Həqiqət işığında



Yüklə 2,87 Kb.
Pdf görüntüsü
səhifə6/59
tarix26.11.2017
ölçüsü2,87 Kb.
#12904
1   2   3   4   5   6   7   8   9   ...   59

 
18 
yığınında boğulub, lakin məhv olmayıb.  1997  -  ci  ilin martından 
mən həmin cəmiyyətə məsul katib seçilmişəm. AZC-nin Rəyasət 
heyətinin  üzvlərindən  akademik  H.  Sultanovun  cəmiyyətimizin 
məhrum  prezidenti,  A.  Hüseynovun,  AZC-nin  fəxri  ziyalısı  Z. 
Həbiyevanın və əməkdar müəllim Ş. Əliyevanın xidmətlərini əks 
etdirən kitabların tək və müştərək müəllifiyəm. 
    Ziyalı  xalqın  görən  gözü,  düşünən  beynidir.  Təsadüfi  deyil  ki, 
Qurani-Kərimin  1000  ayəsindən  850-si  elmə,  150-si  isə  alimlərə 
hörmət  və  ehtiramla  yanaşmağı  tövsiyə  edir.  Mən  bu  hörməti 
yalnız qələmimlə edə bilirəm. 
-  Həqiqət  xanım,  bu  gün  həm  kainat,  həm  də  insanlar 
müəmmalarla  doludur.  Müəmmalarla  dolu  insanlar  bir–
birinə  qarşı  çıxır,  biri  digərinə    paxıllıq  edir,  hər  vasitə  ilə 
onun  uğurlarının  qarşısında  sədd  çəkir,  ona  mane  olmağa 
çalışırlar. Vaxtilə elmin yollarında siz  də bu cür haqsızlıqlarla 
qarşılaşmısınız.    Həmin  anlarda  bu  insanlar  barədə  nə 
düşünmüsünüz?
  
 
-
      Son  altı  min  ildə  bəşəriyyət  mürəkkəb  bir  yol  keçmişdi. 
Kainatın  müəmmalı  yaranışı  insanı  həmişə  düşündürmüşdür.  Bu 
məsələ ilə bağlı xeyli fərziyyələr də mövcuddur. Hər halda etiraf 
etmək lazımdır ki,  insanın  kainat haqqında olan bilgisi öz təbiəti 
haqqında  olan  bilgidən  çoxdur.  Təqribən  üç  min  ilə  yaxındır  ki, 
insan  varlığın  açılmamış  sirlərini  öyrənməyə  cəhd  göstərir. 
Məlumdur  ki,  kainat  da,  insan  da  ayrıca  bir  elmin  sahələridir. 
Elmin isə öz qanunları var. 
    Məntiqi 
yolla  elmin  əsas  qanunlarını  kəşf  etməyin 
mümkünsüzlüyünü    vaxtilə  dahi  fizik  Albert  Eynşteyn  də  etiraf 
edirdi. Yeganə yol kimi fəhm  yolunu qəbul edən alim yazırdı ki, 
bu  yol  hiss  olunan  aləm  arxasındakı  qanunauyğunluqların 
duyulmasına  əsaslanır.  Çünki  Allah  insanın  maddi  və  ruhi 
gerçəkliklərini  dəyərləndirərək  özü  ilə  bağlı  bütün  şeyləri 
vermişdir.  İnsan  daim  yüksək  məqamlara  can  atır.  Onun 


 
19 
müəmması  isə  beyinidir.  Fikrimcə,  beyinin  şifrəsi  açılarsa,  elm 
insan haqqında axtardığı cavabı tapa bilər. Əql və düşüncə beyinə 
məxsusdur. Quranda əql barədə 500-ə qədər ayə vardır. 
    Sualınızın ikinci tərəfinə gəldikdə,onu deyə bilərəm ki,  yüksək 
intellektə  malik  insanlar  nəinki  mənə  paxıllıq  ediblər,  əksinə 
lazımi  səviyyədə  köməklik  göstəriblər.  Xüsusən  yaşlı  nəsil, 
akademiklərimiz, zəhmət dolu ömür yolu keçən elm adamlarımız. 
Mənə  yalnız  o  adamlar  mane  ola  bilər  ki,  onlar  ehtiyac  nə 
olduğunu bilmədən kimlərinsə  yazdığını müdafiə ediblər,  yüksək 
ad və mövqeyə malik olublar. Xoşbəxtlikdən mən belə adamlarla 
qarşılaşmamışam, halal, təmiz elm adamları ilə qarşılaşmışam. 
    Onların  verdiyi  istiqamətlər,  məsləhət  və  tövsiyələr  hər  zaman 
köməyimə  çatıb.  Birgə  işləmişik,  ədəbiyyat  gətiriblər,  yazdığımı 
müzakirə  ediblər,  yoxlayıb  iradlarını    bildiriblər.  Akademik 
Hacıbəy  Sultanov,  EA-nın  müxbir  üzvü  Rafiq  Əliyev,  fəlsəfə 
elmləri  doktoru,  professor  Abdulla  Əhədov,  Tibb  Universitetinin 
1-ci prorektoru Vaqif Şadlinski, fəlsəfə elmləri doktoru, professor 
İzzət Rüstəmov, fizika- riyaziyyat elmləri namizədi Ədalət Ətayi 
və adlarını çəkmədiyim bir çox alimlərimiz... 
    Mən alimlərimizdən razıyam. 
-  Dünyamızın məhv olmasına səbəb də biz insanlar olacağıq. 
Bu fikrə münasibətiniz?
  
-   
Dünyanı  biz  insanlar  yaratmamışıq  ki,  onu  məhv  etməyə  də 
qadir  olaq.  Yaranış  və  məhv  haqqında  bütün  bilgilər  təqribidir. 
Bütün həyatını elmə həsr edən Ömər Xəyyam sonda yazırdı:  
 
                     Sirri əzəli nə sən qanarsan, nə də mən,  
                     Bu tapmacanı nə sən taparsan, nə də mən 
                     Bir pərdə dalındadır olan söhbətimiz
                     Pərdə qalxsa, nə sən qalarsan, nə də mən. 
 


 
20 
    Düzdür,  termodinamikanın  ikinci  prinsipini  sonsuz  kainata 
şamil edən R.Klauziusun və U.Tomsonun irəli sürdüyü fərziyyələr 
qismən 
qaneedicidir. 
Yəni 
dünyada 
bütün 
cisimlərin 
temperaturunun  tədricən  bərabərləşməsi  baş  verərsə,  aləmdəki 
bütün  fiziki  proseslər,  bütün  dəyişikliklər  kəsiləcək,  kainatın 
soyuq cəsədi qalacaqdır. 
    Qurani-Kərimdə  dünyamızın  məhvi  qiyamətin  başlanması  ilə 
izah edilir. Onun başvermə səbəbi isə insanların öz dinini, ləyaqət 
və şərəfini unutması, haqsızlıq olacaq. 
-   Daha çox maraq doğuran elmi əsərləriniz haqqında nə deyə 
bilərsiniz? 

“Kainatın başlanğıcı haqqında elmi-dini mülahizələr” kitabı 
elmi  monoqrafiya  kimi  oxucuların  xoşuna  gələn  və  daha  yaxşı 
alınan  kitab  olub.  Kitabın  elmi  redaktoru,  akademik  H. 
Sultanovdur.“Maddidən  mənəviyə,  zülmətdən  nura”  kitabı 
alman  dilinə  tərcümə  olunub.Çox  təəssüf  ki,  kitabın  elmi 
redaktoru, akademik A. Hüseynov o kitabı görə bilmədi. 
    Öz  teosofik  baxışları  ilə  Şərq  filosofları  içərisində  seçilən  İran 
filosofu  Sədrəddin  Mütəəllehini  Şiraziyə  həsr  etdiyim  “Sədrə 
fəlsəfəsindən  incilər”  poeması  daha  böyük  maraqla  qarşılanıb. 
Bu  kitabda  Sədrəddin  Şirazinin  həyatı,  fəlsəfi  fikirləri  nəzmə 
çəkilib.  Təkrar  nəşr  olunacaq  bu  kitab  Sədrəddin  Şirazinin 
qarşıdan gələn yubileyinə hədiyyəmdir.  
   “İslam  astronomiyası  tarixindən”  kitabı  böyük  ensiklopedik 
alim  Nəsirəddin  Tusinin  800  illik  yubileyinə  töhfəmdir. 
Ensiklopedik materialların toplanmasında kitabın elmi redaktorları, 
akademik  H.  Sultanovun  və  fizika-  riyaziyyat  elmləri  namizədi 
Ədalət  Ətayinin  mənə  böyük  köməyi  olub.  Astronomlar,  ali 
məktəblərdə  astrofizika  ixtisası  üzrə  ixtisaslaşan  tələbələr  üçün 
dərs vəsaitidir. 
  “Yeddi  hikmətə  yeddi  cavab”  kitabı  isə  yaranış  haqqında 
Qurani-Kərim  ayələrinin,“Nəhcül  Bəlağə”  kitabındakı  kəlamların 


Yüklə 2,87 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə