15
Özüm də bilmirəm ki, mən kiməm?
-
Həqiqət xanım, siz ixtisasca tarixçisiniz. Buna baxmayaraq
mən sizi filosof, astrofizik, teoloq, yazıçı- şairə, bəstəkar,
jurnalist kimi də tanıyıram. Ümumiyyətlə, siz kimsiniz?
-
Camal müəllim, sizi maraqlandıran bu sualı mənə çox adam
verib. Həmkarlarım məni fəlsəfə tarixi sahəsində tədqiqatçı kimi
tanıyırlar. Başqa sahələrin mənim adıma şamil edilməsinə
gəldikdə, fikrimcə, bütün filosoflar öz fəaliyyələrini sırf
nəzəriyyəçilik və fərdi intellektual fəaliyyətlə məhdudlaşdırmayıb,
müxtəlif elmi sahələrdən istifadə etməli, əldə etdikləri nəticələri
müqayisəli şəkildə yoxlamalıdırlar. Bu üsul işlənən sahənin
effektinin artmasında xüsusi əhəmiyyətə malikdir.
Elmi işim dünyanın təbii elmi mənzərəsinin fəlsəfi təhlili ilə
bağlı olduğu üçün kainat məsələlərindən daha çox yazıram. İslam
dininin müqəddəs kitabı Qurani-Kərimə istinadən apardığım elmi-
dini müqayisə və təhlillər mənə çox şey verib. Canlı aləmin
yaranışı, ən qədim mikroorqanizmilərlə bağlı əsərlərim maraqla
qarşılanıb. Kiminsə mənə göstərdiyi etimadı doğrultmağı sevirəm.
Hələ orta məktəbdə oxuyarkən ədəbiyyat müəlliməm Tamara
Ağakişiyeva mənim yazıçı- şairə, tarix və ictimaiyyət
müəlliməm Sima Əliyeva isə tarixçi olacağımı güman edirdilər.
Mən onların hər ikisinin etimadını doğrultsam da, sonralar
“elmlərin şahı” hesab etdiyim fəlsəfəni seçdim. Çünki fəlsəfənin
vurğunuyam. Kiçicik bi şeir parçasında, adi bir rəng dünyasında,
sonu görünməyən füruzə göylərdə bir fəlsəfə axtarır, mənəvi
duyum gəzirdim. Poemalarımın ruhu Sədi Şirazidən, rübailərim
isə Məhsəti Gəncəvidən qaynaqlanıb.
Ali məktəbə daxil olmaq valideynsiz, maddi imkanı olmayan
bir qız üçün əlçatmaz arzu idi. İşləyib təhsil almaq üçün tarix
fakültəsinin axşam şöbəsinə sənəd verdim. Ümidsiz idim. İlk
16
imtahandan əla qiymət aldım. Ədəbiyyatdan şifahi imtahanı Famil
Mehdi və Kamil Vəliyev qəbul edirdi. Bu gün elmdə nə
qazanmışamsa, bütün bunlar üçün onlara borcluyam. Xüsusən
Famil Mehdiyə. O, məni yüzlərlə abituriyentin içindən seçmişdi,
əla qiymət yazmışdı. Söylədiyim şeir və qəzəllərə məftunluqla
qulaq asıb, “ Kamil, kimi xatırlayırsan?”- soruşmuşdu. Kamil
müəllim isə gülümsəyərək: “Əli Fəhmini”- demişdi. Mənim
dinlədiyimi görüb üzümə maraqla baxmışdı: “ İnanmıram bu qız
tarixçi olsun. O, filoloq, ya da jurnalist olacaq.”
Hər ikisi mənə xeyir-dua verdilər, yaxşı gələcək arzuladılar.
Mən isə mehribanlıqla deyilən “qızım”kəlməsinin təsirindən
kövrəlib ağlaya-ağlaya getdim. Akademiya bağında bir ağaca
söykənib ürəyimi boşaltdım...
İllər keçdi, əzablı ömür yoluma baxmayaraq, mənim üçün
zəruri olan şeyləri qazana bilmədim. Halbuki, uşaqlıqdan
düşünürdüm ki,
elmim olsa, hər şey qazanaram.
Azərbaycan Dövlət Neft Akademiyasının tələbələr üçün
nəzərdə tutulmuş yataqxanasında yaşayıram.AXC-nin hakimiyyəti
dövründə xarici tələbələr üçün dekan təyin olunmuş Mirvari adlı
bir qadın mənə ultimatum verərək qaldığım otağı boşaltmağı tələb
etdi.Ayağını ayağının üstünə aşıraraq siqareti siqaretə calayan bu
qadını dinləyib onu bu vəzifəyə təyin edənləri lənətlədim.Bir neçə
ay sonra o, həmin vəzifədən çox şükürlər olsun ki,çıxarıldı.İndi
yenə həmin yataqxanada yaşayıram.O xanımın arzusu gözündə
qaldı, axı o, yaşadığım otağı xarici qonaqlar üçün qonaq otağı
etmək istəyirdi.Öz millətindən olan, iki körpəsi ilə heç yerdə
sığınacaq tapmaq ümidi olmayan azəri qadınını
isə küçələrə atmaq
istəyirdi.Bu da Azəbaycan ziyalısı... Mövqe, vəzifə insanları nə
qədər dəyişdirirmiş.Axı, o, adi müəllim ömrü yaşasaydı, bu cür
hərəkətlər etməzdi.İndi o, yenə Neft Akademiyasında çalışır.
Mən bir yaşımdan valideynsiz qalmışam, ömür yolum eniş-
yoxuşlu olub. Ən kədərli anlarımda mahnı bəstələmişəm. Kədər
17
və iztirabdan doğulan, qətrə-qətrə göz yaşlarımdan yoğrulan
mahnılar... Bu mahnılarda mənim həyata keçməyən arzularım,
qırılmış ümid və istəklərim əks olunur. Musiqi təhsilim yoxdur.
Onları
niyə bəstələyirəm, nəyimə lazımdır?- Bilmirəm.
Astronomiyaya meyl göstərməyim elmi işimlə bağlıdır.
Ona görə də çoxları məni astronom hesab edir. Dissertasiya
işim
tam
hazırdır.Müdafiyə
təqdim
etməliyəm.Elmlər
Akademiyasında tələb olunan məbləğ mənim əmək haqqımdan
dörd dəfə böyükdür. Bu pulu ödəməyə mənə iki xeyirxah insanın
təklifi olub. Dövlət Neft Akademiyasının dosenti Əli Talıbov və
mənim kimi yüzlərlə köməksizin himayəçisi, büllur kimi qəlb
sahibi olan əməkdar müəllim Şəfiqə xanım Əliyeva. Mən bu
təkliflərdən imtina etmişəm. Allah onların hər ikisinə can sağlığı
versin.
Cavablarım yəqin ki, çox geniş oldu.
Filosof,
astronom,
teoloq,
yazıçı-
publisist,
şair,
bəstəkarsınızmı? - sualına isə cavab verə bilməyəcəyəm. Çünki
əslində mən
özüm də bilmirəm ki, mən kiməm?
- Həqiqət xanım, siz tədqiqatçı alim olmaqla yanaşı, həm də
Azərbaycan Ziyalılar Cəmiyyətinin məsul katibisiniz. Bir
ziyalı kimi deyə bilərsinizmi, bu günün ziyalısının vəziyyəti
necədir?
- Əvvəla, mən alim deyiləm, sadəcə müəllim və tədqiqatçıyam.
Bu günün ziyalısının vəziyyətinə gəldikdə, iqtisadi durumun
çətinliyi ondan da yan ötməyib. Ziyalılar cəmiyyətdə elə bir
təbəqədir ki, onlar heç bir siyasi
mövqeyə malik olmayan, öz elmi
sahələri üzrə fəaliyyət göstərməklə bərabər, cəmiyyətin ümumi
mənafeyi naminə olan məsələlərdə iştirak edir, öz mövqelərini
bildirirlər. Xalqımızın ziyalı övladlarını vahid konsepsiya
ətrafında birləşdirmək Azərbaycan Ziyalılar Cəmiyyətinin
proqram və nizamnaməsində öz əksini tapıb. Cəmiyyətin 270
mindən artıq üzvü var. Yaxın vaxtlara qədər AZC problemlər