180
Yaşadıqca – yaşadır insan ömrü!
Əsrlərdən- əsrlərə, nəsillərdən- nəsillərə adlayaraq şahidi
olmuşduq ki, odlar diyarı adlandırdığımız diyar, daim ərənlər
yurdu olmuşdur. İgid- igid oğulları, xanım- xatın qızları olan
Azərbaycan öz milli adət- ənənənələrini qoruyub saxlamağa
çalışmışdır. Tarix öz axarında davam edərək, bu günkü nəslin
örnək məktəbində böyük qəhrəmanlıq şücaətinin bünövrəsini
qoymuş, Nigar, Həcər qeyrətli nənənlərimizin, Nüşabə xatıntək
gəlinlərimizi, Natəvan kimi şairələrimizi yetişdirmişdir. Bu gün
mən gözəl, təravətli, nəcib, xeyirxah, humanist maarifpərvər
şəxsiyyət, ziyalı, filosof-publisist insan haqqında söz açmaq
istəyirəm. İlahinin insanlara bəxş etdiyi gözəl xüsusiyyətlərin
bütün incəliklərini özündə formalaşdırıb yaşatmağı bacaran, sözün
əsl mənasında adına layiq insan ömrü yaşayan-yaradan insan
Həqiqət xanımdır.
Mənalı ömür yaşayan, yaşadığı ömrün hər dəqiqəsinin qədrini
bilən, keşməkeşli həyat yolu keçən insan haqqında danışmaq,
yazmaq mənim üçün çox çətin və məsuliyyətli bir işdir. Yüzlərlə
publisist məqalələrin, elmi əsərin, monoqrafiyaların müəllifi olan
Həqiqət xanımla, ömrümün ən ağır (1997-ci ildə) ilini yaşadığım
günlərdə tanış olmuşam. İlk tanışlığımız məhrum akademik
Ağoğlan müəllimin ölümündən sonra olmuşdur. Acı göz yaşları
içində yaşadığım ömrə, mənəvi qidanı pofessor Vaqif Şadlinski və
filosof- publisist Həqiqət xanım vermişdir. Akademik Ağoğlan
müəllim haqqında yazdıqları “Bir həyatda iki ömür” (Bakı,
“Təbib” 1998) adlı monoqrafiya kitabını onun ölümündən sonra
böyük çətinliklə də olsa, təmənnasız nəşr etdirib, onu sevənlərə
xatirə hədiyyəsi kimi bağışladılar.
181
Yadımdadır, kitab nəşrə hazırlanan zaman Tibb Universitetinin
əsas binasında professor Vaqif Şadlinski cənabları ilə görüşüb
müəyyən məsləhətlər aldıqdan sonra Həqiqət xanımla “Təbib”
nəşriyyatına getmək üçün bayıra çıxdıq. Bayır küləkli idi, qar
yağırdı. Addım atmaq belə çətin idi. Mən onun nəşriyyata
getməsinə etiraz etsəm də, o bu yoldan çəkinməyərək, gedəcəyini
qəti bildirdi. Mən o çovğunlu günlərdə Həqiqət xanımın nə qədər
qətiyyətli, dözümlü, səbirli və cəsarətli olduğunun canlı şahidi
olmuşam.
Həqiqət xanımın yaşadığı ömrünün bir hissəsini də açıqlamaq
istərdim. Mərhum akademik Ağoğlan müəllim haqq evinə
qovuşduqdan sonra təsis və nəşr etdiyi “Ziyalı”qəzeti bağlanmaq
təhlükəsi qarşısında qalmışdı. İki yüz yetmiş mindən artıq üzvü
olan Azərbaycan Ziyalılar Cəmiyyətindən bir nəfər də olsun bu
qəzetin nəşr olunması üçün bir iş görmürdü. Bu bizim nəsil üçün
yox, ziyalılarımıza, xalqımıza mənən böyük zərbə idi. Həqiqət
xanım mübarizədən çəkinməyərək “Ziyalı” qəzetini nəşr etdirmək
üçün məsuliyyəti öz üzərinə götürüb, fəaliyyətə başladı. İlk
günlərdə böyük çətinliklərlə, problemlərlə rastlaşsa da, ruhdan
düşmədi. Bütün maneələri dəf edərək az da olsa, qəzetin fəaliyyəti
üçün imkan və şərait yaratdı. Sözün həqiqi mənasında ömrünün
yaşadığı bu anda, həyat onu sınaq imtahanına çəkmişdi O, bu
imtahandan üzü ağ, alnı açıq çıxdı. Bu nəcib, maarifpərvər işində
humanist insan, xeyriyyəçi, respublikanın əməkdar müəllimi
Şəfiqə xanım Əliyeva ona dayaq durdu. Bu gün “Ziyalı” qəzetinin
yeni saylarını oxuduqca, ilahidən arzu edirəm ki, Şəfiqə xanımı,
Həqiqət xanımı xalqımızın ziyalılarına çox görməsin. Həqiqət
xanım həm də dostluqda sədaqətli, etibarlı insandır. Sözü bütöv,
öz təmiz şəxsiyyətini, adını dünya malından üstün tutandır. Neçə-
neçə monoqrafik kitabları, elmi- publisistik əsərləri, jurnalist
düşüncələri onun böyük dünyagörüşünə malik olduğundan xəbər
verir. O, bütün əsərlərində, qeydlərində insanlığa və humanistliyə
182
üstünlük verir. Gördüyü işlərdən, yazdığı əsərlərdən heç bir
zaman təmənna ummamışdır. Daim öz halal süfrəsində, öz
əməyində gözü olmuşdur. Şan-şöhrət, milyonçu olmaq, mənasız
danışmaq, sözüylə-əməli uyğun gəlməyən tipik, mənfi
xüsusiyyətlər onun xarakterinə ziddir və heç zaman elə bir ömrü
yaşamaq arzusunda da olmamışdır.
Həqiqət xanım gözəl, qayğıkeş, mehriban anadır. O, yazıb-
yaratdığı əsərləriylə bərabər, öz doğma övladlarını da sevir.
Övladlarının qayğısını, nazını çəkir, onların sağlam ruhda
böyüməsi üçün əlindən gələni əsirgəmir. Həqiqət xanım öz ömür-
gün, həyat yoldaşına da sədaqətli, etibarlı xanımdır. Onun Ana
torpağa, övladlarına, həyat yoldaşına, sədaqətli dostlarına olan
sevgisini, heç nə əvəz edə bilməz. O, yaşadığı ömrü daim təmiz
görmək istəyir.
Həqiqət xanım, qınama məni, bildiklərimi yazdıqlarıma görə.
Qoy sizin nə qədər təmiz, sadə, təvazökar və ülvi bir insan
olduğunuzun şahidi olsunlar. Siz, bol-bol danışıb mükafat
alanlardan yox, təmiz ad, ömür yaşayan insansınız.
Həqiqət xanım, sizə elmin ən yüksək zirvələrini fəth etməyi,
titanik ürək, alovlu həyat yolu, dünya yaşadıqca yaşamağı arzu
edirəm. Sizə şəxsi və ictimai-siyasi həyatda uğurlar arzulayıram
Emin Hüseynov,
hüquqşünas.
Dostları ilə paylaş: |