79
hesabına instituta yardım edilməsi qərara alınmışdır. N.Nərimanov Azərbaycanın
tarixi yerl
ərinin bərpası və qorunmasına xüsusi diqqət yetirmişdir. Azərbaycandan
edil
ən müraciətə əsasən N.Nərimanovun imzası ilə 1924-cü ilin mayında Anneno
şəhərinin adı dəyişdirilərək Şamxor qoyulmuşdur (252, v.7). N.Nərimanov RSFSR
S
əhiyyə Komissarı N.Semaşkoya və Rusiyanın Qırmızı Xaç cəmiyyətinin sədri
Z.Solovyev
ə müraciət edərək Azərbaycana dava-dərman
göndərilməsini xahiş
etmişdir (253, v. 1,2).
1925-ci ild
ə N.Nərimanovun ölümü ilə əlaqədar onun xatirəsinə həsr
edilmiş məqalədə M.Quliyev N.Nərimanovu “Azərbaycan maarifinin ən parlaq
ilhamçısı” və “ilk və əsl xalq müəllimi” adlandırmışdır (17, 22 mart 1925, № 63).
Bel
əliklə, N.Nərimanov Azərbaycan xalqının milli mədəni inkişafına milli
dövl
ətçiliyin tərkib hissəsi kimi baxmış, ona xüsusi diqqət yetirmiş, milli ziyalılara
v
ə təhsilə önəm vermişdir. Onun fəaliyyəti Azərbaycan xalqının mədəniyyətinin
inkişafına təkan vermişdir.
N.N
ərimanovun dövlətçilik siyasətində milli ziyalı amili xüsusi yer
tutmuşdur. N.Nərimanov hökumət başçısı olarkən xalqımızın görkəmli ziyalıları
onunla
əməkdaşlıq edirdi. N.Nərimanov, sovet hakimiyyətinin Gəncə üsyanını
q
əddarlıqla yatırmasına baxmayaraq, S.Mehmandarovu və Ə.Şıxlinskini
ölümdən
qurtarmış, onların sovet hakimiyyəti ilə əməkdaşlığına zəmanət vermiş,
F.Köç
ərlinin faciəli ölümündən xəbərsiz olduğundan çox heyfsilənmiş, onun
əlyazmasının qorunmasına göstəriş vermişdir (202, v. 11). N.Nərimanov Hacı
Zeynalabdin Tağıyevi gözlənilən qətl və təhqirlərdən xilas etmişdir.
N.N
ərimanov AXC-nin orqanı olan “Azərbaycan” qəzetinin redaktoru
olmuş Üzeyir Hacıbəyovu öldürüləcək adamların siyahısından çıxarmış (2, s.15) və
onun öz f
əaliyyətini davam etdirməsi üçün lazım olan bütün şəraiti yaratmışdır.
1920-ci il aprel hadis
ələrindən sonra mədəniyyətdə yenilik baş vermişdir. Həmin il
mayın 3-də hökumət teatrında Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun”
operettası oynanılmışdır. 1920-ci il iyunun 10-da Saşa Oqanezaşvili (milliyyətcə
erm
ənidir, əsl familiyası Oqanesyandır - H.H.) “Əxbar” qəzetində məqalə ilə çıxış
ed
ərək Ü.Hacıbəyovun və M.Maqomayevin məlumatlı musiqişünas bəstəkar
olduqlarını inkar etmişdir. Həmin qəzetin 24 iyun tarixli nömrəsində Zülfüqar və
Üzeyir Hacıbəyovları, Müslüm Maqomayevi “Azərbaycan musiqisinin inkişafına
çalışmamaqda” ittiham etmişdir. Bu ittiham heç də Azərbaycan hökumətinin
Üzeyir Hacıbəyova olan müsbət münasibətinə təsir etməmişdir. 1920-ci il iyulun 9-
da Az
ərbaycan SSR Xalq Maarif Komissarlığının kollegiyası Üzeyir Hacıbəyovu
inc
əsənətə yardım şöbəsi yanında musiqi bölməsinin müdiri təyin etmişdir (192,
v.320).
Bu hadis
ədən sonra Azərbaycanda musiqinin inkişafı və təşkili (həmçinin
1921-ci ild
ə Üzeyir Hacıbəyovun məruzəsi əsasında konservatoriya haqqında qərar
q
əbul olunmuşdur), dərsliklərin yazılması, yeniləşməkdə olan Azərbaycan
musiqisinin Şərq, yaxud Qərb yolu ilə, yaxud da bu iki yolun
sintezi ilə getməsinin
bütün t
əşəbbüsü Üzeyir Hacıbəyova keçmişdir. N.Nərimanov hələ 1916-cı ildə
80
g
ənc Üzeyir Hacıbəyovun istedadına və yaradıcılığına yüksək qiymət vermişdi.
“Yeni iqbal” q
əzetinin 1916-cı il 16 mart tarixli 257-ci nömrəsində N.Nərimanov
yazırdı: “Üzeyir bəy oxuduğu elmin səbəbinə daha gözəl operalar meydana
g
ətirəcəkdir. Hər halda qeyri əsərlərə nisbət hal-hazırda Üzeyir bəyin əsərləri
böyük yol açır. Bu yolda Üzeyir bəyin daha artıq tərəqqi etməyini səmimi qəlbdən
ist
əyirik”. Məhz 20-ci ildən sonra Ü.Hacıbəyov Azərbaycan musiqisinin inkişaf
yollarını elmi araşdırmağa başlamışdır. Bu araşdırmanın mahiyyəti o idi ki,
Az
ərbaycan musiqisi özünə qapanmalıdır, yoxsa Qərb musiqisi ilə
z
ənginləşməlidir? Ü.Hacıbəyov
belə qənaətə gəlmişdir ki, Azərbaycan musiqisinə
“Ümumavropa musiqi n
əzəriyyəsi tətbiq olunsun”. 1945-ci ildə onun “Azərbaycan
xalq musiqisinin
əsasları” monoqrafiyası nəşr olundu və bununla Azərbaycan
musiqisinin inkişaf yollarının elmi əsasları qoyuldu.
N.N
ərimanov məşhur din xadimi Molla Məhəmməd Axund Pişnamazzadəni
h
əbsdən azad etmişdir. A.F.Pişnamazzadənin nəticəsi Leyla Əliyevanın müəllifə
t
əqdim etdiyi sənəd “İttiham işi, № 163” adlanır. Bu sənədə əsasən XI Qırmızı
ordunun h
ərbi-inqilabi tribunalı üç nəfərdən ibarət idi:
milliyyətcə rus olan Volkov
Dmitri, Kovalyov Boris v
ə milliyyətcə erməni olan Petrosov Sergey. Həmin
“İttiham”a əsasən həbs olunanların arasında 3 nəfər İslam din xadimi var idi:
Axund F
ərəculla Pişnamazzadə, Nurməmməd Əfəndi İmamzadə, Molla Əhməd
Hacı Nəbi oğlu. Bunların üçü də bəraət qazanmışlar. A.F.Pişnamazzadənin qızı
M
əğbulə Pişnamazzadənin söylədiyindən məlum olur ki, onların bəraət alması
xahişi ilə A.F.Pişnamazzadə öz bacısı oğlu Əlinin vasitəsilə N.Nərimanova məktub
gönd
ərmişdir. O, məktubu corabın içində gizlədərək Bakıya N.Nərimanovun
yanına gəlmişdir. Məktubda Pişnamazzadə etiraf edir ki, o, həqiqətən də İslam
dininin t
əbliği ilə məşğul olmuşdur və bunu günah bilmədiyindən özünün azad
olunmağını xahiş edir. N.Nərimanov dərhal D.Volkova məktub
yazaraq
Pişnamazzadənin azad olunması məsələsini qoymuş və buna nail olmuşdur. Qeyd
etm
ək lazımdır ki, həmin “İttiham”a görə qaçqınlara işgəncə verdiyinə və onların
əmlakını mənimsədiklərinə görə iki erməni də cəza almışdı. Onlardan Ambarsum
Simonyans 5 il müdd
ətinə, Arşak Navasartyans isə 15 il müddətinə həbs
olunmuşdu
(352,
iyun
1990).
Bəzi mənbələrdə
N.N
ərimanovla
A.F.Pişnamazzadənin görüşü haqda da məlumatlar vardır (63, 24 fevral 1995, №
5).
N.N
ərimanov Əziz Şərifi həbsdən azad etdirmişdir (259, 431). Əziz Şərif
Gürcüstan Sosial-
Demokrat (menşeviklər) Partiyası Mərkəzi
Komitəsinin üzvü
kimi Əliheydər Qarayevin göstərişi ilə həbs edilərək Bakıya gətirilmişdi. Məsələ
haqqında N.Nərimanova məruzə edilmiş və onun göstərişi ilə Əziz Şərif azad
edilmişdir (259, v.52). Xatirələrində Ə.Şərif inqilabi fəaliyyətdən yaxşı tanıdığı
Ə.Qarayevə və M.Hüseynova mənfi xasiyyətnamə verir (259, v.51). Sonralar Əziz
Şərif SSRİ-nin görkəmli alimi rütbəsinə qalxır, filologiya elmləri doktoru,
professor olaraq ölk
ənin ən nüfuzlu ali məktəbi olan Moskva Dövlət