187
Hamıdan seçilən tələbə qız
Mən heç vaxt gündəlik yazmamışam. Nə vaxtsa tanıdığım
adamlar: müəllimlərim, tələbə dostlarım, iş yoldaşlarım və
yaxınlarım barədə öz ürək sözlərimi yazmaq heç xəyalıma
gəlməzdi.
Ancaq təsadüfən Azərbaycan Dövlət Üniversitetinin tarix
fakültəsində 6 il bir yerdə oxuduğum öz davranışı, qayğıkeşliyi,
çalışqanlığı və səmimiliyi ilə yaddaşıma əbədi həkk olunmuş
tələbəlik yoldaşım Həqiqət xanım Kərimova haqqında tanınmış
yazıçı, jurnalist Camal Zeynaloğlu tərəfindən kitab yazıldığını
eşidəndə istər- istəməz tələbəlik illəri ilə bağlı kövrək xatirələr bir
daha yadıma düşdü və Həqiqət xanımla bağlı unudulmaz, xoş
xatirələri geniş oxucu kütləsi ilə bölüşmək məqsədilə kitabın
müəllifi Camal müəllimə müraciət etdim.
Mən Həqiqət xanımı ilk dəfə 1974-cü il, sentyabrın 1-də
universitetdə məşğələlər başlayarkən görmüşdüm.
Ilk günlərdə təbii ki, tələbələr arasında tanışlıq əlaqələri hələ
yox idi. Adətən tənəffüs zamanı biz iki-bir, üç-bir bir yerə
yığışaraq söhbət edir və bu yolla bir-birimizlə tanış olurduq.
Həqiqət xanım elə ilk günlərdən öz təvazökarlığı, dilli- dilavərliyi
və xoş təbəssümü ilə hamımızın nəzər- diqqətini özünə cəlb edə
bilmişdi.
Təsadüfi deyildi ki, təxminən bir həftədən sonra Tarix
fakültəsinin dekanı, görkəmli tarixçi alim, mərhum Məmməd
Qazıyev və dekan müavini Rəfael Hüseynovun da iştirak etdiyi
qrupumuzun ümumi yığıncağında Həqiqət xanım yekdilliklə qrup
başçısı vəzifəsinə seçildi.
188
Ədalət naminə demək lazımdır ki, bizimlə digər qrupda təhsil
alan tələbələrin qrup nümayəndələri hər iki ildən bir, hətta bir
ildən də az müddət ərzində bu və ya digər səbəblərdən yeniləri ilə
əvəz edilirdisə, Həqiqət xanım isə 6 il fasiləsiz ona tapşırılan bu
məsuliyyətli və çətin vəzifənin öhdəsindən bacarıqla gələ bildi.
Əlbəttə, Həqiqət xanımın tələbəlik illəri ilə bağlı xatirələrini
kiçik bir məqalədə vermək çətindir. O, bir qrup başçısı kimi
tələbələr arasında davamiyyətin sabitliyi, məşğələ və imtahanların
mütəşəkkil keçirilməsi üçün öz qüvvə və bacarığını əsirgəmir və
hər bir tələbəyə mənəvi dayaq və arxa olmağa çalışırdı.
Yadımdadır, Vahid adlı bir tələbə yoldaşımız ailədə yaranmış
çətinliklərlə əlaqədar təhsilini yarımçıq qoyaraq, universitetdən
getmək istəyirdi. Bundan xəbər tutan Həqiqət xanım Vahidlə,
dekanlığın rəhbərliyi ilə və onun yaxın dostları ilə əlaqə yaradaraq,
onun yenidən tələbə kollektivinə qayıtmasına müvəffəq oldu.
Həqiqət xanım əlamətdar günlər, bayram gəzintiləri, ad günləri
zamanı keçirilən bütün tədbirlərin ilk təşəbbüsçüsü olmaqla yanaşı,
bu tədbirlərin müvəffəqiyyətlə keçməsi üçün əlindən gələni
əsirgəmirdi.
Keçirilən bu tədbirlər zamanı o, hamıdan çox şən və mehriban
olar, sevincindən sanki uçmağa qanadı olmazdı.
Lakin illər keçəcək, lap sonralar, təxminən 20 ildən sonra
bizlərdən heç kimə məlum olmayan bir sirrin şahidi olacağımı heç
təsəvvürümə də gətirə bilməzdim. Sən demə, özünü həmişə şən,
şux göstərməyə çalışan, bütün tədbirlərin əsas təşkilatçısı və
iştirakçısı olan Həqiqət xanım taleyin acısını hələ uşaqkən dadmış,
ata-anasını erkən yaşlarında itirmişdir.
Sözün düzü, Həqiqət xanımın məşğul olduğu sahələrlə tanış
olduqda ona həsəd aparmaya bilmirsən. Belə ki, o, həm fəlsəfə,
ədəbiyyat, incəsənət, ilahiyyat sahələri ilə bağlı ciddi araşdırmalar
aparır, həm də “Ziyalı” qəzetinin baş redaktorudur.
190
İlahinin sevimli bəndəsi
Filosof,
publisist,
şair,
bəstəkar,
Azərbaycan
Neft
Akademiyasının fəlsəfə kafedrasının baş müəllimi, Azərbaycan
Ziyalılar Cəmiyyətinin orqanı olan “Ziyalı” qəzetinin baş
redaktoru, qeyri- adi təfəkkür, qabiliyyətə malik Həqiqət xanım
Kərimovaya ithaf olunur!
Hər bir insan taleyi bir nümunə!
“Göyçaydan başlanan ömür yolu” kitabında diqqətimi Həqiqət
xanım Kərimovanın elmi fəaliyyəti cəlb etdi. Onun elmi əsərləri,
onların əhatə dairəsi olduqca rəngarəngdir. Həqiqət xanımın elmi
fəaliyyətində, eləcə də onun şeir və mahnılarında İlahi sevgisi,
İlahiyə təmənnasız sədaqətli xidmət xətti vardır. O, İlahinin
sevimli bəndələrindəndir. İnamında, əqidəsində dönməz, sözünün
əvvəlində də sonunda da, hisslərində də Tanrısına bağlı olan
Həqiqət xanım!
Çətin, lakin şərəfli yolda İlahi
köməyin olsun, Həqiqət xanım!
Ömrün uzun, canın daima sağlam olsun! Tanrı özü zamin olsun!
Amin, amin, amin!
Onun olan Taleyi,
Bir sınaqla yazılır.
Sınağına dözənə,
Bir mükafat yazılır!
İlahi qismətindən,
Razı olsun hər insan!
Şükür eyləsin Tanrısına,
Qismətindən razı olsun hər İnsan!
Qismət verən ədalətli,
Həm də ki səxavətli.
Bunu bilsin hər İnsan!
Bu dünyada ilahinin