Hər bir yerfili üçün yazılmış kitab



Yüklə 5,68 Mb.
Pdf görüntüsü
səhifə31/33
tarix18.07.2018
ölçüsü5,68 Mb.
#56457
növüYazı
1   ...   25   26   27   28   29   30   31   32   33

 
110
Eşşəyin işi yoxdur
1991-ci ilin sonları idi. Ölkədə vəziyyət pis idi. Un qıtlığı 
yaranmışdı.  Rayondan  mağazaya  un  gətirən  maşın  az-az 
gəlirdi.  Gələndə  də  camaat  maşına  elə  cumurdu  ki,  heç  on 
dəqiqə keçməmiş maşın boşalırdı. Yenə un maşını gəlmişdi. 
Kimi bir kisə, kimi iki kisə qamarlayırdı. Səadət qarı da gücü 
çatmadığından bir kisəni məngirləyib üstündə oturur. Adam­
ların kimi at, kimi əl arabası, kimi ulaqla un kisələrini evinə 
aparır. Ara sakitləşir. Səadət görür kəndçilərindən biri eşşəyə 
dirsəklənib bekara durub. Yaxınlaşıb deyir:
– A qardaş, eşşəyi ver mən də unumu aparım.
– Dayan görək, mənim mağazaçı ilə işim var.
Sənin işin var də, eşşəyin ki, işi yoxdur...
Səsi Qaradağdan gələr
Səadətin kürəkənini həbs edirlər. Briqadir Səadətdən soru­
şur:
– Ay Sədət, Əlicandan nə xəbər? Elə naxıra gedəndə mən 
həmişə öyüd-nəsihət verərdim. Bilmirəm niyə belə oldu?
Səadət deyir:
– Sənin kimi müəllimi, Şura kimi anası, Sədət kimi qayna­
nası olanda Əlcanın səsi Qaradağdan gələr.
 Kol bağla
Kəndimizin  söz-söhbəti  ilə  seçilən  adamlarından  biri  də 
Əlheydər olmuşdur.
İsti yay günlərindən birində kəndin içi ilə toz edərək gedən 
bir maşına əl eləyib saxladır və sürücüyə deyir:
–Ay  oğul,  görmürsən  təkərlərin  altından  necə  toz  qalxır? 
Maşının arxasına bir kol bağla ki, təkərdən qalxan tozu yatırsın.
Əlheydəriyyə
Başqa kəndə toya getmiş Əlheydərgilin oturduğu süfrənin 
yaxınlığında  molla  dəstəsi  oturubmuş.  Əlheydərgil  içir  və 
ucadan danışırmış. Mollalardan biri ucadan söyləyir ki, bun­


111
lar Sirat körpüsündən keçə bilməyib cəhənnəmlik olacaq in­
sanlardır. Əlheydər eşidir və mollalara deyir:
–Müsəlman müsəlmana qardaşdır. Xüsusilə Allaha xidmət 
edən siz mollaların borcudur ki, o çətin məqamda müsəlman 
qardaşına  kömək  etsin.  Lazım  gəlsə  o  körpüdən  lap  dalına 
alıb keçirsin.
Mollalardan biri hirslənir:
– Sən nə danışırsan, sən bu dediklərini nəylə əsaslandırırsan?
–  Mən  bunları  “Əlheydəriyyə”  kitabında  oxumuşam,  – 
deyə Əlheydər cavab verir.
– Elə kitab yoxdur, hardadır o kitab?
O kitab məndə var, verərəm oxuyarsan.
Əlheydər  kəndə  gələndən  iki  gün  sonra  yerfili  molla 
Əlheydərə bildirir ki, filan kənddən molla xəbər yollayıb kita­
bı istəyir. Əlheydər gülür. Axı belə bir kitab yoxdur.
 Cəhənnəmə gedəcəyəm
Uzun  müddət  kənd  sovetinin  katibi  işləmiş  Əlheydəri 
təqaüdə çıxandan sonra kəndin mollası olmağa razı salırlar. 
Kəndin mollası rəhmətə getmişdi, Əlheydər isə ərəb əlifbası 
ilə  oxumağı  bacarırdı.  Əlheydər  yas  məclislərində  deyərdi: 
“Bütün vəzifəli şəxslər və mollalar cəhənnəmlikdir”. Ondan 
soruşanda ki, sən cənnətə getmək istərsən, yoxsa cəhənnəmə? 
O deyərdi:
–  Bütün  varlı  adamlar  cəhənnəmdə  olacaq,  kasıblar 
cənnətdə. Mən bu dünyamda kasıbların arasında yanmışam. 
İstəyirəm ki, heç olmasa o dünyada varlıların yanında olum.
Öz ölülərim üçün ağlaram
Aşura  gününə  az  qalırmış.  Quba  –  Yerfi  marşrutunda 
işləyən sürücü Vaqif təzə mollalığa başlayan Əlheydərə deyir:
– Molla adamsan, sən də get Aşurada iştirak elə.
Əlheydər deyir:
– Mənə nə düşüb ki, əlli kilometr Qubaya, əlli kilometr də 
geriyə yol gedib Ərəbistanda ölənlər üçün ağlayım. Ağlamaq 
istəsəm kəndin qəbiristanlığına gedib öz ölülərim üçün ağla­
ram.


 
112
Ölən deyillər
Bir  gün  Əlheydər  Qonaqkəndə  gedir.  Görür  ki,  divarın 
dibində  beş-altı  yaşlı  kişi  oturub.  Yaxınlaşıb  görüşür.  Hal-
əhval tutur. Qocalardan biri deyir:
– Nə olacaq? Arvadsız qalan kişilərik. Bir fikirləş ki, bizim 
günümüz necə olar?
Əlheydər deyir:
–  Sizə  əcəb  olub.  Kişinin  iki  arvadı  olar,  biri  öləndə,  biri 
qalar.
–Belə ağıllısan bəs sən niyə ikisini almamısan?
–Mənim  arvadım  talışlıdır.  Onlar  da  elə  bir  sortdular  ki, 
ərləri ölməmiş ölən deyillər.
Piriyə salam de (Vurma, pulunu al)
Yerfinin ilk sürücülərindən biri də Səttər olmuşdur. 1950-ci 
illər  imiş.  Səttərin  böyük  qardaşı  Piri  vəzifəli  olmuşdur. 
Səttərin təzə gətirdiyi maşına kim minirsə düşəndə deyir:
– Çox sağ ol. Piriyə salam de.
Bir neçə gün də keçir. Maşına minən “Piriyə salam de” de­
yib  düşüb  gedir.  Səttər  də  qardaşının  xətrinə  dillənmir.  Bir 
gün qonşu kəndlərin birndən tanımadığı bir nəfər xeyli ava­
danlıqla maşına minir. Mənzil başına çatanda Səttər gözləyər 
ki, bu adam pul verər. Amma bu da avadanlığını götürdükdən 
sonra deyir:
– Piriyə salam de.
Səttər hirslənir. Az qalır kişini vursun. Deyir:
–  Sən  hansı  Piridən  danışırsan?  Pirinin  də  atasına  lənət, 
sənin də. Pulumu ver.
Kişi təəccüblənir və deyir:
– Ay qardaş, vurma, pulunu al.
O  gündən  kim  maşına  minsə,  sakitcəsinə  çıxarıb  pulunu 
verir.
Maşında yer varsa...
Səttər rayon mərkəzindən kəndə gəlməli imiş. Bazarda İsa 
kişi ilə rastlaşır. Yerfi bəylərinin nəslindən olan İsa kişi Quba­


113
da kasıbçılıqla yaşayırdı. Səttərdən hal-əhval tutub kənddəki-
lərin vəziyyətini, o cümlədən kənddə yaşayan qardaşı Bala-
bəyi xəbər aldıqdan sonra deyir:
–  Səttər,  maşınında  yer  varsa  iki  kiloqram  qənd  alım 
Balabəy üçün apar.
Axırıncı avtobus getdi
Kənd  çayxanasında  bir  dəstə  məclis  qurub  yeyib-içirdi. 
Məğribə yaxın məclis dağılır. Hamı gedir. Biri o qədər dəm-
lənir ki, oturduğu stoldan qalxa bilmir. Bir az ayıq olanlardan 
biri qonşuluqdan bir əl arabası gətirir. Sərxoşu arabaya uza­
dıb evinə aparırlar. Çayxananın bayırında oturub baş verənləri 
izləyən Səttər deyir: 
– Axırıncı avtobus da getdi. Biz də gedək.
Bir adam tap mindir
Rayon rabitə şöbəsindən kənd rabitə şöbəsinə zəng gəlir. 
Telefonda bir gənc iddialı səslə soruşur:
– Kimdir?
– Müdir, – deyə Əlişan müəllim cavab verir.
– Müdir kimdir?
– Əlişan müəllim.
– Hansı Əlişansan?
– Həsənli Əlişan Məcid oğluyam, Yerfi kənd rabitə şöbəsinin 
rəisi, – deyə acıqla cavab verir.
– Neyləyim rəissən, gəl min mənim boynuma.
– Ay bala, uzaq yoldur, yaşlı adamam, mən gələ bilmənəm. 
Sən orda bir adam tap mindir boynuna...
Sən yıxan evlər tikilməyib
Kənd sovetinə sədrliyinə namizədlər çayxanada müzakirə 
edilərmiş. Kimin adı çəkilirsə, ona nöqsanlar söylənilir, layiq­
li adam tapılmır. Bu vaxt çayxanaya təzəcə girib çay gözləyən, 
müharibə dövründə kənd soveti sədri işləyən yaşlı bir yerfili 
deyir:
– Adam mən, qoysunlar işləyim.


Yüklə 5,68 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə