Hər bir yerfili üçün yazılmış kitab



Yüklə 5,68 Mb.
Pdf görüntüsü
səhifə12/33
tarix18.07.2018
ölçüsü5,68 Mb.
#56457
növüYazı
1   ...   8   9   10   11   12   13   14   15   ...   33

39
Atışmadan bir neçə gün sonra Əlibəy Zizikiski 200 nəfər 
adam ilə, hörmətli din nümayəndələri ilə cümə günü Yerfiyə 
gəlir. 500 ailəlik kənd və icmaya aid digər kəndlərdən namaza 
gələnlər məscidə yığışır. Cümə namazından sonra Zizikski çı­
xış edir, kəndin hacısını, əfəndisini, ağsaqqalını töhmətləndirir. 
Hər iki tərəfi çağırtdırıb dava etməyəcəkləri üçün Qurana and 
içdirir. 
Yerfi bəylərinin haradansa gəldiyi, gəlmə olduğu deyilmir. 
Yalnız  buduqlu  alim  Vaqif  Piriyev  “Buduq  və  buduqlular” 
əsərində Yerfi bəylərini də öz adlarına çıxır. Əvvəldə dediyim 
kimi,  tat  alim  Məhəmməd  Əliyev  Yerfini  tat  kəndi  hesab 
elədiyi sayaq, buduqlu alim də Yerfini az qala buduqlulaşdı­
rır. V.Piriyevin göstərdiyi mənbədə (Quba, fond 114...) 1936-cı 
ilə aid kənd sovet kitablarından başqa heç nə yoxdur. Kənd 
sovet kitablarında isə Buduqda yaşayan əhalinin siyahısı və 
məşğuliyyəti,  evi,  torpağı  və  təsərrüfatı  haqqında  məlumat 
verilir.
Yerfinin  varlı  adamları.  Yerfidə  çox  zəngin,  hədsiz  varlı 
adamlar  olmayıb.  Başqalarına  nisbətən  bu  gün  idarə  binası 
olan Şıxməmməd oğlanlarının evi, Molla Cabbar və Mirzənin 
evləri  fərqlənir.  Əfəndilər,  hacılar,  vəzifə  sahibi  olanlar 
müəyyən qədər əmlaka yiyələnmişdilər. Bu əmlak da əsasən 
torpaq,  qoyun,  mal-qaradan  ibarət  idi.  Belə  əmlak  usta 
Kərimin oğlanları Nəcməddin, Kamal və Şərafətdində də ol­
muşdur. Müsavat dövründə Nəcməddin yüzbaşı olmuşdur. 
1917-ci ildə Hacıbala, ondan əvvəl 1916-cı ildə isə Vəli oğlu 
Cabar  yüzbaşı  olmuşdur.  Yüzbaşı  seçki  yolu  ilə  seçilirmiş. 
Seçkiyə nəzarət üçün naçalnik də gəlirmiş. 1916-cı il seçkisində 
namizədlərdən  biri  Hacıbala,  digəri  Cabar  imiş.  Cabar 
nisbətən varlı idi. Əvvəlcədən işin yaxşı tutur. Naçalnik ona 
tərəf  imiş.  Qayda  belə  idi.  İki  sərnic  qoyulur,  hərəsi  bir 
namizəd üçün. Bir qabda da qoz qoyulur. Seçicilər yaxınlaşıb 
qozu götürür, kimə səs vermək istəyirsə onun sərnicinə atır. 
Adamların  çoxu  Cabara  səs  verir.  Zalı  adlı  kişiyə  (Molla 
Bəbirin qayınatası) növbə çatanda yaxınlaşıb bir qoz götürür 
və deyir: ”Mənim payıma bir qoz düşür, atmıram, mən sındı­


 
40
rıb yeyirəm.” Zalı kişi qozu sındırıb yeyir. Naçalnik acıqlanır, 
əmr  edir  ki,  Zalı  kişi  seçkini  pozur,  vurun.  Zalı  kişini  elə 
döyürlər ki, bir ay xəstə yatır.
 XX əsrin əvvəllərində qonaqkəndli Məmməd bəy Günəşin 
nəvəsi İskəndərin natiqliyini, nəcibliyini bəyənib özü ilə Pe­
terburqa  aparır.  İskəndər  orada  rus  dilini  öyrənir.  Kəndə 
gələndə samovar və neft lampası gətirir. Çıraqla dolanan ca­
maat neft lampasının və samovarın tamaşasına gəlir. İskəndər 
Talabı, Zərqova, Çiçi, Afurca, Xaçmaz (o vaxt kənd olmuşdur) 
kəndlərində qulluqda olmuşdur.
Yerfinin aşıqları. XIX əsrin sonları, XX əsrin əvvəlləri Yer­
finin inkişaf dövrü olmuşdur. Bu dördə dini təhsil güclü oldu­
ğu  kimi,  el-obanın  konsertini,  teatrını  əvəz  edən  toy 
məclislərinin  çalğıçı  dəstələri,  aşıqları  da  öz  qabiliyyətlərini 
inkişaf etdirir, ustalıqları ilə fərqlənirdilər. Yerfi kəndini tanı­
dan,  qonşu  kəndlərin  məclislərini  də  yola  verən  aşıqlar 
fəaliyyət  göstərirdilər.  Aşıq  Əlosman,  Aşıq  Mehralı,  Aşıq 
Hətəm, Aşıq Mehdiqulu, Aşıq Eynal və başqaları yaddaqalan 
aşıqlardır.
Aşıq  Əlosman  günəşlilərdəndir,  aşıqlıq  sənətindən  tez  əl 
çəkmiş, kəndxuda seçilmişdir. Deyilənlərə görə, otuz ilə yaxın 
kəndxuda olmuşdur. Aşıq Eynal qonşu kəndlərdə də məclis 
aparan bir aşıq olmuşdur. Hələ cavan ikən Qarxun kəndində 
məclislərin  birində  Bənövşə  adlı  bir  qızı  bəyənmiş,  onunla 
ailə  qurmuşdur.  Aşıq  Eynal  dini  mükəmməl  bilmiş, 
məclislərdə dinlə bağlı fikirlərin, eləcə də tanrıçılığın təbliğinə 
üstünlük  vermişdir.  Bu  dövrdə  Quba  xanlığında  fəaliyyət 
göstərən aşıqların repertuarında Xaltanlı Tağının (1800–1906) 
təsiri güclü olmuşdur. 28 yeni saz havasının yaradılmasının 
Xaltanlı Tağının adı ilə bağlı olması onun sənətdə ustad oldu­
ğunu bildirir (Ağalar Mirzə. “Xaltanlı Tağı”, Elm, Bakı, 1999, 
səh. 21). Heç şübhəsiz ki, aşıq Tağı o dövrün yaxın ərazidə ən 
böyük kəndi olan Yerfidə çoxsaylı toy məclisləri aparmışdır. 
Xaltanlı Tağının şəriət-təriqət, mərifət, həqiqət yolunda əsas 
inam və etiqadını əks etdirən qoşmaları, qıfılbəndləri, dillər 


41
əzbəri olan 22 bəndlik “Vücudnamə”si zona aşıqlarının dərs 
aldıqları mənbələrdən olmuşdur:
Abi-atəş, xaki baddan cəm oldum
Adəm dəryasından sorağa gəldim.
Sənin biətindən, dinin sərtindən,
Ana vücudunda yarnağa gəldim...
Haşiyə.  Bir  məsələni  qeyd  etməyə  bilmirəm.  Tağı  özünü 
xaltanlı, qubalı adlandırdığı halda, bəzi tədqiqatçılar onu ya 
dağıstanlı, ya da cənubi azərbaycanlı yazırlar. Buna əhəmiyyət 
verməmək olar, amma... Azərbaycan Sovet Ensiklopediyasın­
da  Qubanın  Rustov  kəndində  doğulmuş  Bəşir  Səfəroğlunu 
bakılı kimi göstərirlər. Rus dekabrist yazıçı Bestujev-Marlins­
kinin haqqında kitab yazdığı qaçaq Molla Nuru heç kim yada 
salmır, həmin kitab sovet hökumətinin qurtaracağında qubalı 
alim Tofiq Rüstəmov tərəfindən tərcümə olunur. Halbuki baş­
qa qaçaqlar haqqında arxivləri araşdırıb beş-on cümlə tapır­
lar.
Təhsilini Qubada alan, Amsar kəndini doğma sayan, Avro­
pa şəhərlərindən üstün bilən, doğmalarının məzarı Qubada 
olan A.Bakıxanov ASE-də, eləcə də Uşaq Ensiklopediyasında 
elə təqdim edilir ki, oxuyan bir yerdə də olsun Quba sözünə 
rast  gəlmir.  Belə  misalların  sayını  artıra  bilərəm.  Məni 
yerliçilikdə günahlandırmaq istəyənlərə demək istəyirəm ki, 
məndə  bu  fikirləri  oyadan  səbəbləri  araşdırın,  sonra  deyin: 
“Lənət ayrı – seçkilik edənlərə”...
Aşıq Eynal da həm dini təhsil, həm də ustad dərsi almış, 
yaradana böyük məhəbbəti ilə toy məclislərində dini-ruhani 
vəzifəni  üzərinə  götürərək  həm  nəsrlə,  həm  nəzmlə  islamı 
təbliğ  etmişdir.  Hacı  Eynalın  oğlu  Şahbala  aşıqlıq  etmək 
istəmiş,  atası  vəfat  edəndən  sonra,  xalası  oğlu  adurlu  aşıq 
Gülməmməddən dərs almışdır. Aşıq Gülməmməd 1941–1945-ci 
il müharibəsi vaxtı Göyçaya köçmüş, aşıqlığını davam etdir­
miş, orda da vəfat etmişdir. Aşıq Şahbala ilə əlaqədar maraqlı 
əhvalatlar söylənilir. Belə deyirlər ki, Təngə dərəsindən aşağı 


Yüklə 5,68 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə