46
- Yaxşı, məndən inciyirsənsə, daha o qeydləri aparmaram - deyir.
Müəlliməsinin cavabından Həqiqət utanır. Çünki Tamara xanım
onun dəftərində qırmızı qeydlər aparsa da, ona həmişə beş yazırdı.
Buna baxamayaraq, Həqiqət müəlliməsini böyük məhəbbətlə
sevirdi. Tamara xanım hərdən xəstələnib dərsə gəlməyəndə
məktəb
Həqiqətə kimsəsiz, boş görünərdi.
İllər keçdikdən sonra Həqiqət başa düşür ki, müəlliməsi
qoyduğu qırmızı sual işarəsi üzərində onu düşünməyə sövq edib,
yazdığının məsuliyyətini anlamağa çalışıb.
O iradlar olmasaydı, Həqiqət özlüyündə tamam arxayınlaşırdı və
bəlkə də indiki kimi yaxşı yazıçı ola bilməzdi. Həqiqət xanım
həddindən artıq təvazökar olduğundan özünü hələ püxtələşməmiş
yazıçı hesab edir. Baxmayaraq ki, onun 40-dan çox elmi, bədii-
publisistik kitabları çıxıb.
Həqiqət xanım indinin özündə də gecə-gündüz istirahət
bilmədən yazıb, yaradır...
47
Şairə Həqiqət
Həyatda ən çox iztirab çəkən ən yaxşı işlər görür,
ən böyük xarüqələr yaradır.”
Həqiqət xanım orta məktəb illərində şairə kimi də tanınmışdı.
Tədris hissə müdiri Camal Əliyev ona “şairə qızım” deyərdi
həmişə. Həiqiqət həm də məktəbdə divar qəzetinin redaktoru olub.
Onun müavini isə indi şair kimi tanıdığımız, Azərbaycan Yazıçılar
Birliyinin mətbuat katibi Ədalət (Əsgəroğlu) Məmmədov idi.
Həqiqətin ilk şeiri “
Vətən”, ikinci şeiri isə “
Ana” olub. Həqiqət
xanım o vaxtlar rübailər də yazırdı.Onun rübailəri Məhsəti
Gəncəvinin rübailərindən rişələnib.Gördüyü hər bir gözəllik onun
üçün yeni bir şeir, yeni bir rübai demək idi. Təəssüf ki, Həqiqət
xanım rübailərini qoruyub saxlaya bilməyib.O, rübailərinin
çoxunu ay işığında yazıb.
Budur yavaş - yavaş açılır səhər,
Meh əsir, titrəyir şehli çiçəklər.
Qüssədən, ələmdən yata bilmirəm,
Qəlbimdən daş kimi asılıb kədər.
Bəli, Həqiqətin rübailəri də dərddən, kədərdən yoğrulub sanki.
O qızılgülün dərilməsini heç xoşlamazdı. Kiminsə əlində
qızılgül görəndə Həqiqət o güllərə baxıb bərk kövrəlirmiş:
Bu qönçə güllərə kim qıyıb görən?
Kim onu budaqdan qoparıb erkən?
Daşdır o ürək ki, yoxdur duyğusu,
Baxıb qönçələrə yaş tökürəm mən.
48
Dumanlı havalarda Həqiqət rəhmətlik anasının öz əlləri ilə
əkdiyi gül kollarının yanında dayanıb onların vəsfəgəlməz
gözəlliyinə heyranlıqla tamaşa edirdi:
Firuzə göylərə duman çəkib tül,
Duvaqlı gəlindir sanki qızılgül.
Həsrət nəğməsini niyə oxumur,
Qızılgül eşqiylə alışan bülbül?
Anasının vəfatından sonra Həqiqətin çəkdiyi acılar onun
rübailərində daha çox əks olunub:
Qəbrini qucuyub ağlayan mənəm.
Sinəsi kədərdən çağlayan mənəm.
Gəlin örpəyini hələ örtməmiş,
Başına qara şal bağlayan mənəm.
Şairənin fikrincə, rübai insanı mənən sakitləşdirir, ona toxtaqlıq
verir. Həqiqət xanım yazdığı rübailərlə özündə təskinlik tapırdı.
Haçan olacaqsan bəs şən ürəyim?
Dərd, kədər əlindən şişən ürəyim.
Nədən çırpınırsan yenə ümidsiz,
Gözümün bulağın deşən ürəyim.
Yaxud: