Hər bir yerfili üçün yazılmış kitab



Yüklə 5,68 Mb.
Pdf görüntüsü
səhifə2/33
tarix18.07.2018
ölçüsü5,68 Mb.
#56457
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   33

 
6
1930-cu  ildən  1959-cu  ilədək  mövcud  olmuş  Qonaqkənd 
rayonu bu günkü Quba rayonunun dağlıq ərazisidir. Vaxtilə 
52 kəndi olan Qonaqkənd ərazisində gözəl, mənzərəli, füsun­
kar təbiəti olan kəndlər çoxdur. Dəhnə, Xaltan, Cimi kimi mi­
neral  istisuyu  olan  və  istirahət  mərkəzi  ola  biləcək  kəndlər 
var. Amma yolun çətinliyi, şəraitin olmaması bu yerlərin unu­
dulmasına səbəb olur. (Bax: şəkil 1; 6; 7; 8)
Relyefi, mənzərəsi, havası, insanlarının mehribanlığı baxı­
mından  fərqlənən  kəndlərdən  biri  də  Yerfi  kəndidir.  Yerfi 
kəndi 41,06 dərəcəli paralellə 48,29 dərəcəli meridianın kəsiş-
məsində  yerləşir.  Dəniz  səviyyəsindən  1300  metr  hün dür-
lükdə yerləşən Yerfi kəndi dörd tərəfdən dağlarla əhatə olun­
muşdur. Dağların qoynunda yerləşən bu kənddən zirvəsi ilin 
10 ayı qarlı olan Babadağ aydın görünür. Baba dağa – Həzrət 
Babaya ziyarətə gedilən yollardan biri də bu kənddən keçir. 
Yerfini  ilk  dəfə  görənlər  onun  dağ  kəndləri  içərisində  ən 
mənzərəli kənd olduğunu etiraf edirlər. Kəndin arxası daş qa­
yaya söykənmiş, qarşı və yan tərəfləri ilin çox vaxtı yaşıl olan 
qaya  və  təpəliklərlə  əhatə  olunmuşdur.  Kəndin  qarşısından 
mənbəyi  Baba  dağın  (Həzrət  Babanın)  ətəyindən  başlayan 
Vəlvələ çayının bir qolu Baba çayı axır. Bir qədər şimalda isə 
Yerfi silsiləsinin sıralanmış uca zirvələri görünür.
Kəndi əhatə etmiş qayalar qışda havanın mülayim olması­
na kömək edir və kəndi güclü, həm də soyuq küləklərdən qo­
ruyur.  Təngə  dərəsindən  aşağıda  yerləşən  Quba  kəndlərinə 
nisbətən bu ərazidə yağıntılı günlər az olur. Daha çox quraq, 
günəşli havalar keçir. Quba-Xaçmaz kəndlərində olan rütubət, 
yağıntı burada olmadığından havası saf, təmiz, qurudur. Yayı 
sərin  olduğu  kimi,  qışının  da  soyuğu  çox  hiss  olunmur. 
Xüsusilə, kəndin çay kənarına nisbətən Güney məhəlləsində 
yağan  qar  tez  əriyir,  ev  quşları  və  heyvanlar  üçün  əlverişli 
olur. Yay olduqda Yerfi silsiləsindən bəri bu yaylaqlarda qo­
yun sürülərinin, qaramal naxırlarının sayı-hesabı olmur.
Dağların qoynunda, bulaqlar üstdə həmişə şəhərin isti sin-
dən, səs-küyündən qaçıb gələnləri də görmək olur. Yerfinin 


7
gözəlliklərini,  füsunkar  təbiətini  duyaraq  onu  misralara 
çevirən şair oğlu Niftulla Əlixanlı yazmışdir:
Qurban olum torpağına, daşına, 
Sazağına, boranına, qışına.
Arxadakı sərt qayanın başına
Çıxan bilər gözəlliyin Yerfinin.
Qalaları qeyrət, hünər guşəsi,
Qut bulağı, Pirbənövşə meşəsi.
Sinəsinə nərgiz, tər bənövşəsin
Taxan bilər gözəlliyin Yerfinin.
Kim dadıbsa camış südü, qaymaqdan,
Su içibsə burda Ayğır bulaqdan,
Kələvadan, Babadağdan, Şahdağdan
Baxan bilər gözəlliyin Yerfinin.
Dədəgünəş cənnət, Sarvan tamaşa
Belə bir diyarda ömür sür, yaşa
Nehrə yağın sacdan düşən lavaşa
Yaxan bilər gözəlliyin Yerfinin...
Yerfinin yaxınlığında meşə ərazisi yoxdur. Daha çox kolluq 
və biçənək sahələrdir. Bu kolluqlarda ziriş, itburnu, yemişan, 
cır  göyəm  və  ərik  ağaclarına  tez-tez  rast  gəlinir.  Kəndin 
özündə isə meyvə bağları, bostan-tərəvəz sahələri var. Rayon 
mərkəzindən uzaq olduğundan bazar üçün məhsul hazırlan­
mır. Kənd sakinləri yalnız öz ehtiyaclarını ödəmək üçün əkib 
becərməli olurlar.
Kəndə  yaxın  olan  bulaqlar  yayda  bu  yerlərə  gələnlərin 
sevdikləri  yerlərdir.  Oydəhin  ayağında  Şəlalə,  Qüləhdə 
Mirzəxan bulağı, Ağbulaq, Qaraqız kimi yerlər bir çoxlarının 
tanıdıqları yerlərdir. Bu bulaqların bəzilərinin suyundan yerli 
əhali  müəyyən  xəstəliklərin  müalicəsi  zamanı  istifadə  edir. 
Baba Şəhməd babanın Keş tərəfində Qızdırma bulağı var. Qa­
yanın  arxasında  Ağamməd  bulağı  böyrək  xəstəliklərində, 
Lağlağırdakı Vərov suyundan mədə-bağırsaq, yel, bəzi yara­
ların sağalmasında istifadə olunur.


 
8
Yerfi kənd ərazi-inzibati vahidliyinə Nohurdüzü, Qayada­
lı,  Dərk,  Talış  kəndləri  daxildir.  Bu  kəndlərin  ərazisində: 
Nohurdüzüdə  Dəllək  düzündəki  Soyuq  bulaq,  Qayadalıda 
Almas bulağı, Dərkdə Kələnovdakı Xanbulaq istirahət üçün 
şəfalı guşələrdir. Əfsus ki, yolun çətinliyi bu yerləri əlçatmaz 
etmişdir.
Yerfinin keçmişi haqqında
Yerfi kəndinin yerləşdiyi ərazi dil, etnoqrafiya, tarix baxı­
mından maraqlı, az öyrənilmiş, tədqiqat üçün zəngin materi­
alı  olan  bir  yerdir.  Dil  baxımından  bu  kəndlərin  yerləşməsi 
çox şeydən xəbər verir. Bu ərazinin ən qədim kəndləri dedikdə 
dəniz səviyyəsindən iki min metr yüksəklikdə yerləşən Xına­
lıq,  Buduq,  Cek,  Hapıt,  Qrız  kimi  kəndlər  yada  düşür.  Bu 
kəndlər ayrıca dilləri olmaqla seçilir. Dəniz səviyyəsinə görə 
bu  kəndlərdən  bir  qədər  aşağı,  min  beş  yüz  metrə  yaxın 
yüksəklikdə olan Rük, Söhüb, Qarxun, Adur, Dərk, Talış, Yer­
fi, Qayadalı, Nohurdüzü, Aydınkənd kimi kəndlər Azərbaycan 
türkcəsi  ilə  danışan,  başqa  dili  olmayan  kəndlərdir.  Bu 
kəndlərdən nisbətən aşağı, yəni dəniz səviyyəsindən təxminən 
min metr yüksəklikdə olan kəndlər isə tat kəndləridir. Buraya 
Xaltan, Qonaqkənd, Afurca, Güləzi ərazi inzibati vahidliklərini 
göstərmək  olar.  Tat  kəndləri,  əsasən  Şamaxı-Quba  yolu 
üzərində, münbit torpağı, meşəliyi, bağları olan ərazilərdir.
Yerfi kəndində yaşayanlar Azərbaycan türkcəsi ilə danışır, 
ayrı dili yoxdur. Tatlarla qohumluq əlaqəsi var. Lakin nədənsə 
tarix elmlər namizədi Məhəmməd Əliyev “Azərbaycan tatla­
rı”  adlı  kitabında  Yerfini  tat  kəndi  kimi  göstərmişdir.  Kitab 
haqqında danışmadan təkcə onu demək istəyirəm ki, müəllif 
yazdıqlarına diqqətlə yanaşmadığından əslində tat olmayan 
Adur, Bilgəh, Qarxun, Dərk, Yerfi, Söhüb, Talış, Növdün kimi 
kəndləri də tat kəndləri adlandırmışdır. Görünür ki, müəllif 
bu yerləri yaxşı tanımırmış.
Doğrudur, Yerfi kəndində bir çox ərazi adları fars dilindən 
gəlmə sözlərlə adlandırılmışdır. Bu tatla bağlı deyil. Bunu Şi­


Yüklə 5,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə