«Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə



Yüklə 1,55 Mb.
səhifə12/21
tarix26.09.2017
ölçüsü1,55 Mb.
#2131
1   ...   8   9   10   11   12   13   14   15   ...   21

 

Xəstəliyin tez-tez kəskinləşməsi dedikdə, ildə 2 dəfə və daha çox kəskinləşmə olması başa düşülür.

Xroniki polipoz sinusitin olması burunətrafı ciblərin kontrastlaşdırma ilə 2 proyeksiyada rentgenoqrafiyası və (və ya) rentgenotomoqrafiyası ilə təsdiq olunmalıdır. Burunətrafı ciblərin xroniki irinli (irinsiz) xəstəliklərinin diaqnozu rinoskopik məlumatlarla, ciblərin 2 proyeksiyada rentgenoqrafiyası, əng sinusiti olduqda isə diaqnostik punksiya ilə də təsdiq edilməlidir.

Aşağıdakı xəstəliklər bu maddənin tətbiqi üçün əsas deyil və hərbi xidmətkeçməyə, hərbi təhsil müəssisələrinə və hərbi liseylərə daxil olmağa mane olmur:

burun tənəffüsünün cüzi dərəcədə pozulması ilə yuxarı tənəffüs yollarının selikli qişasının davamsız subatrofik təzahürləri və burun arakəsməsinin əyriliyi;

diaqnostik punksiya zamanı irin və ya transudat alınmadığı və əng cibi dəliyinin keçiriciliyi saxlanıldığı halda, əng cibi selikli qişasının divaryanı qalınlaşması;

burunətrafı ciblərdə aparılmış cərrahi əməliyyatdan sonrakı qalıq əlamətləri (ağız dəhlizinin keçid büküşünün xətvari çapığı);

cərrahi əməliyyat aparılmış cibin burun boşluğu ilə dəlik vasitəsi ilə birləşməsi və ya rentgenoqramda vual).

Burunətrafı ciblərin barofunksiyasının pozulmalarının davamlı xarakteri şəhadətləndirilən şəxsin şikayətləri, burun boşluğunun vəziyyəti, təzyiqin dəyişmələrinə dözümlülüyün sınaqdan əvvəl və sonra burunətrafı ciblərin rentgenoloji müayinələrinin aparılması ilə barokamerada sınaqdan keçirilməsi, tibbi və xidməti xasiyyətnamələrin məlumatları əsasında təyin edilir.

Xroniki dekompensasiya olunmuş tonzillit dedikdə, xroniki tonzillitin tez-tez kəskinləşməsi, tonzillogen intoksikasiyanın (subfebrilitet, tez yorulma, süstlük, kefsizlik) olması, badamcıqlarətrafı toxumanın və regionar limfa düyünlərinin iltihab prosesinə cəlb edilməsi (paratonzilyar abses, regional limfadenit) və metatonzillyar fəsadlaşmalarla xarakterizə olunan forması başa düşülməlidir.

Xroniki dekompensasiya olunmuş tonzillitin obyektiv əlamətlərinə damaq badamcığını şpatellə basdıqda və ya onu zondlayarkən lakunadan irin ifrazı və ya kazeoz tıxacların çıxması, damaq badamcıqları üzərində kobud çapıqların olması, damaq qövslərinin hiperemiyası və ödemi, onların badamcıqlarla bitişməsi, epitelaltı qatda irinləmiş follikulların olması, döş-körpücük—məməyəbənzər əzələlərin ön kənarı boyunca limfa düyünlərinin böyüməsi aiddir.

Xroniki tonzillitin digər formaları bu maddənin tətbiqi üçün əsas deyil və hərbi xidmətkeçməyə, hərbi təhsil müəssisələrinə və hərbi liseylərə daxil olmağa mane olmur.

İlkin hərbi uçota götürülərkən, xroniki tonzillitin istənilən forması ilə vətəndaşlara müalicə təyin olunur.

İrinsiz sinusitlər hərbi təhsil müəssisələrinə və hərbi liseylərə daxil olmağa mane olmur.

 


Maddə

Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi

Hərbi xidmətə yararlılıq kateqoriyası

I qrafa

II qrafa

III qrafa

50

Qırtlağın və traxeyanın boyun hissəsinin xəstəlikləri və zədələnmələri

 

 

 

a) tənəffüs və (və ya) səs funksiyalarının mühüm dərəcədə pozulması ilə

D

D

D

b) tənəffüs və (və ya) səs funksiyalarının mülayim dərəcədə pozulması ilə

C

C

C və ya B FƏRDİ

c) tənəffüs funksiyalarının cüzi dərəcədə pozulması ilə

C

C

B

 

Bu maddə müalicənin nəticələri qeyri-qənaətbəxş olduqda və ya ondan imtina edildikdə, qırtlağın və ya traxeyanın boyun hissəsinin anadangəlmə və qazanılmış xəstəliklərini, zədələnmələrinin nəticələrini nəzərdə tutur.

«a» bəndinə səsyaranmanın, təbii nəfəs yolları ilə tənəffüsün, qırtlaq-udlağın ayırıcı funksiyasının davamlı olmaması (yoxluğu), qırtlağın orta stenozu aiddir.

«b» bəndinə obstruktiv tip üzrə II dərəcəli tənəffüs çatışmazlığı ilə tənəffüsün davamlı çətinləşməsi və (və ya) aparılmış müalicədən sonra 3 ay və daha çox davam edən səsyaranmanın davamlı çətinləşməsi (funksional afoniya, xırıltılı səs, səsin gurluğunun zəifləməsi) aiddir.

Səsyaranmanın davamlı çətinləşməsinin təsdiq olunması üçün səsin gurluğunu dəfələrlə yoxlamaq (müayinə dövrü ərzində 3 dəfədən az olmayaraq) lazımdır.

«c» bəndinə obstruktiv tip üzrə I dərəcəli tənəffüs çatışmazlığı ilə tənəffüsün davamlı pozulması aiddir.

 

 


Maddə

Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi

Hərbi xidmətə yararlılıq kateqoriyası

I qrafa

II qrafa

III qrafa

51

Tənəffüs orqanlarının digər xəstəlikləri

 

 

 

a) funksiyaların mühüm dərəcədə pozulması ilə

D

D

D

b) funksiyaların mülayim dərəcədə pozulması ilə

C

C

C və ya B FƏRDİ

c) funksiyaların cüzi dərəcədə pozulması ilə

A-3

A

A
HDQ, ÜH, DP, XQ-də FƏRDİ

 

«a» bəndinə aşağıdakılar aiddir:

III dərəcəli tənəffüs (ağciyər) çatışmazlığı ilə müşayiət olunan bronx-ağciyər aparatının, plevranın xroniki xəstəlikləri və ağ ciyərlərin irinli xəstəlikləri;

III mərhələ sarkoidoz;

histoloji müayinələrin nəticəsi ilə təsdiq edilmiş, tənəffüs çatışmazlığının dərəcəsindən asılı olmayaraq, alveolyar proteinoz, alveolar ağciyər mikrolitiazı, idiopatik fibrozlaşdırıcı alveolit.

«b» bəndinə aşağıdakılar aiddir:

II dərəcəli tənəffüs (ağciyər) çatışmazlığı ilə müşayiət olunan bronx-ağciyər aparatının xroniki xəstəlikləri;

ilkin hərbi uçota götürülən, hərbi xidmətə çağırılan, hərbi xidmətə könüllü daxil olan vətəndaşlarda, habelə çağırış üzrə və ya könüllü xidmət keçən əsgərlər, matroslar, çavuşlarda histoloji müayinələrin nəticələri ilə təsdiq olunmuş bronxoektazlar, I — II mərhələ sarkoidoz.

Xəstə diaqnostik punksiyadan imtina etdikdə, diaqnoz klinik, rentgenoloji və laborator məlumatlara əsasən müəyyən edilir.

Zabitlərin, gizirlərin və miçmanların hərbi xidmətə yararlılıq kateqoriyası tənəffüs (ağciyər) çatışmazlığının dərəcəsindən asılı olaraq təyin edilir.

Tənəffüs (ağciyər) çatışmazlığı dərəcələrinin göstəriciləri 1 nömrəli cədvəldə — «Tənəffüs» (ağciyər) çatışmazlığı dərəcələrinin göstəriciləri»ndə verilmişdir (ixtisaslaşdırılmış səhiyyə müəssisələri və ya hərbi tibb müəssisələri üçün daha məlumatlı göstəricilərdən istifadə edilməsi mümkündür).

 


Maddə

Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi

Hərbi xidmətə yararlılıq kateqoriyası

I qrafa

II qrafa

III qrafa

52

Bronxial astma:

 

 

 

a) ağır dərəcəli

D

D

D

b) orta ağır dərəcəli

C

C

C və ya B FƏRDİ

c) yüngül dərəcəli

C

C

B

ç) bronxların dəyişilmiş reaktivliyinin saxlanması ilə 3 il və daha artıq müddətdə tutmaların olmaması

B

B

A
HDQ, DP, ÜH, XQ-də yararsız

 

Bronxial astma diaqnozu stasionar müayinədən sonra təyin edilməlidir.

«a» bəndinə xəstənin təkrar stasionar müalicəsini tələb edən, hormonal asılılıqlı, II — III dərəcəli ağciyər və ağciyər-ürək çatışmazlığı ilə müşayiət olunan, ağır və tez-tez baş verən boğulma tutmaları ilə təzahür edən (hər həftə, çox vaxt astmatik hal), nəfəsvermənin zirvə sürətinin (NZS), yaxud sürətləndirilmiş nəfəsvermə həcminin (SNH1) birinci saniyə ərzində normal göstəricilərin 30 %-indən çox gündəlik dəyişmələri və tutmalararası dövrdə NZS-nin, yaxud SNH1-nin normal göstəricilərin 60%-indən az olması ilə xarakterizə olunan bronxial astma aiddir.

«b» bəndinə ayda bir dəfədən az olmayaraq təkrarlanan, müxtəlif bronxgenişləndirici dərmanların yeridilməsi ilə aradan qaldırılan boğulma tutmaları, NZS-nin, yaxud SNH1-nin göstəricilərinin 30 %-dən çox gündəlik dəyişmələri və tutmalararası dövrdə NZS-nin yaxud SNH1-nin normal göstəricilərin 60 — 80% arasında olması ilə xarakterizə olunan bronxial astma aiddir.

«c» bəndinə bronxgenişləndirici dərmanlarla asan aradan qaldırılan, ildə 2 — 3 dəfədən artıq olmayaraq qısamüddətli boğulma tutmaları olan, tutmadan kənar dövrdə simptomların olmaması və ağ ciyərlərin normal funksiyası ilə, NZS-nin, yaxud SNH1-nin 30 %-indən çox gündəlik dəyişmələri və tutmalararası dövrdə NZS-nin, yaxud SNH1-nin normal göstəricilərin 80%-indən çox olması ilə xarakterizə olunan bronxial astma aiddir.

Digər xəstəliklərin fəsadlaşmaları olan bronxospastik (obturasion, endokrin-humoral, nevrogen, toksiki və s.) sindromlar zamanı, hərbi xidmətə yararlılıq kateqoriyası əsas xəstəliyin gedişindən asılı olaraq «Xəstəliklər cədvəli»nin müvafiq maddələri üzrə təyin edilir.

 


Maddə

Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi

Hərbi xidmətə yararlılıq kateqoriyası

I qrafa

II qrafa

III qrafa

53

Kəskin xəstəliklərdən, xroniki xəstəliklərin kəskinləşməsindən, travmadan və ya cərrahi müalicədən sonra tənəffüs orqanlarının müvəqqəti funksional pozulmaları

Ç

Ç

Ç

 

Bu maddə ilə kəskin pnevmoniyaların gedişinin fəsadlaşma halları (infeksion-toksiki şok, irinləmə, parapnevmonik və metapnevmonik ekssudativ plevritlər, atelektazlar, geniş plevral şvartlar, viruslu pnevmoniyalardan sonra mühüm dərəcədə ifadə olunmuş astenizasiya və s.) olduqda, hərbi qulluqçulara xəstəliyə görə 30 gün müddətinə məzuniyyət verilməsinin zəruriliyi, ilkin hərbi uçota götürülərkən və hərbi xidmətə çağırılarkən isə, vətəndaşlara onların hərbi xidmətə müvəqqəti yararsızlığı haqqında qərar çıxarılır.

Kəskin pnevmoniyaların gedişinin fəsadlaşmadığı yüngül və orta ağır formalarından sonra hərbi qulluqçulara 15 — 20 gün müddətinə xəstəliyə görə məzuniyyət verilir.

Səsyaranmanın müxtəlif etiologiyalı pozulmalarında və ümumi sağlamlıq vəziyyəti yaxşı olduqda, hərbi qulluqçulara məzuniyyət verilməsi məqsədəuyğun deyil və onlar tam sağalanadək xüsusi müalicə almalıdırlar.

Yuxarı tənəffüs yollarının, əng və çənənin zədələnməsi, yaxud xəstəliyinə görə cərrahiyyə əməliyyatı (alın cibinin açılması, əngin və ya çənənin kistalarının, poliplərinin çıxarılması və s.) aparılmış hərbi qulluqçulara məzuniyyət o halda verilir ki, xüsusi müalicənin başa çatmasına baxmayaraq, xəstənin hərbi xidməti vəzifələrini icraetmə qabiliyyətinin bərpası üçün 15 gündən az olmayan müddət tələb olunsun.

Yuxarı tənəffüs yollarının digər xəstəliklərinə görə aparılmış cərrahiyyə əməliyyatlarından sonra müvəqqəti funksional pozulmalar olduqda, hərbi qulluqçuların tam və ya qismən azad edilməsi barədə qərar çıxarılır.

 

Həzm orqanlarının xəstəlikləri

 


Maddə

Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi

Hərbi xidmətə yararlılıq kateqoriyası

I qrafa

II qrafa

III qrafa

54

Dişlərin inkişafının və çıxmasının pozulmaları

 

 

 

a) çənədə və ya əngdə 10 və daha artıq dişin olmaması və ya onların çıxarılan protezlə əvəz edilməsi; çənədə və ya əngdə 8 azı dişin olmaması; əngdə bir tərəfdən 4 azı dişin, çənədə digər tərəfdən 4 azı dişin olmaması və ya onların çıxarılan protezlə əvəz edilməsi

C

C

A
HDQ, ÜH, DP, XQ-də FƏRDİ

b) çənədə və ya əngdə 4 və daha artıq frontal dişin olmaması və ya çıxarılmayan protezlə əvəz etmək mümkün olmadıqda, ikinci kəsici dişin, köpək dişin və birinci kiçik azı dişin ardıcıl olmaması

A-3

A

A
HDQ-də FƏRDİ

c) fəsadlaşmış çoxlu karies

A-2

A

A

 

«c» bəndi karioz, plomblanmış və çəkilmiş dişlərin cəmi 9-dan artıq olduqda və bu zaman ən azı 4 dişdə (kök kanalları plomblanmış dişlər də daxil olmaqla, pulpa və periodontun zədələnməsi ilə) xroniki iltihabın kliniki və ya rentgenoloji əlamətləri olduqda tətbiq edilir.

Dişlərin ümumi sayı hesablanarkən ağıl dişləri nəzərə alınmır. Diş kökləri, onları protezləşdirmə üçün istifadə etmək mümkün olmadıqda, dişlərin olmaması kimi qəbul edilir. Çıxarılmayan protezlə əvəz edilmiş dişlər, onların olmaması kimi qəbul edilmir.

 


Maddə

Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi

Hərbi xidmətə yararlılıq kateqoriyası

I qrafa

II qrafa

III qrafa

55

Dişlərin bərk toxumalarının, pulpanın və periapikal toxumaların, diş ətinin və parodontun, tüpürcək vəzilərinin, ağız boşluğunun yumşaq toxumalarının, dilin xəstəlikləri:

 

 

 

a) parodontitin, parodontozun ağır dərəcəli yayılmış formaları

C

C

B

b) parodontitin, parodontozun orta ağır dərəcəli yayılmış formaları, stomatitlər, gingivitlər, xeylitlər və ağız boşluğunun selikli qişasının, tüpürcək vəzilərinin və dilin müalicə olunmayan digər xəstəlikləri

B

B

A
HDQ, ÜH, DP, XQ-də FƏRDİ

c) parodontitin, parodontozun yüngül dərəcəli yayılmış formaları

A-2

A

A

 

Bu maddə, şəhadətləndirilən şəxslərdə parodontitin və ya parodontozun tez-tez kəskinləşmələrlə və (və ya) absesləşmə ilə müşayiət olunan generalizə olunmuş (yayılmış) formaları olduqda tətbiq edilir.

Parodontit, parodontoz diaqnozu bütün diş-çənə sisteminin rentgenoqrafiya müayinəsindən və yanaşı gedən xəstəliklərin aşkar edilməsindən sonra qoyulur. İlkin hərbi uçota götürülərkən, parodontoz və parodontit xəstəliyi olan vətəndaşlar müalicəyə göndərilirlər.

«a» bəndinə parodontal cibin dərinliyinin 5 mm və artıq olması, diş yuvasının sümük toxumasının diş kökü uzunluğunun 2/3-sinə qədər rezorbsiyası, dişin II — III dərəcəli laxlaması ilə müşayiət olunan parodontit aiddir.

«b» bəndinə ağız boşluğunun selikli qişasının müalicə olunmayan xəstəlikləri aiddir. Stomatitlər, xeylitlər, gingivitlər, leykoplakiyalar, prekanserozlar və digər xəstəliklər aşkar edildikdə, vətəndaşlar ilkin hərbi uçota götürülərkən müalicəyə göndərilirlər.

«c» bəndinə əsasən dişlərarası arakəsmələr nahiyəsində diş əti cibinin dərinliyi 3 mm-ə qədər olan, dişlərarası arakəsmələrin sümük toxumasının dağılmasının başlanğıc dərəcəsi, dişlərarası arakəsmələrin hündürlüyünün 1/3-indən az enməsi ilə səciyyələnən, lakin dişlərin laxlamasının olmadığı yüngül dərəcəli parodontit aiddir.

 


Maddə

Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi

Hərbi xidmətə yararlılıq kateqoriyası

I qrafa

II qrafa

III qrafa

56

Üz-çənə anomaliyaları (anadangəlmə inkişaf qüsurlarından başqa), dişlərin və onların dayaq aparatlarının digər xəstəlikləri və dəyişiklikləri, əng və çənənin xəstəlikləri:

 

 

 

a) tənəffüs, iybilmə, çeynəmə, udqunma və nitq funksiyalarının mühüm dərəcədə pozulması ilə

D

D

D

b) tənəffüs, iybilmə, çeynəmə, udqunma və nitq funksiyalarının mülayim dərəcədə pozulması ilə

C

C

C və ya B FƏRDİ

c) tənəffüs, iybilmə, çeynəmə, udqunma və nitq funksiyalarının cüzi dərəcədə pozulması ilə

A-3

A

A
HDQ, ÜH, DP, XQ-də FƏRDİ

ç) funksiyaların pozulması olmadan obyektiv məlumatlar olduqda

A-3

A

A


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə