Hər bir yerfili üçün yazılmış kitab



Yüklə 5,68 Mb.
Pdf görüntüsü
səhifə15/33
tarix18.07.2018
ölçüsü5,68 Mb.
#56457
növüYazı
1   ...   11   12   13   14   15   16   17   18   ...   33

 
48
Təxminən otuz beş il sonra, 80-ci illərə yaxın Soltan müəllimin 
təşəbbüsü ilə kənddə xalçaçılıq bərpa edilsə də, ömrü uzun 
sürmədi.  Yuxarıların  qayğısızlığı  tənəzzül  prosesini 
sürətləndirdi. Nəinki Yerfidə, təxminən on il sonra Qonaqkənd 
“Qumaş” xalça fabriki demək olar ki, fəaliyyətini dayandırdı. 
Xalçaçı qadınlarımız isə hərdənbir xatırlandı. İstərdim ki, on­
ları bir də xatırlayaq, nənələrimizi bir də yad edək.
Yerfi  kənd  xalça  artelində  işləmiş  qadınların  siyahısı: 
Laləzar  –  Qeybullanın  arvadı,  Zəbullanın  anası,  Müxlisə  – 
Abu zərin  arvadı,  Tümən  –  Cəbrayılın  arvadı,  Güleydə  Əli-
xanlı, Gülsəba – Qürbətin arvadı, Zeynəb – Kamalın arvadı, 
Cəvahir – Şərafəddinin arvadı, Durna – Qurbanın arvadı, Tu­
fan – Əzizxanın arvadı, Bədircahan – Kazımın arvadı, Zərif 
Əlipənahova,  Yasəmən  Əlixanova,  Güllü  –  İdayətin  arvadı, 
Hürzad  –  Qulunun  xalası,  Sumaya  Əlləyar  qızı,  Salmanova 
Pəri  –  Beybudun  qardaşı  arvadı,  Əfruz  –  Zilfalının  arvadı, 
Ayna  Həsənova,  Xırdaxanım  Əlixanova,  Xalsa  Kərimova, 
Mədinə Kərimova, Gülüstan – pəhləvan Xəlilin arvadı, Ağa­
bacı  Zeynalova,  Nemət  qızı  Mədinə,  Hürzad  Babayeva,  Xa­
nımzada, Nurşərəf Soltanova, Əfruz Haşımova, Durna Şalya­
rova,  Zərif  Əlixanlı,  Gülzar  Talıbova,  Şərəbanı  Kərimova, 
Gülxəndə  Sadıqova,  Gülzar  –  molla  Mahmudun  arvadı, 
Bənövşə  –  Almasın  arvadı,  Qızılgül  Əmrullayeva,  Xədicə 
Bədəlova, Gülsənəm Həsənova, Gülüstan – Həmidin arvadı, 
Gülşən Rüstəm qızı, Günəşli Gülbacı... Şübhəsiz ki, bu siyahı 
tam  deyil. Amma  üzümü  bu  gün  öz  ayağına  geymək  üçün 
corab toxuya bilməyən nəvələrə tuturam...
Haşiyə.  1959-cu  il  dekabrın  4-də  Qonaqkənd  rayonu  ləğv 
edilərək Quba rayonuna birləşdirildi. 1930-cu ildən mövcud ol­
muş, 158 min hektar torpaq sahəsinə, 50 minə yaxın əhaliyə, 
52  kəndə  malik  rayonun  ləğvi  bu  ərazinin  boşaldılmasına, 
perspektivsiz zonaya çevrilməsinə səbəb oldu. Bu ərazinin xal­
çaçılığı da, arıçılığı da, qoyunçuluğu da, ümumiyyətlə hər bir 
sahəsi gerilədi və ya tamamilə sıradan çıxdı. Hətta bəzi kəndlər: 
Qaraqız,  Qılcanlı,  Bilgəh,  Qarabulaq,  Əbilə,  Yergüc,  Gümür 
xəritədən silindi. Bu torpaqlar yaylaq kimi istifadə olundu.


49
Qonaqkənd  rayonu  əlli  ildən  çoxdur  ki,  Quba  rayonuna 
birləşdirilib. Təkcə Xınalığa çəkilən yoldan başqa bu ərazidə 
demək  olar  ki,  irəliləyiş  üçün  heç  bir  iş  görülməyib. Adam 
bədbinləşəndə fikirləşir ki, nə yaxşı bu ərazi ermənilərin qon­
şuluğunda deyil, yoxsa bu yerləri çoxdan itirmişdik.
Xatırlamalar. Bir gün  Quba  rayonuna təzə təyin  olunmuş 
Arif Rəhimzadə tanışlıq məqsədilə kəndlərə çıxır. Nohurdü­
zü kəndində maşını saxlayıb düşür. Küçədə oynayan uşaqlar­
dan soruşur:
– A bala, bu hansı kənddir?
– Nohurdüzü, – deyə uşaqların biri dillənir.
– A bala, bu necə kənddir, elə bil bura bomba düşüb?
Bu söhbəti eşidən camaat o vaxt güman elədi ki, bəlkə yax­
şılığa doğru bir dönüş olacaq... Sən demə buna da şükür, çün­
ki, ondan sonra neçəsi vəzifəyə gəldisə də, heç ayağı kəndlərə 
dəymədi.
Yerfi məktəbi. Sovet hakimiyyətinin qurulması ilə kənddə 
dini  təhsil  dünyəvi  təhsillə  əvəzləndi.  İlk  illər  icbari  ibtidai 
təhsil  həyata  keçirildi.  Sinif  otaqları  kənd  evlərində  təşkil 
olundu. Məktəb binasının tikilməsi zərurəti ortalığa çıxdı. Sü­
leyman bəyin sahəsində çayın yaxınlığında məktəb binası ti­
kildi. O vaxt texnika yox idi. Məktəbə lazım olan tikinti mate­
rialı öküzlə, araba, kirşə ilə daşınırdı. Taxta, dəmir Qubadan 
heyvanla  daşınıb  gətirilirdi.  Bir  neçə  illik  əziyyətdən  sonra, 
1933-cü ildə Yerfi kənd məktəbi istifadəyə verildi. O zaman 
məktəblər ibtidai, yeddiillik və onillik kimi təşkil olunmuşdu. 
Yerfi kənd məktəbi yeddiillik məktəb oldu. Çox çəkmədi 40-cı 
illərə  yaxın  orta  məktəbə  çevrildi.  Lakin  müharibə  illərində 
məktəb yenidən yeddiillik məktəb oldu.
Kənd məktəbinin ilk müəllimləri 1920-ci illərdə din xa dim-
lərinin övladları idilər. Bu müəllimlər arasında İmanov, Xan­
baba, Alim  müəllimin  və  Sürəyya  əfəndinin  adı  bu  gün  də 
hörmətlə  xatırlanır.  30-cu  illərdə  Yerfi  kənd  məktəbinin 
yetirmələri müəllim oldu. Günəşli Qərib, Məmmədova Bəturə, 
Qasımov Seyidbala, Bədəlov Məhərrəm, Məhərrəmov Möv­
lud,  Haşımov  Pirbala,  Səfərova  Mariya,  Məcidova  Şahbacı 


 
Yerfi məktəbinin 1935-ci il buraxılışı


51
gənc müəllimlər idilər. Yerfi kənd məktəbini bitirənlər arasın­
da  qonşu  kəndlərdə  müəllim  işləyənlər,  eləcə  də  yüksək 
vəzifəyə  gedənlər  də  oldu.  1930-cu  illərdə  bu  məktəb  ŞKM 
(şekaem-şkola kolxoznaya molodyoji), yəni kolxozçu gənclər 
məktəbi adlanırdı. Məktəbin təsərrüfatı vardı.
Bu dövrün oxumuşları arasında Günəşli Nəzərəli Baba oğ­
lunu unutmaq olmaz. Ona qısaca Nəzər müəllim deyərdilər. 
Yaşadığı dövrün hörmətli şəxslərindən idi. Müxtəlif yerlərdə , 
o cümlədən Azərbaycan KP MK-sında, BDU-da müəllim, iki­
illik hüquq məktəbinin direktoru, ömrünün sonlarına yaxın 
texnikumda müəllim işləmişdir. Düzlüyü, təmizliyi sevmiş­
dir. Buna görə də 50-ci illərdən sonra, xüsusən 60-cı illərdə 
rüşvətin adi hal aldığını, dünənki lütün bir neçə ildən sonra 
ev, əmlak sahibi olduğunu gördükdə dözməyib birbaşa da­
nışdığından onu demaqoq adlandırır və sevmirdilər.
Xatırlamalar. Nəzər müəllim haqqında bizə qalan xatirələr 
vardır.  Belə  deyirlər  ki,  Nəzər  müəllimi  bir  məclisə  dəvət 
ediblərmiş. İntizam sevən Nəzər müəllim vaxtında məclisdə 
yerini tutur. Amma ev sahibi nədənsə məclisin başlanmasını 
ləngidir.  Stol  arxasında  əyləşənlər  gözləməkdən  inciyirlər. 
Məlum olur ki, bir hörmətli şəxs gəlməlidir. Onu gözləyirlər 
ki,  gəlsin,  məclisi  başlasınlar.  Nəhayət,  həmin  şəxs  gəlir. 
Məclis başlanır. Nəzər müəllim hafizəsi və yaddaşı güclü şəxs 
idi.  Gələn  hörmətli  şəxsi  tanıyır.  Qədəhlərə  içkilər  süzülür, 
sağlıqlar deyilir. Nəzər müəllim söz alıb deyir: – Biz bu gün 
bu məclisə gələndə ev sahibinin sevincinə şərik olub sevinir­
dik.  Əhvalımız  yaxşı  idi.  Hamımız  da  vaxtında  gəlmişdik. 
Amma məclisdəki bu qədər adamı gözləməyə məcbur edir-
dilər  ki,  hörmətli  bir  şəxs  gələcək.  Lakin  bu  hörmətli  şəxs 
gələndən  sonra  heç  kəs  inciməyini  biruzə  vermədi.  Düzü, 
mən də bir az incimişdim. Bu hörmətli şəxsi görəndə mənim 
incikliyim  keçdi,  əksinə  qəlbimi  böyük  bir  sevinc  bürüdü. 
Çünki  bu  hörmətli  şəxs  bir  vaxt  mənim  tələbəm  olmuşdur. 
Görün,  tələbə  yüksəlib  elə  bir  dərəcəyə  çatıb  ki,  ona  görə 
müəllimini gözlədirlər.


Yüklə 5,68 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə