Həqiqət işığında



Yüklə 2,87 Kb.
Pdf görüntüsü
səhifə11/59
tarix26.11.2017
ölçüsü2,87 Kb.
#12904
1   ...   7   8   9   10   11   12   13   14   ...   59

 
35 
cavabında  deyir:  Anam  üçün  çox  darıxıram.  Mənimçün  onu 
həyatda heç nə əvəz edə bilməz. Ona görə Həqiqət “Anam” şeirini 
Şuşada  olarkən  yazmışdı.  O  eyni  zamanda  kövrək  qəlbində  dağ 
şəlalələritək  axıb-coşan  arzularını,  sevincini  əsən  küləklə  bütün 
dünyaya səpələnməsini və bu ülvi arzulardan, yer üzərində kədəri 
silib aparan uşaq gülüşlərini tərənnüm edən “Nikbinlik” şeirini də 
yazdı.  Balaca  şairə  insanların  qəlbindəki  kin-  küdurətin,  paxıllıq 
hisslərinin,  qəmin,  kədərin,  bədbinliyin  və  ümumiyyətlə,  bütün 
qeyri-  insani  xislətlərin  yox  olmasını,  bunun  əvəzində  insanlara 
mənəvi  qida  verən  gözəl  nəğmələrin,  bəşəri  duyğuların  bərqərar 
olmasını arzulayır. Bu yaşda olan qızın necə böyük xeyirxah ürək 
sahibi olduğuna heyran qalmaya bilmirsən. 
 
                           Gəl tutaq əl-ələ gəzək hər yanı, 
                           Sevincə qərq edək bütün dünyanı. 
                           Bürüsün çəməni, çölü səsimiz, 
                           Yayılsın ellərə nəğmələrimiz. 
 
                           Açıb kitab kimi sən ürəyini,  
                           Vərəqlə, oxuyum hər diləyini. 
                           Qalxaq qayaların ən qəlbisinə, 
                           Səs verək çayların zümzüməsinə. 
                           Hərdən asta–asta əsəndə külək
                           Coşsun ürəyimiz dağ selləri tək. 
 
    Həqiqət  onuncu  sinifdə  oxuyarkən  məktəbdə  yazıçı  Vidadi 
Babanlı  ilə  görüş  keçirilirdi.  Həmin  görüşdə  yazıçının  “Vicdan 
susanda”, “Gəlin” əsərləri haqqında məktəbin müəllim və şagird 
kollektivi çıxış edərək Vidadi Babanlının bu əsərlərini çox yüksək 
qiymətləndirir,  yazıçını  o  ki  var,  tərifləyirlər.  Həqiqət  isə  Vidadi 
Babanlının  yaradıcılığı  ilə  yaxın  tanış  idi  və  o  yazıçının  bütün 
əsərlərini  oxumuşdu.  O,  gözləyir  ki,  kimsə  gəncləri  daha  çox 


 
36 
düşündürən problemlərə toxunacaq. Amma hamı tərifli sözlərdən 
başqa  heç  nə  demirdi.  Səhərdən  bəri  bütün  çıxışları  izləyən 
Həqiqət  axırda  çıxış  üçün  söz  alır.  O,  əvvəlcə  yazıçıya  məktəbə 
qonaq gəldiyinə görə səmimi təşəkkürünü bildirir. Sonra yazıçının 
əsərlərini  bir-bir  təhlil  etməyə  başlayır.    Bayaqdan  əlindəki 
qələmlə  qarşısındakı  kağızlara  qeydlər  edən  yazıçı  bir  anlığa 
qələmi  yerə  qoyub,  maraq  dolu  nəzərlərlə  Həqiqətə  baxırdı. 
Onuncu  sinif  şagirdinin  yazıçının  əsərlərinə  cəsarətli  iradları, 
tənqidi mülahizələri yazıçıda bu qıza qarşı rəğbət hissi oyatdı. O, 
Həqiqətin  çıxışını  alqışla  qarşıladı.  Yazıçının  alqışından  tutulub 
qalan  şagird  bir-birinə  zidd,  tamamilə  təzad  təşkil  edən,  ona 
dikilmiş  iki  baxış  arasında  qalmışdı.  Bunlardan  biri  yazıçının 
gülümsər, mehriban baxışları, o biri isə məktəb direktorunun hirsli 
baxışları  idi.  Həqiqətin  çıxışından  sonra  qəribə  mənzərə 
yaranmışdı.  Tərifli  çıxışlardan  sonra  tanınmış  yazıçının  “Gəlin” 
povestinə  birdən-birə  orta  məktəb  şagirdinin  irad  tutması  hamını 
çaş-baş  qoymuşdu.  Bu  cəsarətli  tənqidi  çıxış  çoxlarının  kefinə 
soğan  doğradı.  Həqiqət  anlayırdı  ki,  bu  çıxış  ona  baha  başa 
gələcək,  ona  görə  də  sözünü  deyib  qurtaran  kimi  oradan  çıxmaq 
istəyirdi. Bu düşüncələrlə də ona dikilmiş tərs, qaşqabaqlı nəzərlər 
altında  tələsik  addımlarla  pilləkənlara  tərəf  getdi.  Bu  zaman 
arxadan  yazıçının  “onu  saxlayın!”  sözlərini  eşitdi.  Düşündü  ki, 
onu  yaxşıca  tənbeh  edəcəklər.  Geriyə  çevriləndə  dəhlizdə  ondan 
on-onbeş  addım  kənarda  dayanmış    yazıçının  mehriban  baxışları 
ilə  qarşılaşdı.  Bunu  görəndə  daxilən  öz-özünü  məzəmət  etdi: 
“  Axı  nə  üçün  yazıçıya  irad  tutdum?  Bu  qonağa  hörmətsizlik 
deyildimi?” 
    O, daxilən əzab çəkə-çəkə yazıçıya yaxınlaşdı. 
-  Bağışlayın, siz allah! Yəqin ki, bunları deməsəydim daha yaxşı 
olardı, - deyə Həqiqət günahkar adamtək başını aşağı dikdi. 
-  Yaxşı  etdiniz,qızım.  Afərin!  Siz  mənim  əsil  oxucumsunuz.  
“Gəlin”  povesti  haqqında  tənqidi  fikirləri  sizdən  eşitdim.  Başa 


 
37 
düşdüm  ki,  əsəri  duya-duya,  düşünə-düşünə  oxumusunuz.  Siz 
gələcəkdə  çox  yaxşı  bir  ədəbiyyatçı  olacaqsınız.  Bəlkə,  səhv 
edirəm,  heç  ədəbiyyatçı  olmaq    fikriniz  yoxdur,-  deyə  yazıçının 
sualedici baxışları qızın yaşla dolmuş gözlərinə dikildi.  
    Həqiqət dərindən ah çəkdi. İstədi desin ki, institut hara, o hara? 
Ali məktəbə getmək üçün gərək adamın ola. 
    Yazıçı  qəlbi  sanki  qızın  baxışlarından  hər  şeyi  duymuşdu.  O, 
əlindəki  bir  parça  kağıza  telefon  nömrəsini  yazıb  məktəbli  qıza 
uzatdı.  Yazıçı  onunla  vidalaşandan  sonra  o,  bir  parça  kağızı 
ovcunun içində bərk-bərk sıxmışdı. Həqiqət həmin gün məktəbdə 
çox ləngimədi, birbaş evə gəldi. Evə çatan kimi “Gəlin” povestini 
götürüb,  telefon  nömrəsi  yazılmış  kağızı  onun  üstünə  qoyub  göz 
yaşları  axıtdı.  Qız  sanki  bu  hərəkətiylə  yazıçıdan  üzr  istəyirdi.  
Ürəyini  boşaldandan  sonra  o,  kağız  parçasını  kitabın  arasına 
qoydu. 
    İki  gündən sonra kitabı açarkən gördü ki, mürəkkəblə yazılmış 
həmin telefon nömrəsi onun göz yaşları ilə silinib, rəqəmlər ayırd 
olunmurdu.  Həqiqət  istəyirdi  yazıçıya  zəng  edib  qəlbinə 
toxunduğu  üçün  ondan  üzr  diləsin.  Axı,  o  heç  kəsin  qəlbinə 
toxunmaq  istəmirdi,  bütün  insanları  həmişə  mehriban,  gülərüz 
görmək  arzusu  ilə  yaşayırdı  həyatda.  Əlbəttə,  Həqiqətin  bu  cür 
hərəkət  etməsinə  dodaq  büzənlər  də  oldu.  Amma  o,  çoxlarına 
sübut etdi ki, hamı kimi düşünmür,onun həyata, cəmiyyətə baxışı 
başqalarından  tamamilə  fərqlənir.  Çünki  bu  qız  başqa  bir  dünya 
yaşayırdı özüyçün...   
 
                        
      
 
 
 
 


Yüklə 2,87 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə