176
Həqiqət xanımla başqa bir qadın da gəlmişdi, Tofiq bəy bu
xanıma da böyük hörmətlə yanaşırdı. Həmin xanım çıxış etmədi,
lakin mən onu tanıdım. Özü də Həqiqət xanım Kərimovanın
“Şəfqət nuru” kitabının səhifələrindən.
Kitabı vərəqləyən hər kəs ağır, işığı azalmış, ümidinin gözləri
yaşla dolmuş bir zəmanədə xeyir işlər görən, yetim uşaqların
qayğısına qalıb onlara analıq edən qadınla- Şəfiqə xanım Əliyeva
ilə tanış olur.“Ümid yeri” uşaq evində 70 ata-anasız uşağı toplayıb
həyatını onlara həsr edən Nigar xanım Məsimova məhz Şəfiqə
xanım Əliyevaya arxalanaraq “üstünü qar örtmüş qönçələri”
həyata qaytarmağa özündə güc tapmışdır.Kitab müəllifinin
aşağıdakı sözləri istiqlaliyyət qazandıqdan sonra xarici təzyiqlər
altında əslindən ayrılmağa başlamış bir millətin düşdüyü ağır
ictimai vəziyyəti onun köklərini aydınlaşdırır:”Milli adət-
ənənələrimizə kökündən zərbə vuran pornofilmlər, onun təsirinə
uyaraq çılpaqlığı özünə ar bilməyən yeniyetmə qızlar və ictimai
yerlərdə böyük-kiçik hörmətini unudaraq ekstaz vəziyyətində olan
gənclər qəlb ağrısına çevrildi.Taleyin sərt gedişi bir çox körpələri
cinəyətkar və əxlaqsızlıq yuvası olan küçə həyatına sövq etdi.
Düşdükləri ağır psixoloji atmosfer onları
dibi görünməyən uçurum
qarşısında qoydu”.
Həqiqət xanımın kitabı sübut edir ki, tarixin çox ağır sınaqlarına
məruz qalmış azəri türkləri heç vaxt ümidsiz olmamış, çıxılmaz
görünən dar məqamlardan da çıxmaq üçün yol tapmışlar.
Respblikamızın əməkdar müəlliməsi olan Şəfiqə Əliyevaya
yazılmış poema bu xeyirxah ananın və qayğıkeş insanın xarakter
cizgilərini açmaqla yanaşı, xalqın sərvətlərindən özü üçün mərmər
saraylar tikən, milyonları xarici banklarda öz adına qoyub milləti
dilənçi ordusuna çevirənlərə ibrət dərsi verir. O, körpələrin, xalqın
xeyriyyəçilərə sevgisini, pulla alınıb-satılmayan mənəvi
duyumunu səciyyələndirir:
Sevgiyə bax! Nəsib olmur bu dünyada hər kəsə,
178
Həqiqət xanımın qələmi işləyir, Azərbaycan həqiqətlərini üzə
çıxarır. O, “Ziyalı”qəzetinin yüksək səviyyədə nəşrinə də çalışır.
Eyni zamanda o, vətəninin, xalqın həqiqi övladı kimi
xeyirxahlığından da qalmır. Gənclər üçün vəzifə sahiblərinə də,
imkanlılara da ağız açmaqdan çəkinmir. Bu belə də olmalıdır. Axı,
Həqiqət Kərimova ulu sərkərdə və padşah Bəhram Cubunənin,
Xəqaninin,
Nəsiminin, Həbibinin, Sabir kimi dahilərin xələfidir.
Nazim Rizvan,
filologiya elmləri namizədi, şair.