206
Ziyalıların ziyası
Azərbaycan xalqının dəyərli və yüksək qiymətli ziyalılarında
biri olan Həqiqət Kərimova haqqında söz demək, fikir söyləmək
həm asandır, həm də çətin. Asandır ona görə ki, ürəyindən saf
bulaq suyu kimi dilinə axan ən dəyərli, ən şirin, ən müqəddəs
sözləri adı kimi Həqiqət olan Həqiqət xanım haqqında demək
yerinə düşər. Çətindir ona görə ki, Həqiqət xanımın yüksək
mədəniyyətinə , bir elm sahəsi üzrə deyil, müxtəlif sahələr üzrə
onun aliliyinə , dərin duyum və bilik qabiliyətinə uyğun fikir
söyləmək doğrudan da çətindir.
Həqiqət xanımla mənim tanışlığım Azərbaycanın elmi-mədəni
inkişafında tarixə dərin iz salmış fitri istedad sahibi, tək bizim yox,
bir neçə ölkənin Milli Akademiyasının fəxri akademiki, bir sıra
xarici ölkələrin ali məktəblərinin fəxri doktoru, uzun müddət
Beynəlxalq Enerji İnformasiya Elmlər Akademiyasının həqiqi
üzvü, Azərbaycan Ziyalılar Cəmiyyətinin prezidenti olmuş,
hazırda dünyasını dəyişmiş görkəmli akademikimiz Ağoğlan
Hüseynovun işlədiyi dövrdə onun vasitəsilə olmuşdur.
İlk görüşdən onun saflığını, həqiqi ziyalılığını, yüksək səviyyəli
elm adamı olduğunu, həyata düzgün gözlə baxdığının şahidi
oldum.
Tanışlıqdan sonra Həqiqət xanımın ali insanlığı bizim əlaqələri
get-gedə möhkəmləndirib, A. Hüseynovun bir fəxri yetişdirməsi
kimi həyatda özünə dərin yer tutub püxtələşdiyi kimi mənim
qəlbimdə də geniş yer tutmuşdur. Onun elmi nailiyyətləri ilə
həmişə maraqlanmış, xoş sədalarını duymuşam.
Mən Həqiqət xanımı filosof- tədqiqatçı, yazıçı- şairə, gözəl
jurnalist, istedadlı ziyalı, qayğıkeş ana, nəhayət islam dinini
dərindən mənimsəyən və tədqiqatçı kimi, islam dininin müqəddəs
kitabı Qurani-Kərimin elmi- dini müqayisəçisi kimi görürəm.
Həqiqət xanım İslam dininin dərinliklərinə elmi nöqteyi- nəzərdən
207
girərək həm özü dərindən bəhrələnmiş, eləcə də oxuculara başa
düşüləcək formada məqalə və yazılar təqdim etmişdir. Onun islam
dininə dərindən yiyələnməsinin əsas səbəbini yüksək elmi savada
malik olmasında görürəm.
Büllur kimi təmiz qəlb sahibi olan, Həqiqət xanım yüksək insani
və bilik keyfiyyətlərinə görə AZC- nin “
xx
əsrin fəxri ziyalısı”
diplomuna, Azər. KİVİHİ-nin “Kəmaliyyə” diplomu təqdim
edilməklə “Qızıl qələm” mükafatına layiq görülmüşdür.
Bildiyim kimi, ziyalı xalqın görən gözü, düşünən beynidir. Son
bir neçə min ildə bəşəriyyət mürəkkəb bir yol keçmişdir. Elm
adamları daim kainatın möcüzəli sirlərinin açıqlanması üçün
axtarışda olmuşlar. Çoxları yeniliklər edərək böyük nailiyyətlər
əldə etmişlər.
Mən Həqiqət Kərimovanı həmin elm adamlarının, alimlərin ən
dərin axtarışlarından biri hesab edirəm.
Etiraf etmək istəyirəm ki, Həqiqət xanım mənim qəlbimdə geniş
yer tutmuşdur. Ona görə ki, xalqımız üçün dəyərli ziyalı olmaqla
bərabər, islam dininə böyük inamı olan, eləcə də dinlə elmin
vəhdətini araşdırıb düzgün qiymətləndirən, elmə yeniliklər gətirən
yenilikçidir.
Həqiqət xanım hər bir insana xas olmayan elə bir istedada
malikdir ki, hər alimin öz dili ilə danışmağı bacarır, yəni filosofla
filosof kimi, şairlə şair kimi, jurnalistlə jurnalist kimi, bəstəkarla
bəstəkar kimi və s.
Allah insanın maddi və ruhi gerçəkliklərini özü ilə bağlı bütün
şeyləri vermişdir. Nisbətən yüksək şüura malik insanlar daim
yüksək məqamlara can atır. Onun gücü isə beynidir. Əqil və
düşüncə beyinə məxsusdur. Beynin şifrəsi hər bir insanda müxtəlif
açıqlığa malikdir. Nisbi götürdükdə həmin açıqlıq dahi insanlarda
adi insanlara nisbətən daha güclü olur.
Həqiqət xanım da həmin qrup insanlara aiddir ki, elmin müxtəlif
sahələrində ən dərin incəliklərə girərək böyk yeniliklər əldə
208
etmişdir. Eləcə də elmi, fəlsəfi, dini , astrofiziki araşdırmalarında
sərrastlıq, dəqiqlik, səmimilik, böyük yaradıcılıq eşqi, olan
oxucularda böyük maraq doğuran hansısa bir yenilik gətirən
əsərlərinin məzmunlu formada olması onu bir çox qələm
adamlarından fərqləndirir.
Həqiqət xanımın mənim haqqımda qələmə aldığı “Maddidən
mənəviyə, zülmətdən nura” adlı elmi-publisistik kitabını
çətinliklərlə qarşılaşaraq başa çatdırması bir daha parlaq sübutdur
ki, xanım ilahinin qüdrətinə, onun yaratdığı möcüzələrə tam
inanmış və islam dininin tam incəliklərinə yiyələnə bilmişdir. Bu
kitabın qələmə alınması Həqiqət xanımın öz təşəbbüsü olmuşdur.
Sübuta ehtiyacı olmayan bir həqiqətdir ki, bu gözəl insan qüdrətli
Allaha, dinə böyük inamla yanaşır. Kitabın yazılmasında nə qədər
əziyyətlərlə üzləşsə də, inamı cəsarəti və pak insanlığı onun bu
yoldan çəkinməsinə imkan vermədi. Bu kitab onun bir daha
aliliyini, dərin bilik və bacarığa malik olduğunu sübuta yetirdi.
İslam dininin müqəddəs qanunlarını qoruyan, islam paklığını
dərindən
duyan,
müqəddəs
kitabımız
Qurani-Kərimin
incəliklərinə varan, onu hamıya təlqin edən, dinin təbliğatçısı kimi
tanıdığım Həqiqət xanıma yeddinci imamımız - İmam Museyi-
Kazım Əleyhissəlamın şəcərəsindən olan və İlahinin qüdrətinin
köməyi ilə xalqımızın bir qısminə şəfa verən bir insan kimi mən
də öz xeyir-duamı verirəm.Ona tutduğu yolda, yaradıcılıq
işlərində uğurlar arzu edirəm.
Ümidvaram ki, onun axtarışlarla dolu yaradıcı əməyi lazımi
səviyyədə qiymətləndiriləcək, yazdığı çox maraqlı kitablar, əsərlər,
elmi araşdırmalar, məqalələr oxucu kütlələrinin həmişə rəğbətini
qazana biləcəkdir.
Ehtiramla:
“ Rentgen qadın”
Məşədi Zərifə xanım Mayılova ( Nəbiyeva)
209
Oxucu məktubu
Hörmətli filosof- publisist Həqiqət xanım Kərimova!
Sizin yeni-“Maddidən mənəviyə, zülmətdən nura” kitabınızı
mərhum şairimiz Əli Kərim demişkən, “ İynənin ucu boyda, göz
işıq sevən kimi” oxudum. Kitabı oxuduqca uca minarələrdən
haqqın dərgahına hər gün milyonlarla mömin bəndələrin yanar
qəlbindən ucalan səslərini eşidir, yer kürəsinin Azərbaycan adlı
dərdli- kədərli bir ananın qan sızan yaralarına məlhəm qoyan Ulu
Tanrının göndərdiyi məlaikə timsallı Zərifə Yaqub qızı
Nəbiyevanın nuraniliyi, insan varlığının dərk etdiyi qeyri- adi
möcüzələri ilə tanış olur, varlığım titrəyir, qəlbim iftixar hissi ilə
dolurdu.
Oxunan vərəqləri bir-bir çevirdikcə niskilli ürəyimdə nəyinsə
genişləndiyini, nəyinsə cücərdiyini hiss edirdim. Kitabda verilmiş
minnətdarlıq məktublarını, görkəmli tibb alimlərinin rəylərini
oxuduqca, inanın bir daha Zərifə xanımın Ulu Tanrı tərəfindən
bizim göz yaşlarımızı siləcək, dərdlərimizə əlac edəcək, niyəsiz-
necəsiz yaranmış möcüzəli bir insan olduğuna bir daha inandım.
Həqiqət xanım, yazdığınız bu kitab Böyük Yaradanın
Azərbaycan adlı başa bəlalı, amma cənnətməkan timsallı bir
diyara bəxş etdiyi varlığın gözəl əməllərindən söhbət açır.
Zülmətdən yaranaraq nura qərq olan bu müqəddəs insan
haqqında yazdığınız kitab hər bir oxucunun qəlbində Allaha inamı
uca göylərə qaldıraraq haqq- ədalətə səsləyir.
Mən bir qələm əhli kimi inanıram ki, “Maddidən mənəviyə,
zülmətdən nura” kitabını oxuyan hər bir kəs Ulu Tanrının
şərafətiylə bu torpağa xilaskar kimi göndərilmiş, Zərifə xanım
Nəbiyevanın şəfa, dirilik bulağından su içib, yenidən həyata
210
qayıdaraq doğma Azərbaycanımızı göz bəbəyi kimi qoruyan,
doğma yurdun vətənpərvər övladı olacaqdır.
Yusif Cəfərli,
yazıçı, jurnalist (İmişli rayonu).
211
Mündəricat
1.
Həqiqətin nurlu aynası ...............................................9
2.
Həqiqət işığında...........................................................12
3.
Özüm də bilmirəm ki, mən kiməm?..........................16
4.
Uşaqlıq illəri ................................................................25
5.
O, başqa bir dünya yaşayırdı... .................................30
6.
Acılı-şirinli tələbəlik illəri ...........................................38
7.
Tarixçi Həqiqət ...........................................................44
8.
Yazıçı Həqiqət .............................................................45
9.
Şairə Həqiqət ...............................................................47
10.
Ziyalı Həqiqət ..............................................................69
11.
Bəstəkar, nəğməkar Həqiqət ......................................72
12.
Filosof Həqiqət xanım .................................................78
13.
Jurnalist Həqiqət xanım ..............................................84
14.
Astronom-ilahiyyatçı ...................................................88
15.
İnformasiyalı qadın .....................................................92
16.
Dostlar, tanışlar... .......................................................98
17.
Zərif, şəfqətli insan .....................................................101
18.
İslam astronomiyasının tarixi boyunca kainatın
başlanğıcı haqqında elmi və dini mülahizələr ........103
19.
Bir ömürdə neçə ömür yaşamaq istəyən insan.........106
20.
Həqiqət xanım çoxlarına örnək olası əsl ziyalıdır....108
21.
Həqiqət xanım qadın ismətini, ləyaqətini özündə
cəmləşdirən əsl azərbaycanlıdır.................................111
22.
.İnsan fəlsəfəsinin tərcümanı......................................113
23.
.Həqiqətin həqiqət meyarı...........................................115
212
24.
O, hər sözü qəlbində isidərək qələmə alır..................118
25.
Həqiqət xanım insanları qəlbən duyur..................124
26.
Hurlu insan haqqında işıqlı sözlər.........................127
27.
Arxeoloq və etnoqraf Həqiqət xanım ...................132
28.
Dan ulduzutək parlayan insan...............................134
29.
Həqiqət xanımla işləmək şərəflidir .......................138
30.
Həqiqət dünyası.......................................................141
31.
Həqiqət ağır ömür yolu keçib.................................145
32.
Özünə abidə yonan insan .......................................150
33.
Ziyalılığa həsr edilmiş ömür...................................152
34.
Zəhmətlə yaşanan ömür..........................................154
35.
Nurlu insan...............................................................157
36.
Siz kimsiniz,Həqiqətxanım?....................................159
37.
Əks - səda..................................................................162
38.
Mənim Həqiqətim.....................................................165
39.
“Ziyalı” qəzetinin baş redaktoru Həqiqət xanıma.166
40.
Hörmətli Təvəkkül Əliyev .......................................167
41.
Həqiqət xanım hər yerdə sözünü deməyi bacaran
ziyalıdır......................................................................168
41.Həqiqət aşiqi...............................................................171
42.Vətən eşqi ilə .............................................................173
43.Həqiqət həqiqətən ziyalı xanımdır...........................177
44.Yaşadıqca-yaşadır insan ömrü.................................178
45.Onunla həmsöhbət olmaq adama mənəvi zövq
verir.................................................................................181
46.Qəlb sirdaşım, məsləhətçim......................................183
47.Hamıdan seçilən tələbə qız.......................................185
48.İlahinin sevimli bəndəsi............................................188
49.Хагигат ханум талантливая
исследователница.........................................................190
50.Ею можно гордиться...............................................192
51.Qayğıkeş insan, tədqiqatçı alim................................195
213
52.Tükənməz işıq mənbəyi.............................................197
53.Anamla fəxr edirəm...................................................198
54.Ürəyin işıq yolu......................................................199
55.Ziyalıların ziyası....................................................204
56. Oxucu məktubu....................................................210
214
Camal Zeynaloğlu: “Həqiqət işığında”
(Azərbaycan dilində)
Bakı, “Şəms” nəşriyyatı -2012, - 214 səh.
Nəşriyyatın direktoru: Gülnarə Məmmədova
Rəssam: Fikrət Əlioğlu
Operator : Turan Camalqızı
Korrektorlar: Aysel Zeynalova
Nərmin Zeynalova
Yığılmağa verilmişdir: 12.09.2012
Çapa imzalanmışdır: 10.10.2012
Kağız formatı: 60x84 1/16
Şərti çap vərəqi: 13.1
Sayı: 300 nüsxə
Sifariş: 49
Qiyməti müqavilə ilə.
“Uni Print”
mətbəəsində çap edilmişdir.
Əlaqə telefonu: (050) - 553 – 10 – 47
Dostları ilə paylaş: |