Hər bir yerfili üçün yazılmış kitab



Yüklə 5,68 Mb.
Pdf görüntüsü
səhifə32/33
tarix18.07.2018
ölçüsü5,68 Mb.
#56457
növüYazı
1   ...   25   26   27   28   29   30   31   32   33

 
114
Əlindəki stəkanı onun qabağına qoyan çayçı Bahadır deyir:
– Aman əmi sən yox, sən yıxan evlər hələ tikilməyib...
Sırıqlı
Abbasəli  təzə  sırıqlı  alıbmış.  Gindahda  oturub  söhbət 
edərkən özündən xəbərsiz sırıqlı çiynindən düşür. Həmkənd-
lisi  Mirabbas  sırıqlını  götürüb  tərsinə  çevirib  geyir  əyninə. 
Abbasəli evə gedib tez qayıdır:
– Gedələr, mənim sırıqlımı görməmisiz? 
Mirabbas əli ilə sırıqlını sığallayıb deyir:
– Abbasəli dayı, bax bu sənin sırıqlın deyil?
– Yox, mənim sırıqlımın rəngi başqadır.
Sonrakı  günlər  də  bu  söhbət  bir-neçə  dəfə  təkrar  olar. 
Abbasəli sırıqlısını tanımaz, “bu mənim deyil” deyir, Mirab­
bas da geyinib gəzərmiş.
Yemiş ək, qarpız əkmə
Kolxozun  bostanında  təcrübə  məqsədilə  qarpız,  yemiş 
əkiblərmiş. Yetişməyə az qalmış bir səhər qaravul kənd soveti 
sədrinə məlumat verir ki, bu gecə qarpız və yemişləri oğurla­
yıblar.  Kənd  soveti  sədri  Gülmalı  kişi  fikirləşir  ki,  bu  işi 
eləyibsə Bəxtiyar eləyib. Bəxtiyarı idarəyə çağırırlar. Nə qədər 
hədələyir, acıqlanırlarsa da Bəxtiyar deyir ki, mən eləməmişəm. 
Gülmalı  kişi  yumşaqlıqla  danışmağa  başlayır,  sözünün  so­
nunda deyir:
– Ay Bəxtiyar, biz o qarpız, yemişi əkmişdik ki, görək bizim 
kəndimizdə  qarpız,  yemiş  yetişirmi?  Hansı  mərdimazarsa 
oğurladı. İndi biz hardan bilək ki, gələn il nə əkək?
Söhbətdən bir qədər yumşalan Bəxtiyar hər şeyi unudub 
birdən deyir:
– Gülmalı dayı, mən deyim də, gələn il yemiş ək, qarpız 
əkmə.
Sən yeyən deyil
Yerfili Cözalı kişi Alatavada dalandar işləyirdi. 1960-cı illər 
idi, altmış manat təqaüdü vardı, altmış manat da işinə görə 


115
alırdı. Allahına şükür edir, qismətinə qail olub yaşayırdı. Bir 
qış günü yolu Təzə bazara düşür. Görür piştaxtada təzə xiyar 
qoyulub. Maraqlanır, ayaq saxlayıb satıcıdan soruşur:
– A bala, xiyar neçəyədir?
Satıcı kişiyə diqqətlə baxır və deyir:
– Əmi, sən yeyən deyil.
Kişiyə bu söz ağır gəlir.
– Niyə mən yeyə bilmərəm? Qiymətini de, çox almaram, az 
alaram.
– Əmi, məni incitmə, sən alanı deyilsən.
Cözalı lap hirslənir. Fikirləşir ki, yayda otuz qəpiyə olan 
xiyar  indi  olsun  beş-on  manat. Acığa  düşüb  heç  olmasa  bir 
kilo alar. 
– A bala, heç olmasa qiymətini de də.
– Qiyməti əlli manat.
Cözalı əlli manat eşidəndə dönüb dinməz gedir. Satıcı gü­
lümsünüb arxasınca deyir:
–  Əmi, gördün  sən yeyən  deyil.  Get,  otuz  qəpiyə olanda 
gələrsən.
Kartof kababı
Bir  gün  meşəbəyi  Maqsud  görür  ki,  tay-tuşları  dağa  ova 
gedir. Həvəslənib onlara qoşulur. Dağda onlar bölünür, hərə 
bir istiqamətə gedir. Qış günü, dağa nabələd. Maqsud elə bir 
yerə çıxır ki, aşağı baxanda qorxur, yuxarı da dırmaşa bilmir. 
Yaxınındakı kola sığınıb qalır. Bir azdan onu soyuq alır. Hətta 
səsi çıxmır.
Bir neçə saatdan sonra bir yerə yığışan ovçular Maqsudu 
görmürlər. Onu axtarmağa başlayırlar. Nəhayət tapırlar. Biri 
yuxarı  dırmaşıb  Maqsuda  aşağı  düşməyə  kömək  edir. 
Görürlər ki, Maqsudu soyuq alıb, tonqal qalayırlar.
Bir azdan özünə gələn Maqsud deyir:
– Mənə deyən gərək, a köpəyoğlu, neynirsən kəl kababını, 
vur qartuşka kababını, yat isti pilətənin dibində.


