Hər bir yerfili üçün yazılmış kitab



Yüklə 5,68 Mb.
Pdf görüntüsü
səhifə3/33
tarix18.07.2018
ölçüsü5,68 Mb.
#56457
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   33

9
mali  Azərbaycan  ərazisinin  uzun  müddət  İranla  bağlı  bir 
dövlət  tərkibində  olması  ilə  əlaqələndirilməsi  daha  düzgün 
olardı. Məlumdur ki, dilimizdə fars dilindən gəlmə sözlər, yer 
adlarımızda fars mənşəli adlar vardır. Yerfi ərazisində təkcə 
fars  deyil,  ərəb  mənşəli  yer  adlarına  da  rast  gəlinir.  Bu  da 
kəndin tarixinin min ildən çox olduğuna demək üçün əsas ve­
rir. Bu kəndin tarixini müəyyənləşdirmək üçün yer adlarına, 
qəbiristanlıqlara, kənd sakinlərinin qazıntı apardıqları zaman 
tapılmış nümunələrə diqqət yetirmək lazım gəlir. 
Yer adları arasında Qəh, Quləh, Keş, Lağlağır, Varna, Za­
rat, Kələnsə, Oydəh, Kərx, Təmçəh, Vərmiş və sair adlar ərəb 
və  farsla  əlaqələnir.  Məsələn,  Qəh  və  Quləh  sözləri  ərəb 
mənşəli olub aşağı və yuxarı mənaları verir.
Mənası asanlıqla anlaşılan türk mənşəli yer adları da çox­
dur.  Qaraqız,  Ağbulaq,  İlxı  yaylağı,  Qara  işğın,  Seyfə  dibi, 
Qoşa nohur, Qarapalçıq, Alapalıdlıq, Bərk dərə kimi adlar bu 
yerlərin sahibləri haqqında məlumat verir.
Kənddə üç yerdə qəbiristanlıq vardır. Sağ və sol tərəflərdə 
olan qəbiristanlıqların sel suları yuyan yerlərində çoxlu açıl­
mış qəbirlər vardır. Daşı düşmüş, yeri itmiş qəbirlər də çox­
dur. Bəzən boş yer hesab edilib, yeni ölən üçün düz yerdə qa­
zılan  qəbirin  köhnə  qəbir  olduğu,  daş  qutuların  və  skeletin 
çıxdığı dəfələrlə olmuşdur. Həmin qəbrin kimə, yaxud hansı 
nəslə mənsub olduğu isə heç kimə məlum deyil. Kəndin orta­
sında  sonradan  boş  yerə  çevrilmiş,  hətta  mağaza  tikilmiş 
ərazinin müxtəlif yerlərində dəfələrlə qəbir aşkar edilmişdir. 
Belə  mülahizə  etmək  olar  ki,  çox  qədimlərdə  kəndin  ilkin 
ərazisi Qəhdən başlamış, bu günkü kəndin ortasına qədər ol­
muşdur. Həmin yerdə bostan, bağ olmamış, bir-birinə yaxın 
evlər olmuşdur. Hər ailənin də bir otağı olduğundan bu gün 
kiçik  görünən  yerdə  yüzə  yaxın  ailə  yaşamışdır.  Müsəlman 
olan  əhalinin  məscidinin  olması  da  yəqindir.  Bu  kənddə 
məscidin rus işğalından sonra tikildiyini düşünmək səhv olar. 
O dövrə aid etdiyimiz ərazi üçün məscid kəndin tam ortasın­
da tikilmişdir. Bu gün kəndin ortasında qalmış qəbiristanlıq o 
vaxt  kəndin  kənarı  olmuşdur.  Kəndin  qərb  qurtaracağında 


 
10
Əliməmmədlilər məhəlləsi yerləşdiyindən bu qəbiristanlığın 
da onlara aid olduğu deyilir.
XVIII əsrdə xanlıqlararası çarpışmalar vaxtı başqa yerlərdən 
Yerfiyə  köçmələr,  eləcə  də  Yerfidən  köçmələr  olmuşdur.  Bu 
dövrdə kənd böyümüş, qəbiristanlıq da kəndin ortasında qal­
mış, yeni ölülər bir qədər uzaqda dəfn edilmiş , illər keçdikcə 
unudulmuşdur.  Kəndin  qədim  ərazisi  məscidin  olduğu 
tərəfin  olmasını  sübut  edən  bir  cəhət  də  vardır.  Kəndin  bu 
hissəsində məhəllə adları saxlanılmışdır. Musa məhəlləsi, Gü­
ney məhəllə, Çuxur məhlə, Əliməmmədli məhləsi və başqala­
rı.  Amma  bu  günkü  kəndin  ikinci  yarısında  evlər  nəsillərə 
görə  qruplaşmır,  müxtəlif  nəsillərdən  olan  adamlar  qonşu­
durlar.  Doxsan  ildən  çox  ömür  sürmüş  ,  1930-cu  illərdə 
məktəbdə işləmiş (o vaxt məktəb təsərrüfatı da olduğu üçün 
ŞKM  (şekaem),  yəni  kolxozçu  gənclər  məktəbi  adlanırdı) 
Məmmədov  Ramazan  söhbət  edirdi  ki,  məktəbin  indi  bağ 
olan  sahəsində  ayaqyolu  qazıyırdıq.  Təxminən  iki  metr 
dərinlikdən ocaq yeri və insan sümükləri çıxdı.
Yerfi kəndinin adı da tarixi qədər qədimdir. Yerfi toponimi­
ni mənbələrdə tez-tez rast gəlinən Dağıstanın Yersi kəndinin 
adı ilə eyniləşdirən, əlaqələndirərək izah etməyə çalışanlar da 
olur. Lakin Yerfi Yersi deyil. Nəinki respublikamızda, eləcə də 
köhnə  Sovetlər  İttifaqının  ərazisində  müvafiq  ədəbiyyatda 
Yerfi adında ikinci bir yer yoxdur. Kəndin adını bildirən bu 
sözün mənası bir neçə cür şərh edilir.
“Azərbaycan  toponimləri”  kitabında  oxuyuruq:  “Kəndin 
adının  qədim  türk  dillərindəki  yar  (yarğan,  dərə)  sözü  ilə 
əlaqədar yaranması ehtimal olunur. Kəndin ərazisində eyni 
adlı dağ da var. Güman etmək olar ki, dağın adı ərazidəki Tu­
fan dağın (Qusar rayonu), Tufan gölün (Qəbələ, Qusar rayon­
ları), Fiy aşırımının (Oğuz rayonu) adları ilə bağlı olub (“fiy” 
avar  dilində  “tufan”  mənasına  uyğundur)  “tufan  olan  yer” 
mənasındadır (2-ci cild, “Şərq-Qərb”, Bakı, 2007, səh. 278).
Bu məlumat inandırıcı deyil. Yerfi kəndi dağların əhatəsində 
olduğu üçün bu yeri tufan tutmur. Digər ehtimal ki, yarğan, 


11
dərə  kəlmələridir,  bu  da  şübhə  doğurur.  Çünki  bu  dağlıq 
ərazidəki kəndlərin hər biri bir dərədə, yarğanda yerləşir.
Yerfi adı ilə bağlı bir ehtimal da var. Lev Qumilyovun “Qədim 
türklər”  kitabında  erpi  qəbiləsi  haqqında  danışılır.  Professor 
Ə.Də mirçizadə  yazır  ki,  qədim  dillər  üzərində  aparılmış  təd-
qiqatdan məlum olur ki, “pi” cəm bildirən şəkilçidir. Nəzərə al­
saq ki, rus dilində “ə” əvəzinə “e” işlədilir, onda bu sözün “ərpi” 
olduğunu düşünmək olar. “Erpi”, “ərpi” ərlər məna sını verir. 
Erpi-yerpi-yerfi fonetik dəyişikliyinə uğramış Yerfi toponiminin 
gözəl bir anlamı meydana gəlir: ”Ərlər yurdu”.
Təəssüf ki, bu dediklərimizin hamısı mülahizələrdir. Yerfi 
toponiminin dəqiq şərhə ehtiyacı qalmaqdadır.
Qonşu Söhüb kəndində atəşpərəstlik dövründən qalma qa­
lanın olması, Söhüb mağaraları, Zıxırda Yeddilər qalası, 4-5 
min illik tarixi olan Xınalıq və “tarixin başqa yaddaşları” bu 
dağlıq ərazinin qədim insan məskəni olduğunun sübutudur.
Yerfi  kəndinin  arxasında  Kələva  baba  adlı  zirvəyə  yaxın 
yerdə qədim tikililər vardır. Yerfi camaatının qalalar adlandır­
dığı bu tikililər yamacda olduğu üçün birtərəfli görünür. Bu 
tikililərin müdafiə xarakteri daşıdığını da deyirlər. Azərbaycan 
Respublikası Mədəniyyət və turizm Nazirliyinin saytında 11-
12-ci əsrlərə aid yerli əhəmiyyətli müdafiə qüllələri, inventar 
№ 4640 kimi göstərilir.
Həmin  əraziyə  Kəlava  baba  tərəfdən  yeraltı  su  kəməri 
olubmuş. Mühasirədə qalan, lakin təslim olmayan qoşunun 
su ilə haradan təchiz olunduğunu bilmək üçün qatırı bir-neçə 
gün susuz saxlayaraq su xəttini tapmış və mühasirədə olanla­
rı məğlub etmişlər. Bəziləri su xəttinin bir deyil, iki olduğunu 
söyləyir.
Kəndin solunda Xan təpəsi deyilən bir təpə var. Təpənin 
üstü düzdür. Deyilənlərə görə, hansısa xan o təpənin üstündə 
çadır qurub bir müddət qalıbmış. O vaxtdan təpəyə Xan təpəsi 
deyilirmiş.  Bu  əhvalatların  orta  əsrlərlə  bağlı  olduğunu 
düşün mək olar. Baş vermiş hadisələrin, xarici və daxili çəkiş-
mələrin izlərini dilimizdə, daşımızda, torpağımızda görmək 
olur. Yaşlıların söylədiklərinə görə Yerfi kəndində lahıcların 


Yüklə 5,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə