2
Az 2
-----------
2012
BBKC - 44
Redaktor: Şəfiqə Əliyeva, əməkdar müəllim
Rəyçi: Oqtay Salamzadə, yazıçı-teoloq
C- 44.
Camal Zeynaloğlu:
“Həqiqət işığında”
Bakı, “Şəms” nəşriyyatı – 2012, - 214 səh.
Bu kitab Camal Zeynaloğlunun oxucularla
yeddinci görüşüdür. “
Yaxşı
insanlar sorağında” silsiləsindən olan bu ilk kitab tanınmış ziyalı, gözəl insan,
etibarlı dost və yoldaş, nadir istedad sahibi, yazıçı-publisist, şair, filosof,
tarixçi, teoloq, astronom, ictimai xadim, Azərbaycan Ziyalılar Cəmiyyətinin
məsul katibi, “Ziyalı” qəzetinin baş redaktoru, həvəskar bəstəkar,“
Qızıl
Qələm”və “
Məhsəti Gəncəvi” mükafatları laureatı, fəlsəfə elmləri namizədi,
dosent
Həqiqət xanım Kərimovanın həyat və yaradıcılıq fəaliyyətinə həsr
olunmuşdur.
Kitab 2000-ci ildə işıq üzü görməli idi. Amma bəzi
səbəblər üzündən oxuculara 12 il gec təqdim olundu.
510000030 - (304)
C------------------------------ 23-10 qrifli nəşr
127 - 2012
© C.Zeynaloğlu -2012
4
“Həqiqət xanımda olan vətən, azərbaycançılıq sevgisini bütün
ziyalılarımızda görmək istərdim.O, yaradıcılıq manerasında
fərqlənən, ictimai-siyasi təşkilatçılıq bacarığı ilə seçilən fitri
qabiliyyət sahibidir. Nə yazırsa-yazsın böyük sevgi hissi ilə ürəklə
yazır. Dincəlmək nədir, bilmir. “Ana” romansı onun bizim ailəyə
verdiyi ən gözəl hədiyyədir. O romans məni çox kövrəldib, anamı,
uşaqlıq illərimi xatırladıb. Həqiqət xanıma təşəkkürümü
bildirəndə, ağladığını gördüm. Çox həssas və duyumlu insandır.”
Aqil Əliyev,
AMEA-nın
müxbir üzvü, əməkdar elm xadimi.
“Mən İslam dininin gözəlliyini anam İzzət xanımdan öyrəndim,
elmi mahiyyətini isə Quran işığında Həqiqətimdən öyrənib təvsir
kitabları aldım.Oxuduqca zənginləşdim, bilgilərimi Həqiqət
xanımla bölüşdüm. Mənim Qurana məhəbbətim onu necə də
sevindirirdi?! Quranı mənə bu qədər sevdirdiyi üçün Həqiqət
Kərimovaya minnətdaram.”
Şəfiqə Əlirza qızı Əliyeva,
“Ziyalı” qəzetinin təsisçisi, Əməkdar müəllim.
“İslam astronomiyası tarixi uzun illər aktual sayılmışdır, lakin
maneələr olduğundan işlənməsi mümkün olmamışdır. İslam
tarixində astronomik tədqiqatlar və astronomlar haqqında ərsəyə
çatdırılmış məlumatlar Həqiqət xanım Kərimovanın özümüzü
özümüzə tanıtmaq yolunda yeni addımdır. Qələmindən çoxlu
sayda əsərlər yaranmış Həqiqət xanıma belə bir çətin işi yerinə
yetirməsinə görə bir astronom kimi daha çox minnətdarlığımı
bildirirəm. O, öz təmənnasız xidmətlərinin əvəzini almalıdır.”