Hər bir yerfili üçün yazılmış kitab



Yüklə 5,68 Mb.
Pdf görüntüsü
səhifə28/33
tarix18.07.2018
ölçüsü5,68 Mb.
#56457
növüYazı
1   ...   25   26   27   28   29   30   31   32   33

93
Hər il bayram vaxtı şəhid qəbirləri ziyarət edilir. Onların haq­
qında “Millət”, “Şəfqət” “Şəfəq” qəzetlərində yazılar getmiş, 
“Quba şəhidləri” adlı kitabda məqalələr verilmişdir.
Döyüşlərdə  Məhərrəmov  Qoşqar  itkin  düşmüş,  Ağakişi­
yev Nəzər, Məmmədov Bayram, Şalyarov Faiq müharibə əlili 
olmuşlar.
Qarabağ  uğrunda  mübarizə  davam  edir.  2012-ci  ildə 
kəndin  bir  övladı  da  –  Rişanov  Mirzəməhəmməd  də  şəhid 
oldu.
Yerfi  kəndinin  ağır  günləri.  1991-ci  ildən  sonra,  ölkənin 
müstəqilliyə qədəm qoyması ilə Yerfidə yaşayış çətinləşməyə 
başladı. Un, qənd, çay, yağ – əsas istehlak məhsullarının baha­
laşması kəndlinin dolanacağına zərbə vurdu. Cavan ailələrin 
bir qismi Quba-Xaçmaza, digəri Sumqayıt – Bakıya, bəziləri 
isə Rusiyaya getdi. Birdən-birə otuza yaxın evin qapısından 
kilid asıldı. Bu kiçik dağ kəndi üçün ağır dərd idi.
İstehsal münasibətləri dəyişilirdi. Əmlak sahibləri meyda­
na gəlirdi. Səhvlər yenə təkrar edilirdi. Sovet quruluşu yara­
nanda  varlıların  təsərrüfatı,  evi  dağıdılırdı,  indi  isə,  Sovet 
təsərrüfatına aid olanlar dağıdılırdı. Yerfidə, Dərkdə tövlələr 
dağıdıldı, motorlar mənimsənildi, elektrik dəyirmanı, ferma­
lara  qoyulmuş  transformatorlar,  torpaq  altındakı  borular, 
hətta  qışlaqda  çoban  evlərinə  çəkilmiş  elektrik  xətləri  və 
dirəklər mənimsənildi. Elə bil “kim çox çırpışdıracaq” yarışı 
gedirdi. Bir-birinin əlində olanları da kim güclüdürsə alırdı. 
Dağ kəndinə yaraşıq olan 2-3 hektarlıq bağlar da meşə mate­
rialına döndərildi. Qoruq saxlanılmadı. Qayadalı meşəsi qırıl­
dı, Quləh qoyun yatağına çevrildi. Vaxtilə 10-12 min qoyun 
saxlanılan əraziyə hər yay 25 minə yaxın qoyun yerləşdirildi. 
Anbar  qapıları,  tibb  məntəqəsinin  qapısı  qoparıldı.  Rabitə 
şöbəsi, tibb məntəqəsi, kitabxanalar, mədəniyyət evi, klublar 
adı  var,  özü  yox  vəziyyətinə  düşdülər.  Kəndə  vəzifəli  şəxs 
seçiləndə sovet dönəmindəki kimi iş bacaran, canıyanan adam 
axtarılmırdı. Kimin əmlakı varsa, o seçilirdi. Vəzifə alanlarsa 
kənddə oturmurdu. Şəhərdə oturub ayda bir dəfə kəndə baş 
çəkirdi.  Keçmiş  Qonaqkənd  rayonu  ərazisindəki  kəndlərin 


 
94
hər  birində  belə  vəziyyət  var  idi.  Bunu  rayon  rəhbərliyi  də 
bilirdi.  Kənd  icra  nümayəndəsindən  biri  gülə-gülə  deyirdi: 
“Başçı bizə deyir ki, gedin hərdən o kəndlərdən xəbər bilin, 
bir də görərsiniz ki, Dağıstan gətirib bayrağını sancıb ki, bura 
bizimdir.”
Çətin  illərdə  yerfililərin  bəxti  gətirmişdi  ki,  tale  Ərəstun 
həkimi  Gəncədən  babasının  yurduna  qaytarmışdı.  Vəziyyət 
nisbətən yaxşılaşanda, o da öz yerinə qayıtmalı oldu. 
90-cı illərin məktəbə də təsiri oldu. Bir neçə cavan müəllim 
də köçdü. Şagird sayı azaldı, məktəb doqquzillik oldu. Qonşu 
kəndlərdə də uşaq sayı kəskin şəkildə azaldığından ölkədəki 
vəziyyətin çətinliyindən internat da işləmədi.
Camaat çörək üçün işləyirdi. Qazandığı dolanacağına sərf 
olunurdu. Çatdıra bilməyənlər arpa çörəyi yeyirdi. Dərkdə və 
Yerfidə su dəyirmanları işə salındı.
Ölkə  keçid  dövrünü  yaşayırdı.  Yeni  quruluş  yaranırdı. 
Nəhayət,  2000-ci  illərdə  vəziyyətdə  dəyişiklik,  dirçəliş  hiss 
olunmağa başladı. Telefon avtomatlaşdırıldı, 2006-cı ildə isə 
elektron ATS quruldu. (Bu sıradan 2011-ci ildə əraziyə mobil 
şəbəkə də gəldi.) Kənddə bir neçə qoyunçuluq təsərrüfatı ya­
randı.  Təəssüf  ki,  böyük  fermaları  dağıtmaq  əvəzinə  saxla­
maq, qaramal təsərrüfatı yaratmağı bacaran oğullar olmadı. 
Qayadalı kəndinin 15 yaşlı nümayəndəsi Xəyal Haşımov da 
baş verənlərə münasibətini bildirdi:
 Haram – halal
Çörək ən gözəl nemətdir,
Halallıq sözü hikmətdir.
Haram gələr, tez də gedər,
Düz yaşamaq səadətdir.
 
Həyat səhnə – biz tamaşa,
 
Halal – haram olmaz qoşa.
 
Haram yeyən çatmaz başa
 
Halal zəhmət bərəkətdir... 
 


95
 Bütün yerfililərə müraciət!
Müstəqilliyimizin  20-ci  ildönümünü  qeyd  etdik.  20  ildə 
Yerfidə nə tikilib? Yol təmir edilibmi? Fərq nədir? 5-10 nəfər 
köhnə, işlənmiş “Niva” maşını alıb.
Eynulla oğlu Səftəri unutmazsınız. Allaha inamı var. Ona 
görədir ki, Krımda olsa da pul göndərib Molla Əli körpüsünü 
təmir  elətdirib.  Əla  olmasa  da Ağbulaq  suyunu  kəndə  çək-
dirib.  Bəziləri  fikirləşə  bilər:  “Mənə  nə  sərf  eləyir,  kimlər 
üçünsə pul xərcləyim?”
Allahı sevən adam belə deməz. İmanlı şəxs nə eləsə Allah 
rizasına edər, bəndələri fikirləşməz. Məscid binası uçur, tibb 
məntəqəsi  dağılıb.  İnternat  binasının  əsaslı  təmirə  ehtiyacı 
var. Kənarda yaşayan yerfililərin boş qalmış evləri pis vəziy-
yətdədir.
İnsanın gözü heç vaxt doymayıb. Heç kəs heç nə aparma­
yacaq. Kənarda tikdiyiniz evlərə çəkdiyiniz xərcin ondan biri­
ni  ata  mülkünə  çəkin.  Övladının  nadincliyinə  görə  10  min, 
hətta 20 – 30 min ziyana verən adamlar ata yurduna 2-3 min 
xərcləməyə  əli  gəlmirsə,  doğma  kəndi  üçün  nəsə  edəcəyini 
düşünməyə dəyməz. Belələri Allahı da öz canları, öz sərvətləri 
xətrinə istəyərlər. Allahı sevən, Allah rizasına çalışar. İldə heç 
olmasa bir dəfə ata-ananızın qəbirlərini ziyarət edib, uşaqlığı­
nızı keçirdiyiniz evdə bir həftə yaşayın. Qoy valideynlərinizin 
ruhu şad olsun. Bu müvəqqəti və fani dünyadan dörd əlli ya­
pışmayın. Dildə yox, ürəklə Qurana inanırsızsa, orda deyilən 
“Bu dünya sizin əkin yerinizdir” cümləsini unutmayın. Yəni 
bu dünyadan əməllərinizin məhsulunu, əvəzini əbədi dünya­
da görəcəksiniz... 
Sözlərimdən inciməyin. Siz bu ata yurdlarını illər ötdükcə 
unudursunuz, mən isə hər gün işığı yanmayan, tüstüsü çıx­
mayan bu evləri kədərlə seyr edirəm.
Az danışmaq daha gözəldir. Sağ olun!
 


Yüklə 5,68 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə