Hər bir yerfili üçün yazılmış kitab



Yüklə 5,68 Mb.
Pdf görüntüsü
səhifə33/33
tarix18.07.2018
ölçüsü5,68 Mb.
#56457
növüYazı
1   ...   25   26   27   28   29   30   31   32   33

 
118
Altı illik küsülülük
1961-ci ilin apreli imiş. Rus vətəndaşı Yuri Qaqarinin kos­
mosa uçması xəbərini eşidən bir neçə yerfili də gindahda da­
yanıb söhbət edirlər. Nəcmulla radioda eşitdiklərindən danı­
şır. Birdən yaşca böyük olan Eynulla kişi deyir:
– Əşi bunlar yalan şeydir. Bir piyan urusu göyə uçurdub­
lar, yalandan deyirlər ki, Yerdən kənara uçub.
Nəcmulla acıqla deyir:
– Əşi, sən savadsız adamsan, nə başa düşürsən?
Eynulla bu sözə acıqlanır:
– Annamaz özünsən.
– Annamaz sənsən.
– Atondur...
Söhbət böyüyür. Ətrafdakılar onları sakitləşdirir. Dalaşan­
lar altı il küsülü qalırlar.
Döyüb qurtarmısansa, ver aparım
Əmirşah kişi qarovul işləyəndə əkinə girən eşşəkləri gətirib 
parağa  salar,  bəzən  də  hirsini  soyutmaq  üçün  eşşəkləri 
döyərmiş.  Bir  gün  Sadıqov  Qeybulla  eşşəyini  tapa  bilmir. 
Gəlir  parağa.  Görür  ki,  Əmirşah  eşşəkləri  döyür.  Qeybulla 
kişi özü də sərt adam idi. Amma Əmirşahın hirsini görüb din­
mir, gözləyir. Əmirşah yorulub dayananda Qeybulla kişi asta-
asta tövləyə girib sakit səslə deyir:
– Əmirşah, döyüb qurtarmısansa, ver aparım.
Zərbalının qaravəlliləri
 I
Zərbalı nağıl edirdi:
Bir gün kəndə möhkəm yağış düşmüşdü. Sel-su hər tərəfi 
bürümüşdü. Sürətlə gələn yağış bir-iki saatdan sonra yavaşı­
dı. O tayda isə qoyun-quzu yığışıb mələşirdi. Suyun axşama 
qədər azalacağına ümid yox idi, əksinə arta bilərdi. Adamlar 
çarə axtarırdılar ki, qoyun-quzunu bu taya keçirsinlər. Yavaş-
yavaş hava qaralırdı. Qoyun-quzu o tayda mələşir, oğul-uşaq 
bu tayda çığırışırdı.


119
Başqa əlac yox idi. Əllərimi suyun o tayına atıb uzandım 
selin  üstünə.  Dedim  qoyun-quzunu  baş  eləyin,  keçsin.  Qo­
yun-quzunun və adamların səsi kəsiləndə bildim ki, qurtardı. 
İstədim selin üstündən qalxam. Gördüm kürəyimdə nəsə var. 
Qanrıldım ki, bu nədir? Nə olsa yaxşıdır?! Bağı kişinin camışı. 
Mən qanrılanda camış düşdü suya, ta bayaq sel apardı. Mən 
də qaldım kişiyə üzüqara...
II
Bir qış günü idi. Talış kəndində yaşayan xalam oğlu Bəyalı 
naxoşlamışdı. Getdim ki, bir hal-əhval bilim. Xalaoğlum məni 
görəndə  sevindi.  “Gecə-gündüz  evdə  danışıram,  nə  yaxşı 
gəldin”, – dedi. Tez süfrə açıldı. Xalaoğlunun hər ehtiyatı var­
dı. Yeriniz məlum, günorta oturan adamlar, bir də gördük ax­
şam düşüb. Yaxşı vurmuşdum. Elə bilərsiz sərxoş idim, yox, 
elə bil içməmişdim. Xalaoğlum çox təkid elədi ki, qaranlıq dü­
şüb, qış gecəsi qurd-quşa rast gələrsən, qal, səhər gedərsən. 
Razı  olmadım.  Talışdan  Yerfiyə  nə  yoldu?  Xalaoğlum  Talış 
görünənəcən dalımca gəldi. Güclə qaytardım. Sərxoş idi. Yıxı­
lıb qalardı buralarda.
Yolu  yarı  eləmişdim.  Hər  tərəf  qaranlıq  idi.  Qayanın 
dibində  hənirtini  duydum.  Yaxınlaşdım.  Bir  qara  eşşək  idi. 
Məəttəl qaldım ki, qışın bu vaxtı burda eşşək nə gəzir. Fikrimə 
gəldi ki, qismətdi, minib aparım, salım pəyəyə, səhər yiyəsi 
çıxar, burda qalsa bu gecə canavar yeyəcək. Tez ayağımı aşırıb 
mindim. Qulaqlarından yapışıb döndərdim kəndə. Bir az keç­
miş kəndin işıqları göründü. Həyətə girib işıqda eşşəyə diqqət 
eləyəndə  özümü  itirdim.  Necə  qışqırdımsa,  o  saat  yerə 
dəydim. Heyvan qaçıb həyətdən çıxdı. Evdən uşaqlar səsimə 
gəldilər. Məni qaldırıb soruşmağa başladılar ki, nə olub sənə? 
Mən  çətinliklə  də  olsa  dedim  ki,  Talış  yolundan  yalquzağı 
eşşək bilib minib gəlmişəm. Həyətdə bildim ki, canavardır.
Uşaqlar  başladı  mənə  gülməyə.  Biri  dedi,  sərxoşdur,  biri 
dedi qara basıb. Heç kəsi inandıra bilmədim...


 
120
Son söz əvəzi
Əziz dost!
Sən bu kitabı çox böyük maraqla və həvəslə oxudun. Özü 
də  birnəfəsə  oxudun.  Mən  bunu  gördüm.  Çünki  sənin  heç 
xəbərin də olmadı ki, mən də sənin yanındayam. Ona görə 
mən ordaydım ki, sən Yerfidəydin və tanıdığın, tanımadığın 
bütün yerfililərin arasındaydın.
Sən yüngülləşdin, qəlbin fərəhlə doldu, köks ötürüb bir az 
da fikrə getdin. Sonu olmayan xəyal dünyasına düşdün. Uzaq­
lara, lap uzaqlara getdin... Sonra da bir neçə gün o uzaqlarda 
qaldın. Ata yurdu, ana torpağı səni çəkdi. Nələr üçünsə bur­
nunun ucu göynədi. Özünü sıxma, bütün bunlar olan şeylərdi, 
oyanmış ruhun həyəcanlarıdı. Sən yaxşı adamsan, çox yaxşı 
adamsan. Mən səni çox yaxşı tanıyıram. Burda təəccüblü nə 
var ki?! Biz hamımız bir kökdənik axı...
...Orda uzaqlarda, lap uzaqlarda Böyük Qafqaz dağlarının 
ən uca zirvələrinə yaxın bir yerdə, yastı-yastı təpələrin arxa­
sında, iki çayın arasında, sal-sıldırım qayanın lap dibində, bü­
tün həyətlərindən Həzrət Babanın zirvəsi görünən bir kənd 
var...  Bu  bizim  ruhumuzun  doğulduğu,  qədim-qayım  türk 
yurdu Yerfi kəndidir.
Salam doğma Yerfi – ey ata yurdu...
Nə yaxşı qayıtdım doğma ocağa...
...Mən çıxıb getmişdim qayıtmaq üçün,
Taleyim yolumu saldı uzağa...
Taleyi yolunu uzağa salanların hamısı haçansa ulu ruhun 
çağırışını eşidir, ana yurduna qayıtmaq istəyir, lap elə ruhən 
də olsa... Uzun illərdir ki, sən belə maraqla, belə həvəslə, belə 
istəklə və belə həyəcanla kitab oxumamısan. Bu istək, bu ma­
raq, bu həyəcan sənin deyil; Yerfi qəbiristanlıqlarında, dağılıb 
getmiş  mülk  yerlərində  dolaşan  ulu  ruhların  sənin  ruhunu 
oyatmasıdır. Bu kitab elə həmən ulu ruhun çağırışıdır. 


121
 ***
Bəri başdan deyim ki, Azərbaycan tarixşünaslığında, arxe­
ologiyasında,  etnoqrafiyasında  ən  az  tədqiq  olunan,  ən  az 
öyrənilən ərazilərdən biri şimal bölgəsi, daha dəqiq desək Bö­
yük Qafqazın orta və şimal hissələridir. Nə qədər ki, bu yerlər 
ətraflı tədqiq olunmayıb bizim qədim tariximiz həmişə yarım­
çıq  yazılacaqdır.  Nəzərə  alaq  ki,  qədim Alban  dövləti  təkcə 
Qəbələdən və Bərdədən ibarət deyil. Dediyim ərazilər Albani­
yanın ən əsas və dəyişməz ərazilərdir. Bu qədim dövlətin ən 
zəif vaxtlarında da, ta tarix səhnəsindən çıxana kimi həmin 
ərazilər dəyişməz olaraq qalmışdır. Strobonun sadaladığı tay­
faların (əslində etnosların, etnik qrupların) böyük əksəriyyəti 
də bu ərazilərdədir. Bu ərazilərdəki qədim kəndlərin hamısı 
tipik  “alban  üslubunda”  salınmış  kəndlərdir.  Adı  dövlətin 
adında əbədiləşmiş albanların özü isə qədim türk tayfaların­
dan biri olmaqla həmin dövlətin qurucusu və ən aparıcı etno­
sudur. Yəni Albaniya qədim türk dövlətlərindən biridir. De­
diyim  ərazidəki  qədim  türk  kəndləri  elə  alban  kəndləridir. 
Yəni  albanlar  elə  bizik,  Yerfi  kəndi  də  qədim  alban  kənd-
lərindən  biridir.  Albanistika  ilə  az-çox  tanış  olan  kəs  üçün 
bunlar  danılmaz  tarix  və  danılmaz  reallıqlardır.  Buradakı 
türklər  türk  tayfalarının  oğuz  türkləri  qoluna  mənsubdur. 
Yerfi də oğuz türklərinin kəndidir. Bu həmin oğuz türkləridir 
ki, onlar ümumtürk tarixinə ən qədim dastanlardan biri olan 
“Kitabi Dədəm Qorqud” kimi monumental bir abidə vermiş-
lər. Deməli yaxından-uzaqdan olsa da yerfililərin də bu das­
tanda payı var. Dediklərim patetik mülahizələr deyil, kifayət 
qədər elmi əsaslara söykənmiş fikirlərdir. Bunun üçün qədim 
Albaniyanın xəritəsinə baxmaq, həmin dövrü nəzərində can­
landırmaq kifayətdir. Təsadüfi deyildir ki, qorqudşünaslıqda 
Dədə Qorqudun türk arealına səpələnmiş qəbirləri içərisində 
Dərbəndin “Qırxlar qəbiristanlığındakı” Dədə Qorqud qəbri 
ən həqiqətə uyğunu sayılır. Amma qədim Albaniyanın bütün 
tarixini tam araşdırmaq mümkün olmadığı kimi Yerfinin də 
qədim tarixini araşdırmaq mümkün deyil.


 
122
Araşdırmalardakı çətinliklər ərəb istilaları və islamlaşma­
dan  sonrakı  dövrlərə  də  aiddir.  Babək  üsyanının,  Babək 
müharibələrinin qədim Alban torpaqlarının şimal ərazilərini 
əhatə edib-etməməsi haqqında tarixdə heç nə deyilmir. Ancaq 
bu hərəkatın (ondan əvvəl həllacilərin) bu yerlərə təsiri olma­
mış deyil. Bütün bunlar öz yerində. Bəs çətinlik nədədir?
Çətinlik  yenə  də  yazılı  mənbələrin  olmamasındadır. 
Məlumdur ki, bütün islam dünyasında əhalinin adbaad siya­
hıya alınması heç zaman olmamışdır. Və biz heç bir yaşayış 
məskənimizdə ilkin orta əsrlərdə kimlərin yaşadığını öyrənə 
bilmirik. Xristian dünyasında isə bu məsələyə başqa cür ya­
naşma olub: uşaqlar xaç suyuna çəkiləndə kilsə kitablarında 
və  bir  də,  insanlar  vəfat  edəndə  qəbiristanlıq  kitablarında 
qeydə alınıb. Beləliklə də, kilsənin əhatə etdiyi ərazidə kimin 
nə vaxt doğulduğu və nə vaxt vəfat etdiyi ən etibarlı mənbələr 
olmaqla  tarixin  kiçik  və  böyük  səhifələrini  araşdırmaqda 
əvəzsizdir,  qiymətlidir.  Bu  vasitə  ilə  də  Yerfinin  də  adını 
qədim alban yazılı mənbələrində (bunlar isə tək-tükdür) və 
bir də, islamiyyətdən sonra olsa-olsa, vergi siyahılarında tap­
maq  olar.  Türk  sultanlarının  və  fars-iran  şahlarının  işğalı 
dövrləri  də  elə.  Yəni  Yerfinin  tarixini  ümumazərbaycan, 
ümum türk tarixindən ayırıb tədqiq etmək mümkün iş deyil. 
Məsələn,  Yerfi  və  ətraf  türk  kəndlərinin  inanclar  sistemi  və 
mərasimləri bir qədər geniş tədqiqata cəlb olunsa, biz burada 
sivilizasiyamızın islama qədərki bütün inkişaf mərhələlərindən 
qalma  elementləri  açıq-aydın  görərik.  Totemizim,  zərdüş-
dülük,  xristianlıq  dövründən  qalan  inanclar  və  mərasimlər 
(bəzi kəndlərdəki dəfn adətləri) nə qədər islamlaşdırılsa da, 
öz ilkin elementlərini saxlamaqdadır.
Amma xoşagələn odur ki, “Yerfililər” kitabında müəllif əli 
çatdığı  bütün  vasitələrlə  bu  itmiş  tarixi,  Yerfi  üçün  də  olsa 
bərpa etməyə çalışmışdır. Rus işğalından sonrakı dövrləri isə 
dəqiq tarixi mənbələr əsasında araşdırmışdır. Deyim ki, bü­
tün bunlar hamısı ağır zəhmət istəyir. Müəllif könüllü olaraq 
son  dərəcə  əzablı  bir  işə  girişmiş  və  nəticədə  ən  azından 
yerfililər, yerfikökənlilər üçün çox qiymətli bir kitab yazmış­


123
dır. Bu kitab küll halında tarixçi, etnoqraf, arxeoloq, iqtisadçı, 
folklorşünas,  ən  nəhayət  yazıçı-publisist  əməyinin  məh-
suludur. Bütün bunlar tək müəllifin şəxsində cəmləşmişdir. 
İndi  təsəvvür  edin  bu  kitabın  üzərində  illər  uzunu  hansı 
zəhmətlər çəkilmişdir. Müəllifə təşəkkür etmək zamanı gəldi.
***
Hər  bir  insan  özü,  əsli-nəsli  haqqında  çox  şey  bilmək 
istəyir.  İllər  ötdükcə,  yaş  artdıqca  bu  istək  daha  da  çoxalır, 
sanki yurd, torpaq səni çağırır. Bax onda öz elin, oban haqqın­
da çox şey bilmək istəyirsən. Əlindəki kitabın məzmunu və 
mahiyyəti də elə budur. Bu kitab özünü tanımaqda sənə çox 
kömək edəcək. O cümlədən Yerfini görməmiş 3-cü, 4-cü, 5-ci , 
hətta 6-cı, 7-ci nəsil yerfiəsillilər, yerfikökənlilər üçün də bu 
kitab əslə, kökə qayıtmaq yoludur.
Digər tərəfdən, qloballaşan dünyada qloballaşmanın həm 
də  dağıdıcı  zərbələrindən  yerfililərin  qorunma,  istinad 
nöqtələrindən biri də bu kitab ola bilər.
Hər halda Yerfinin qədim tarixində də görkəmli ziyalılar 
olmamış deyillər. Lakin illər, əsrlər boyunca onların hamısı 
unudulub gediblər. Ona görə unudulublar ki, onlardan “yazı” 
deyilən bir şey qalmayıb. Yaddaşlarda qalanlar isə tarix üçün 
çox  da  uzaq  olmayan  200-250  illik  bir  zaman  məsafəsinin 
olaylarının çox cüzi bir hissəsidir. Bu kitab həm də bu cəhətdən 
qiymətlidir:  olan-qalanın  qram-qram,  damcı-damcı  da  olsa 
bir mənbəyə toplanılması! Bəşər tarixində sözdən – əsasən də 
yazılı sözdən uzun ömürlü heç nə yoxdur.
Əziz dost!
Bu kitab sənə çox şey verdi. Səndə özün, əsl-nəslin, ata-ba­
ba yurdun haqqında daha çox şey bilmək həvəsi oyatdı. Və 
sən  həmən  çox  şeyin,  çox  şeyini  bu  kitabda  tapa  bilmədin. 
Çox heyif! Amma indi səndə bir oyanmış yaddaş var. Sən də 
o oyanmış yaddaşın çağırışıyla yola çıx. Bildiklərini yaz. Yaza 
bilmirsənsə,  yaza  bilənə  kömək  et:  arxivlərdə,  digər 
mənbələrdə  işləməsinə,  daha  geniş  məlumat  toplamasına 


 
124
kömək et ki, bu kitabın gələcək nəşrləri daha dolğun, daha 
əhatəli olsun.
Bu  kitab  birbaşa  yerfililərə  ünvanlansa  da,  mahiyyətcə 
Azərbaycanın öyrənilməsinin bir parçasıdır. Deməli, sən bü­
tün mənalarda çox qiymətli bir kitab oxudun.
Hörmətli müəllif, hörmətli Tahir müəllim!
Siz Yerfi kəndinin yetirmələri olan, haqqında kitabınızda 
da böyük məhəbbətlə söhbət açdığınız ən böyük ziyalıların­
dan birisiniz. Siz bütün ömrünüzü kəndin maariflənməsi işinə 
həsr  etmisiniz.  Son  dövr  Yerfidən  çıxan  bütün  ziyalıların 
yetişməsində Sizin böyük əməyiniz, zəhmətiniz var. Siz sıra­
dan bir müəllim deyilsiniz, həm də bacarıqlı tədqiqatçı, gözəl 
qələm sahibisiniz. Mən Sizin ölkə mətbuatında dərc olunmuş 
elmi-pedaqoji, elmi-publisistik yazılarınızı demirəm; təkcə bu 
kitabla öz adınızı Yerfinin bundan sonrakı tarixinə və yadda­
şına heç zaman silinməyəcək hərflərlə həkk etdiniz. Zəhmə-
tiniz böyük, işiniz çox qiymətlidir. Mən Sizə təşəkkür edirəm. 
Çox sağ olun!
Dərin hörmətlə: Tofiq Nurəli
02.09.2012


125
İstifadə olunmuş ədəbiyyat
1.  T.Mustafazadə.  “Quba  əyalətinin  kameral  təsviri”, 
Bakı, “Sabah”, 2008
2.  M.Əliyev.  “Azərbaycan  tatları”,  “MBM”nəşriyyatı, 
Bakı, 2006
3.  A.Bakıxanov.”Gülüstani-İrəm”, “Möminin” nəşriyyatı, 
Bakı, 2001
4.  İ.Hacıniski. “Qubalı Fətəli xan”, Bakı, 1959 
5.  Şahin Fazil Fərzəlibəyli. “Quba tarixi”, Bakı, 2001
6.  ASE. III və VII cildlər.
7.  Ə. Dəmirçizadə. “50 söz” Gənclik, Bakı,1968
8.  A.Axundov.  “Torpağın  köksündə  tarixin  izləri” 
Gənclik, Bakı, 1983
9.  H.Günəşli. “Mənim xatirələrim” Bakı, 2004
10.  Quba şəhidləri. “Azərbaycan” nəşriyyatı, Bakı, 1996
11.  T.Mustafazadə.”Quba xanlığı”, Elm, Bakı, 2005
12.   A.Mirzə. “Xaltanlı Tağı”, Elm, Bakı, 1999
13.   “Azərbaycan yazıçıları”, Nurlar, Bakı, 2011
14.   “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, I və 
II cildlər, Şərq-Qərb, Bakı, 2007
15.    “Azərbaycan  toponimlərinin  ensiklopedik  lüğəti”, 
Azərb. Ensiklopediyası nəşriyyatı, Bakı,1999
16. “Ədəbiyyat” qəzeti. 1991, 29 mart №13
 17.“Ulduz” № 1–2, 1993
18. “Şəfəq”qəzetinin 1976 və 1986-cı il nömrələri


 
126
İstifadə edilmiş saytlar
1.Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirli­
yinin saytı – www.mct.gov.az
2.Azərbaycan  Respublikası  Səhiyyə  Nazirliyi  –  www.se­
hiyye.gov.az
3.Yerfi  silsiləsi  –  www.geonames.org;  www.findzay.eu; 
www.rovshenyerfi.wordpress.com
4.Yerfi  xalçaları  –  www.azerbaijan.az;  www.dayaq.org; 
www.profliqa.blogspot.com
5.  www.az.wikipedia.org  –  Yerfi;  Vaqif  Əlixanlı;  Rövşən 
Yerfi
6. www.courts.gov.az – Əfqan Hacıyev
7. www.e-qanun.az – Niyətşah Nemətov 


127
Kitabın içindəkilər
Bu kitabı yazmağımın səbəbi ......................................................3
Sən! Nəslini tanıyırsanmı? ...........................................................4
Yerfi kəndinin təbiəti ....................................................................5
Yerfinin keçmişi haqqında ...........................................................8
Yerfi kənd ərazisində övliyalar və pirlər .................................29
Yerfi Sovet hakimiyyətinin 1920 – 1950-ci illərində ...............44
Yerfi kəndi 1960 – 1991-ci illərdə ..............................................66
Dərk kəndi haqqında ..................................................................85
Talış kəndi haqqında ..................................................................87
Yerfi müstəqillik dövrünün başlandığı illərdə........................89
Yerfi ərazisində yer adları ..........................................................96
Yerfi ərazisində işlənən dialekt sözlər ......................................98
Nəsil şəcərələri ..........................................................................100
Yerfi lətifələri ..............................................................................109
Son söz əvəzi (T.Nurəli) ...........................................................120
İstifadə olunan ədəbiyyat.........................................................125
İstifadə edilmiş saytlar .............................................................126


 
________________________________
Çapa imzalanıb: 15.10.2012
Ş.ç.v.8, format 60x90

Yüklə 5,68 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə