1961-ci il Vyana Konvensiyasının 1-ci
maddəsinin d bəndində deyilir ki, diplomatik personal
nümayəndəliyin diplomatik rütbələrə malik olan üzvləridir.
Diplomatik personal beynəlxalq hüquqla müəyyən
olunmuş daha bir
tələbə cavab verməlidir. Konvensiyanın 8-ci maddəsinin 1-ci
bəndində əsasən diplomatik personalın üzvləri prinsip etibarilə
akkreditiv dövlətin vətəndaşları olmalıdırlar. Yalnız yerləşmə
dövlətinin icazəsi ilə onun vətəndaşları xarici səfirliyin diplomatik
personalına daxil edilə bilər və bu icazə istənilən zaman geri götürülə
bilər (2-ci bənd). Yerləşmə dövləti üçüncü dövlətin vətəndaşı, eyni
zamanda akkreditiv dövlətin vətəndaşı olmayan şəxslərə münasibətdə
də bu hüququ özündə saxlayır (3-cü bənd).
Diplomatik personalın üzvləri müxtəlif iş sahələrinə səfirin
nəzarəti ilə müstəqil rəhbərlik edir, nümayəndəliyin fəaliyyətinin
122
123