Hər bir yerfili üçün yazılmış kitab



Yüklə 5,68 Mb.
Pdf görüntüsü
səhifə10/33
tarix18.07.2018
ölçüsü5,68 Mb.
#56457
növüYazı
1   ...   6   7   8   9   10   11   12   13   ...   33

33
Nohurdüzündən aşağı, çayın əks sahilində Qaraçuxa deyi-
lən pir var. Kəramətli olduğuna aid əhvalatlar danışılır. Yerfi 
kəndinin  içərisində  İbrahim  piri,  Davud  baba  piri  kimi 
müqəddəs insanların məqamları vardır.
Həzrət Baba. Bu övliyanın məkanı Yerfi kəndinin ərazisinə 
aid  deyildir.  Lakin  Həzrət  Babaya  yol  bu  kənddən  keçdiyi 
üçün, yerfililər hər gün dağlara göz gəzdirəndə Həzrət Babanı 
gördüyü üçün danışmamaq düzgün çıxmazdı.
Həzrət Baba Babadağ zirvəsindədir. Bu zirvəyə əsas yollar 
üç  istiqamətdəndir.  Biri  İsmayıllı,  ikisi  Quba  rayonu  tərəf-
dəndir.  Quba  rayonu  tərəfdən  biri  Yerfi-Dərk  kəndlərindən 
keçir. Digər yol Qarxun kəndindən keçir. İsmayıllı tərəfdən 
və Qarxundan keçən yolları ziyarətçilər maşınla gedib, qalan 
qısa və dik yolu ayaqla qalxmalı olurlar. Yerfi-Dərk yolu ilə 
gedənlər isə maşınla Dədəgünəş babaya qədər yol gedib son­
ra piyada, ya da atla getməli olurlar. Piyada getməyə çətinlik 
çəkənlər  üçün  ən  münasib  yol  Yerfi-Dərk  istiqaməti  ilə  atla 
lap zirvəyə qədər gedilməsidir.
Azərbaycanda  olan  müqəddəs  ziyarətgahlardan  ən  yük-
səkdə  olanı  Həzrət  Babadır.  Bu  zirvə  dəniz  səviyyəsindən 
3629 metr yüksəklikdədir. Babadağın zirvəsində Həzrət Ba­
banın qəbri var. Yol boyu tarixi, həm də dini rəvayətlərlə bağ­
lı  yerlər  vardır.  Babadağın  zirvəsi  çox  vaxt  ilin  10  ayı  qarlı 
olur. Odur ki, ziyarətə gələn adamlar iyulun ortalarından baş­
layaraq axın-axın gəlirlər. Bu müddət havaların necəliyindən 
asılı olaraq ay yarım, yaxud iki ay çəkir. Həzrət Babanı ziyarət 
etməyi diləyi olan da, olmayan da, özünə mənəvi borc bilir. 
Ziyarətə gedən hər kəs ruhən təmizlənmək məqsədi güdür. 
Ona görə də özündə olan hər hansı pis vərdişi, xüsusiyyəti 
tövbə edir. Bu cür niyyətlə ardıcıl yeddi dəfə getmiş şəxs öz 
nöqsanlarını  aradan  qaldırmış  olur.  Dindarlar  yeddi  dəfə 
Həzrət Babanı ziyarət etdikdə qazanılmış savabı Həcc ziya-
rətinin savabına bərabər tuturlar. Həcc ziyarəti zəngin müsəl-
manlar  üçündür.  Zəngin  olmayıb Allah  məqamında  savaba 
nail  olmaq  istəyənlər  bu  yolla  qəlblərinin  məhəbbət  və 
istəklərini həyata keçirirlər. Allah qəbul eyləsin!


 
34
Həzrət Baba haqqında çoxlu əhvalatlar danışılmışdır. La­
kin bunları toplayan olmamışdır. Bu sətirlərin müəllifi bu gün 
də peşmançılıq hissi keçirir ki, Yerfinin savadlı mollalarından 
olan, ömrünün xeyli hissəsini Mirzəqışlaq kəndində yaşayan 
Şıxəli dayıdan Həzrət Baba haqqında ərəb-fars tərkibli sözlərlə 
dolu olan dini mövzuda dastanın yazıya alınmasına tələsmədi, 
arxayınlıqla yanaşdı. Nəticədə Şıxəli dayının bildikləri özü ilə 
getdi.
Şıxəli dayının yaxınları da öz ürək sözləri ilə Həzrət Baba­
ya məhəbbətlərini bildirirlər:
Dağlardan ucadır dağı,
Tutyadır daşı, torpağı,
Zahirdir Musa bulağı,
Həzrət Babanın üstündə.
Həzrət Baba haqqında dini əfsanələrdən birini 85 yaşlı Ha­
cıyev Ağabba, ikincisini isə 70 yaşlı Əliyev Sahib nağıl etdi.
 Birinci əhvalat. Həzrət Baba Şam şəhəri tərəfində dünyaya 
gəlmişdir. O, kiçik ikən atası rəhmətə getmişdir. Dolanacağın 
çətinliyindən  kiçik  yaşlarından  naxır  otarmağa  başlamışdır. 
Cavan  oğlan  olduğu  vaxtlarda  özündəki  ruhi  dəyişkənliyi 
hiss  etmişdir.  Bir  gün  naxıra  canavar  girir.  Həzrət  Babaya 
əyan olur ki, canavar bir dənə inəyi olan kasıba zərər verəcək. 
Allaha yalvarır ki, səkkiz inəyi olan varlının inəklərindən biri­
ni yesin, amma kasıbın bir inəyinə toxunmasın. Canavara əmr 
verildiyindən  kasıbın  inəyini  yeyir. Axşam  naxırı  gətirəndə 
əhvalatı  kasıba  danışır,  kasıb  inanmır.  Səhəri  kasıbı  aparır 
hadisənin olduğu yerə və o ərazidəki Ağ dağdan soruşur:
– Ey Ağ dağ, mən Allaha yalvardım ki, kasıbın inəyinə to­
xunmasın,  amma  canavar  Allahın  əmri  ilə  kasıbın  inəyini 
yemədimi?
Ağ Dağdan “bəli” cavabı gəlir. Həzrət Baba dönüb eyni su­
alı Qara dağa da verir. Qara dağdan da “bəli” cavabı gəlir. 
Kasıb təəccüblənir, heç nə demir. Həzrət Baba ölkəsindən baş 
götürüb gəlir Azərbaycan ərazisinə. Çılğır (Çiləgir) kəndində 


35
dayanır. Bir müddət burada yaşayır. Allahın sevimlilərindən 
olduğu üçün günah iş görmür, görsə onu özünə bağışlaya bil­
mir. Deyilənlərə görə, bir dəfə ehsan zamanı bir düyü tapda­
layır.  Orda  da  qala  bilmir.  Dağa  tərəf  üz  tutur  və  Hapıt 
kəndinə gəlib çıxır. Bir varlıya çoban olur. Bir neçə il işləyir. 
Varlı  görür  ki,  bu  necə  saf,  təmiz  insandır.  Ürəyində  rəhm 
oyanır. Bir neçə nəfərə məsləhət edir ki, bu oğlanı evləndirmək, 
yanında saxlamaq istəyir. Varlıya məsləhət bilirlər ki, ver qızı­
nı,  götür  oğulluğa.  Varlı  məqsədini  Həzrər  Babaya  bildirir. 
Həzrət Baba etiraz eləmir. Bazarlığa getmək üçün icazə istəyir. 
Varlını maraq bürüyür və razılıq verir. Varlının dəlisov bir qı­
zıl cöngəsi varmış. Həzrət Baba cöngəni alıqlayır, üstünə xur­
cun qoyub, Qubaya tərəf deyil, üz tutur dağlara tərəf. Dağları 
gəzib  harda  ən  gözəl  çiçəklər  varsa  yığar  xurcuna. Axşama 
qayıdar evə. Evdə xurcun açılanda hamı görər ki, xurcunda 
al-əlvan, güllü paltarlar var. Toy başlanar. Həzrət baba gəlin 
otağına girəndə əlində bir yemiş olarmış. Yemişdən bir dilim 
kəsib qıza verər. Qız yemiş dilimini yedikdən sonra Həzrət 
babanın haraya getdiyini görməz. Səhər hamı eşidər ki, Həzrət 
Baba yoxdur. Həzrət Baba Bilgəh yaylağından, Qara çaydan 
keçər, gəlib Baba dağın zirvəsində qərar tutar. Bir müddət bu­
rada yaşayar. Nəhayət, bir gün bu dünyamız üçün müddəti 
başa  çatar.  Qayınatası  onun  sorağında  olar.  Axtara-axtara 
Həzrət Babanı bu dünyadan köçdüyü vaxt tapar və zirvədə 
də dəfn edər. Belə deyirlər ki, anası Həzrət Babanın sorağı ilə 
gəlib Baba dağa çıxır. Həzrət Babanın qəbrinə az qalmış vəfat 
edir. Onun qəbri də Həzrət Babanın qəbrindən bir az aşağıda­
dır. Həzrət Babanın verdiyi yemiş dilimindən qız hamilə qa­
lır. Bir oğlu olur. Hamı ona Baba Dilim baba deyir. Baba Dilim 
baba  piri  Hapıt  kəndindədir.  Yerli  əhalinin  müqəddəs 
ziyarətgahlarından biridir.
İkinci əhvalat. Həzrət Babanın tarixi islamdan əvvələ aid­
dir, Musa peyğəmbərin tarixi ilə bərabər götürülür. Bu isə bu 
günümüzədək üç min il yarıma bərabər bir tarixdir. Baba da­
ğın  zirvəsindən  bir  az  aşağıda,  təxminən  3500  metrdən  çox 
yüksəklikdə  Musa  bulağı  vardır.  Rəvayətə  görə,  Musa  pey-


Yüklə 5,68 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə