203
Qəm lirikasını münisləşdirib, körpələşdirib, ayağından asılan
Anadil quşunun yuvasını qura bilir Həqiqət xanım. Əlçatmaz və
bənzərsizdir bu ruh...
Yanımda əyləşən jurnalist xanım pıçıltı ilə məndən soruşur:
- Oğluna dərs deyirsiz?
- Bəli!
Yenə pıçıltı ilə:
- Bütün ömrünü, gəncliyini oxumağa, elmə, sənətə qurban verib,-
deyir.
Yazıçı-publisist şair Maqsud Hacıyevin xanımı Məfkurə
xanımın çıxışı ürəkləri riqqətə gətirir:
“İlahi Həqiqət xanımı ana bətnində yaradanda onun qanına qor
ələyib. O, ilahinin verdiyi bütün sınaqlardan mərdanə, qeyrətlə,
üzü ağ çıxıb. Həqiqət xanım qazandığı hər naliyyəti, hər adı
tamamilə doğruldub. “Ziyalı” qəzetinin baş redaktoru kimi, 270
minlik ziyalılar ordusunun sərkərdəsi kimi doğulub. Filosof,
ilahiyyatçı, şair, yazıçı, publisist, bəstəkar, astronom kimi,
incəsənət və elm aləmində tanınıb. Namus və qeyrəti ilə həyat
yoldaşı və övladları qarşısında üzü ağdır. Dost kimi vəfalı, özünü
onlara qurban verən, şəxsi səadətindən belə dost yolunda üz
çevirən adamdır. Bu gün onun nə mənzili var, nə var- dövləti.
Təmiz ailə həyatından, tükənməz enerjisindən, hamının qibtə
edəcəyi istedadından, dostlarına bəxş edəcəyi ilıq hərarətindən
başqa hər şey Həqiqət xanımın xilqətinə bəxş olunub”.
O, danışdıqca mənim qəlbim yeni bir şeirin misraları ilə
döyünürdü. Bəli, o, bəstəkardır. Bəlkə, bu kəlmədən doğuldu o
misralar... Həqiqət xanımın haçansa bəstələyəcəyi musiqi
melodiyaları üçün doğuldu:
Bulud altındakı gizlin ay kimi,
Qayalarda guruldayan çay kimi,
Yaran üstə sızıldayan tay kimi,
Gözlə məni, gözlə məni sevgilim.
204
Gözlə məni, gözlə məni sevgilim.
Mən o qadına “ müqəddəs”- dedim. Hörmətli yazıçımızın
xanımı - Həqiqət xanımın əsərlərindən misal çəkə-çəkə danışdıqca
gözümdə müqəddəsləşirdi. Düşünürdüm: Həqiqət xanıma yalnız
insanlar qiymət verə bilər. Onu sevməyənlərsə (əgər varsa) yalnız
natəmiz, gündə bir əqidəyə, xəyala düşən insanlar ola bilər.
Deyəcəyim sözlər idi bunlar. Lakin qəhər məni boğurdu. Hamı
onun haqqında ürək sözlərini demək istəyirdi. Hamı... Bu
zəhmətkeş, xalqı üçün yaşayan fədakar qadın haqqında.
Qəribə, maraqlı həyatı var Həqiqət xanımın. Ailə qayğısı,
uşaqlarının dərslərindən olan narahatlığı, növbəti dərs üçün
mühazirələrə hazırlaşmağı, qəzet materialları yoxlayıb çapa
hazırlaması, gecələrsə monoqrafiyalar, elmi əsərlər üzərində
işləyən onun adi həyat tərzidir. Dincəlmək yoxdur, bu onun bütün
həmkarlarını, tanıyanları heyrətə salır. Ali məktəb müəllimi,
ictimai bir təşkilatın məsul katibi və öz dininə ürəkdən məftunluğu,
məhəbbəti ilə o, qəribə bir ömür yaşayır. Hər ömrünə gələn
baharı şairə kimi qarşılanır, payız xəzanına qoşulub ağlayır.
Mənim şair təbimlə desək:
Gözlərin oxşayır bir durğun gölə,
Çaşıb göz qırpmasan baxanda gülə.
Məhzun təbəssümün calanıb yerə,
Sənə yaraşmayır sarı payızım.
Bir hüquqşünasın Həqiqət xanıma ünvanladığı şeir var, qəzetdə
dərc olunub. Təvəkkül Əliyevin şeiridir. O, Həqiqət xanımın
“Qızıl Qələm” mükafatına layiq görülməsini şeirlə təbrik edir, onu
şeiriyyətin GÖVHƏRİ adlandırır. Həqiqət xanım ona elə yazdığı
şeir üslubu ilə cavab verir. “ Yox ikən ev-eşiyim, özümə gövhərmi
deyim?” Nə yaxşı GÖVHƏR sözünə rast gəldim. Həmin
205
hüquqşünasa elə bu yazım vasitəsilə minnətdarlığımı çatdırmaq
istəyirəm. Əgər bu sözə rast gəlməsəydim, Həqiqət xanımın
dünyasında hökm sürən bir nişanə yaddan çıxacaqdı. Həqiqət
xanım özü kimi kimsəsizlərə qəlb böyüklüyü ilə yanaşan insanlara
hədsiz məhəbbət bəsləyir. Bu məhəbbətin nuru ilə özü ülviləşir.
Respublikamızın əməkdar müəllimi Şəfiqə xanım Əliyeva
haqqında söylədiyi fikir bunu bir daha təsdiq edir: “Əsl həqiqət
budur ki, sadə, təmiz bir müəllim obrazlı bu qadında birləşib”.
Sadədir Həqiqət xanım. Ürəyinin bütün saflığı qəlbindən üzünə,
gözlərinə süzülüb:
“Bakı Dövlət Universitetinin qarşısına yığışıb uşaqlarının hansı
qiymətlə qayıdacağını gözləyən valideynlər arasında mənim heç
kəsim yox idi. Aldığım əla qiymətlərin sevincini mənimlə heç kəs
bölüşməyəcəkdi. Bulud kimi dolmuşdum...”
Həqiqət xanım! İndi siz həmin həyat idealına çevrilən xəyalsınız.
Keçmişinizə, kimsəsizliyinizə, qayğısız illərinizə not düzən
bəstəkarsınız. Əgər rəssamlığı da bacarsaydınız, o zaman
Robindranat Taqora bu mahnını bəstələyərdiniz:
Sən səhra dumanı, mən qəm çırağı,
Durğun gölə düşən sübhün ocağı.
Dünyanın əlçatmaz tənha ocağı,
Gözlə məni, gözlə məni sevgilim,
Gözlə məni, gözlə məni sevgilim.
Allah sizə arzu
etdiyiniz səadəti versin, əziz bacım!
Şahin Sərdaroğlu,
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“
Araz” mükafatı laureatı.