5
Hacıbəy Sultanov,
Akademik, əməkdar elm və texnika xadimi.
“Həqiqət Kərimova elmin nailiyyətlərinə inanan, müxtəlif
sahələri
dialektik
vəhdətdə
götürüb
işləməyi
sevən
alimlərimizdəndir. Mən onun 2000-ci ildə çapdan çıxmış “Canlı
həyatın yaranışı, insanın mənşə və takamülü haqqında elmi-
dini mülahizələr” adlı müştərək elmi monoqrafiyasının
rəyçisiyəm. Bu kitabın elmi əhəmiyyəti haqqında fikirlərimi
“Vışka” qəzetində verdiyim məqaləmdə oxuculara çatdırmışam.
İnsanın yaranışı haqqında elmi konsepsiyalar Onun yaradıcılığının
əsas xəttidir, desəm yanılmaram. Bu kitab tam mənada Qurani-
Kərim kontekstində müqayisəli təhlil mətnidir, canlıların
molekulyar əsasları haqqında müasir elmi təsəvvürlərə müraciət
olunmuşdur. Öz tədqiqatlarına optimist yanaşan Həqiqət
Kərimovaya görə elm canlı həyatın tarix səhifəsinə “yazılan” əsil
həqiqətləri haçansa “oxumağa” müvəffəq olacaqdır. Bu əsərin
davam etdirilməsini arzulayıram.”
Namiq Əliyev,
akademik.
“Həqiqət Kərimova elmimizə lazımlı adamdır. Onun beynində
hələ tapılmayan qırışıqlar çoxdur. Anatomiya elmində məlum
olmayan beyin qırışıqları Həqiqət xanımda çoxdur. Beyin qabığı
normal insanlarda 6 qatdan ibarətdir. Mən deyə bilərəm ki, bu qat
Həqiqət xanımda bir neçə dəfə artıqdır. Bu, onun məhsuldarlığı ilə
bağlıdır.”
6
Vaqif Şadlinski,
Tibb elmləri doktoru, professor.
“Mən bu xanımdakı prinsipiallığa, inadkarlığa, məsuliyyətə, hər
şeyin ölçülüb biçilməsindəki dəqiqliyə heyran qalıram... Bu
xanımda deyərdim ki, qeyri-adi çox şeylər var, amma biz bunu
hələ bilmirik.
Həqiqət xanımla tibb sahəsi ilə bağlı elmi əməkdaşlığımız olub.
Birgə monoqrafiya işləmişik. Həqiqət xanım hamımızın fəxridir.”
Faiq Tağızadə.
“Həqiqət xanım! Həqiqətin yorulmaz, narahat yolçusu... Nədir
bu ömrün mənası? Nə üçün, kimin üçün yaşadın bu ömrü?
Özünçün bir gün ağlamadan insanlara həsr etdin onu. Yandın bir
şam kimi, əridin özün, istisindən, hətta tüstüsündən də faydalandı
özgələr… Nədir bu hikmət, onun sirri nədədir? Ah, bu narahat
qəlbin narahat anları! Sən tükənməzmisən, yorulmaq bilməyən bir
insana rahatlıq verməzmisən? Düşmənsənmi sən? Heç yazığın
gəlmədimi bu qəlbə, onu bir an belə rahat buraxmayıb daim
izlədin, gecəli, gündüzlü ah-vaylarınla kimsəsiz övladların
hıçqırıqlarına şərik etdin onu. Özünün nazlanmağa, tumarlanmağa
ehtiyacı
olan
körpələrinin
qayğısını
kimsəsiz
qalmış
yetimlərinkiylə bölüşdürən bu böyük ürək sahibinə yazığın
gəlmədimi? Ah, o fəlsəfi şeirlər, o ilahi nuru ilə boyanmış
yazılar… Məgər onları sən yazmadınmı? O fikirləri ilahi
kəlmələrlə inci kimi sapa düzüb, onları zərli, taftalı paltarlar
geyindirib dünyaya gətirmədinmi? O sözlərin sirli qayələrini açıb
7
insanlara ayan etmədinmi? Üzü ağ, mərdanə, büllur kimi saf,
təmiz, alnıaçıq vüqarlı bacım! Qoy, İlahinin Sənə verdiyi bu
xislət, həyatda qazandığın bu uğurlar ömrünün son günlərinədək
səninlə qalsın!..”
Əlikram Tağıyev,
Fəlsəfə elmləri doktoru, professor.
“Həqiqət xanımın yaradıcı təfəkkürü onun qafasına sığışmır,
hey qaynayır, püskürür, yanır, yandırır, yazıb yaradır. Onun
təfəkkürü itiliyinə və sürətinə görə beşinci nəsl kompüteri
xatırladır. O hey yazır, yaradır, amma dayanmır, nöqtə qoymur…
Onun yazdığı, yaratdıqları böyük bir kollektivin əməyinə
bərabərdir.”
İmran Cəfərzadə,
Fəlsəfə elmləri doktoru, professor.
“Həqiqət xanım az öyrənilmiş sahələrin işıqlandırılmasını çox
sevir. Yəni bir dünyanı, möcüzəli, sirli bir kainatı bizə
tanıtdırmağa çalışır. Bu onun cəsarətli, çətinliklərdən qorxmayan
tədqiqatçı qabiliyyətindən, istedadından xəbər verir.
Həqiqət xanımın fəlsəfəsi təkrarolunmaz, özünəməxsus özəlliyi
olan bir fəlsəfədir. Bu fəlsəfəni insan fəlsəfəsi də adlandırmaq
olar. Çünki o bütün əsərlərində məhz insandan danışır. Onunla
bərabər öz dövrün sosial - siyasi problemlərini də təhlil edir. Bu
mənada onun əsərlərini dövrün mərkəzində duran insanların bir
aynası saymaq olar.”
8
Qoşqar Əliyev,
Fəlsəfə elmləri doktoru, professor.
“O özü bilmir ki, o kimdir. O sevməyi və sevilməyi bacaran,
əqidəsinin qulu səviyyəsinə enməyi bacaran, amma bütün hallarda
idrakının gücünə güvənəndir, varlığı kimi. Gördüyü işlərin
hüdudları Söz qəlbinə sığışan deyil.”
Cahangir Qocayev,
Dövlət Tikinti və Arxitektura Komitəsi sədrinin müavini,
iqtisadçı- mühəndis.
“Mən özüm Şair olduğuma görə Həqiqət xanımın bədii
yaradıcılığından daha çox danışmaq imkanım var. Onun şeirləri
fəlsəfə elml ilə sıx bağlıdır. Istər elmi-dini mülahizələri, istərsə də
ayrı-ayrı elmi-publisistik əsərləri deməyə əsas verir ki, Həqiqət
xanım dövrünün görkəmli alimi, istedadlı şairi, dəyərli
ziyalısıdır.”
Ədalət Əsgəroğlu,
Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi.
Dostları ilə paylaş: |