 
116
Cuhud Teymur
Montyor Teymur üçüncü qrup əlil kimi pensiya aldığından 
hər il həkim yoxlamasına gedirmiş. Hər dəfə pul alır, onun 
əlilliyini təsdiq edirlərmiş. Növbəti ildə də Teymur komissiya 
olanda  bir  yəhudi  həkimdən  keçməli  olur.  Həkim  onun 
sənədlərinə baxır və deyir:
– Çıxar görək.
Teymur on manat qoyur stolun üstünə. Həkim deyir:
– Bu nədi? Əməlli pul ver.
Teymur onluğun üstünə üç manat da qoyur.
– Dedim pul ver, xırda-xuruş yox.
Teymur bu dəfə bir manat verir. Həkim deyir:
– Əyə, sən nə cuhud adamsan?
– Adını mənə qoyma.
– Bizim adımız cuhuddur, sən xalis cuhudsan.
Sonralar həkim nə vaxt Teymuru görsə deyərmiş: “Cuhud, 
xoş gəlmisən”.
Mən belə yığıram
Kənd  sovet  sədrləri  rayona  iclasa  gedirlərmiş.  Yerfinin 
sədri Ramazan Afurca kəndinin sədri İbrahimxəlil müəllimlə 
rastlaşır. Bir-birindən hal-əhval tutanda müəllim soruşur:
– Mazan, mən vergini yığa bilmirəm. Sən onu necə yığır­
san?
–  Öyrənərsən,  –  deyə  Ramazan  cavab  verir.  Bir  azdan 
məlum olur ki, iclas günortadan sonra olacaq. Ramazan deyir:
– Gedək iclasacan çörək yeyək.
– Mazan, əvvəldən deyim mənim pulum yoxdur.
Eybi yoxdur, gəl gedək, pul tapılar.
Yeməkxanada nə lazımsa Ramazan sifariş eləyir. Çörək ye­
yilib qurtaranda Ramazan cəld qalxıb deyir:
– Müəllim, mən getdim, pulu ödəyib gələrsən.
Camaatdan eyibdir deyə müəllim səsini qısıb onu səsləyirsə 
də Ramazan geri baxmadan çıxır.
Müəllimin çarəsi kəsilir, bir tanışdan pul alıb yeməkxananın 
pulunu ödəyir. Günortadan sonra iclasa gələndə İbrahimxəlil 
müəllim acıqlı deyir:


117
– Mən sənə demədim ki, pulum yoxdur, niyə belə elədin?
Ramazan gülərək deyir:
–  Müəllim,  sən  dedin  ki,  vergiləri  necə  yığdığını  mənə 
öyrət. Camaat da sənin kimi deyir pulum yoxdur. Amma mən 
belə alıram.
Bəşir ölüb
Bəşir kişi Qayadalıda dana saxlayırmış. Qocaldığı üçün bir 
neçə  dəfə  kolxozun  sədrinə  deyir  ki,  mən  işləyə  bilmirəm. 
Yerimə adam tap. Sədr də deyirmiş:
– Bəşir dayı, bir az gözlə, adam tapacağam.
Amma adam tapılmır. Bəşir kişi bir gün yenə əlacsız qalıb 
kolxoz idarəsinə sədrin yanına gedir, yumşaq səslə deyir:
– Ay sədr, sən allah, danaya bir yiyə duran tap, mən dalın­
ca qaça bilmirəm.
Sədr də adam tapa bilmədiyi üçün Bəşiri dilə tutur:
– Bəşir dayı, bizim sənsiz işimiz keçmir. Sən gəl bizi çıxıl­
maz vəziyyətə qoyma. Bir az da səbir elə.
Bəşir görür ki, sədr ondan əl çəkməyəcək. Əl ağacını yerə 
atıb uzanır döşəmədəki xalçanın üstünə, deyir:
– Fatihə, Bəşir ölüb, get heyvanına yiyə tap.
Cərimə
Bir gün Talış kəndinin eşşəkləri əkinə girir. Qarovul hey­
vanları parağa gətirir və idarəyə məlumat verir. Direktor əmr 
yazıb heyvan sahiblərini cərimə edir. Bir qoduqlu eşşək dul 
arvadın  imiş.  Arvad  cəriməni  verə  bilməyəcəyini  görüb 
idarəyə gəlir və sovxoz direktoruna deyir:
–A direktor, paltarüstü məclisinə gedən bir arvadın yanın­
da bir uşaq getsə və hər ikisi yesə, pulu tək arvaddan alırlar, 
yoxsa uşaqdan da?
Direktor deyir:
– Arvaddan.
– Bəs elədirsə, niyə mənim həm eşşəyimi, həm də qoduğu­
mu cərimə etmisən?
Direktor gülür. Tapşırır ki, arvadın heyvanlarını cərimə al­
madan buraxsınlar.


Yüklə 5,68 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə