Hər bir yerfili üçün yazılmış kitab


partiyasının sədri olmuşdur. Gözəl ar­



Yüklə 5,68 Mb.
Pdf görüntüsü
səhifə26/33
tarix18.07.2018
ölçüsü5,68 Mb.
#56457
növüYazı
1   ...   22   23   24   25   26   27   28   29   ...   33

87
Quba rayon Müsavat partiyasının sədri olmuşdur. Gözəl ar­
zulu,  mənəviyyatı  maddiyyatdan  üstün  tutan  Mirzəxan 
müəllim erkən mənəviyyat dünyasına qovuşmuşdur.
Sovet  hakimiyyəti  illərində  Dərk  kəndindən  də  xeyli 
köçənlər  olmuşdur.  Cərrah  Mahmudov  Əlisəfa,  Politexnik 
institutun müəllimi Xanbabayev Əmrulla, İnşaat universiteti­
nin müəllimi Rafiq Mahmudov, Rabitə texnikumunun direk­
toru  Əmirşah  Əliyev,  Bakı  plan-iqtisad  Texnikumunun 
müəllimi Qardaşəliyev Ayətşah, əməkdar müəllim Ələnurov 
Ələnur və başqalarını misal göstərmək olar.
Dərklilər arasında musiqiyə meyilli adamlar da olmuşdur. 
XX  əsrin  əvvəllərində  aşıq  Hacverdi  Babalı  olmuşdur.  Res­
publikada tanınan məşhur müğənni, abır-həyası və istedadı 
ilə seçilən Zülfiyyə Xanbabalının babası İsabala dərklidir.
Dərk sözünün mənası haqqında fikirlər müxtəlifdir. Azər-
baycan toponimlərinin ensiklopedik lüğətlərində (1999, 2007) 
Dərk sözü bənd, barı mənasında, yaxud bənd, körpü məna-
sında izah edilir. Guya Dərkə bəzən Dərgəvar da deyir lərmiş 
ki, bu da bəndin qarşı tərəfi mənasındadır.
Məncə, bu sözün mənasını başqa dillərdə axtarmaq lazım 
deyil.  Kəndin  yanındakı  yüksəklik  Sirt  adlanır.  Bu  da  türk 
dilində çiyin mənasındadır. Həqiqətən də o yüksəklik çiyin 
kimi kəndin şərqində uzanmışdır. Dərkdə yer adlarının əksəri 
türk  dilindədir.  Odur  ki,  Dərk  sözünü  öz  bildiyimiz  dərk 
etmək kimi də başa düşmək olar.
Talış kəndi haqqında
 Talış kəndi Baba çayın axarınca Dərkdən bir kilometr aşa­
ğıda, qayaların arasında yerləşir. Kəndin adı bu yerin ilk saki­
ninin kimliyini bildirir. Maraqlıdır ki, nə bu kəndin ərazisində, 
nə də sakinlərinin dilində talışca söz yoxdur. Əksinə, qonşu 
Yerfi kəndində yer adlarında ərəb, fars mənşəli sözlər varsa 
da, Talışda olan adlar daha çox türk mənşəlidir. Görünür ki, 
Talışda məskunlaşma Yerfi və Dərkə nisbətən sonra baş ver­
mişdir. (Bax: şəkil 5)


 
88
Mənbələrin verdiyi məlumatlara görə, talışlar Azərbaycanın 
ayrı-ayrı ərazilərinə XV əsrin ikinci yarısından, Səfəvi qızıl­
başların  hakimiyyət  uğrunda  Ağqoyunlu  dövləti  ilə  müba-
rizəsi dövründə Səfəvilərə hərbi qüvvə sarıdan kömək etməsi 
ilə  əlaqədar  olaraq  yayılmışlar.  Qeyd  edək  ki,  Talışda  yaşa­
yanlar sünni məzhəbidirlər. Ümumiyyətlə, dağlıq ərazilərdəki 
kəndlərdə şiəlik yayılmamışdır.
Talış kəndi uzun müddət Buduq naiblərinə məxsus olmuş­
dur. T.Mustafazadə “Quba xanlığı” kitabında yazır: ” Buduq 
naiblərinə irsi məxsus olan iki kənd Talış və Buduq kəndləri 
də  xəzinənin  xeyrinə  heç  bir  vergi  və  mükəlləfiyyət  yerinə 
yetirmirdilər (səh. 67).
Talış  kəndinin  yaxınlığında  bir  pir  var.  Ona  Molla  Xəlfə 
baba deyirlər. Molla Xəlfə baba Şamaxının Talış Nuru kəndin-
dəndir. Talış Nuru kəndində Molla Xəlfə babanın əqrəbasından 
qalmaqdadır. Güman ki, Molla Xəlfənin bura gəlişi bu kənddə 
dostu  və  ya  əqrəbasından  olması  ilə  bağlıdır.  Bu  pirə  ziyili 
olan adamlar gəlir. Pirin üstündəki kolların tikanlarından qo­
parıb ziyilə taxırlar. Bir neçə gündən sonra ziyillər tökülür. 
Ona görə də bu pirə Ziyil piri də deyirlər.
Talış kəndinin nurani şəxslərindən biri Hacı Məmmədəlidir. 
Deyilənə görə kəramətli şəxs olmuşdur. Yaşlı talışlılar söyləyir 
ki, bir gün Hacı Məmmədəli məsciddə camaatla namaz qılır­
mış. Səcdəyə gedənlər qalxanda görürlər ki, hacı səcdədə qa­
lıb. Hacı səcdədən gec qalxar. Namaz bitdikdən sonra soru­
şarlar ki, ay hacı, nə olmuşdu ki, səcdədə qaldın? Hacı deyər:
–Sərkar  kişinin  dərz  kirşəsi  aşırdı,  məni  köməyə  çağırdı. 
Onun kirşəsinə dayaq oldum.
Eşidənlər  arasında  inanmayan,  şəkk  edənlər  də  olur. 
Həmin adamlar Sərkarı axtarırlar. Sərkar işdən gələndə onu 
sorğu-suala tuturlar. Məlum olur ki, həqiqətən onun kirşəsi 
aşası  olub,  o  anda  “Ya  hacı  baba,  sən  kömək  ol”  demişdir. 
Kirşəni Sərkar salamat gətirə bilib.
Şübhəsiz,  bunu  təsadüf  hesab  edib  o  vaxt  inanmayanlar 
olub,  bu  gün  də  olacaq.  İnsan  xilqəti  belə  yaranıb.  Yasin 
surəsinin otuzuncu ayəsində Allah inamı zəif insanlara deyir: 


 
 
 


 


Şəkil 1. Y
erfi kəndi


 
Şəkil 2. Nohurdüzü kəndi


Şəkil 3. Qay
adalı kəndi


 
Şəkil 4. Dərk kəndi


Şəkil 5. T
alış kəndi


 
Şəkil 6. Mirzəxan bulağı


Şəkil 7. Oydəh şəlaləsi


 
Şəkil 8. Vərov bulağı


Şəkil 9. Xalq rəssamı Maral Rəhmanzadənin 1967-ci ildə çəkdiyi “Y
erfi” rəsmi  


 
Şəkil 10. “
Afurca şəlaləsi”. Maral Rəhmanzadənin Əlövsət Haşımov
a hədiyyə etdiyi şəkillərdən   


Yüklə 5,68 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə