Hər bir yerfili üçün yazılmış kitab



Yüklə 5,68 Mb.
Pdf görüntüsü
səhifə11/33
tarix18.07.2018
ölçüsü5,68 Mb.
#56457
növüYazı
1   ...   7   8   9   10   11   12   13   14   ...   33

 
36
ğəmbər  Allahın  ondan  üstün  və  əziz  bəndəsini  axtararkən 
gəlib Həzrət Babanı tapır. Həzrət Baba yer şumlayırmış. Musa 
onu görüb salamlayır və təəccüblə deyir:
Niyə əziyyət çəkirsən, burda heç nə bitməz. 
Həzrət Baba:
– Bitər, ya Musa, – əgər səni bura göndərən özü istəsə bitər.
Musa görür ki, onun kimliyi, buraya niyə gəlməsi Həzrət 
Babaya məlumdur. Həzrət Babanın namaz vaxtı imiş. Qaran­
lıq  deyilən  yerə  dəstəmaz  almağa  getmək  istəyəndə  Musa 
“burada su var, getmə” deyir və əsasını yerə vurur. Həmin 
yerdən su çıxır. Həzrət Baba dəstəmaz alır, namaz qılır və dua 
edir ki, çovğun başlasın. Çox çəkmir, göydən buz yağmağa 
başlayır. Musanı soyuq alır, dözmədiyini bildirir. Həzrət Baba 
ona  bürünmə  kürkünü  verir.  Bu  da  Musaya  kömək  etmir. 
Həzrət  Baba  buz  parçalarını  üst-üstə  yığır,  daldanacaq 
düzəldir,  tonqal  qalayır.  Musa  yenə  donduğunu  bildirir. 
Həzrət baba Allaha dua edir, yalvarır. Bir az keçir. Bayaqki 
haldan  əsər-əlamət  qalmır.  Hava  istiləşir,  günəş  görünür, 
Musa  sevinir.  Həzrət  babanın  Allahın  sevimlisi  olduğuna 
inam gətirib yoluna davam edir.
Baxmayaraq ki, Həzrət baba haqqında olan rəvayətlərin ta­
rixi  islamdan  iki  min  il  əvvələ  aid  edilir,  amma  bəzi 
tədqiqatçılar Həzrət babanı X əsrdə yaşamış Baba Kuhi Baku­
vi ilə (948–1050) əlaqələndirirlər. Kuh sözünün dağ mənasında 
olması ilə, Baba Kuhinin tənhalığa çəkilərək yay vaxtı dağlar­
da yaşaması ilə oxşarlıqlar olsa da onun Bakıda doğulması, 
sonralar Nişapur və Şirazda yaşaması, Şirazda dəfn olunması, 
Baba Kuhiyə aid olan məlumatların heç birində Həzrət baba 
ilə  əlaqələndirməyə  rast  gəlinməməsi  bu  tədqiqata  tam 
yəqinlik yaratmır.
Baba  Kuhi  Bakuvi  ərəb və fars dillərində əsərlər yazmış, 
Sufi şeirinin ilk görkəmli nümayəndələrindəndir.
Yerfinin  bəyləri.  1831-ci  il  məlumatına  görə,  Yerfidə  bəy 
olmamışdır. Görünür, XIX əsrin ikinci yarısında bəylik titulu 
alanlar  olmuşdur.  Şeyda  bəy,  Məmmədşərif  bəy,  Talıb  bəy, 
Ağakişi bəy,Aslan bəy, Haşım bəy, Əlmurad bəy, Gəray bəy, 


37
Müştaq bəy, Süleyman bəy və başqalarının adları çəkilir. Ağa­
kişi bəy və Süleyman bəy nisbətən varlı olmuşlar. Bəzi bəylər 
“ac bəylər” adlanmışlar.
Qüləh qazmaları Ağakişi bəyin qazmaları olmuşdur. Ora­
dan həyətinə qədər saxsı borularla arx olmuşdur. Sağılan süd 
həmin  arxla  həyətində  hovuza  tökülərmiş.  Bəziləri  bunu 
Müştaq bəyə isnad edir.
Müəyyən dövr Talabı kəndinin vergisini Məmməd bəyin, 
Növdün və Suduq kəndlərinin vergilərini Bəybala bəyin aldı­
ğı söylənilir.
Nağıl edilir ki, bəzən bəylər arasında qan davaları da ol­
muşdur.  Xurşud  bəyi  pis  hərəkətlərinə  görə  digər  bəylər 
ailəliklə məhv edirlər. Xurşud bəyə yaxın olanlardan biri on­
ların bir hamilə gəlinini gizlədirlər. Gəlini Növdünə aparırlar. 
Xurşud  bəyi  öldürənlər  bundan  xəbər  tutur.  Bu  dəfə  gəlini 
Zıxırda gizlədirlər. Bəylər Zıxıra gedib gəlini istəyirlər. Lakin 
Zıxırlılar gəlini vermirlər. Gəlinin oğlu olur. İllər keçir. Həmin 
oğlan böyüyür, evlənir, altı oğlu olur. Onlara Xurşudbəylilər 
deyərmişlər. Həmin oğullardan Yerfiyə gəlib yaşayanı da ol­
muşdur. Çoxu isə Xaçmaz kəndlərində yaşamışdır.
Yadda  qalan  hadisələrdən  biri  XX  əsrin  əvvəllərində 
bəylərlə  rəiyyətlər  arasında  baş  vermiş  dava  olmuşdur.  Bu 
dava haqqında Calal Günəşli öz xatirələrində məlumat ver­
mişdir. 1917-ci il idi. Ölkədəki qarışıqlıq yerlərdə də təsirini 
göstərirdi.  Yerfinin  yüzbaşısı  Hacıbala  icmaya  daxil  olan 
kəndlərdə:  Aydınkənd,  Qarabulaq,  Dərk,  Talış,  Nohurdüzü 
və Qayadalıda gününü keçirir, idarəni təhvil vermək istəmirdi. 
Uzun müddət kovxa işləyən Əliməmmədli Həsən kişi kazak­
ları ilə Hacıbalanı tutur, möhür və Nikolayın şəkli olan sarı 
zənciri alır. Varlılara qarşı müxtəlif qaydalar həyata keçirilir.
1918-ci ilin mart-aprel aylarında erməni hücumuna görə II 
Nügədidən 80 ailə Yerfiyə gətirilir. May-iyun aylarında ailələr 
öz evlərinə qayıdır.
Bəybala bəy yetənə yetir, yetməyənə də bir daş atırdı, necə 
deyərlər, qan-qan deyirdi. Yay ayları idi. Bəybala bəy 30 atı, 
mal-qarası  ilə  yaylaqda  idi.  Pəlvan  Fətəli  də  qardaşları  ilə 


 
38
birgə  atlarını,  mal-qaralarını  gətirib  Bəybala  ilə  qonşu 
düşmüşdülər.  Fətəligil  dörd  qardaş  idilər.  Bəyin  atlarından 
birinin balasını canavar tutur. Fətəligilin bir dayçası onun ba­
lası ölən atını da əmməyə başlayır. Bəy deyir ki, atınızı qoy­
mayın, mənim atımın balasını əmizdirir. Fətəligil deyirlər ki, 
dayça  bizimdir,  sənin  atını  da  əmir.  Bəy  kobud  danışır, 
Fətəligil də cavab verir, söz-söhbət böyüyür.
Bir  gün  Qara  işğın  yolunda  Əlican  ilə  Xanbala  kəndə 
gələndə  Bəybalanı  görürlər.  Əlican  bəhanə  gətirib  Xanbala­
dan ayrılır və Bəybala bəyi vurur. Dindirilmə zamanı Xanbala 
bəyi vurduğunu boynuna alır və tutulur.
Bu  əhvalat  1918-ci  ildən  əvvəl  olub.  1918-ci  ildə  Bəybala 
bəyin oğlu Süleyman artıq böyümüş, atasının qisasını almaq 
fikrinə  düşmüşdü.  Süleyman  bəy  əmisi  oğlu  Muxtar  bəylə 
məsləhətləşir. Ya Xanbalanı, ya da Əlcanı vurmaq istəyirlər.
Əlican  xalası  oğlu  Dadaşbala  ilə  xəstə  oğluna  görə  İsaq 
əfəndinin  yanına  gedir.  Muxtar  və  Süleyman  kəndin  içində 
atəş açar, Dadaşbalanı vururlar. Əlican və Dadaşbalanın xala­
sı oğlu İslam bəylərlə qonşu idi. Xanbala ilə Əlican İslamın 
evində məsləhət edirlər. Muxtarın evi də o biri bəylərlə qon­
şuluqda  idi.  Muxtar  pilləkənin  başına  çıxanda  vurulur.  Bu­
nunla da iki məhəllə arasında atışma başlayır. Şirəli bəy, Şey­
da bəy, onların bibiləri də vurulur. Bəylərə qarşı vuruşa digər 
rəiyyətlərdən də qarışanı olur. Dava böyüyüb bəy-rəiyyət da­
vasına  çevrilir.  Heç  kəs  qorxudan  bayıra  çıxmır.  Atışma 
səsindən itlər də kənddən qaçır. Mal-qara tövlədə qalır. Vu­
ruşma gecə də davam edir. Qorxudan heç kəs yatmır. İkinci 
gün kənddə nüfuza malik, əvvəllər yüzbaşı olmuş Əmrəli kişi 
kəndə gələr. O, işi olduğu üçün başqa kəndə gedirmiş. Əmrəli 
kişi hər iki tərəfə səslənir ki, güllə atmayın. Atışmaq istəyirsiniz 
kəddən kənara çıxın, atışın. Bəylər razılaşır, çünki yerdə dörd 
ölüləri  var  idi,  həm  də  onlar  az  idi,  rəiyyət  çox.  Fətəlinin 
dəstəsi sakitləşmək bilmir. Əmirəli kişi və Mirzə kişi əlisilahlı 
dəstə  hazırlayır.  Fətəlini  çağırıb  deyilər  ki,  imkan  verin 
ölülərini basdırsınlar, başqa kəndlər bizə gülər. Atışma saxla­
nılır.


Yüklə 5,68 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə