Həqiqət işığında



Yüklə 2,87 Kb.
Pdf görüntüsü
səhifə9/59
tarix26.11.2017
ölçüsü2,87 Kb.
#12904
1   ...   5   6   7   8   9   10   11   12   ...   59

 
28 
    Balaca  qızcığaz  təbiətin  gözəlliyindən  zövq  almağı  xoşlayırdı. 
O, gözəl yay gecələrində arxası üstə uzanıb səmada ulduzları seyr 
etməkdən,  saatlarla  düşüncələrə  dalmaqdan  doymazdı.  Bu  qız 
sanki təbiətə vurulmuşdu. O, yabanı çöl bitkilərini çıxarıb həyətdə 
özü üçün düzəltdiyi ayrıca “bağça”sında əkərdi. Hər gün onlara su 
töküb  qulluq  edərdi.  Solmuş  bitki  görəndə  qızcığaz  çox 
kədərlənirdi. 
    Bir  dəfə  növbəti  nadincliyi  üstündə  bacısı  balaca  Həqiqəti 
tənbeh  edir.  O,  çantasını  götürüb  ağlaya-ağlaya  məktəbə  gedir. 
Rəhmətlik  bibisi  Həcər  xanım  yolda  onun  qarşısına  çıxır.  Dəcəl 
Həqiqəti  ağlayan  görən  bibisi  tez  onun  qolundan  tutub  evlərinə 
aparır. 
-   Yenə də nə edibsən ki, səni döyüblər?- bibisi soruşur. 
- . . . 
    Qızcığaz hıçqıra- hıçqıra ağlayırdı. 
-  Yazıq, yetim balam, - deyə Həcər xanım qardaşı qızını bağrına 
basıb üz-gözündən öpərək yanağına damcılayan göz yaşlarını silir.          
    Balaca qızcığaz ilk dəfəydi ki, “yetim” sözünü eşidirdi. Bu söz 
balaca  qızın  beynində  sanki  ildırım  kimi  çaxdı.  Həcər  xanım 
uşağın  diqqətlə  onun  üzünə  baxdığını  görəndə  hiss  etdi  ki,  bu 
kəliməni  işlətməkdə  səhv  edib.  O,  tez  Həqiqəti  oxşaya-oxşaya 
saçını  yenidən  darayıb  hördü  və  döşünə  təzə  oktyabryat  nişanı 
taxdı,  dəsmala  bükdüyü  balaca  şirin  kökəni  qardaşı  qızının 
çantasına qoydu. Astadan dedi: 
-   Hərdən darıxanda qaç, gəl bibinin yanına, eşitdinmi? 
    Qızcığaz  bir-iki  addım  atıb  geri  döndü.  Maraqla  bibisindən 
soruşdu: 
-   Bibi, mən yetiməm? 
    Həcər  xanım  bu  sualdan  tutuldu,  Həqiqətə  necə  cavab 
verəcəyini  bilmədi.  Onun  çöhrəsinə  kədər  buludu  kölgə  saldı, 
amma tez qızı qucaqlayıb öpdü və: 
-  Dərsə gecikirsən, get  -  dedi. 


 
29 
    Həmin gün sanki balaca qızcığaz kimliyini dərk etdi. O, həmin 
gün  dərsini  də  özündən  narazı  qalan  şagird  kimi  danışdı.  Sinif 
yoldaşlarının üzünə də baxmadı. 
    Həqiqətin 
bugünkü  davranışı  müəlliməsinin  gözündən 
yayınmamışdı.  Ona  görə  də  müəlliməsi  ondan  “nə  olub  qızım, 
xəstələnmisənmi?” soruşanda Həqiqət için-için ağlamağa başladı. 
    O  gündən  Həqiqətin  dəstəsi  də  ləğv  olundu.  Bir  daha  o 
uşaqların  çağırışına  getmədi.  Bundan  sonra  Həqiqət  bütün 
varlığıyla kitablara bağlandı və özüyçün hamıdan fərqli bir dünya 
yaşamağa qədəm qoydu... 
 
 
 
 
 
                                        
                
 
 
 
 
 
 
 
 
 
 
 


 
30 
 
      
            O, başqa bir dünya yaşayırdı...   
 
 
Hələ  uşaqkən  mənim  həyata  baxışım  başqalarından 
tamamilə  fərqlənirdi.  Özümdən  yaşca  xeyli  böyük  olan 
bacılarımın fikir və düşüncələriylə heç vaxt razılaşmırdım.”
 
                                                                                                                      
                                                                                  H. Kərimova 
 
    
    Hələ 170 il bundan əvvəl görkəmli fransız filosofu və maarifçisi 
Helvesti  “Ağıl  haqqında”  əsərində  insan  zəkasının  qüdrəti 
qarşısında  heyranlığını  ifadə  edib  yazmışdı:    “  Ey  ağıl!  Səninlə 
insan zindanda da azaddır. Sən xoşbəxtliyin yolusan, xoşbəxtliyin 
özüsən!” Filosofun dediyindən aydın olur ki, insan ağlının ecazkar 
qüdrəti həqiqətən möcüzələr yaratmağa qadirdir.  
    Ağlın gücündən, zəkanın nurundan ilk növbədə əxlaqi kamillik 
üçün, mənəvi zənginlik səltənəti yaratmaq üçün, maddi və mənəvi 
sərvətləri artırmaq üçün  istifadə olunmayıbdır. 
    Balaca Həqiqət də öz ağlının, zəkasının gücünə əmin idi.Amma 
bu ağıl, zəka sahibini dərk edib başa düşən yox idi. Artıq məktəb 
proqramları Həqiqəti qane etmirdi.O, əlavə ədəbiyyatlar əldə edib 
oxuyurdu.  Rafael  de-Santinin  əsərləri  təbiət  gözəlliyindən  zövq 
alan,  onun  yaratdığı  təbii  naxışlara  heyranlıqla  tamaşa  edən 
Həqiqətin  daxili  dünyasını  silkələmiş,  özündən  asılı  olmayaraq 
balaca  qızı  özünə  məftun  etmişdi.  Həqiqət  hər  dəfə  Rafaelin 
əsərlərini  əlinə  alanda  incə  duyum  hissilə  ilahi  obrazların 
əsrarəngiz  gözəlliyinə  qibtə  hissi  ilə  baxardı.  Sənətkarın  rəng 
dünyası  balaca  qızcığazı  sanki  əfsunlamışdı.  O,  bu  rəsm 
əsərlərindən  aldığı  mənəvi  zövqü  heç  nədən  ala  bilmirdi.  Təbiət 


 
31 
vurğunu  olan  qızcığaz    öz-özünə  düşünürdü:  “Demək,  ən  gözəl 
rəsm əsəri təbiətin özüdür.” 
    Həqiqətən  də,  Allahın  min  bir  rəng  bəxş  etdiyi  çiçəklərdən, 
otlardan,  firuzə  göylərdən,  mavi  sulardan  gözəl  tablo  yoxdur 
həyatda.  Təbiətin  əsrarəngiz  gözəlliyi  önündə  kiçik  qızcığazın 
uşaq  dünyasında  böyük  bir  dünya  yaşayırdı.  Bu  dünya  heç  kəsə 
məlum deyildi. Həmin dünyada yalnız balaca Həqiqət yaşayırdı və 
çalışırdı  ki,  bu  sirli  aləmi  ancaq  özü  kəşf  etsin,  ona  özü  sahib 
olsun.  İlk  fəlsəfi  anlayışlar  da  belə  bir  vaxtda  balaca  qızcığazın 
şüuruna hakim kəsildi. 
    Onun  iki  dünyası  vardı:  böyük  dünyası-  səma,  göy;  kiçik 
dünyası  isə  yer  idi.  Bəs  insan  kimdir?  Necə  yaranıb?  Bu  kamil, 
mükəmməl  bilik  ona  necə  verilib?  İnsanla  təbiət  vəhdət  təşkil 
edirmi? 
    Bu  kimi  müəmmalı  fikirlər  balaca  qızcığazı  narahat  edir, 
düşündüklərinin  cavabını  tezliklə  tapmağa  can  atırdı.O,  öz 
hissləriylə  baş-başa  qalanda  heç  kəsi  eşitmirdi.  Bu  qızıcığaz  iç 
dünyasından həyata, insanlara tamam başqa bir prizmadan baxırdı. 
Onun yaşına uyğun olmayan hərəkətləri, böyüklərlə mübahisələrə 
girişməyi,  bacıları  tərəfindən  məzəmmət  edilirdi.  Qızcığaz  da  öz 
növbəsində  onu  başa  düşmədiklərinə  görə  bacılarını  ürəyində 
qınayırdı.Çünki  bu  qızcığaz  heç  kəsin  yaşamadığı  bir  dünya 
yaşayırdı özüyçün.O, hələ bir kimsəni buraxmadığı daxili aləminə 
əvvəlcə  özü  səyahətə  çıxmağı  xoşlayırdı.Yalnız  bu  dünyada  o 
özünü  rahat  hiss  edir,  “öz  gizli  mücrü”sünə  baxmaqdan  mənəvi 
zövq  alırdı.Öz  daxilinə  işıq  salmağı  bacaran  qızcığaz  orada 
olanları  az-çox  dürüst  görməyə  çalışırdı.Qızcığaz  hamıdan 
xəbərsiz  “könül  evi”ni  özü  qururdu  yavaş-yavaş.  Məşhur  yazıçı 
Heminqueyin vaxtilə dediyi sözləri o, sanki hardasa oxumuşdu elə 
bil. 
    E.Heminquey yazmışdır:“Mən müntəzəm işləyirəm, yazıram. 
Bu  vaxt  mən  ən  çox  iç  dünyama,  daxili  aləmimə  çəkilirəm. 


Yüklə 2,87 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə