Həqiqət işığında



Yüklə 2,87 Kb.
Pdf görüntüsü
səhifə5/59
tarix26.11.2017
ölçüsü2,87 Kb.
#12904
1   2   3   4   5   6   7   8   9   ...   59

 
15 
       
Özüm də bilmirəm ki, mən kiməm? 
 
-  
Həqiqət xanım, siz ixtisasca tarixçisiniz. Buna baxmayaraq 
mən  sizi  filosof,  astrofizik,  teoloq,  yazıçı-  şairə,  bəstəkar, 
jurnalist kimi də tanıyıram. Ümumiyyətlə, siz kimsiniz? 
-   
Camal  müəllim,  sizi  maraqlandıran  bu  sualı  mənə  çox  adam 
verib.  Həmkarlarım  məni  fəlsəfə  tarixi  sahəsində  tədqiqatçı  kimi 
tanıyırlar.  Başqa  sahələrin  mənim  adıma  şamil  edilməsinə 
gəldikdə,  fikrimcə,  bütün  filosoflar  öz  fəaliyyələrini  sırf 
nəzəriyyəçilik və fərdi intellektual fəaliyyətlə məhdudlaşdırmayıb, 
müxtəlif  elmi  sahələrdən  istifadə  etməli,  əldə  etdikləri  nəticələri 
müqayisəli  şəkildə  yoxlamalıdırlar.  Bu  üsul  işlənən  sahənin 
effektinin artmasında xüsusi əhəmiyyətə malikdir. 
    Elmi  işim  dünyanın  təbii  elmi  mənzərəsinin  fəlsəfi  təhlili  ilə 
bağlı olduğu üçün kainat məsələlərindən daha çox yazıram. İslam 
dininin müqəddəs kitabı Qurani-Kərimə istinadən apardığım elmi- 
dini  müqayisə  və  təhlillər  mənə  çox  şey  verib.  Canlı  aləmin 
yaranışı,  ən  qədim    mikroorqanizmilərlə  bağlı  əsərlərim  maraqla 
qarşılanıb. Kiminsə mənə göstərdiyi etimadı doğrultmağı sevirəm. 
    Hələ  orta  məktəbdə  oxuyarkən  ədəbiyyat  müəlliməm  Tamara 
Ağakişiyeva    mənim    yazıçı-  şairə,  tarix  və  ictimaiyyət 
müəlliməm  Sima  Əliyeva  isə  tarixçi  olacağımı  güman  edirdilər.  
Mən  onların  hər  ikisinin  etimadını  doğrultsam  da,  sonralar 
“elmlərin  şahı”  hesab  etdiyim  fəlsəfəni  seçdim.  Çünki  fəlsəfənin 
vurğunuyam. Kiçicik bi şeir parçasında, adi bir rəng dünyasında, 
sonu  görünməyən  füruzə  göylərdə    bir  fəlsəfə  axtarır,  mənəvi 
duyum  gəzirdim.  Poemalarımın    ruhu  Sədi  Şirazidən,  rübailərim 
isə Məhsəti Gəncəvidən qaynaqlanıb. 
    Ali  məktəbə  daxil  olmaq  valideynsiz,  maddi  imkanı  olmayan 
bir  qız  üçün  əlçatmaz  arzu  idi.  İşləyib  təhsil  almaq  üçün  tarix 
fakültəsinin  axşam  şöbəsinə  sənəd  verdim.  Ümidsiz  idim.  İlk 


 
16 
imtahandan əla qiymət aldım. Ədəbiyyatdan şifahi imtahanı Famil 
Mehdi  və  Kamil  Vəliyev  qəbul  edirdi.  Bu  gün    elmdə  nə 
qazanmışamsa,  bütün  bunlar  üçün  onlara  borcluyam.  Xüsusən 
Famil Mehdiyə. O, məni yüzlərlə  abituriyentin içindən seçmişdi, 
əla  qiymət  yazmışdı.  Söylədiyim  şeir  və  qəzəllərə  məftunluqla 
qulaq  asıb,    “  Kamil,  kimi  xatırlayırsan?”-  soruşmuşdu.  Kamil 
müəllim  isə  gülümsəyərək:  “Əli  Fəhmini”-  demişdi.  Mənim 
dinlədiyimi  görüb üzümə maraqla baxmışdı: “ İnanmıram  bu qız 
tarixçi olsun. O, filoloq, ya da jurnalist olacaq.” 
    Hər  ikisi  mənə  xeyir-dua  verdilər,  yaxşı  gələcək  arzuladılar. 
Mən  isə  mehribanlıqla  deyilən  “qızım”kəlməsinin  təsirindən 
kövrəlib  ağlaya-ağlaya  getdim.  Akademiya  bağında  bir  ağaca 
söykənib ürəyimi boşaltdım... 
    İllər  keçdi,  əzablı  ömür  yoluma  baxmayaraq,  mənim  üçün 
zəruri  olan  şeyləri  qazana  bilmədim.  Halbuki,  uşaqlıqdan 
düşünürdüm ki, elmim olsa, hər şey qazanaram. 
    Azərbaycan  Dövlət  Neft  Akademiyasının  tələbələr  üçün  
nəzərdə tutulmuş yataqxanasında yaşayıram.AXC-nin hakimiyyəti 
dövründə xarici tələbələr üçün dekan təyin olunmuş  Mirvari adlı 
bir qadın mənə ultimatum verərək qaldığım otağı boşaltmağı tələb 
etdi.Ayağını  ayağının üstünə aşıraraq siqareti siqaretə calayan bu 
qadını dinləyib onu bu vəzifəyə təyin edənləri lənətlədim.Bir neçə 
ay  sonra  o,  həmin  vəzifədən  çox  şükürlər  olsun  ki,çıxarıldı.İndi 
yenə  həmin  yataqxanada  yaşayıram.O  xanımın  arzusu  gözündə 
qaldı,  axı  o,  yaşadığım  otağı  xarici  qonaqlar  üçün  qonaq  otağı 
etmək  istəyirdi.Öz  millətindən  olan,  iki  körpəsi  ilə  heç  yerdə 
sığınacaq tapmaq ümidi olmayan azəri qadınını isə küçələrə atmaq 
istəyirdi.Bu  da  Azəbaycan  ziyalısı...  Mövqe,  vəzifə  insanları  nə 
qədər  dəyişdirirmiş.Axı,  o,  adi  müəllim  ömrü  yaşasaydı,  bu  cür 
hərəkətlər etməzdi.İndi o, yenə Neft Akademiyasında çalışır. 
    Mən  bir  yaşımdan  valideynsiz  qalmışam,  ömür  yolum  eniş- 
yoxuşlu  olub.  Ən  kədərli  anlarımda  mahnı  bəstələmişəm.  Kədər 


 
17 
və  iztirabdan  doğulan,  qətrə-qətrə  göz  yaşlarımdan  yoğrulan 
mahnılar...  Bu  mahnılarda  mənim  həyata  keçməyən  arzularım, 
qırılmış  ümid  və  istəklərim  əks  olunur.  Musiqi  təhsilim  yoxdur. 
Onları niyə bəstələyirəm, nəyimə lazımdır?- Bilmirəm. 
   
 
Astronomiyaya meyl göstərməyim elmi işimlə bağlıdır. 
    Ona  görə  də  çoxları  məni  astronom  hesab  edir.  Dissertasiya 
işim 
tam 
hazırdır.Müdafiyə 
təqdim 
etməliyəm.Elmlər 
Akademiyasında  tələb  olunan  məbləğ  mənim  əmək  haqqımdan 
dörd dəfə böyükdür. Bu pulu ödəməyə mənə iki xeyirxah insanın 
təklifi olub. Dövlət Neft Akademiyasının  dosenti Əli Talıbov və 
mənim  kimi  yüzlərlə  köməksizin  himayəçisi,  büllur  kimi  qəlb 
sahibi  olan  əməkdar  müəllim  Şəfiqə  xanım  Əliyeva.  Mən  bu 
təkliflərdən imtina etmişəm.  Allah onların  hər ikisinə can sağlığı 
versin. 
    Cavablarım yəqin ki, çox geniş oldu. 
    Filosof
astronom, 
teoloq, 
yazıçı- 
publisist, 
şair, 
bəstəkarsınızmı?  -  sualına  isə  cavab  verə  bilməyəcəyəm.  Çünki 
əslində mən özüm də bilmirəm ki, mən kiməm? 
 -   Həqiqət xanım, siz tədqiqatçı alim olmaqla yanaşı, həm də 
Azərbaycan  Ziyalılar  Cəmiyyətinin  məsul  katibisiniz.    Bir 
ziyalı  kimi  deyə  bilərsinizmi,  bu  günün  ziyalısının  vəziyyəti 
necədir? 
-     Əvvəla, mən  alim  deyiləm, sadəcə müəllim  və tədqiqatçıyam. 
Bu  günün  ziyalısının  vəziyyətinə  gəldikdə,  iqtisadi  durumun 
çətinliyi  ondan  da  yan  ötməyib.  Ziyalılar  cəmiyyətdə  elə  bir 
təbəqədir ki, onlar heç bir siyasi
 
mövqeyə malik olmayan, öz elmi 
sahələri  üzrə  fəaliyyət  göstərməklə  bərabər,  cəmiyyətin  ümumi 
mənafeyi  naminə  olan  məsələlərdə  iştirak  edir,  öz  mövqelərini 
bildirirlər.  Xalqımızın  ziyalı  övladlarını  vahid  konsepsiya 
ətrafında  birləşdirmək  Azərbaycan  Ziyalılar  Cəmiyyətinin 
proqram  və  nizamnaməsində  öz  əksini  tapıb.  Cəmiyyətin  270 
mindən  artıq  üzvü  var.  Yaxın  vaxtlara  qədər  AZC  problemlər 


Yüklə 2,87 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə