HəSƏn həSƏnov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/82
tarix20.03.2018
ölçüsü2,8 Kb.
#32677
1   2   3   4   5   6   7   8   9   ...   82


 
hörm
ətlə  yanaşmalarının,  hətta onun rəhbərliyi  altında  işləməyi mümkün 
saymalarının səbəblərinin araşdırılması vacibdir.  
N.N
ərimanovun Azərbaycanın  ərazi  bütövlüyü  uğrunda  fəaliyyətini, o 
dövrd
ə baş vermiş itkilərin əsl səbəblərini, dövrün tarixi reallığını araşdırmaq tarix 
v
ə müasirlik baxımından aktualdır.  
Az
ərbaycan hökumətinin  başçısı  kimi  N.Nərimanovun  sovet  Rusiyasının 
iddialarına  qarşı  siyasi  xəttinin mahiyyətini öyrənmək vacibdir. Sovet sistemi 
dağılmış  olsa  da,  bu  problemi  araşdırmaq  istər tariximizi obyektiv öyrənmək, 
ist
ərsə  də  müasir beynəlxalq  əlaqələrimizin  konsepsiyasını  formalaşdırmaq 
baxımından aktuallıq kəsb edir.  
N.N
ərimanovun hələ  Moskvada  çalışarkən Sovet Rusiyasının  Türküstan 
siyas
ətinə  fərqli  baxışlarının  olduğunu,  bu  siyasətə  tənqidi  yanaşmasının 
mahiyy
ətini, onun dövlətçilik fəaliyyətində  türkçü mövqeyini, Türkiyənin, 
Türküstanın  türk  xalqları  və  xadimləri ilə  bağlı  siyasətinin mahiyyətini və 
m
əqsədlərini öyrənmək vacibdir. Ümumiyyətlə, XX əsrdə bir çox türk xalqlarının 
yaşadığı eyni tarixi taleyin araşdırılması həm tarixilik baxımından, həm də müasir 
dövrd
ə müstəqil Azərbaycanın Türkiyə, Özbəkistan, Qazaxıstan, Türkmənistan və 
Qırğızıstanla qurulub inkişaf etdirilən münasibətlərindən bəhrələnmək baxımından 
əhəmiyyətlidir.  
Sovet hakimiyy
ətinin ilk illərində  bolşevik  Rusiyasının  və  mərkəzi 
hökum
ətin öz mövqelərini möhkəmləndirmək üçün Bakıda  qeyri-azərbaycanlıları 
dövl
ət və  siyasi strukturlarda rəhbər  vəzifələrdə  yerləşdirmək siyasətinə 
N.N
ərimanovun münasibətinin və  bu  işdə  fəaliyyətinin  araşdırılması,  fəallıq 
d
ərəcəsinin və  əldə  etdiyi nəticələrin müəyyənləşdirilməsi həm tarixi gerçəkliyi
h
əm də  müasir Ermənistan-Azərbaycan  münaqişəsinin tarixi dinamikasını 
aydınlaşdırmaq baxımından aktualdır.  
Bolşevik  hakimiyyəti  şəraitində  N.Nərimanovun milli-dövlətçilik 
baxışlarını  və  fəaliyyətini  araşdırmaq  həm də  müasir dövlət  quruculuğu 
baxımından  əhəmiyyətlidir. Məlumdur ki, N.Nərimanovun istər kommunist 
ideol
ogiyasının,  istər də  sosialist  sisteminin  formalaşması  və  həyata keçirilməsi 
prosesin
ə  fərqli  baxışı  var  idi.  Bu  məsələlərin mahiyyətinin  araşdırılması  tarix 
elminin aktual probleml
ərindəndir.  
Göst
ərilən problemlər indiyədək kompleks tədqiqat obyekti olmamışdır  və 
xüsusi  araşdırmaya  ehtiyacı  vardır.  Bütün  bunlar  problemin  araşdırılmasını  elmi 
baxımdan aktual edir.  
N.N
ərimanovun hökumət  başçısı  olduğu  dövr  1920-1922-ci illərlə 
m
əhdudlaşırsa da, əsər daha geniş xronoloji hüdudları əhayə edir. Bu, ondan irəli 
g
əlir ki, N.Nərimanovun milli dövlətçilik  baxışlarının  formalaşmasının  və 
reallaşmasının  təhlili  kompleks  aparıldığı  üçün  tədqiqatın  xronoloji  çərçivəsi 
N.N
ərimanovun  ədəbi, ictimai, siyasi və  dövlətçilik fəaliyyətinin bütün dövrünü



 
y
əni XIX əsrin sonlarından XX əsrin birinci rübünün sonuna qədərki dövrü əhatə 
edir.  
N.N
ərimanovun həyatı  və ictimai, siyasi, dövlətçilik fəaliyyətinin müxtəlif 
c
əhətlərinə  dair Azərbaycanda çoxlu kitab, monoqrafiya, dissertasiya və  elmi 
m
əqalə yazılmışdır.  
20-ci ill
ərdə N.Nərimanovun  elmi-ictimai fəaliyyətinin 30 illiyi və ölümü 
münasib
ətilə xatirə-məqalələr çap olunmuşdur.  N.Nərimanovla dövlət işində birgə 
çalışan  şəxslərin xatirələri onun milli-dövlətçilik  baxışlarının  tədqiqi  baxımından 
çox s
əciyyəvidir (412, 22 mart 1925; 413, 22 mart 1925; 415, 28 mart 1925; 414, 
21 mart 1925; 416, 22 mart 1925; 80).  
N.N
ərimanovun özünəməxsus  baxışları  və  fəaliyyəti  sağlığında  olduğu 
kimi, ölümünd
ən  sonra  da  xüsusi  vurğu  ilə  “millətçilik”, “milli-təmayülçülük”, 
“N
ərimanovçuluq” adlandırılaraq  burjua-millətçiliyi kimi qiymətləndirilərək 
pisl
ənmişdir. Bunu əsas tutaraq, 20-ci illərin ortalarından 50-ci illərin ortalarınadək 
kommunist  ideoloqları  onun  adının  unutdurulmasına  xüsusi  səy göstərmişlər.  
Yalnız 1956-cı ilin fevralında Sov.İKP-nin XX qurultayında Stalinin şəxsiyyətinə 
p
ərəstiş  pisləndikdən sonra cəmiyyətin həyatında  yumşalma  baş  vermiş, 
N.N
ərimanovun adının üzərindən qadağa nisbətən götürülmüş, demək olar ki, bir 
ay  sonra  onun  haqqında  məqalələr  çap  olunmağa  başlanmışdır.  Bu  məqalələrdə 
N.N
ərimanovu Mir Cəlal Paşayev və C.Xəndan ədib, C.Quliyev və H.Şahgəldiyev 
partiya v
ə sovet dövlət xadimi kimi təqdim etmişlər. (53; 73; 335, 14 aprel 1956; 
76, 1956, 
№  5). Həmin il N.Nərimanov  haqqında  kitablar  da  nəşr  olunmuşdur. 
M.R
əfilinin  əsərində  onun birinci dünya müharibəsinə  qədərki dövrdə  fəaliyyəti 
işıqlandırılmış,  M.Qazıyevin  əsərində  həyat və  yaradıcılığı  haqqında  ümumi 
şəkildə məlumat verilmişdir. V.Məmmədovun kitabında N.Nərimanovun həyat və 
f
əaliyyəti öyrənilmiş  və dövrünün ən geniş  yayılmış əsəri olmuşdur. 50-ci illərin 
ikinci  yarısında  C.Quliyev  tərəfindən zəngin arxiv  materialları  əsasında  yazılmış 
geniş  məqalədə  N.Nərimanovun partiya və  sovet dövlət xadimi kimi fəaliyyəti 
öyr
ənilmişdir.  M.İbrahimovun  məqaləsində  o,  inqilabçı  və  yazıçı  kimi 
göst
ərilmişdir.  P.Əzizbəyovanın  məqaləsində  onun  V.İ.Leninə  yazdığı  və  o 
vaxtad
ək  çap  olunmamış  məktubu  verilmişdir.  50-ci illərdə  nəşr  edilmiş  bir  sıra 
ümumil
əşdirilmiş  kitablarda  N.Nərimaovun fəaliyyətinə  müəyyən  yer  ayrılmışdır 
(132; 115; 49; 108, t.XX, 1957; 41; 92, 1959, 
№ 5; 110, 1957 № 10; 39; 136).  Bu 
n
əşrlər N.Nərimanovun həyat və  fəaliyyətinin öyrənilməsində  ilk  addımlar  kimi 
müsb
ət  qiymətləndirilməlidir.  Lakin 50-ci illərdə  N.Nərimanova həsr  edilmiş 
əsərlərin təhlili göstərir ki, bu zaman Nərimanovşünaslıq ilkin inkişafa başlamış və 
əsasən N.Nərimanov  inqilabçı  və  yazıçı  kimi  öyrənilmiş,  dövlətçilik fəaliyyəti 
haqqında isə ötəri qeydlər olunmuşdur.  
60-
cı  illərdə  və  70-ci illərin  əvvəllərində  N.Nərimanovun fəaliyyətinin 
müxt
əlif tərəflərinə  həsr  edilmiş  əsərlər  çoxalmağa  başladı.  Bu  baxımdan 
F.Köç
ərlinin N.Nərimanovun həyatı  və  fəlsəfi  baxışlarına  həsr  olunmuş 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə