Hər bir yerfili üçün yazılmış kitab



Yüklə 5,68 Mb.
Pdf görüntüsü
səhifə20/33
tarix18.07.2018
ölçüsü5,68 Mb.
#56457
növüYazı
1   ...   16   17   18   19   20   21   22   23   ...   33

 
66
qocalırdı. Bu zaman bir Qazax atı da gətirilir. Hər iki ayğır atı 
madyanların yanına buraxırlar. Düşünülməmiş, məsuliyyətsiz 
görülmüş iş öz zərərli nəticəsini verir. Aydındır ki, ayğır atlar 
öz  madyanlarının  yanına  digər  ayğırı  buraxmır,  ayğır  atlar 
bir-birilə  döyüşür.  Qazax  atı  cavan,  Qara  at  qoca.  Yaylaqda 
Qazax atı Qara atı uçurdur. Qara at ölür. Akt tərtib edilərkən 
Qara atı yaran baytar bildirir ki, Qara atın ürəyi adi atların 
ürəyindən xeyli böyük idi.
Yerfidə atçılıqla məşğul olan şəxslər çox olmuşdur. At ilxısı 
qışda Navahıya – qışlağa sürülür, yayda yaylağa gətirilirdi. 
Aslan bəy, Balabəy, Gəray bəy, Cəbrayıl Yerfidə atçılıqla məş-
ğul olmuş şəxslər olmuşdur.
Xatırlamalar. Yerfiyə texnika müharibədən sonra gəlib çıxdı. 
İlk traktoru Zəbulla adlı bir gənc sürürdü. İlk maşını isə 1951-ci 
ildə  Kərimov  Mirzəli  sürmüşdür.  Zəbulla  atadan  yetim  idi, 
təzəcə nişanlanmışdı. Bir gün traktoru ilə işə gedərkən Halhacı 
körpüsündə traktor aşır. Zəbulla traktorun altında qalır. Anası 
Laləzarın naləsi bütün kəndi lərzəyə salır. Tək qalan qadın bir-
neçə ildən sonra vəfat edir. Onun evinin nişanəsi kimi qayanın 
dibində bir ağac qalmaqdadır, yurdu nişan verir.
Yerfi kəndində ilk şiferlənmiş dam qismən bərpa edilmiş 
məscidin  damıdır.  Bunu  Haşımov  Əlövsətin  köməyi  ilə 
müharibədən sonrakı illərdə edildiyini söyləyirlər. Daha son­
ralar – 1958-ci ildə dərkli Əlixan müəllim kolxoz sədri olarkən 
idarə binaları, kənd soveti sədri Mirbaba Əliyevin təşəbbüsü 
ilə kənd sovetinin binası da şiferlənmişdir.
Yerfi kəndi 1960 – 1991-ci illərdə
İqtisadiyyat.  1960-cı  illərə  yaxın  Yerfi  kəndində  vəziyyət 
sabitləşməyə başladı. Boş qalmış evlərin bəzisi işıqlandı, təmir 
edildi. Neft mədənlərində işləməyə gedən gənclərdən qayıda­
nı da oldu. Müharibədən əvvəl 900 nəfər əhalisi olan kəndin 
indi 300-dən artıq əhalisi vardı. Bütün evlərin damı torpaq idi. 
Hələ  də  neft  lampası  işlənirdi,  batareya  ilə  işləyən 
radioqəbuledicilər təzə çıxmışdı. Kənddə ilk traktor və maşın­


Yerfi kəndindən bir görünüş. 1968-ci il.


 
68
lar  var  idi.  Çox  adamın  bağı  yox  idi.  Su  çaydan  səhənglə, 
vedrə  ilə  daşınırdı.  Rayona  gediş-gəliş  də  çətin  idi.  Poçt  at 
yükü  ilə  gətirilirdi.  1957-ci  il  məlumatına  görə  kolxoz  əra-
zisində 600 hektara yaxın taxıl əkilirdi. Əkin sahələri öküzlə 
şumlanır, əllə toxum səpilir, taxıl xırmanda vəllə döyülürdü. 
Kolxozun hələ yüzə qədər atı, əlliyə yaxın öküzü vardı. Əllə 
biçilib bağlanmış dərzlər öküz kirşəsi ilə xırmana daşınırdı. 
Yetişdirilən taxıl yuyulur, qurudulur və dəyirmanda üyüdü­
lürdü.
Bütün bu əziyyətlərlə yanaşı insanlarda bir ruh yüksəkliyi 
vardı.  Müharibə  illərinin  dəhşətlərini  görən  insanlar  bu 
günlərinə şükür edirdilər. 1959-cu ilin iyun ayında kolxozçu­
ların  ümumi  yığıncağında  Qonaqkənd  rayonunda  müfəttiş-
mühasib işləyən Həsənli Həsənbabanın kolxoz sədri seçilməsi 
üçün camaat yekdilliklə səs verdi. Sonralar kolxoz təsərrüfatı 
sovet  təsərrüfatına  –  sovxoza  çevrilsə  də,  H.  Həsənli  (1925-
1990) davamlı olaraq 21 il 6 aydan çox – 1980-ci ilin sonunadək 
təsərrüfata  rəhbərlik  etmişdir.  (İki  çağırış:  1959  və  1964-cü 
illərdə rayon sovetinə deputat seçilmişdir.)
Çox çəkmədi, 1960-cı ildə kəndə işıq verilməsi üçün motor 
gətirildi. Hər gün qaranlıq düşəndən saat 12-yə qədər elektrik 
lampaları yanırdı. Daha sonra Mingəçevir SES-dən gələn işıq 
seli bizim kəndə də yetişdi. Camaat sevinirdi. Hamı elektrik 
dirəklərinin basdırılması üçün köməyə gedirdi. Evlərə elekt­
rik xətlərinin çəkilişi bir bayrama dönürdü, montyorlara qo­
naqlıq verilirdi. Kəndə radio qovşağı gətirildi. İstər respubli­
ka xəbərləri, istərsə də kənd təşkilatının gündəlik göstərişləri 
dinlənilirdi.  Daha  briqadir  qapı-qapı  gəzmirdi.  Əl  əməyini 
yüngülləşməsi üçün kəndə traktor, kombayn gətirildi. Əkin 
və biçənək sahələrində texnikanın işləyə bilməsi üçün yollar 
çəkilməli  idi.  Rayondan  buldozer  gətirilirdi.  Lakin  bu  baha 
başa gəlirdi. Sonralar sovxoz öz hesabına buldozer-traktor al­
maqla işini asanlaşdırdı.
Yaxşı yaşamaq üçün yaxşı işləmək, təsərrüfatın gəlirini ar­
tırmaq lazım idi. Ona görə də qoyunun, qaramalın sayını ar­
tırmaqla yanaşı, məhsuldarlığı artırmağa səy göstərilirdi. Bu­


69
nun üçün yem bazası, qoruq sahələri, çoxillik bitki olan xaşa 
əkinləri lazım idi.
Rayona gediş-gəliş çətin idi. İndi rayon mərkəzi Quba idi. 
Köhnə yol Qonaqkəndə gedirdi. Rayon ləğv edildikdən sonra 
çaylar  üzərindəki  əl  ilə  salınmış  körpülər  də  dağılmışdı. 
Yerfidən Qubaya gedən maşınlar iki dəfə çay keçməli olurdu. 
Seldə,  buzda  maşınlar  çayda  qalır,  yolda  olanlar  soyuqdan 
donur, maşındakı yük isə islanırdı. Bu çətinlikdən çıxmaq la­
zım idi. Odur ki, Nohurdüzüdən Çayqovuşanadək təzə yol 
çəkilməli  idi.  Demək  olar  ki,  sovxoz  öz  qüvvəsi  ilə  bu  işin 
öhdəsindən gəldi. Güney yolu maşınları çayda qalmaqdan xi­
las  etdi.  Bu  yol  təkcə  yerfililər  üçün  deyil,  Yerfidən  keçib 
gedən Söhüb, Rük, Qarxun, Adur kimi digər kəndlər üçün də 
xeyirli oldu.
Qışda çətinlik olmasın deyə, Qüləh qoruq edildi. Hektar­
larla xaşa əkildi. Qayadalı meşəsi qorundu. Bir çoxları pəyəni, 
hətta mal həyətini oturduğu evdən ayırdı. 1970-ci illərdə əhali 
ev damlarını şiferləməyə başladı. Camaat Təngəyə, Qubaya, 
ya  Xaçmaza  material  üçün  getməsin  deyə  ev  tikdirən,  şifer 
vurduran şəxslərə icazə verilirdi ki, Qayadalıda əmələ gələn 
cavan meşədən istifadə eləsin.
Qoruqların olması bir çoxlarının xoşuna gəlmirdi, bəziləri 
qoruq  edəni  də  söyürdü.  Necə  ki,  90-cı  illərdə  qoruq  ləğv 
olundu; meşə də qırıldı, Quləh də ayaq altı oldu. Görünür, bu 
daha münasibdir. Qayda-qanun yaxşı şey deyilmiş, heyf deyil 
özbaşınalıq!
Haşiyə. Kəndlinin məişəti dəyişirdi. Bununla yanaşı, köh-
nəlik hesab olunan , lakin abır-həyanı qorumaq üçün tikilən, 
kənddə  3-4  evdə  olan  salamlıqlar  da  ləğv  olundu.  Qədim 
evlərdə qapı açılarkən bir dəhliz kimi yer vardı. Dəhlizi evdən 
nazik bir divar ayırırdı. Salamlıq qapı açılarkən evin içi, yəni 
evdə  olan  qadın,  uşaq  görünməsin  deyə  tikilərdi.  Qapının 
səsini, gələnin salamını eşidən evdəkilər gələn adam salamlı­
ğı dönüncə özünü qaydaya sala bilərdi.
Fermalarda iş əl əməyi ilə görülürdü. Ot, silos daşınır, pe­
yin  xərəklə  çıxarılırdı.  Darısqallıq,  su  qıtlığı  vardı.  Gəlirlə 


Yüklə 5,68 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə