Hər bir yerfili üçün yazılmış kitab



Yüklə 5,68 Mb.
Pdf görüntüsü
səhifə9/33
tarix18.07.2018
ölçüsü5,68 Mb.
#56457
növüYazı
1   ...   5   6   7   8   9   10   11   12   ...   33

 
30
Baba Şəhməd babaya inam olmuşdur. Ondan diləyi olanla­
rın çox çəkmədən diləyi hasil olur. Övladın olması və sağlam­
lığı ilə bağlı diləkləri adətən Baba Şəhməd babaya edirlər. Bu 
gün də inam olduğu üçündür ki, oturduğu evin taxçasından 
tutya götürülür.
Baba  Şəhməd  baba  vəfat  etdikdən  sonra  Qəh  tərəfdəki 
qəbiristanlıqda dəfn edilmişdir. Sonradan qəbirdən bir az ara­
lı, ərazidə oxşarı olmayan iki armud ağacı bitmiş, qollu-göv-
dəli, kölgəli olmuşdur.
Baba Şəhməd babadan bir təsbeh və bir Quran qalmışdır. 
Məhəmməd kişinin nəvəsi Absalam təsbeh və Quranı Qubaya 
köçərkən  özü  ilə  aparmışdır.  Şıxbabalılar  bu  gün  də  Baba 
Şəhməd babanı babaları hesab edir, özlərinin övliya nəslindən 
olduğunu söyləyirlər.
Qübbə baba. Bu övliyanın məkanı Qara işğındadır. 1930-cu 
illərdə Qara işğında yaşayış olduqda Qaralar nəslindən olan 
Əli kişi Qübbə babanın ağaclarını aparıb yandırır və deyirmiş 
ki, Qübbə baba mənə icazə verib. Qış keçir, yazda Əli kişi dəli 
olur və özünü asır.
İki arvad alıb övladı olmayan, üçüncü arvad alan aşıq Şah­
bala Qübbə babanın ağaclarına sarılıb yalvarır ki, yayı keçib, 
qışı bura qayıdanadək yoldaşım gümanlı olsun, bir şil-şikəst 
övladım  olsun,  mənə  çirkin  ad  deyilməsin,  gətirib  qurban 
kəsərəm . Belə də olur. Məlikin oğlu Şamilim toyunda dastan 
söylədiyi vaxt (bu təxminən 1923-cü ilə təsadüf edir) muştu­
luq alınır. Şikəst usaq doğulur, bir qədərdən sonra ölür. Ar­
dinca Şahbala kişinin bir qızı və bir oğlu olur.
Qeyblər baba. Deyilənlərə görə qütbü övliyadır. Ərazidə 
olan  övliyaların  sərvəridir.  Tarixi  peyğəmbərlər  dövrü  ilə 
səsləşir. Onun ziyarətinə gedən iki rükət namaz qılıb Qeyblər 
babanı özü ilə Allah arasında vasitəçi qəbul etsə, həmin şəxsin 
bütün  arzuları  qəbul  olunar.  Qeyblər  baba  Yerfi  kəndi  ilə 
üzbəüz  2869  metr  yüksəkliyi  olan  Cəlalının  cənubundadır. 
Cəlalının  cənubunda  meşəliklər  və  bulaqlar  var.  Keçmişdə 
öküzlə həmin meşələrdən tikinti üçün tirlər gətiriblər.


31
Yerfililər hər yay mal-qaranı İlxı yaylağına çıxarardılar. El 
yaylağa qalxanda və yaylaqdan kəndə yığışanda Qeyblər ba­
banı ziyarət edərdilər.
Pirə-Bənövşə nənə. Bənövşə nənə piri qayanın başındakı 
ağacın  yanındadır.  Orada  bir  tikili  yeri  də  vardır.  Söhüb 
kəndində də bu adda yer vardır. Deyilənə görə, Bənövşə nənə 
deyilən qadın cavan gəlin olubmuş. Hörmət mənasında hamı 
“nənə”  çağırıb.  Müəllim  Sahib  Əliyev  deyir  ki,  biz  qayanın 
dibindəki evimizdə olanda qayadan gələn daşlardan qorun­
maq üçün o pirin adına qurban kəsərdik. Həqiqətən də daşlar 
bizim evin sağından, solundan keçər, başqa evlərin damına 
düşər, bizə xətər yetirməzdi.
Savalan baba. Qayanın aşağısında böyük bir daş var.. O 
daşın  altından  tutiyə  götürürlər.  Həmin  yerə  Savalan  baba 
deyirlər. Tarixi, kimliyi haqqında heç kim bilmir. Boğazında 
çöp qalan uşaqları ora aparır, tutiyə verir, bir az da evə gətirib 
uşağın boğazına yaxın üstünə tökürlər. Ondan sonra həmin 
uşaqda heç vaxt çöp qalmaz.
Üç qardaş: Baba Rüstəm, Baba Ələmdar və Baba Qələndər. 
Pir sayılan bu şəxslər kəndin solundakı qəbiristanlıqda ayrı-
ayrılıqda dəfn olunmuşlar. Onları ziyarət edib dua edərkən 
hər  üçünün  adı  birlikdə  zikr  edilir.  Deyilənlərə  görə,  onlar 
bayram namazlarını qılarkən Baba çayında dəstəmaz alar, ça­
yın yaxınlığındakı bağda ağ libasda namaz qılarlarmış. Na­
maz qılınarkən orda üç deyil, çoxlu sayda ağ libaslının namaz 
qıldığını görüblərmiş.
Hacı  Baba.  Əvvəldə  adını  çəkdiyimiz  Hacı  Məhəmməd 
digər hacılardan fərqli olaraq kəramət sahibi olduğundan onu 
Hacı Baba adlandırırlar.
Kənddə Hacı Babanın yaşadığı ev saxlanılır. Ev çox sadə, 
alçaq və kiçikdir. Adam bu evə daxil olanda düşünür: ”Bu ki­
çik otağa sığan insana Allah necə geniş qəlb, Allaha yaxınlıq, 
mənəvi  yüksəklik  və  bütün  insanların  ona  sevgisini  verib. 
Var-dövlət yığmağı düşünən, Allaha sevgisi sərvətə görə olan, 
imarətə  sığmayan  insana  isə  cılız  qəlb,  Allahdan  uzaqlıq, 
mənəvi alçaqlıq və bütün insanların nifrətini verib.


 
32
Yaşlıların  dediklərinə  görə,  Hacı  Baba  özündə  ruhi  yük-
səkliyi duyduqda, həyatını Allaha ibadətə həsr edəcəyini, yal­
nız Allah eşqi ilə yaşayacağının əmrini aldıqda arvadı Fatma­
ya  boşanacaqlarını  bildirmişdir.  Fatma  Məhəmmədi  başa 
düşməmiş, bir qədər inamsız yanaşmışdır. Hacı Baba Fatmanı 
boşamış, ona evdən nə istəyibsə vermişdir. Həyətdən çıxdığı 
vaxt  Fatma  ürəyindən  keçirdir  ki,  gərək  o  biri  səhəngi  də 
götürəydim. Bunu Hacı Baba duymuş, Fatmanı geri çağırıb 
səhəngi də vermişdir. Fatmada Babaya qarşı inam yaranmış, 
son  dəfə  üzrxahlıq  etmişdir.  Fatma  sonra  Babaxanlılardan 
birinə ərə getmişdir.
Xatırlamalar.  Hacı  Babanın  səbət  arıları  olubmuş.  Yazın 
əvvəli imiş. Qış yemini yeyib qurtarmış arı səbəti bu vaxt yün­
gül olur. İki nəfər gecə vaxtı gəlir ki, hərə bir arı aparsın. İpi 
səbətə dolayıb özlərinə bənd edirlər ki, səbəti dallarına alıb 
aparsınlar. Amma  ha  çalışırlar  səbəti  qaldıra  bilmirlər.  Tər-
pənə bilməyib yerlərindəcə qalırlar. Hava işıqlanmamış Hacı 
Baba gəlir. Səbətlərin yanında çömbəlib qalmış iki nəfəri qal­
dırıb evinə aparır. Onlara çay-çörək verib arıxanaya qaytarır 
və deyir:
– Hava işıqlanıb, heç kəs deməz ki, oğurlamısız, bu arıları 
mən sizə pay verirəm.
Həmin şəxslər utana-utana gecə apara bilmədikləri səbət-
ləri asanlıqla götürüb gedirlər.
İstər-istəməz  adam  düşünür:  “Hacı  Babadan  oğurluq 
etmək istəyən adamlar hər işi rüşvətlə görən əmlak sahiblərinə 
tuş gəlsə idilər, yəqin ki, polisə verilərdi, polis də onların hər 
birindən on arının qiymətini almasa, əl çəkməzdi.”
Baxın! Mənəvi böyüklük budur! Cılız qəlblərə belə tərbiyəvi 
hərəkətlər sığmır. Hacı Babanın qəbri Ağsudadır. Bir-neçə il 
əvvəl həmin yerə sel gəlibmiş. Sel qəbrin hər iki tərəfindən 
keçib,  qəbirə  toxunmamışdır.  Hacı  Məhəmməd  və  Hacı 
Hacəlinin  övladları  olmamışdır.  Hacıların  kasıb,  sənətkar, 
dəyirmançı olan qardaşı Zeynalın iki oğlu olmuşdur: Eynal 
və Əli. Əli bir müddət böyük şəxsiyyət, neft milyonçusu Hacı 
Zeynalabdin Tağıyevin faytonçusu işləmişdir. 


Yüklə 5,68 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə