«Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə



Yüklə 1,55 Mb.
səhifə13/21
tarix26.09.2017
ölçüsü1,55 Mb.
#2131
1   ...   9   10   11   12   13   14   15   16   ...   21

 

«a» bəndinə aşağıdakılar aiddir:

əngin və (və ya) çənənin cərrahi müalicədən sonrakı transplantatlarla əvəz edilməmiş defektləri;

müalicədən (o cümlədən, cərrahi müalicədən) səmərə olmadıqda və ya ondan imtina edildikdə, üz-çənə nahiyəsinin defektləri və deformasiyaları, habelə çənənin, əngin, tüpürcək vəzilərinin, gicgah-çənə oynaqlarının tez-tez kəskinləşən («Xəstəliklər cədvəli»nin I — II qrafası ilə şəhadətləndirilənlər üçün ildə 2 dəfədən çox, III qrafa ilə şəhadətləndirilənlər üçün ildə 4 dəfədən çox) xroniki xəstəlikləri, gicgah-çənə oynaqlarının ankilozu, çənənin kontrakturası və yalançı oynaqları;

üz-çənə nahiyəsinin müalicə olunmayan aktinomikozu.

Bəzi hallarda, hərbi xidməti vəzifələrini icra etmək qabiliyyəti saxlandıqda, üz-çənə nahiyəsinin qazanılmış defektləri və deformasiyaları olan zabitlər ortopedik müalicə metodlarının kafi nəticələri ilə «b» bəndi üzrə şəhadətləndirilə bilərlər.

«b» bəndinə aşağıdakılar aiddir:

dişləmin aralanmasının 5 mm-dən artıq olması və ya N.İ. Aqapova görə, çeynəmə səmərəliliyinin 60 faizdən az olması ilə səciyyələnən II — III dərəcəli dişləm anomaliyaları;

tez-tez kəskinləşmələrlə müşayiət olunan xroniki sialoadenitlər;

müalicəsi kafi nəticələnən üz-çənə nahiyəsinin aktinomikozu;

əng və çənənin, sekvestral boşluqların və sekvestrlərin olması ilə müşayiət olunan xroniki osteomieliti;

«Xəstəliklər cədvəli»nin I — II qrafası üzrə şəhadətləndirilənlərdə cərrahi müalicədən sonra transplantatla əvəz edilmiş çənə defekti.

Vətəndaşlar ilkin hərbi uçota götürülərkən «b» bəndində göstərilən xəstəliklərlə müalicəyə göndərilirlər. Hərbi qulluqçular müalicədən sonra «Xəstəliklər cədvəli»nin 61-ci maddəsi üzrə şəhadətləndirilirlər. Cərrahi müalicədən imtina edildikdə və ya cərrahi əməliyyatın nəticəsi qeyri-qənaətbəxş olduqda, şəhadətləndirilmə «a» və ya «b» bəndi üzrə keçirilir.

Əgər dişləm anomaliyalarına görə cərrahi müalicədən sonra 6 aydan az vaxt keçmişsə, vətəndaşlar ilkin hərbi uçota götürülərkən, hərbi xidmətə çağırılarkən, hərbi xidmətə könüllü daxil olarkən hərbi xidmətə müvəqqəti yararsız hesab edilirlər.

N.İ. Aqapova görə 60 faizdən az çeynəmə səmərəliliyi ilə II dərəcəli dişləm anomaliyası (dişləmin 5 mm-dən 10 mm-ə qədər aralanması) və ya dişləmin 10 mm-dən artıq aralanması ilə (çeynəmənin səmərəliliyi nəzərə alınmadan) II dərəcəli dişləm anomaliyası olduqda şəhadətləndirilmə bu maddənin «b» bəndi üzrə, 60 faiz və daha artıq çeynəmə səmərəliliyi ilə II dərəcəli dişləm anomaliyası (dişləmin 5 mm-dən 10 mm-ə qədər aralanması) olduqda şəhadətləndirilmə bu maddənin «ç» bəndi üzrə keçirilir.

I dərəcəli dişləm anomaliyasının (diş cərgələrinin 5 mm-ə qədər daxil olmaqla yerdəyişməsi) olması bu maddənin tətbiqi üçün əsas deyil və hərbi xidmətkeçməyə, hərbi təhsil müəssisələrinə və hərbi liseylərə daxil olmağa mane olmur.

 

 

 



 

Maddə

Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi

Hərbi xidmətə yararlılıq kateqoriyası

I qrafa

II qrafa

III qrafa

57

Mədənin, onikibarmaq bağırsağın xora xəstəliyi:

 

 

 

a) funksiyaların mühüm dərəcədə pozulması ilə

D

D

D

b) funksiyaların mülayim dərəcədə pozulması və xəstəliyin tez-tez kəskinləşmələri ilə

C

C

C və ya B FƏRDİ

c) funksiyaların cüzi dərəcədə pozulması və xəstəliyin nadir kəskinləşmələri ilə

C

C

B

 

Xora xəstəliyinin olması, hökmən endoskopik müayinə və (və ya) hipotoniya şəraitində aparılmış rentgenoloji müayinə ilə təsdiq edilməlidir.

«a» bəndinə aşağıdakılar aiddir:

cərrahi müalicəyə əks-göstəriş olduqda və ya ondan imtina edildikdə, penetrasiya, mədə çıxacağının stenozu (kontrast maddənin mədədə 24 saatdan artıq ləngiməsi) ilə fəsadlaşmış, qidalanma zəifliyi (BÇİ — 18,5 — 19,0 və az) ilə müşayiət olunan mədənin və onikibarmaq bağırsağın xora xəstəliyi;

massiv qastroduodenal qanaxma (dövran edən qan həcminin 30 faizə qədər və çox azalması) ilə fəsadlaşmış xora xəstəliyi, göstərilmiş fəsadlaşmadan sonra bir il müddətində;

mədənin ekstirpasiyası və ya onun subtotal rezeksiyası;

mədənin rezeksiyasının, mədə-bağırsaq anostomozu qoyulmasının qidalanmanın pozulması (BÇİ — 18,5 — 19,0 və az) ilə müşayiət olunan nəticələri;

mədə-bağırsaq anostomozu qoyulması ilə kötük və ya selektiv vaqotomiyanın həzm funksiyasının mühüm dərəcədə pozulması ilə (müalicəyə tabe olmayan dempinq-sindrom, fasiləsiz ishal, qidalanma zəifliyi (BÇİ — 18,5 — 19,0 və az), davamlı anastomozitlər, anastomoz xoraları) müşayiət olunan nəticələri.

«b» bəndinə aşağıdakılar aiddir:

tez-tez (ildə 2 dəfə və çox) kəskinləşmələrlə müşayiət olunan xora xəstəliyi;

nəhəng xoralarla (mədədə 3 sm və böyük, yaxud onikibarmaq bağırsaqda 2 sm və böyük diametrli) xora xəstəliyi;

mədənin kallyoz xoraları ilə müşayiət olunan xora xəstəliyi;

soğanaqdankənar xora ilə müşayiət olunan xora xəstəliyi;

soğanaqda və ondan kənar çoxlu xoralarla müşayiət olunan xora xəstəliyi;

uzun müddət (mədədə — 3 ay və daha artıq, onikibarmaq bağırsaqda — 2 ay və daha artıq) çapıqlaşmayan xoralarla müşayiət olunan xora xəstəliyi;

perforasiya və ya posthemorragik anemiyanın inkişafına səbəb olmuş qanaxma ilə fəsadlaşmış (göstərilən fəsadlaşmalardan sonra 5 il ərzində) xora xəstəliyi, yaxud onikibarmaq bağırsaq soğanağının kobud çapıq deformasiyası;

onikibarmaq bağırsağın fasiləsiz residivləşən (çapıqlaşmadan sonra 2 aya qədər müddət ərzində residivləşən xoralar) xora xəstəliyi;

kötük və ya selektiv vaqotomiyanın, mədə rezeksiyasının, mədə-bağırsaq anostomozu qoyulmasının nəticələri.

Onikibarmaq bağırsaq soğanağının kobud deformasiyası evakuasiyanın ləngiməsi (kontrast maddənin mədədə 2 saatdan artıq ləngiməsi) ilə müşayiət olunan, süni hiptoniya şəraitində dürüst yerinə yetirilmiş duodenoqrafiyada aydın seçilən deformasiya hesab edilir.

«Xəstəliklər cədvəli»nin III qrafası ilə həzm funksiyasının pozulması olmayan, onikibarmaq bağırsaq soğanağının cüzi deformasiyası və nadir (ildə 1 dəfə) kəskinləşmələrlə onikibarmaq bağırsağın və ya mədənin xora xəstəliyi ilə hərbi qulluqçuların şəhadətləndirilməsi «c» bəndi üzrə keçirilir.

Birinci dəfə təyin olunmuş mədənin və onikibarmaq bağırsağın xora xəstəliyi diaqnozu ilə «Xəstəliklər cədvəli»nin I qrafası üzrə şəhadətləndirilən vətəndaşlara bu maddənin «c» bəndi tətbiq edilir, «Xəstəliklər cədvəli»nin II qrafası üzrə şəhadətləndirilənlər isə 61-ci maddəyə əsasən hərbi xidmətə müvəqqəti yararsız hesab edilirlər. Residiv olduqda, xəstəliyin gedişindən və remissiyanın müddətindən (davamlılığından) asılı olaraq, qərar «a», «b» və ya «c» bəndi üzrə çıxarılır.

Xəstəliyin remissiya fazasında onikibarmaq bağırsaq soğanağının keçirilmiş xorasının etibarlı əlaməti — süni hipotoniya şəraitində yerinə yetirilmiş fibroqastroskopiyada xoradan sonrakı çapığın olması və (və ya) duodenoqrafiyada soğanaqda kobud çapıq deformasiyasının olması, keçirilmiş mədə xorasının əlaməti isə — fibroqastroskopiyada xoradan sonrakı çapığın olmasıdır.

Mədənin və onikibarmaq bağırsağın fəsadlaşmamış simptomatik xoraları ilə hərbi xidmətə yararlılıq kateqoriyası əsas xəstəliyin ağırlıq dərəcəsindən və gedişindən asılı olaraq «Xəstəliklər cədvəli»nin müvafiq maddələri üzrə təyin edilir. Fəsadlaşmış simptomatik xoralarla «Xəstəliklər cədvəli»nin bütün qrafaları üzrə şəhadətləndirilənlərin hərbi xidmətə yararlılıq kateqoriyası həzm funksiyalarının pozulma dərəcəsindən asılı olaraq, bu maddənin «a», «b» və ya «c» bəndi üzrə təyin edilir.

Mədənin, onikibarmaq bağırsağın xora xəstəliyinin kəskinləşməsi (residivi) dedikdə, qastroduodenal sistemin istənilən nahiyəsində təkrar xora əmələ gəlməsi ilə, xəstədə müalicəyə qədər müşahidə olunmuş kliniki mənzərənin əsas əlamətlərini təkrarlayan kliniki simptomlar kompleksi başa düşülür.

 


Maddə

Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi

Hərbi xidmətə yararlılıq kateqoriyası

I qrafa

II qrafa

III qrafa

58

Mədənin və onikibarmaq bağırsağın digər xəstəlikləri, qaraciyərin, öd kisəsinin, öd yollarının və mədəaltı vəzinin xəstəlikləri:

 

 

 

a) funksiyaların mühüm dərəcədə pozulması ilə

D

D

D

b) funksiyaların mülayim dərəcədə pozulması və xəstəliyin tez-tez kəskinləşmələri ilə

C

C

C və ya B FƏRDİ

c) funksiyaların cüzi dərəcədə pozulması ilə

A-3

A

A
HDQ, DP-də FƏRDİ

 

 

«a» bəndinə aşağıdakılar aiddir:



qaraciyərin sirrozu;

xroniki proqressivləşən aktiv hepatitlər;

ağır gedişli xroniki residivləşən pankreatitlər (fasiləsiz pankreatik və ya pankreatogen ishal, proqressivləşən arıqlama, polihipovitaminozlar);

biliodigestiv anastomozların qoyulmasından, mədəaltı vəzinin rezeksiyasından sonrakı hallar;

cərrahi müalicədən sonrakı fəsadlaşmalar (öd fistulu, mədəaltı vəzinin fistulu və s.).

«b» bəndinə aşağıdakılar aiddir:

təkrar və uzunmüddətli stasionar müalicə tələb edən, sekretor, turşu ifrazetmə funksiyalarının pozulması, tez-tez kəskinləşmələr və qidalanma zəifliyi (BÇİ — 18,5 — 19,0 və az) ilə müşayiət olunan qastritlər, qastroduodenitlər, stasionar müalicə uğursuzluqla nəticələndikdə;

qaraciyərin funksiyasının pozulması ilə müşayiət olunan və (və ya) mülayim aktivlikdə olan xroniki lobulyar və persistəedici hepatitlər;

stasionar müalicə tələb edən tez-tez (ildə 2 dəfə və çox) kəskinləşmələrlə müşayiət olunan xroniki xolesistitlər;

sekretor və ya inkretor funksiyaların pozulması və tez-tez (ildə 2 dəfə və çox) kəskinləşmələrlə müşayiət olunan xroniki pankreatitlər.

pankreatitlərin cərrahi müalicədən sonra yalançı kista (marsupilizasiya və s.) ilə nəticələnməsi.

Öd kisəsinin çıxarılmasından sonra və ya öd axacaqlarının, mədəaltı vəzinin, öd kisəsinin xəstəliklərinin cərrahi müalicəsindən sonra yaxşı nəticələrlə ilkin hərbi uçota götürülərkən, hərbi xidmətə çağırılarkən, hərbi xidmətə könüllü daxil olarkən vətəndaşlar, çağırış üzrə hərbi xidmət keçən hərbi qulluqçular «b» bəndi üzrə, «Xəstəliklər cədvəli»nin III qrafasında nəzərdə tutulmuş hərbi qulluqçular isə «c» bəndi üzrə şəhadətləndirilirlər.

«c» bəndinə aşağıdakılar aiddir:

nadir kəskinləşmələrlə sekretor funksiyanın cüzi dərəcədə pozulması olan xroniki qastritlər, qastroduodenitlər;

ödçıxarıcı yolların diskineziyası;

fermentopatik (xoşxassəli) hiperbilirubinemiyalar;

nadir kəskinləşmələrlə təzahür edən və müalicəsi yaxşı nəticələnən xroniki xolesistitlər, pankreatitlər.

Qaraciyərin funksiyasının pozulması olmadan və (və ya) minimal aktivlikdə xroniki hepatiti olan vətəndaşlar ilkin hərbi uçota götürülərkən, hərbi xidmətə çağırılarkən, hərbi xidmətə könüllü daxil olarkən, çağırış üzrə və könüllü (müddətdən artıq) hərbi xidmət keçən əsgərlər, matroslar, çavuşlar «b» bəndi, zabitlər və gizirlər (miçmanlar) isə «c» bəndi üzrə şəhadətləndirilirlər.

Xroniki hepatit diaqnozu ixtisaslaşdırılmış bölmə şəraitində aparılmış müayinə və qaraciyərin punksiya biopsiyasının nəticələri ilə, biopsiya aparılması mümkün olmadıqda və ya ondan imtina edildikdə isə qaraciyərin zədələnməsinin sabitliyini təsdiqləyən kliniki, laborator, instrumental müayinələrin məlumatları və dispanser müşahidə aparıldığı halda, onun nəticələri ilə təsdiq olunmalıdır.

 

 



Maddə

Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi

Hərbi xidmətə yararlılıq kateqoriyası

I qrafa

II qrafa

III qrafa

59

Qida borusunun, bağırsaqların (onikibarmaq bağırsaqdan başqa) və peritonun xəstəlikləri:

 

 

 

a) funksiyaların mühüm dərəcədə pozulması ilə

D

D

D

b) funksiyaların mülayim dərəcədə pozulması və tez-tez kəskinləşmələrlə

C

C

C və ya B FƏRDİ

c) funksiyaların cüzi dərəcədə pozulması ilə

C

C

B

ç) funksiyaların pozulması olmayan obyektiv əlamətlər olduqda

A-3

A


HDQ, ÜH, DP, XQ-də FƏRDİ

 

«a» bəndinə aşağıdakılar aiddir:

qazanılmış qida borusu-traxeya və ya qida borusu-bronx fistulları;

sistematik buclama, balonla dilyatasiya (genişləndirmə) və ya cərrahi müalicə tələb edən, mühüm kliniki təzahürlərlə qida borusunun çapıq daralmaları və ya sinir-əzələ xəstəlikləri;

həzm funksiyasının kəskin pozulması ilə xroniki qeyri-spesifik xoralı kolitlər və enteritlərin ağır formaları;

həzm funksiyasının və qidalanmanın pozulması ilə ((BÇİ 18,5 — 19,0 və az) müşayiət olunan nazik bağırsağın (1,5 m-dən az olmamaqla) və yoğun bağırsağın (30 sm-dən az olmamaqla) rezeksiyasından sonrakı hal;

yeriş zamanı və ya bədənə şaquli vəziyyət verildikdə düz bağırsağın bütün qatlarının düşməsi (III mərhələ);

qeyri-təbii anus, cərrahi müalicənin yekun mərhələsi kimi bağırsaq və ya nəcis fistulu;

anus sfinkterinin III dərəcəli çatışmazlığı;

davamlı və ya tez-tez açılan fistullarla xroniki paraproktit (zabitlər «b» bəndi üzrə şəhadətləndirilirlər).

«b» bəndinə aşağıdakılar aiddir:

cərrahi müalicə tələb etməyən, kliniki təzahürlərlə qida borusunun divertikulları;

konservativ müalicənin nəticələri qənaətbəxş olduqda, qida borusunun çapıq daralmaları və sinir-əzələ xəstəlikləri;

təkrar və uzunmüddətli (2 aydan artıq) stasionar müalicə tələb edən və stasionar müalicəsi uğursuzluqla nəticələnən, sekretor, turşu ifrazetmə funksiyalarının pozulması, tez-tez kəskinləşmələr və həzm prosesinin pozulması ilə (BÇİ — 18,5 — 19,0 və az) müşayiət olunan enteritlər;

həzm funksiyasının pozulması dərəcəsindən və kəskinləşmələrin tezliyindən asılı olmayaraq, xroniki residivləşən qeyri-spesifik xoralı kolitlər, Kron xəstəliyi;

nazik bağırsağın (1 m-dən az olmayaraq) və ya yoğun bağırsağın (20 sm-dən az olmayaraq) rezeksiyası, dempinq-sindromun nadir təzahür etməsi ilə mədə-bağırsaq anastomozu;

təkrar stasionar müalicə tələb edən və təxliyyə funksiyasının pozulması ilə müşayiət olunan qarın boşluğunda bitişmə prosesi (periton bitişmələri), (bitişmə prosesi rentgenoloji və endoskopik müayinənin məlumatları ilə təsdiq olunmalıdır);

fiziki yük zamanı düz bağırsağın düşməsi (II mərhələ);

anus sfinkterinin I — II dərəcəli çatışmazlığı;

tez-tez kəskinləşmələrlə (ildə 2 dəfə və çox) xroniki paraproktit.

«c» bəndinə aşağıdakılar aiddir:

funksiyaların cüzi dərəcədə pozulması ilə qida borusunun xəstəlikləri, peritonun bitişmələri;

defekasiya aktı zamanı düz bağırsağın düşməsi (I mərhələ);

nadir kəskinləşmələrlə xroniki paraproktit.

Düz bağırsağın düşməsi, bağırsaq və nəcis fistulları, anusun daralması və ya sfinkterin çatışmazlığı olduqda, şəhadətləndirilənlərə cərrahi müalicə təklif edilir. Cərrahi əməliyyatdan sonra hərbi qulluqçulara «Xəstəliklər cədvəli»nin 61-ci maddəsi üzrə xəstəliyə görə məzuniyyət verilməsinin zəruriliyi barədə qərar çıxarılır, əgər cərrahi əməliyyatdan sonra 6 aydan az vaxt keçmişsə, vətəndaşlar ilkin hərbi uçota götürülərkən və hərbi xidmətə çağırılarkən 6 ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız hesab edilirlər. Hərbi xidmətə yararlılıq kateqoriyası müalicənin nəticələrindən asılı olaraq təyin edilir. Xəstəliyin residivləşməsi və ya müalicədən imtina edilməsi hallarında qərar bu maddənin «a», «b» və ya «c» bəndi üzrə çıxarılır.

 


Maddə

Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi

Hərbi xidmətə yararlılıq kateqoriyası

I qrafa

II qrafa

III qrafa

60

Yırtıqlar:

 

 

 

a) funksiyaların mühüm dərəcədə pozulması ilə

D

D

C

b) funksiyaların mülayim dərəcədə pozulması ilə

C

C

B

c) funksiyanın pozulması ilə müşayiət olunmayan obyektiv əlamətlər olduqda

A- 4

A

A
HDQ, ÜH, XQ-də FƏRDİ

 

Yırtıq olduqda, «Xəstəliklər cədvəli»nin I — III qrafaları üzrə şəhadətləndirilənlərə cərrahi müalicə təklif olunur. Uğurlu müalicədən sonra onlar hərbi xidmətə yararlıdırlar.

Bu maddənin tətbiqi üçün əsas müalicənin nəticələrinin qeyri-qənaətbəxş olması (cərrahi müalicədən sonra xəstəliyin residivləşməsi) və ya müalicədən imtina edilməsi, habelə müalicənin aparılmasına əks-göstərişlərin olmasıdır.

«a» bəndinə aşağıdakılar aiddir:

əlin köməyi ilə və ya bədənə üfüqi vəziyyət verməklə yerinə salına bilən, yaxud daxili orqanların funksiyasını pozan, təkrar residivləşən, böyük ölçülü xarici yırtıqlar;

döş qəfəsi orqanlarının funksiyasını pozan və ya tez-tez (ildə 2 dəfə və daha çox) boğulan diafraqmal yırtıqlar (o cümlədən, diafraqmanın qazanılmış relaksasiyası);

yerinə salına bilinməyən ventral yırtıqlar.

Cərrahi müalicədən sonra yırtığın bir dəfə residiv verməsi «a» bəndinin tətbiq edilməsi üçün əsas vermir.

«b» bəndinə aşağıdakılar aiddir:

müalicənin kafi nəticələri ilə, «a» bəndində göstərilən pozulmalarla müşayiət olunmayan, diafraqmanın qida borusu dəliyinin yırtıqları;

bədənin şaquli vəziyyətində fiziki yük, öskürək zamanı təzahür edən ortaölçülü residivləşən xarici yırtıqlar;

bandaj gəzdirilməsini tələb edən ventral yırtıqlar.

«c» bəndinə yırtıq qapılarının, müsbət «öskürək təkanı» simptomunun olması ilə yırtıqlar, habelə yırtıq kisəsi və yırtıq möhtəviyyatı olmayan yırtıqlar aiddir.

Kiçik, fizioloji həlqə hüdudlarında göbək yırtığı, qarının ağ xəttinin peritonönü piy şişi, habelə fiziki yük, gücənmə zamanı yırtıq şişi olmadan qasıq həlqələrinin genişlənməsi bu maddənin tətbiqi üçün əsas deyil və hərbi xidmətkeçməyə, hərbi təhsil müəssisələrinə və hərbi liseylərə daxil olmağa mane olmur.

 


Maddə

Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi

Hərbi xidmətə yararlılıq kateqoriyası

I qrafa

II qrafa

III qrafa

61

Kəskin xəstəlikdən, xroniki xəstəliyin kəskinləşməsindən və ya cərrahi müalicədən sonra həzm orqanlarının müvəqqəti funksional pozulmaları

Ç

Ç

Ç

 

Mədə və onikibarmaq bağırsağın kəskin xora xəstəliyindən sonra soğanağın kobud deformasiyası olmadıqda, hərbi-həkim komissiyası tərəfindən «Xəstəliklər cədvəli»nin II qrafası üzrə şəhadətləndirilən hərbi qulluqçulara məzuniyyət verilməsi barədə qərar çıxarılır.

Mədənin və ya onikibarmaq bağırsağın selikli qişasının eroziv dəyişiklikləri olan və «Xəstəliklər cədvəli»nin I — II — III qrafaları üzrə şəhadətləndirilən şəxslər müalicə olunur və müalicədən sonra hərbi xidmətə yararlı sayılırlar.

Cərrahi xəstəliklərə görə aparılmış operativ müdaxilələrdən (appendektomiya, hernioplastika əməliyyatlarından, kəskin və xroniki paraproktitlərə görə aparılmış cərrahiyyə əməliyyatlarından və s.) sonra fəsadlaşmalar olmadıqda, müalicə müəssisəsindən çıxarıldıqdan sonra hərbi xidmətə çağırış zamanı vətəndaşların 3 ay müddətinədək müvəqqəti yararsızlığı, hərbi qulluqçulara isə 15 gün müddətinə xəstəliyə görə məzuniyyət verilməsinin zəruriliyi haqqında qərar çıxarılır. Operativ müdaxilələrdən sonra fəsadlaşmalar olduqda və hərbi xidməti vəzifələrini icraetmə qabiliyyətinin tam bərpası üçün 15 gündən artıq müddət tələb olunduğu hallarda hərbi qulluqçulara 15 gündən 30 günədək xəstəliyə görə məzuniyyət verilməsinin zəruriliyi barədə qərar çıxarılır.

 


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə