Həqiqət işığında



Yüklə 2,87 Kb.
Pdf görüntüsü
səhifə12/59
tarix26.11.2017
ölçüsü2,87 Kb.
#12904
1   ...   8   9   10   11   12   13   14   15   ...   59

 
38 
         
 
             
Acılı-şirinli  tələbəlik illəri                                  
                                        
“Çox təəssüf  edirəm ki, gözəl, şirin tələbəlik illərini 
   başqaları kimi yaşaya bilmədim.” 
                                                                                                                               
                                                                 H. Kərimova 
 
    Orta  məktəbi  əla  qiymətlərlə  başa  vuran  Həqiqət  Kərimovanın 
qarşısında indi onun elmi biliklərə daha da dərindən  yiyələnməsi 
üçün 
ali 
məktəbə 
 
daxil 
olmaq 
məsələsi 
dururdu.Əlbəttə,valideynsiz,  maddi  imkanı  olmayan  bir  qız  üçün 
bəlkə də bu əlçatmaz arzu idi. Amma Həqiqət özlüyündə hər şeyi 
ölçüb,  biçmişdi.  O  öz  gücünə,  biliyinə  arxayın  idi.  Ona  görə  də 
gündüzlər işləyib, axşam təhsil almaq üçün sənədlərini ADU-nun 
tarix fakültəsinin axşam şöbəsinə verdi. Bəlkə də o zaman yeganə 
abituriyent  idi  ki,  qəbula    gələndə  minə  yaxın  şeir,  qəzəl,  rübai 
bilirdi.  Elə  buna  görə  idi  ki,  ondan  imtahan  götürən  tanınmış 
filoloq alimlər Kamil Vəliyev və Famil Mehdi ədəbiyyat şifahidən 
onun  biliyinin  ən  yüksək  balla  qiymətləndirdilər.Qalan 
imtahanları  da  müvəffəqiyyətlə  verən  Həqiqət  ADU-nun  tarix 
fakültəsinin axşam şöbəsinə qəbul oldu. Çoxlarımız üçün tələbəlik 
illəri  acılı-şirinli  xatirələrlə  doludur.  Bu  sualı  Həqiqət  xanıma 
verdikdə  indi  o  belə  deyir:  “Tələbəlik  illərindən  mənim  yadda 
qalası heç bir şirin xatirəm olmayıb. Ən acı xatirələr tələbəlik 
dövründə yazıldı mənim ömür kitabımın səhifələrinə.”  
    Həqiqətən  də  o  nə  qədər  gizlətsə  də,  bizə  məlum  oldu  ki, 
Həqiqət  həmin  illərdə  ömrünün  ən  ağır,  məşəqqətli,  narahat 
günlərini    yaşayıb.  Doğrudan  da,  onun  ömür  kitabına  tələbəlik 
illəri    ən  acı  xatirə  kimi  daxil  olub.  Tələbəliyin  ilk  ayında  onun 


 
39 
bacarığını,  təşkilatçılıq  qabiliyyətini,  bütün  fənləri  əla  oxumasını 
nəzər  alıb  qrup  nümayəndəsi  seçirlər.  Bundan  sonra  onun 
məsuliyyəti  daha  da  artır.  Gündüzlər  dağlarda  elmi  işlə  əlaqədar 
ekspedisiya qrupunda işləyir, hər gün azı  150 kilometrlik məsafə 
qət  edirdi.  Sonra  yorğun  halda  evə  qayıdır,  yır-yığış  edir, 
dərslərini  hazırlayıb  axşam  Universitetə  tələsirdi.  Gün  ərzində  o, 
cəmisi 2-3 saat  yatardı. Bütün bunlara baxmayaraq, hər şeyi- işi, 
dərsi  də,  bacısı  evində  səliqə-səhman  yaratmağı  da,  onların  ev 
işlərini  görməyi  də  çatdırırdı.  Bəlkə  də  bu  üzüntülü,  gərgin 
işləməyin  nəticəsi  idi  ki,  o  tələbələr  arasında  qaşqabaqlı  olması, 
tünd  xasiyyəti  ilə  hamıdan  seçilirdi.  Həmişə    ciddi  görkəmdə 
olduğu üçün kimsə bu qıza cürət edib başqa bir söz deyə bilmirdi. 
Əgər  desəydi  də,  yaxşıca  cavabını  alırdı.Ona  görə  də  qrup 
yoldaşları zarafata salıb “Həqiqət oğlan olmalıydı, amma nədənsə 
bu  seçimdə  Allah-Təala  bəlkə  “səhv”  edib”  deyirdilər.Həqiqətin 
zəhmətini  də  müəllimləri  düzgün  qiymətləndirirdilər,  bu  cəfakeş 
qızın  qiymətini  heç  vaxt  kəsməzdilər.Onun  Tələbə  Elmi 
Konfranslardakı 
maraqlı 
çıxışları 
müəllimlərinin 
nəzər-
diqqətindən  yayınmırdı.Buna  görə  Həqiqət  4-cü  kursda 
Universitet  tələbələri  arasında  artıq  arxeologiya  üzrə  elmi  işçi 
oldu. O, Universitetdə həm də ən fəal  təbliğatçı və təşviqatçı idi.  
Bu  cür  fəallığına  görə  dəfələrlə  rəhbərliyin  əmək  kitabçasına 
yazılmaqla təşəkkürünü və pul mükafatlarını almışdı.O, yorulmaq 
bilmədən  gecə-gündüz  oxuyurdu.Həqiqətin  kiminsə  tapşırığı  və 
dayısı  hesabına  oxumadan  imtahanlarda  qiymət  alan  tələbələri 
görən  gözü  yoxuydu.Onun  fikrincə  əsl  tələbə  imtahanqabağı 
yuxusuz gecələr keçirməlidir. 
   İmtahan  sessiyası  zamanı  bacısıgili  narahat  etməmək  üçün 
qonşuları  Aydın  dayıdan  icazə  alıb  dərslərini  benzin  qoxuyan 
qarajda  oxuyardı.  Doyunca  yuxu  üzünə    həsrət  qalan  Həqiqətin 
axşamlar  dərs  zamanı  kipriklərindən  daş  asılırdı,    gözləri  istər- 
stəməz  yumulurdu.  Haqsızlıq  görəndə  təcavüzkar  mövqedə 


 
40 
dayanırdı,  həmişə  zəifləri  müdafiə  edirdi.  Amma  elə  məqamlar 
olurdu ki,  onun da kim tərəfindənsə müdafiə olunmasına ehtiyac 
yaranırdı. Buna baxmayaraq,  Həqiqət heç vaxt zəif, nədənsə aciz 
qaldığını  büruzə  verməzdi.  Belə  çətin  məqamlarda  o,  ancaq  öz 
gücünə, prinsipiallığına və əzmkarlığına güvənib, öz iç dünyasının 
daim onu bədxah məxluqlardan qoruyan ecazkar, vücudu titrədən 
səsinə qulaq asardı. Həqiqətin daxili dünyasından amiranə tərzdə 
gələn  bu  səs  bənzərsiz  bir  səs  idi.  Bu  səsin  özündə  qeyri-adi  bir 
güc vardı. Hamı kimi tələbə qız haradan biləydi ki, bu səsdə ilahi 
bir  qüvvə  var.  Hər  dəfə  bu  səs  gələndə  Həqiqətin  beynində 
qaranlıq  qalan,  müəmmalı  fikirlər  sanki  nura  boyanır,  ən  çətin 
başa düşülməsi mümkün olmayan elmi  problemlərin həlli  yolları 
onun  gözləri  önündə    kitab  səhifələritək  açılırdı.  Bu  möcüzə  idi, 
amma  Həqiqət  hələlik  bunun  möcüzə  olduğunu  bilmirdi.  O,  elə 
başa  düşürdü  ki,  bu  cür  hissləri  hamı  keçirir.  Bu  barədə  biz 
sonralar söhbət açacağıq. 
   O,  həmişə  dalğın,  fikirli  görünərdi,  sanki  nəyisə  axtarır,  amma 
cavab  tapa  bilmirdi.    Gələcəkdə  tarixçi  ixtisasına  yiyələnəcəyini 
bilsə  də,  təbiəti  seyr  etməkdən  doymazdı.  Həqiqəti  təbiətdə  baş 
verənlər,  səmadakı  göy  cisimlərinin  düzümü  və  hərəkəti  barədə 
düşüncələr bir anlıq da olsa, rahat  buraxmırdı. Bu sirli həyat qızı 
özünə  böyük  cazibə  qüvvəsilə  cəzb  edirdi.  Onun  gördüyü 
duyğuların  hamısı  səma  ilə  bağlı  olardı.  Buna  görə  də  Həqiqət 
bəzi  xüsusiyyətlərinə  görə  başqa  tələbələrdən  fərqlənirdi.  Bunu 
ancaq müəllimləri görə bilirdi.  Qrup yoldaşları isə Həqiqətə yaxşı 
oxuduğuna  görə  4-cü  kursdan  elmi  işçi  kimi  çalışmasını  onun 
Universistetdə    “day-dayısı”  olması  ilə  yozurdular.  Amma 
yoldaşları,  eləcə  də  onun    oxuduğu  müddətdə  tanıyanların  heç 
birisi  bilmirdi  ki,  bu  qızın    Universitetdə  heç    kəsi  yoxdur,  onun 
yetim  olduğundan  da  xəbərsizdirlər.  Həqiqət  bütün  həyatının 
mənasını  və  gələcək  xoşbəxtliyini  yalnız  elmdə  tapa  biləcəyinə 
əmin  idi.  Ona  görə  də  yuxusuna  haram  qataraq  gecə-gündüz 


Yüklə 2,87 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə