Hər bir yerfili üçün yazılmış kitab



Yüklə 5,68 Mb.
Pdf görüntüsü
səhifə7/33
tarix18.07.2018
ölçüsü5,68 Mb.
#56457
növüYazı
1   2   3   4   5   6   7   8   9   10   ...   33

23
Cəmi 73 nəfər sünni məzhəbli kişi və oğlanın qeydə alındığı 
bu kəndin sakinləri oturaq həyat tərzi keçirir, taxılçılıqla məşğul 
olurdular.  Xəzinəyə  heç  nə  ödəmir,  öz  mülkədarlarına  ildə 
1  rubl  50  qəp.pul,  1  rupa  arpa  verir,  mükəlləfiyyətlər  yerinə 
yetirirdilər.  Kənddə  30  rupa  əkinə  yararlı,  50  rupa  yararsız, 
40 rupa biçənək, 20 rupa otlaq sahəsi vardı. Kəndin yanında 
uzunu və eni 1 verst olan yaylaq vardı.
Nəzərə alsaq ki, ailədə qadınların sayı çox olur, həm də ki­
şinin  bir-neçə  arvadı  ola  bilər,  onda  demək  olar  ki,  Yerfi 
kəndində 1831-ci ildə təxminən 750 nəfərdən şox əhali olmuş­
dur. Bu isə həmin dövr üçün çov böyük kənd sayılır.
Rusların hakimiyyəti illərində yaranan dinclik dövründə , 
yəni müharibələrin olmadığı bir şəraitdə əhali sayı artmağa 
başlamışdır. Bunun nəticəsində 20-ci əsrin əvvəllərində Yerfi 
kəndində  əhalinin  sayı  iki  minə  çatmışdır.  Müqayisə  üçün 
cədvələ diqqət edək:

Kəndlər
əhali
 
 
1870 1897 1908
1
Qonaqkənd 531
600
762
2
Afurca

577
599
3
Dərk
330
435
453
4
Güləzi

600
600
5
Rük
614
640
860
6
Söhüb
867
1415 1453
7
Talış
333
507
491
8
Xaltan
1367 496
514
9
Cimi
1009 1355 1610
10
Yerfi
1230 1699 1928
(M. Əliyev “Azərbaycan tatları”. Bakı, 2006, səh. 194-196)
Cədvəldən  göründüyü  kimi  XX  əsrin  əvvəli  üçün  Yerfi 
kəndi  qonşu  kəndlər  arasında  mərkəz  rolunu  oynamışdır. 
Həmin dövrdə kənddə əkinçilik, maldarlıq, qoyunçuluqla ya­
naşı sənətkarlıq, ticarət də inkişaf etmişdir. Kəndin mərkəzində 


 
24
cərgə ilə pitixana və dükanlar olmuş, dəmirçixana, boyaqxana 
işləmişdir. Kəndin ətraflarında 7 dəyirman, o cümlədən düyü 
dingi olmuşdur. O vaxtlar tüstü pulu adlı vergi alındığından 
Yerfidə beş yüzə yaxın tüstü pulu verən ailə olmuşdur.
Əfəndilər kəndi. XIX əsrin ortalarında kənddə yeni, daha 
böyük məscid binasının tikilməsi zərurəti yaranmışdı. Kəndin 
qədim  hissəsinin  mərkəzi  sayılan  yerdə,  köhnə  məscidin 
yerində  daha  böyük,  geniş  məscid  inşa  edilmişdir.  Yeni 
məscidin Quran öyrədilən hücrələri, namaz qılınan zalı, azan 
üçün minbəri olmuşdur. Həyətdə dəstəmaz almaq üçün ho­
vuz var idi. Kəndin bugünkü yuxarı küçəsi ilə arx çəkilmiş və 
həmin  su  hovuza  tökülmüş,  hovuzdan  çıxan  su  isə  Çuxur 
məhlədən keçərək çaya axmışdır. Bu arxın təsiri olmuşdur ki
kəndin aşağısında, Musa küllüyü deyilən yerdə bulaq suyu 
çıxmışdır.  Sovet  hakimiyyəti  illərində  məscid  dağıdılmış, 
həmin  arx  ləğv  edilmiş,  bulaq  suyu  da  qurumuşdur.  Qeyd 
edək  ki,  bu  gün  mədəniyyət  evi  kimi  istifadə  olunan  bina 
köhnə məscidin bir hissəsidir. Xarabalığa dönməsin deyə, bi­
nanı  qismən  təmir  edib,  əvvəl  anbar,  sonralar  klub  kimi 
istifadə etmişlər.
Deməli, XIX əsrin sonları, XX əsrin əvvəllərində Yerfi kəndi 
həm də dini mərkəz kimi tanınmışdır. Odur ki. ətraf kənd-
lərdən  buraya  cümə  namazına  gələrmişlər.  Mübahisəli 
məsələlər olduqda qonşu kəndlərin dini nümayəndələri bura­
ya  əfəndilərdən  məsləhət  almaq  üçün  müraciət  edərlərmiş. 
Məsciddə  savadlı  din  xadimləri  olduğu  üçün  dini  təhsil  də 
verilərmiş. Ətraf kəndlərdə mollaya ehtiyac olduqda Yerfidən 
göndərilərmiş. Məsələn, Utuq kəndində din xadiminə ehtiyac 
olduğundan İsrafil əfəndi ora, Molla Səməd Çöl Quşçuya get­
mişdir. Həmin şəxslərin nəslindən o kəndlərdə yaşayıb baba­
larının yerfili olduğunu söyləyənlər çoxdur.
Məscidin  diplomlu  əfəndiləri  olmuşdur.  Hacı  İbrahim 
əfəndi,  Feyzulla  əfəndi,  İsaq  əfəndi,  Nizam  əfəndi, Ağabala 
əfəndi,  Heybətulla  əfəndi  yaddaşlarda  yaşamış  din  xadim-
ləridir.  Əfəndilərin  hər  biri  böyük  nüfuza  malik,  imkanlı 
şəxslər  olmuşdur.  Xüsusilə,  XIX  əsrdə  yaşamış  Heybətulla 


25
əfəndi daha savadlı şəxs olmuşdur. Nəinki ətraf kəndlərdə, 
hətta Şamaxıda belə din xadimlərinin tanıdığı, hörmət qoydu­
ğu  bir  əfəndi  olmuşdur.  Onun  çox  vaxt  adını  deməzlərmiş. 
Hamı ondan danışanda “Qara əfəndi” deyərmiş. Nağıl edirlər 
ki,  Şamaxıda  din  xadimlərindən  birinin  verdiyi  fitva  (yəni 
dini hökm) Heybətulla əfəndiyə çatır. Heybətulla əfəndi fitva­
nın səhv olduğunu görüb hirslənir, atını minib Şamaxıya yola 
düşür.  Şamaxıdakı  din  xadiminə  çatdırırlar  ki,  Qara  əfəndi 
gəlir. Həmin din xadimi işin nə ilə nəticələnəcəyini başa dü­
şür. Qara əfəndini hörmətlə qarşılayıb, səhv etdiyini boynuna 
alır, üzrxahlıq edir.
Heybətulla əfəndinin qəbri Yerfidə Baba Şəhməd adlı övli­
yanın ərazisindədir. Başdaşında ərəb əlifbası ilə yazılmışdır: 
“1333 (yəni 1915) Nizam sahibi Heybətulla Əfəndizadə.” Yaş­
lıların  dediyinə  görə,  İsaq  əfəndinin  bacısı  Gövhər Ağabala 
əfəndinin həyat yoldaşı olmuşdur. İsaq əfəndinin qəbri Xaç­
maz  rayonundakı  Çılğır  pirindədir.  Nizam  əfəndi  Günəşli 
Bəturənin dayısı olmuşdur.
Sovet hakimiyyəti illərində din xadimlərinə qarşı münasibət 
dəyişmiş, hətta bəziləri həbs edilmişdir. Buna görə də onlar 
aşağı – Quba, Xaçmaz, Dəvəçi ərazisindəki kəndlərə köçmüş, 
bir müddət özlərini bildirməmiş, yalnız II dünya müharibəsinin 
ortalarından sonra dinə münasibət bir qədər yumşaldığı üçün 
onların bəziləri fəaliyyət göstərmiş, savadlı din xadimi kimi 
tanınmışlar.  Molla  Mirzə  Ağyazıda,  Molla  Bəbir  Vəlvələdə, 
Molla Şıxəli Mirzəqışlaq kəndində yaşamış, bəzən rayondan 
kənar məclislərə aparılmışlar. Molla Mahmud və Molla Ağəli 
Əzim oğlanları Yerfidə fəaliyyət göstərmişlər. Molla Cabbar 
yeni  hökumətin  ömrünün  çox  olmayacağını  söylədiyi  üçün 
siyasi dustaq kimi həbs olunmuş, sonrakı taleyi məlum olma­
mışdır.
Yerfinin  hacıları.  XIX  əsrin  sonu,  XX  əsrin  əvvəllərində 
Yerfi kəndindən Məkkəyə ziyarətə getmiş, bütün çətinlikləri 
qəbul edərək, Allaha məhəbbətini təzahür etdirmiş, ya ticarət, 
ya  səyahət  deyil,  Allaha  vacib  ibadətlərini  yerinə  yetirmək 


Yüklə 5,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə