Həqiqət işığında



Yüklə 2,87 Kb.
Pdf görüntüsü
səhifə7/59
tarix26.11.2017
ölçüsü2,87 Kb.
#12904
1   2   3   4   5   6   7   8   9   10   ...   59

 
21 
nəzmə  çəkilməsidir.  Burada  yaranış  səma,  yer,  qiyamət,  Sirat 
haqqında  ontoloji  izahlar  əsas  yer    tutur.  Kitabın  elmi  redaktoru 
Eyvaz Tahadır. 
   “Canlı  həyatın  əmələ  gəlməsi,  insanın  mənşə  və  təkamülü 
haqqında elmi dini mülahizələr” kitabının elmi redaktoru Vaqif 
Şadlinskidir. 
    Məncə  o  biri  kitablar  haqqında  danışmaqla  vaxtınızı  xeyli 
alacağam. 
-  Həqiqət  xanım,  İ.Kantın  “Dumanlıqlar  nəzəriyyəsi”nə 
münasibətiniz. Bu nəzəriyyəyə hansı aspektdən yanaşırsınız? 
-  Immanuel  Kant  təbiətşünaslıq  məsələləri  ilə  məşğul  olan, 
kosmoqoniya  haqqında  maraqlı  əsərlər  yazan  filosof  olmuşdur. 
Onun “Ümumi təbiət tarixi və göy nəzəriyyəsi” əsərində günəşlə 
bağlı fərziyyələr var. “ Dünya sisteminin şərhi” əsərində o, günəş 
sisteminin dumanlıqdan təşəkkül tapdığını irəli sürür. 
    Qurani-Kərimdə  kainatın  ilk  maddəsinin  su,  yaxud  tüstü  kimi 
havaya qalxan buxar, duman olduğu, canlı  aləmin və insanın  yaş 
gildən  nəşət  etməsi  izah  olunur.  Biz  insanlar  üçün  adi  görünən 
suyun  mürəkkəb  xüsusiyyətləri  vardır.    Su  molekulu  haqqında 
olan biliklər, suyun qəribəliklərini çox təəssüf ki, tam izah etmir. 
Təbiətdə  su  molekullarına  bənzər  molekullardan  təşkil  olunmuş 
mayelərin heç biri suyun qəribə xassələrini təkrarlamır. 
    İ.Kant  “Dumanlıqlar  nəzəriyyəsi”  ilə  “materialist  ruhlu” 
filosof  kimi  tanınsa  da,  1770-ci  ildən  etibarən  qneseoloji 
baxımından  həll  etməyə  çalışdığı  məsələlərdə  idealizm 
mövqeyindən çıxış edir. Dünyanın dərkolunmazlığını irəli sürür. 
-  Elmi  hər  şeydən  uca  tutan  alimlərimiz  barədə  nə  deyə 
bilərsiniz? 
-  Qəribə  sualdır.Hər  halda,  mən  sizə  öz  şəxsi  müşahidələrimi 
söyləyəcəyəm.  Bu  cür  alimlərimiz  çox  qəribə,  qapalı,  əsrarəngiz 
dünyaları  ilə  fərqlənirlər.  Adi  adamla  əsl  elm  adamının  fərqi 


 
22 
gözəçarpacaq qədər diqqəti cəlb edir. Belə adamlar tez əsəbləşir, 
hövsələsiz olur, kənar mövzuları maraqsız dinləyirlər. 
    Bəzən  isə  elmə  hədsiz  aludəçilik  ailə  səadətinə  kəskin  zərbə 
vurur, xoşagəlməz nəticələrə gətirib çıxarır. 
    Bu barədə başqa söz deyə bilmərəm. 
Həqiqət xanım, elmdə kiməsə paxıllığınız tutan anlar olubmu 
heç? 
- Olub. “Şüur, yoxsa ruh?” adlı bir kitabımı yarımçıq qoymuşam. 
Molekulyar biologiyanı öyrənmək istəyirəm. 
    Vaxtım  çox  məhduddur.  Bu  sahənin  mütəxəssislərinə 
paxıllığım  tutur.  Çox  gözəl  sahədir.  Qismət  olsa,  üzümüzə  gələn 
ili yalnız bu sahəni öyrənməyə sərf edəcəyəm. 
 -  Ən çox nədən zövq alırsınız? 
 -  Zövq  alacağım  şeylər  mənə  qismət  olmadı.  Balaca  bir  bağım 
olsaydı,  orada  dünyanın  ən  gözəl  güllərini  əkər,  onların  xoş 
rayihəsindən  zövq  alardım.  Ona  görə  də  mənə  və  fitri 
qabiliyyətimə həsəd aparanlara acıyıram. Axı, həyatda çalışmışam. 
Gecə-gündüz zəhmətim müqabilində nə qazanmışam ki? 
 -  Fəlsəfə  ilə  psixologiyanın  yaxınlığı  sizə  məlumdur.  Hər  bir 
şəxsiyyətin  özünəməxsus  ərazisi  var.  Yəni  hər  bir  adam 
özünümüdafiə  üçün  ayrı-ayrı  şəxslərlə  ünsiyyətə  girdikləri 
zaman  müəyyən  məsafə  saxlayır.  Görürsən,  bəzi  adamlarla 
daha  tez  dil  tapmaq  olur,  bəziləriləsə  ünsiyyət  yaratmaq 
mümkün  olmur.  Burada  məni  maraqlandıran  əsas  cəhət 
şəxsiyyətin  “ərazi”sidir.  O  “ərazi”ni  qorumaq  üçün  bir  qapı 
tamamilə  açıq  olur,  bəzilərində  isə  həmin  qapıda  möhkəm 
nəzarət var. Bu qapıdan ancaq ürək dostları keçə bilir, paxıl, 
xudpəsənd,  riyakar  adamların  bu  “ərazi”yə  daxil  olması 
qadağandır. Həqiqət xanım, bəs sizin şəxsiyyətinizin “ərazi”si 
necə  mühafizə  olunur?  Bu  “mühafizədən”,  “nəzarətdən” 
özünüz razısınızmı? 


 
23 
 -  İlk  növbədə  nəzərinizə  çatdırım  ki,  mən  ciddiyyət  və  sadəliyi 
yüksək  qiymətləndirən  adamam.Dostlarım  çoxdur.  Mən  onlarda 
ilk  növbədə  əxlaqi  saflıq  axtarıram,  sonra  dil  tapıb  ünsiyyətə 
girirəm.Xasiyyətinin  necə  olmasının  fərqinə  baxmadan  elm 
adamlarına xüsusi  hörmət bəsləyirəm. 
    Özümə qarşı hörmətsizlik görməmişəm. Qaldı mənim aləmimə, 
mən  bir  qədər  mürəkkəb  adamam.  Xoşagəlməz  xüsusiyyətlərim 
var. Hər hansı bir mövzu üzərində düşünüb, onun yazılması üçün 
plan  quranda,  yaxud  yazmağa  başlayanda  dözülməz  oluram.  
Qaradinməz, tutqun, heç kimə qaynayıb qarışmayan. 
    Ailəm  və  iş  yoldaşlarım,  məni  yaxından  tanıyanlar  bu 
tutqunluğumun  nə  ilə  bağlı  olduğunu  tez  duyurlar.  Əsər  başa 
çatana qədər adamlardan tədric olunmalı oluram. 
    Deməli,  söylədiyiniz  o  “ərazi”yə  nəinki  paxıl,  xudpəsənd 
adamlar,  heç  yaxınlarım  da  nüfuz  edə  bilmir.  Bu  cür  “mühafizə” 
və “nəzarətdən” çəkinirlər. 
   “Yeddi hikmətə yeddi cavab”ı yazarkən iki gün özümü pis hiss 
etdim.Bir  gecə  isə  səhərə  qədər  yatmayıb  onu  bitirdim.  Güman 
etməzdim  ki,  onu  oxuyanlar  bəzi  səhifələri  belə  məhəbbətlə 
öpərlər. Halbuki, mən onu yazmazdan iki gün öncə yuxulu kimi, 
tutqun və əsəbi idim.Onun müvəffəqiyyətli alınacağına o qədər də 
inanmırdım. 
 - Həqiqət xanım, hazırda çoxlu tələbələriniz var. İndiyə qədər 
dərs  dediyiniz  tələbələr  arasında  “tələbə  Həqiqət”ə    rast 
gəlmisinizmi? 
 

Bəli,  rast  gəlmişəm.  Formal  qiymət  yazmağıma  razı  olmayıb 
biletin suallarına cavab verdi və əla qiymət aldı. O, mənim  canlı 
keçmişim  idi.Üzbəüz  oturmuşduq.  Sanki  yuxulu,  qəm  dolu 
xatirələri mənə xatırlatmağa gəlmişdi. Xəyalımda o cür də qaldı: 
gözlərində  bir  yığın  iztirab  və  ümidsizlik,  solğun  bəniz, 
yuxusuzluqdan  şişib  qızarmış  gözlər.Bir  kəlmə  nəvazişli 
sözümdən yanağına yaş damcıladı... 


Yüklə 2,87 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə