Həqiqət işığında



Yüklə 2,87 Kb.
Pdf görüntüsü
səhifə10/59
tarix26.11.2017
ölçüsü2,87 Kb.
#12904
1   ...   6   7   8   9   10   11   12   13   ...   59

 
32 
İşləmək  və  yazmaq,  daxilə  qapılmaq  isə  məni  öz  mehriban, 
əziz  dostlarımdan,  tanışlarımdan  ayırır.  Lakin  bu  ayrılma 
həqiqi  ayrılma  deyildir,  bu,  ancaq  fiziki  aralanmadır. 
Yazdıqca, öz iç dünyama çəkildikcə, mən dostlarıma daha çox 
yaxınlaşıram.    Onlara  daha  möhkəm  tellərlə  bağlanıram. 
Onları  könül  evimin  daimi  sakinləri  hesab  edirəm,  həmişə 
olduğu  kimi,  onlarla  ruhi  təmaslarımdan  sərvətlənirəm. 
Könlümü hər dəfə təzə çiçəklərlə bəzəyirəm.”  
    Bəli,  12  yaşlı  qızcığaz  öz  hissləriylə  baş-başa  qalanda, 
daxilində heç kəsin  duymadığı  ecazkar qüvvələr  yaranırdı, özünə 
inam  hissi  artırdı,  qəlbində  ilham  pərisi  qanadlanırdı.  Buna  görə 
də  Həqiqət  ilk  şeirini  5-ci  sinifdə  oxuduğu  zaman  yazmışdı. 
“Vətənim”  adlanan  bu  şeirdə  balaca  qızcığazın  qəlbində  neçə 
böyük hisslərin- Vətənə bağlılıq, ülvi duyğular, bəşəri düşüncələr 
olduğunun şahidi oluruq: 
 
                  Sənin şöhrətin, adın, öz şöhrətimdir mənim! 
                  Yolunda can verərəm, lazım gəlsə, Vətənim. 
                  Bu azad qoynunda biz, hərbə lənət deyirik, 
                  Alnı açıq, üzü ağ, gələcəyə gedirik. 
 
                 Təbəssümlü dodaqlar, sülh söyləsin həmişə, 
                  Ürəkdən alqış deyək hər yeni yüksəlişə. 
                  Bəxtiyar körpələrin gülüşünə qərq olaq, 
                  Müharibə deyənin başında yumruq olaq!       
  
 
                Əsgər qardaşım, sənin qüvvət gəlsin qoluna
                  Həmişə sədd olasan düşmənlərin yoluna. 
                  Sən, sərhədçi qardaşım, Vətən keşiyindəsən, 
                  Namuslu xidmətinlə həmişə yüksələsən. 
                  Əziz, mehriban anam, xeyir- dua ver mənə, 
                  Həmişə səcdədəyəm, sənə, bir də Vətənə. 


 
33 
 
    Həqiqət  5-ci  sinifdən  sonra  dünya  ədəbiyyatına  maraq 
göstərməyə  başladı.  Onun  ən  çox  sevdiyi  yazıçı  Robindranat 
Taqor idi. O, yazıçının üslubuna o qədər vurulmuşdu ki, sanki bu 
yazıçını  yaxından  tanıyırdı.  Bundan  əlavə,  Həqiqət  Drayzerin, 
Cek Londonun əsərlərini, Lev Tolstoy, Rəşad Nuri Güntəkin kimi 
yazıçıları sevə-sevə oxuyurdu. Bu zaman Həqiqətdə yazıçılığın ilk 
rüşeymləri  cücərirdi.  O,  təbiət  vurğunu  olduğu  üçün  bu  haqda 
daha  çox  yazırdı.  Ədəbiyyat  müəlliməsi  Tamara  xanım 
şagirdlərinə evdə inşa yazmağı tapşıranda  həqiqət çox sevinərdi. 
Çünki sinifdə ən gözəl inşanı o yazardı. Əgər onun yoldaşları bir 
səhifə yarım inşa yazırdılarsa, Həqiqət üç-dörd səhifə yazardı. O, 
mövzu üzərində düşünə-düşünə işləyərdi, cümlələri düşündürücü, 
mücərrəd olardı həmişə.  
    Həqiqətin  inşası  Tamara  müəlliməni  heyrətləndirirdi.  Qızın 
düşüncə  qabiliyyətinə,  söz  ehtiyatına,  mücərrəd  təfəkkürünə 
heyran  qalırdı.  Buna  görə  Həqiqətin  inşasını  həmişə  başqalarına 
nümunə göstərirdi Tamara müəllimə. Bu qız mühakimə yürütmək 
bacarığıyla  bütün  sinif  yoldaşları  arasında  seçilirdi.  Ədəbiyyat 
müəlliməsi  Tamara  Ağakişiyeva  Həqiqəti  başqalarına  göstərib 
deyərdi: “ Bu qız ya şairə olacaq, ya da yazıçı. Çünki onun güclü 
hissiyyatı var.” 
    Həqiqət  coğrafiyaya  da  maraq  göstərirdi.  Amma  bu  sahədə 
oxuduğu  dərslik  onu  təmin  etmirdi.  Ona  görə  də  coğrafiya 
müəllimindən əlavə məlumatlar tələb edirdi. O məktəbdə həm də 
divar  qəzetinin  redaktoru  idi.  Təşkilatçılığına,  işgüzarlığına  və 
hərtərəfli qabiliyyətə malik olduğuna görə müəllimləri bu çəlimsiz 
qızcığazı  çox  sevirdilər.  Onlar  bu  qızın  gələcəyinə  böyük  ümid 
bəsləyirdilər.  Məktəbdə  çoxu  Həqiqəti  “balaca  şairə”  deyə 
çağırırdı.  O,  6-cı  sinifdə  ən  yadda  qalan  “Anam”  şeirini  yazdı. 
Anasına  ithaf  etdiyi  bu  şeiri  oxuyanda  istər-istəməz  kövrəlirsən, 


 
34 
xəyal  səni  uşaqlıq  illərinə  aparır  və  bu  yaşda  olan  qızın  daxilən 
keçirdiyi yüksək hisslərə heyran qalmaya bilmirsən: 
                       
                           Gəl yenə xəyalən mən olum uşaq,  
                           Sübhədək danışaq, hey pıçıldaşaq. 
                           Külək vıyıldayıb səs salan kimi, 
                           Köksünə sığınım tez qucaqlaşaq. 
      
                          Dünya bizim olsun, səninlə mənim,  
                          Əlini boynumdan açsan, səksənim. 
                          İnciyib dodağım titrəyən kimi, 
                          Oxşa: gözəl qızım, tezcə küsənim. 
 
                           Layla çal, məst olum, yenə uyuyum, 
                           İlıq nəfəsini çöhrəmdə duyum. 
                           Alnımdan öpərək mənim astaca, 
                           Söylə: şirin olsun, ay qızım, yuxun. 
 
                           Analı günlərim, qayıt yenidən. 
                           Ötən hər anımı qurban verim mən. 
                           Fərəhdən sığmayıb bu gen dünyaya, 
                           Öpüm gözlərindən, öpüm əlindən. 
 
                           Anamı, anamı istəyirəm mən
                           Hər nurlu qadını izləyirəm mən. 
                           Qapıya baxıram gözümdə həsrət, 
                           Gizlicə anamı gözləyirəm mən. 
 
    O zaman yaxşı oxuyan şagirdləri Şuşaya aparırdılar. Həqiqət də 
onların  arasında  idi.  Bir  illiyə  o,  anasından  ayrı  düşdüyünə  görə 
çox darıxır və evə xəbər göndərir ki, gəlib onu aparsınlar. Ondan 
soruşanda-  Həqiqət  niyə  təhsilini  Şuşada  davam  etdirmədin?- 


Yüklə 2,87 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə