konkret sahələri üçün cavabdeh olur və bu fəaliyyət
ilə əlaqədar tam
məsuliyyət daşıyır.
Bütün bu şəxslər akkreditiv dövlət tərəfindən onlara verilən
diplomatik pasportlara və yerləşmə dövlətinin xarici işlər nazirliyinin
protokol şöbəsi tərəfindən verilən xüsusi kartoçkalara malik olurlar ki,
bu sənədlər də onların diplomatik agent statusunu təsdiq edir.
İnzibati –texniki personal nümayəndəliyin inzibati –texniki
xidmətlərini həyata keçirən şəxslərdir. Onlara referent tərcüməçilər,
texniki katiblər, makinaçılar, stenoqrafçılar, digər dəftərxana işçıləri,
mühasibat işçıləri və s. aiddir. Bu personal səfirliyə işə xarici işlər
nazirliyi tərəfindın ezam olunur və onlara xidməti pasport verilir.
Öz xidməti vəziyyətinə görə diplomatik personaldan
fərqlənsələr də hal-hazırda inzibati texniki personalın hüquqi
statusunun diplomatik personala maksimum yaxınlaşdırılması
tendensiyası özünü göstərir.
Xidmətçi personala nümayəndəliyin xidməti
üzrə vəzifələri hə-
yata keçirən sürücülər, aşbazlar, xidmətçilər, bağbanlar və s. daxildir.
Onlar bir çox hallarda yerli dövlətin vətəndaşlarından seçilirlər.
Qeyd olunanlarla yanaşı nümayəndəlik əməkdaşının ev işlərini
yerinə yetirən və akkreditə edən dövlətin işçisi olmayan
“xüsusi ev
işçiləri” də mövcuddur ki, onlar nümayəndəliyin personalına daxil
deyildir.
Konvensiya layihəsi müzakirə olunan zaman diskussiyalara
səbəb olan müddəalardan biri də 11-ci maddənin 1-ci bəndində təsbit
edilmiş nümayəndəlik personalının sayına aid müddəa olmuşdur.
Belə ki, 11-ci maddənin 1-ci bəndinə əsasən
nümayəndəlik
personalının sayı haqqında konkret razılıq olmadıqda
yerli dövlət
tələb edə bilər ki, nümayəndəliyin personalının sayı yerli dövlətdəki
şərait və şərtləri, həmçinin nümayəndəliyin tələbatını nəzərə almaqla,
onun normal və ağlabatan hesab etdiyi həddi aşmasın. Konvensiya
layihəsinə bu müddəa əsasən yeni azad olunmuş dövlətlərin təsiri ilə
daxil edilmişdir. Belə ki, bu dövlətlər maliyyə, kadr və s. problemləri
nəzərə almaqla əksər hallarda akkreditiv dövlət keyfiyyətində deyil,
məhz qəbul edən dövlət qismində çıxış edirdilər. Bu baxımdan
Boliviya, Liviya, Sinqapur kimi dövlətlərdə birtərəfli qaydada xarici
diplomatik nümayəndəliyin personalının sayına münasibətdə kvota
məhdudiyyətləri
qoyulmuşdur
125
1
.
Qeyd edək ki, məsələyə bu cür yanaşma və ümumiyyətlə,
konvensiyanın bu maddəsi dövlətlərin suveren bərabərlik prinsipinə
ziddir. O, bir dövlətə digər dövlətin heç də ondan az maraqlı olmadığı
məsələləri birtərəfli qaydada həll etmək imkanı verir. Nümayəndəlik
personalının sayının “normal və ağlabatan” həddinin müəyyən
edilməsi imkanı eyni qaydada akkreditiv dövlətə də verilməlidir, ən
azı ona görə ki, özünün orqanı kimi nümayəndəliyin tələbatına o,
daha yaxından bələddir.
Digər tərəfdən isə, həmçinin akkreditiv dövlət tərəfindən
personalın say tərkibinin süni şəkildə artırılması da münaqişəli
situasiyaların yaranmasına səbəb olur. Belə ki, qəbul edən dövlət
buna müdaxilə etməsə də göndərən
dövlət müəyyən həddi
gözləməlidir. Bəzi hallarda bu məqam nəzərə alınmır və bu da
mürəkkəb situasiyaların yaranmasına gətirib çıxarır. 2001- ci ilin
mart ayında Rusiya Federasiyasının ABŞ-dakı səfirliyində 190, ABŞ-
ın Rusiya Federasiyasındakı səfirliyində isə 1090 əməkdaşın
çalışması iki dövlət arasında böhran situasiyasının yaranmasına
gətirib çıxarmışdır. 2004- cü ildə ABŞ kütləvi informasiya
vasitələrində İraq hökuməti qurulandan sonra burada özünün təsis
edəcəyi səfirliyinə 3 minə yaxın əməkdaşını akkreditə edəcəyi barədə
niyyətini ifadə etmişdir. Əgər 3 minə yaxın əməkdaşın əksər qisminin
ailəli olduğunu da nəzərə alsaq ABŞ səfirliyinin gələcəkdə böyük bir
şəhərcikdə yerləşəcəyi güman olunmalıdır
2
.
Ona görə də bəzi dövlətlər, o cümlədən, keçmiş SSRİ bu
maddəyə aşağıdakı şəkildə qeyd-şərt etmişdir ki, nümayəndəlik
personalının sayı ilə əlaqədar fikir ayrılığı yaranarsa, suveren
bərabərlik prinsipini əsas götürərək bu məsələ akkreditiv dövlət və
qəbul edən dövlət arasında razılaşmaya əsasən həll olunmalıdır.
Hal-hazırda bütün dünyada diplomatik nümayəndəliklərin və
onun personalının sayının əhəmiyyətli dərəcədə artması kvotalar
sisteminin yayılmasına səbəb olmuşdur.
1
Демин Д.Г. Статус дипломатических представительств и их пер-
сонала. М.: Международные отношения, 1995, с. 15
2
Abbasbəyli A., Cəfərov V. Diplomatik protokol. Dərslik. ADPU
nəşriyyatı, Bakı, 2004, səh. 26
124
4. 5. Nümayəndəliyin strukturu. Diplomatik korpus.
Bu fəaliyyətin həyata keçirilməsində, o cümlədən, digər
şöbələrin də uyğun sahədəki fəaliyyətlərinin həyata keçirilməsində
informasiya toplanılması işin əsas hissəsini təşkil edir. İnformasiya
materiallarının toplanılması xüsusi diqqət tələb edir və gündəlik
olaraq bütün diplomatik işçilər tərəfindən həyata keçirilir. Bunun
üçün səfirliyin hər bir diplomatik işçisi informasiya toplanılması
üçün bazaya malik olmalıdır. Yerləşmə dövlətinin mətbuatı əsas baza
rolunu oynayır. Digər tərəfdən əhalinin müxtəlif təbəqələrindən olan
insanlarla şəxsi ünsiyyət də ölkə həyatının hər bir tərəfi haqqında
ətraflı məlumat toplamağa imkan verir.
Diplomatik nümayəndiliyin
strukturu dövlətin ümumi xarici
siyasət
məqsədləri, konkret maraqları və uyğun dövlətlə qarşılıqlı
münasibətlərinin xüsusiyyətlərindən asılıdır. Lakin bununla yanaşı
istənilən diplomatik nümayəndəliyin strukturunda ümumi məqamlar
da yer alır. Belə ki, kifayət qədər stajı olan hər bir diplomatik
nümayəndəliyin struktur elementi kimi ayrı-ayrılıqda daxili siyasət
və xarici siyasət məsələləri üzrə, iqtisadi, mədəni, konsul məsələləri
üzrə məşğul olan qruplar və ya şöbələr yer alır.
Kommersiya fəaliyyəti ticarətin dəstəklənməsi, ticarət
siyasətinin formalaşdırılması məqsədini daşıyır.
Azərbaycan Respublikasının Türkiyə Cümhuriyyətindəki
səfirliyinin strukturunu misal göstərək.
Səfir – səfirliyə ümumi rəhbərliyi həyata keçirir və onun
fəaliyyətinə görə məsuliyyət daşıyır;
Yeni gələn iş adamlarına iş imkanlarının yaradılmasında
informasiya
dəstəyinin verilməsində, yeni bazara daxil olmaq üçün
lazımi əlaqələrin qurulmasında da diplomatik işçilər yardımçı
olmalıdırlar.
Müşavir – siyasi məsələlər,diaspora,tələbələr;
Hərbi müşavir
Mətbuat və informasiya şöbəsi yerləşmə ölkəsinin gündəlik
mətbuatlarını izləyir, müxbirlərlə, qəzet redaktorları ilə əlaqə
saxlayır. Mətbuat və informasiya şöbəsinin əməkdaşı mətbuat
işçilərindən zəruri informasiyanı almaqla yanaşı öz ölkəsi haqqında
informasiya ilə də mətbuatı tanış edir. Bu əməkdaşlar hər bir ölkədə
informasiyanın təşkil edilməsi ilə yaxindan tanış olmalıdır. Şöbənin
nümayəndələri maraqlı şəxslər arasında informasiya bülletenlərinin
yayılmasına da xüsusi diqqət ayırırlar.
I katib – informasiya-mətbuat, mədəniyyət məsələləri;
I katib – hüquq məsələləri;
I katib –
iqtisadi məsələlər;
I katib – diaspora, tələbələrlə iş
Konsul – viza, konsul əməliyyatları;
Mühasib
Təsərrüfat müdiri
Referent
Əksər səfirliklərdə konsul funksiyalarını həyata keçirən
konsul
şöbələri yer alır. Müstəqil konsul müəssisələrindən fərqli olaraq bu
şöbənin müdiri öz hökuməti, XİN adından deyil, səfirin adından
hərəkət edir və səfirliyin fəaliyyət dairəsində bu və ya digər
funksiyalarını həyata keçirir.
Səfirliyin strukturunda bir sıra şöbələr yer alır.
Kommersiya və iqtisadi şöbələr.
Nümayəndəliyin fəaliyyətində iqtisadi və kommersiya
istiqaməti önəmli yer tutur.
İqtisadi fəaliyyət yerləşmə dövlətinin iqtisadi və maliyyə
siyasətinin anilizindən, onun daxili və xarici
siyasətə təsirinin
qiymətləndirilməsindən, gələcək tendensiyalarının
müəyyənləşdirilməsindən və iqtisadi məsələlər üzrə hesabatların
hazırlanmasından ibarətdir.
1
Katiblik və arxiv şöbələri də nümayəndəliyin mühüm
struktur elementlərindəndir.
Təsərrüfat müdirlərinin rəhbərlik etdiyi
inzibati-təsərrüfat
şöbələri inzibati-təsərrüfat işlərinə nəzarət edir.
Bu sahədə iş lazımi materialların toplanılması, onların
əlaqələndirilməsi və analizini, həmçinin bunun üçün geniş əlaqələrin
olmasını tələb edir.
127
Diplomatik korpus anlayışını dar və geniş mənada
fərqləndirirlər. Dar mənada diplomatik korpus- hər hansı bir ölkəyə
akkreditə olunmuş bütün diplomatik nümayəndəliklərin başçılarının
məcmusuna deyilir. Geniş mənada diplomatik korpus dedikdə isə
yalnız nümayəndəlik başçıları deyil, eyni zamanda bütün diplomatik
1
П.Дж.Фельтхэт. Настольная книга дипломата. Минск: 2002, с. 33
126