«Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə



Yüklə 1,55 Mb.
səhifə10/21
tarix26.09.2017
ölçüsü1,55 Mb.
#2131
1   ...   6   7   8   9   10   11   12   13   ...   21

 

Vestibülyar pozulmalar zamanı müayinənin nəticələri nevropatoloqla birgə qiymətləndirilir.

«a» bəndinə aşağıdakılar aiddir:

kəskin dərəcədə ifadə olunmuş menyerəbənzər xəstəliklər;

tutmaları stasionar müayinə zamanı müşahidə olunmuş və tibbi sənədlərlə təsdiq edilmiş üzvi və ya funksional xarakterli vestibülyar pozulmaların digər ağır formaları.

«b» bəndinə tutmaları qısamüddətli, mülayim dərəcədə ifadə olunmuş vestibülyar-vegetativ reaksiyalarla keçən menyerəbənzər xəstəliklər və vestibülyar pozulmalar aiddir.

«c» bəndinə vestibülyar pozulma siptomları və digər orqanların xəstəlikləri olmadıqda, yırğalanmaya həssaslığın kəskin yüksəlməsi halları aiddir.

Üzən heyətdə xidmətə yararlılıq haqqında məsələ həll edilərkən, yırğalanmaya vərdiş olunmanın mümkünlüyü nəzərə alınmalıdır.

Yırğalanmaya yüksək həssaslıq olduqda, bütün orqanizmin dərindən hərtərəfli müayinəsi aparılmadan, yalnız vestibülyar funksiyanın müayinəsi ilə kifayətlənmək olmaz, çünki vegetativ reflekslər təkcə qulaq labirintindən yox, digər orqanlardan da yarana bilər.

Yalnız, yırğalanma hərbi xidmət vəzifələrini icra etmək qabiliyyətinin sistematik itirilməsinə səbəb olduğu hallarda, məşqlərdə və yürüşlərdə iştirak etməkdən 1 (bir) ildən az olmayaraq vaxt keçdikdən sonra, müsbət nəticələr olmadıqda, üzən heyətdə xidmətə yararsızlıq haqqında qərar çıxarılır.

Hərbi-həkim komissiyası üzən heyətdə xidmətə yararlılıq haqqında qərarı vestibülyar-vegetativ hissiyyatın üç müstəvidə otolit reaksiyası təcrübəsi, fırlanan kresloda və ya Xilov yelləncəyində qıcıqlanmanın cəmlənməsi (kumulyasiyası) üsulu, Koriolis sürətləndirməsinin fasiləsiz kumulyasiya sınağı ilə eksperimental müayinələrin nəticələrinə əsaslanaraq çıxarır.

Vestibülometriyanın nəticələri nevropatoloqla birgə qiymətləndirilir. Vestibülyar pozulmaların müvəqqəti xarakterli olması göstərildikdə, müayinə və müalicə hərtərəfli aparılmalıdır.

Üzən heyətə seçim zamanı otolit reaksiyasının və ya Koriolis sürətləndirməsinin fasiləsiz kumulyasiyası sınağının nəticələri yırğalanmaya davamlılığın meyarı hesab olunur. Belə müayinələr zamanı III dərəcəli vestibülyar reaksiya verən şəxslər üzən heyətdə xidmətə yararsızdırlar.

Vestibülyar funksiyanın müayinə edilməsinin nəticələrini qiymətləndirərkən nəzərə almaq lazımdır ki, hətta III dərəcəli müdafiə hərəkətləri, intensiv vegetativ reaksiyaların yoxluğu üzən heyətdə xidmətə yararsızlıq haqqında qərar çıxarılması üçün əsas ola bilməz, çünki vestibülyar aparatın qıcıqlanmasına olan bu reaksiya davamlı deyil və bir qayda olaraq, müvafiq məşqlər nəticəsində itib gedir.

Uçuş heyətinin, üzən heyətin hazırlanması üzrə hərbi təhsil müəssisələrinə, hava-desant hərbi məktəblərinə (fakültələrinə) daxil olan vətəndaşların şəhadətləndirilməsi zamanı vestibülyar aparatın otolit reaksiyası təcrübəsi ilə və ya Koriolis sürətləndirməsinin fasiləsiz kumulyasiyası sınağı ilə üçqat müayinə aparılması məcburidir.

 


Maddə

Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi

Hərbi xidmətə yararlılıq kateqoriyası

I qrafa

II qrafa

III qrafa

40

Karlıq, lal-karlıq, eşitmənin zəifləməsi:

 

 

 

a) hər iki qulağın karlığı və ya lal-karlıq

D

D

D

b) bir qulağın pıçıltı nitqini eşitməməsi, digər qulağın pıçıltı nitqini 3 m-ə qədər məsafədən eşitməsi, yaxud bir qulağın 1 m-ə qədər məsafədən, digər qulağın 2 m-ə qədər məsafədən pıçıltı nitqini eşitməsi ilə eşitmənin davamlı zəifləməsi

C

C

C və ya B FƏRDİ

c) bir qulağın pıçıltı nitqini eşitməməsi, digər qulağın pıçıltı nitqini 3 m-dən artıq məsafədən eşitməsi, yaxud bir qulağın 2 m-ə qədər məsafədən, digər qulağın 3 m-ə qədər məsafədən pıçıltı nitqini eşitməsi ilə eşitmənin davamlı zəifləməsi

C

C

B

 

Pıçıltı nitqini bir qulağın 1 m-dən az olmayan, digər qulağın 4 m-dən az olmayan məsafədən eşitməsi və ya hər iki qulağın 3 m-dən az olmayan məsafədən eşitməsi «Xəstəliklər cədvəli»nin I — II qrafaları üzrə şəhadətləndirilənlər üçün hərbi xidmətkeçməyə mane olmur.

Hər iki qulağın karlığı və ya lal-karlıq səhiyyə müəssisələri, lal-karlara aid təşkilatlar və təhsil müəssisələri tərəfindən təsdiq edilməlidir.

Qışqırığın qulaq seyvanı yanında eşidilməməsini karlıq hesab etmək lazımdır.

Eşitmənin zəifləmə dərəcəsini təyin edərkən, pıçıltı nitqi ilə adi müayinədən başqa, danışıq və pıçıltı nitqi, kamertonlar və qulaqların barofunksiyasının təyin edilməsi məcburi olan tonal həddi audiometriyalarla çoxsaylı (3 dəfədən az olmayaraq) xüsusi müayinələr aparmaq lazımdır.

Bir qulağın və ya hər iki qulağın karlığına şübhə olduqda, karlığın obyektiv təyin edilməsi üsullarından istifadə olunur. Bu zaman Barani şaqqıldaqları, Hovseyev, Popov, Ştenger, Xilov təcrübələri və s. tətbiq edilir. Eşitmədə böyük fərq olduqda, gicgah sümüklərinin Stenversə görə rentgenoqrafiyası aparılır.

 


Maddə

Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi

Hərbi xidmətə yararlılıq kateqoriyası

I qrafa

II qrafa

III qrafa

41

Qulağın, məməyəbənzər çıxıntının kəskin xəstəlikləri və xroniki xəstəliklərin kəskinləşməsindən, travmasından və ya cərrahi müalicəsindən sonrakı müvəqqəti funksional pozulmalar

Ç

Ç

Ç

 

Hər hansı bir orta qulaqda radikal və ya rekonstruktiv-bərpaedici cərrahiyyə əməliyyatlarından sonra yaxşı nəticə ilə vətəndaşlar ilkin hərbi uçota götürülərkən, hərbi xidmətə çağırılarkən, hərbi xidmətə könüllü daxil olarkən aparılmış əməliyyatdan sonra 12 ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız hesab edilirlər. Bu müddət bitdikdən sonra əməliyyatdan sonrakı boşluq tam epidermizasiya olduğu halda, qərar «Xəstəliklər cədvəli»nin 38-ci maddəsinin «c» bəndi üzrə çıxarılır.

Kəskin orta otitlərin labirintitlə fəsadlaşmasından, orta qulaqda aparılmış radikal cərrahiyyə əməliyyatından sonra hərbi qulluqçulara xəstəliyə görə 15 gün müddətinə məzuniyyət verilməsinin zəruriliyi haqqında qərar çıxarıla bilər. Bu maddə ilə nəzərdə tutulmuş digər hallarda «Xəstəliklər cədvəli»nin II qrafası ilə şəhadətləndirilənlərin qismən və ya tam azad edilmələri, III qrafa ilə şəhadətləndirilənlərin isə qismən azad edilmələri barədə qərar çıxarılır.

Qan dövranı sistemi xəstəlikləri

Qan dövranı sistemi xəstəlikləri zamanı ürək çatışmazlığı funksional siniflərə (bundan sonra — FS) görə Nyu-York Ürək Assosiasiyasının (NYHA, 1964) təsnifatına, stenokardiya isə Kanada təsnifatına (1976) uyğun olaraq qiymətləndirilir.

 


Maddə

Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi

Hərbi xidmətə yararlılıq kateqoriyası

I qrafa

II qrafa

III qrafa

42

Revmatizm, ürəyin digər revmatik və qeyri-revmatik xəstəlikləri:

 

 

 

a) ağır dərəcəli ürək çatışmazlığı ilə

D

D

D

b) orta ağır dərəcəli ürək çatışmazlığı ilə

D

D

C

c) yüngül dərəcəli ürək çatışmazlığı ilə

C

C

C və ya B FƏRDİ

ç) sol mədəciyin simptomsuz disfunksiyası ilə

B

B


HDQ, ÜH, DP, XQ-də FƏRDİ

 

«a» bəndinə aşağıdakılar aiddir:

IV FS ürək çatışmazlığı ilə müşayiət olunan ürək xəstəlikləri;

ürək çatışmazlığının dərəcəsindən asılı olmayaraq, ürəyin kombinə olunmuş və müştərək qazanılmış qüsurları;

II — IV FS ürək çatışmazlığı ilə müşayiət olunan ürəyin təcrid olunmuş aortal qüsurları;

perikardın geniş obliterasiyası;

sol atrioventrikulyar dəliyin təcrid olunmuş stenozu;

dilyatasion və restriktiv kardiomiopatiya, sol mədəciyin çıxarıcı traktının obstruksiyası ilə müşayiət olunan hipertrofik kardiomiopatiya;

I — IV FS ürək çatışmazlığı olduqda, ürəyin qapaq aparatında aparılmış cərrahi müdaxilənin, süni ritm mənbəyinin (kardiostimulyatorun) implantasiyasının nəticələri;

ürək ritminin və keçiriciliyin müalicə olunmayan davamlı pozulmaları (tam AV-blokada, II dərəcəli AV-blokada, politop mədəcik ekstrasistoliyası, paroksizmal taxiaritmiyalar, sinus düyününün zəifliyi sindromu).

Bəzi hallarda, hərbi xidmətkeçmənin son yaş həddinə çatmamış, hərbi xidmət vəzifələrini yerinə yetirmək qabiliyyətini saxlamış zabitlər, süni kardiostimulyatorun implantasiyasından sonra «c» bəndi ilə şəhadətləndirilə bilərlər.

«b» bəndinə ürəyin III FS ürək çatışmazlığı ilə müşayiət olunan xəstəlikləri aiddir.

Ürək ritminin və keçiriciliyin davamlı pozulmaları, paroksizmal taxiaritmiyaları, habelə WPW, sinus düyününün zəifliyi sindromları olan şəxslər, ürək çatışmazlığının dərəcəsindən və tac qan dövranının pozulmasından asılı olaraq, «a», «b» və ya «c» bəndi üzrə şəhadətləndirilirlər.

Ürək ritminin davamlı pozulmalarına 7 gündən çox davam edən, antiaritmik terapiya tələb edən və müalicənin kəsilməsindən sonra yenidən başlanan aritmiyalar aiddir.

Keçiriciliyin davamlı pozulmalarına I — II dərəcəli AV—blokadanın daimi (təsbit olunmuş) formaları, mədəcikdaxili tam blokadalar aiddir.

I dərəcəli funksional (vaqus) AV—blokada (AV-keçiriciliyin normallaşması fiziki yüklənmədən və ya venadaxilinə 0,5 — 1,0 mq atropin-sulfat yeridildikdən sonra baş verir), His dəstəsinin sağ ayaqcığının natamam blokadası, paroksizmal ritm pozulmaları ilə müşayiət olunmayan CLC sindromu bu maddənin tətbiqi üçün əsas deyil və hərbi xidmətkeçməyə, hərbi təhsil müəssisələrinə, hərbi liseylərə daxil olmağa mane olmur.

«Xəstəliklər cədvəli»nin I, II qrafaları üzrə şəhadətləndirilən təcrid olunmuş qazanılmış ürək qüsurları (bu maddənin «a» bəndində göstərilənlərdən başqa) olan şəxslər, ürək çatışmazlığı olmasından asılı olaraq, «b» və ya «c» bəndi üzrə şəhadətləndirilirlər.

«Xəstəliklər cədvəli»nin III qrafası üzrə şəhadətləndirilən təcrid olunmuş aortal ürək qüsurları (bu maddənin «a» bəndində göstərilənlərdən başqa) olan şəxslər barədə qərar «c» bəndi üzrə çıxarılır.

«c» bəndinə aşağıdakılar aiddir:

II FS ürək çatışmazlığı ilə müşayiət olunan ürək xəstəlikləri;

revmatizmin təkrar hücumları;

ürək ritminin, keçiriciliyin davamlı pozulması və (və ya) I — II FS ürək çatışmazlığı ilə müşayiət olunan ürəyin mitral və ya digər qapaqlarının ilkin prolapsı, miokarditik kardioskleroz;

I FS ürək çatışmazlığı ilə müşayiət olunan və ya ürək çatışmazlığı əlamətləri olmayan hipertrofik kardiomiopatiya;

ürək çatışmazlığı əlamətləri olmadıqda, ürəyin anadangəlmə və ya qazanılmış qüsurlarına görə aparılmış cərrahi müalicədən, süni kardiostimulyatorun implantasiyasından sonrakı hallar.

Hərbi xidmətdə olmanın son yaş həddinə çatmamış zabitlər ürəyin anadangəlmə və ya qazanılmış qüsurlarına görə aparılmış cərrahi müalicədən sonra hərbi xidmətə yararlılıq kateqoriyasının müəyyən edilməsi məqsədi ilə cərrahi əməliyyatdan 4 ay keçdikdən sonra şəhadətləndirilməyə göndərilə bilərlər.

I — II FS ürək çatışmazlığı exokardioqrafiyada aşkar olunan kardiohemodinamik göstəricilərlə (atma fraksiyasının enməsi, sol mədəciyin və qulaqcığın sistolik və diastolik ölçülərinin böyüməsi, mitral və aortal qapaqlar üzərində requrhitasiya axınlarının yaranması, miokard liflərinin sirkulyar yığılma sürətinin azalması), eləcə də xəstəliyin kliniki təzahürlərinin təhlili ilə birgə fiziki yükün fərdi keçirilməsinin qiymətləndirilməsi üçün veloerqometriyanın nəticələri ilə təsdiq olunmalıdır.

İlkin aktiv revmatizm keçirmiş və «Xəstəliklər cədvəli»nin I qrafası üzrə şəhadətləndirilən şəxslər «Xəstəliklər cədvəli»nin 48-ci maddəsi üzrə, tibb müəssisəsindən çıxarıldıqdan sonra 12 ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız hesab edilirlər. Sonralar, ürəyin və digər orqanların zədələnməsi əlamətləri olmadıqda, onlar bu maddənin «ç» bəndi üzrə şəhadətləndirilirlər.

İlkin aktiv revmatizm keçirmiş və «Xəstəliklər cədvəli»nin II qrafası üzrə şəhadətləndirilənlərə «Xəstəliklər cədvəli»nin 48-ci maddəsinə əsasən 45 gündən 60 günədək xəstəliyə görə məzuniyyət verilir.

«ç» bəndinə ürək çatışmazlığı ilə müşayiət olunmayan, ürək ritmi və keçiriciliyinin davamlı pozulmaları olmayan, ürək əzələsi xəstəliklərinin davamlı kompensasiya olunmuş nəticələri, miokardioskleroz, ürəyin mitral və digər qapaqlarının ilkin prolapsı və s. aiddir.

Miokardiosklerozla nəticələnməyən və ürək ritmi və keçiriciliyinin pozulmaları olmayan keçirilmiş qeyri-revmatik miokarditlər bu maddənin tətbiqi üçün əsas vermir və hərbi təhsil müəssisələrinə, hərbi liseylərə daxil olmağa mane olmur.

 


Maddə

Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi

Hərbi xidmətə yararlılıq kateqoriyası

I qrafa

II qrafa

III qrafa

43

Hipertoniya xəstəliyi:

 

 

 

a) III mərhələ

D

D

D

b) II mərhələ

C

C

C və ya B FƏRDİ

c) I mərhələ

C

C

B

 

«a» bəndinə III mərhələ hipertoniya xəstəliyi və hipertoniya xəstəliyinin tez proqressivləşən (bədxassəli) forması aiddir.

Hipertoniya xəstəliyinin III mərhələsi arterial təzyiqin sabit yüksək (sakit vəziyyətdə: sistolik təzyiqin 200 mm civə sütunu və artıq, diastolik təzyiqin 115 mm civə sütunu və artıq) göstəriciləri ilə xarakterizə olunur. Miokard infarktı və ya insult keçirmiş şəxslərdə arterial təzyiqin göstəriciləri aşağı düşə bilər. Xəstəliyin klinik şəklində hipertenziv sindromla bilavasitə və sıx bağlı olan ağır damar pozulmaları (II — IV FS ürək çatışmazlığı, miokard infarktı, hemorragik insult, aortanın laylanan anevrizması, qansızma və ya ekssudatlarla müşayiət olunan tor qişa arteriyalarının generalizə olunmuş daralması və görmə siniri məməciyinin ödemi, kreatininin səviyyəsi 176 mkmol/l-dən artıq olan xroniki böyrək çatışmazlığı) üstünlük təşkil edir.

«b» bəndinə arterial təzyiqin, daimi medikamentoz terapiya aparılmadan normal rəqəmlərə düşməyən davamlı yüksəlmiş (sakit vəziyyətdə: sistolik təzyiqin 180 —199 mm civə sütunu, diastolik təzyiqin 105 — 114 mm civə sütunu) göstəriciləri ilə hipertoniya xəstəliyinin II mərhələsi aiddir. Hipertoniya xəstəliyinin ikinci mərhələsi həm kliniki məlumatlar, həm də instrumental (rentgenoloji, EKQ, ExoKQ) müayinələr ilə aşkar edilən sol mədəcik miokardının hipertrofiyası, tor qişa damarlarının generalizə olunmuş və ya lokal daralması, proteinuriya və (və ya) kreatininin səviyyəsinin 105 — 176 mkmol/l olması ilə səciyyələnir. Hipertoniya xəstəliyinin II mərhələsində baş-beyin qan dövranının serebral, keçib gedən hərəki, hissiyyat, nitq, beyincik, vestibülyar və digər dinamik pozulmalarına rast gəlinə bilər.

«c» bəndinə arterial təzyiqin yüksəlmiş (sakit vəziyyətdə: sistolik təzyiqin 160-dan 179 mm civə sütununa qədər, diastolik təzyiqin 95-dən 104 mm civə sütununa qədər yüksəlməsi) göstəriciləri ilə hipertoniya xəstəliyinin I mərhələsi aiddir.

Hipertoniya xəstəliyinin I mərhələsi zamanı arterial təzyiq labildir, gün ərzində nəzərəçarpacaq dərəcədə dəyişir. Dövri olaraq arterial təzyiqin göstəriciləri göstərilən rəqəmlərdən yuxarı qalxa bilər. Arterial təzyiqin spontan normallaşması (istirahət vaxtı, xəstənin məzuniyyətdə olduğu dövrdə) mümkündür, lakin bu uzunmüddətli deyil və tədricən baş verir. Xəstəliyin kliniki şəklində adətən ürək, baş-beyin, böyrəklər tərəfindən üzvi dəyişikliklər olmur. Göz dibindəki dəyişikliklər daimi deyil. Orqan və sistemlərin funksiyaları cüzi pozulur və ya pozulmur.

«Xəstəliklər cədvəli»nin I, II qrafaları üzrə şəhadətləndirilən şəxslərdə hipertoniya xəstəliyinin diaqnozu stasionar müayinə və dispanser müşahidənin nəticələri ilə təsdiq olunmalıdır. Arterial hipertenziyanın ilk dəfə aşkar edildiyi və müşahidə müddətinin kifayət qədər olmadığı hallarda hipertoniya xəstəliyinin olması ixtisaslaşdırılmış bölmədə təsdiq edilməlidir.

Hipertoniya xəstəliyinin bütün hallarında simptomatik hipertenziyalarla differensial diaqnostika aparılmalıdır. Simptomatik arterial hipertenziyası olan şəxslər əsas xəstəliyə görə şəhadətləndirilirlər.

 


Maddə

Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi

Hərbi xidmətə yararlılıq kateqoriyası

I qrafa

II qrafa

III qrafa

44

Ürəyin işemik xəstəliyi:

 

 

 

a) funksiyaların mühüm dərəcədə pozulması ilə

D

D

D

b) funksiyaların mülayim dərəcədə pozulması ilə

C

C

C və ya B FƏRDİ

c) funksiyaların cüzi dərəcədə pozulması ilə

C

C

B


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə